Addım-addım ZƏFƏRƏ doğru
Tarixin xalqımızın alnına
yazdığı ən
gözəl günlərdən
biri - Zəfər günü yaxınlaşır.
Artıq bir neçə ildir ki, təqvimimizdə Zəfər
günü və
bu qürurlu tarixdən doğan bayram əhvalı, qələbə ab-havası
mövcuddur. Taleyin işinə bax: 9 noyabr bayraq günümüz
idi. 8 noyabr illər sonra Zəfər günü olaraq ona qoşuldu,
bu iki tarix
Müstəqil Azərbaycanın
qoşa qanadları kimi tarixdə iz saldı.
2023-cü
ilin Zəfər bayramı
özəl bir tarixdir. Çünki
2023-cü il Ümummilli lider
Heydər Əliyevin
100 illik yubiley ili, "Heydər Əliyev ili"dir.
2023-cü il həm də
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Azərbaycan prezidenti seçilməsinin
20 illiyi ilə əlamətdardır. Və
ən nəhayət
2023-cü il antiterror əməliyyatının
nəticəsi olaraq Azərbaycanın üçrəngli
bayrağının bütün
torpaqlarımızda dalğalandığı
ildir. Artıq qondarma qurum yoxdur, Xankəndi də doğma anasına - Azərbaycana qovuşub.
Bəs bu Zəfər bayramının banisi, bütöv
və qüdrətli Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
obrazı ədəbiyyatımızda əks
olunubmu?
Ədəbiyyatda dövlət başçısının
obrazını yaratmaq
çox məsuliyyətli
və gərgin əmək tələb edən bir missiyadır.
Çünki bu obrazı tam reallığa,
sənədlərə, tarixə
əsaslanmaqla yaratmaqla
yanaşı bədii
boyaları da uğurlu
seçmək gərəkir.
Bədiilik real obraza xələl gətirməməli,
sənədlilik isə
bədii obraz ştrixlərini tam kölgələməməlidir.
Fikrimizcə, Yunus Oğuz "Ovçu"
və "Cığır"
romanları ilə bu missiyanı - Ali Baş Komandan, Prezident İlham Əliyevin
ədəbiyyatda obrazını
yaratma missiyasını
yerinə yetirməyə
nail olmuşdur.
Yunus Oğuzun "Ovçu"
(2018) romanında Ali Baş
Komandanın obrazı
müasir Azərbaycan
tarixinin dönüm nöqtəsi olan
2016-cı ilin aprel döyüşləri fonunda
təqdim edilir. Ali Baş Komandan xalqın öz prezidentinə, dövlətinə,
ordusuna sevgisini, inamını, Qarabağı
azad etmək qüdrətini parlaq şəkildə əks etdirən həmin döyüşlərin gələcək
Zəfərin ilkin sədaları olduğunu bilir və buna doğru inamla gedir: "O, adətən kabinetində gəzişməyi
və gəzə-gəzə
düşünməyi xoşlayırdı.
Uşaqlıqdan belə
adət etmişdi. Düzdür, Prezident seçiləndən sonra
buna kifayət qədər
vaxtı olmurdu. Çoxsaylı qəbullar,
səfərlər, görüşlər,
tədbirlər, telefon
danışıqları onu
çox zaman bu sevimli adətindən məhrum edirdi. İndi də gecənin yarısı olmasına baxmayaraq Ali Baş Komandan gəzişir və fikirləşirdi...Verəcəyi qərarın
mümkün nəticələrini
hesablayırdı." ("Ovçu"). Yunus Oğuz "Ovçu"
romanında qədim və müasir tariximizi paralel təsvir edərək həlledici məqamda dövlət başçısının
qətiyyəti məsələsini
xüsusi qeyd edir. Romanda qədim
tariximizdəki Alp Arslanın,
Nadir şahın qətiyyətini çağdaş
tariximizdə Prezident
İlham Əliyev sərgiləyir. Əsərdə
Ümummilli Lider Heydər Əliyevin də obrazı yaradılıb. Onun miras qoyduğu ideyalar, məsləhətləri
tariximizin bu dönüş nöqtəsində
mühüm rol oynayır: "Son iki ildə demək olar ki, hər şey ciddi şəkildə dəyişmişdi.
"Bu ordu ilə indi biz işğal altındakı torpaqlarımızı
azad edə bilərik"- deyə Prezident otaqda gəzişə-gəzişə fikirləşirdi. Mərhum
atasının bir sözü onun yaddaşında həmişəlik
həkk olunmuşdu:
"Hiyləgər və
məkrli düşmənə
qalib gəlmək istəyirsənsə, məqamı
doğru seç və qətiyyətlə
hərəkət et! Çünki
hər bir böyük uğur məqamı dəqiq tutmaqdan, gözlənilməz
və qətiyyətli
addım atmaqdan asılıdır. Məqamı
doğru seçməklə
hər bir çətin işi həll edə bilərsən, uğur qazana bilərsən. İctimaiyyətin rəğbəti
də, əlbəttə
ki, qaliblərin tərəfində
olur."" ("Ovçu").
Yunus Oğuzun Şuşa şəhərinin inşa
edilməsinin 270 illiyinə
və 44 günlük
Vətən müharibəsinə
həsr edilmiş
"Cığır" (2022) romanında da Ulu Öndər
Heydər Əliyevin layiqli davamçısı
olan Ali Baş Komandan İlham Əliyevin
müqəddəs, tarixi
bir missiyanı yerinə yetirmək üçün seçilmiş
olması vurğulanır:
"Prezident dəstəyi
yerə qoyub ayağa durdu. Atasının divara vurulmuş portretinə baxdı, sanki onunla danışırmış
kimi dedi: "Bunu mən də
etməsəm, kim edəcək? Niyə tarixə adımı qalib kimi yazdırmayım?
Ermənilərin isə
arzusu, istəyi gözündə qalacaq! Bilirəm, Rusiyada bəzi dairələr onlara hər cür yardım göstərirlər. Amma Rusiya
KTMT adı altında heç bir kömək göstərməyəcək.
Tovuz döyüşü
böyük müharibə
üçün kiçik
məşqdir." Ona elə
gəldi ki, atasının
portretindən baxan gözlərdə razılıq
əlaməti var." ("Cığır").
Romanda
"Nəsrəddin cığır"ının
Şuşanın azad
olunmasına kömək
etdiyi kimi Tovuz döyüşlərinin
də Vətən müharibəsinin Zəfərlə
bitməsində mühüm
rol oynaması bədii boyalarla yanaşı sənədli
faktlarla da təsvir edilir. Tovuz döyüşləri
Ali Baş Komandanın
Böyük Zəfərə
doğru açdığı
çığır idi.
44 günlük müharibədə
bu Cığır Zəfər yolun çevrildi: "Yenə gəlib atasının portretinin qarşısında
dayandı. O, sanki içində atasının
ruhunu gəzdirir, bu dünyagörmüş
atadan, siyasətçidən
məsləhət almağa
çalışır, atacağı
addımı yüz ölçüb bir biçirdi. İçində
bir qalxınma vardı. O, özü və Azərbaycan üçün yeni bir
CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi.
Rəhbərlik etdiyi dövlət üçün
yeni, tamamilə yeni üfüqlər
açmaq ərəfəsində
idi. İçindəki
qalxınma onu əmin edirdi ki, bacaracaq. Əgər açdığı bu CIĞIRı ot-ələf,
çayır basacaqdısa,
o zaman bu CIĞIRı
açmağa dəyməzdi.
CIĞIRın əvvəli
artıq vardı, indi bunu uğurla
YOLa çevirmək gərəkdir."
("Cığır")
Tarixi 44
günlük müharibə
başladı, Şuşada
yallı gedən, parlament binası tikmək iddiasında olan, Tovuz döyüşlərində
general-mayor Polad Həşimov
və silahdaşlarını
həlak etməsi ilə qürrələnən
Ermənistanın qalib
obrazı, "yeni müharibə,
yeni ərazilər" planı
Ali Baş Komandanın
dəqiq hərbi-siyasi
gedişi, "dəmir
yumruğu" ilə
məhv edildi. "Xalq Həyəcanlı, Qürurlu,
Şərəfli günlərini
yaşayırdı. Xalqa
hər gün enerji verən elə Ali Baş Komandanın özü idi, həm ciddi
xəbərləri, həm
də zarafatları ilə. Onun "erməniləri iti qovan kimi qovacayıq"
deyimi xalq arasında zərb-məsələ
çevrildi. Ali Baş
Komandan xalqın əzizinə çevrilmişdi.
İnsanlar hər gün intizarla, həyəcanla onun xəbərlərini gözləyirdi."
("Cığır").
Prezident
İlham Əliyevin "Dəmir yumruğu" 44 gün ərzində geniş Zəfər yolunu yaratdı.
2023-cü ildə isə
missiya tamamlandı, Xankəndindəki qondarma qurum dağıldı, separatçı qüvvələr
antiterror əməliyyatı ilə təmizləndi.
İndi bütün Azərbaycan
üç rəngli bayrağın zəfər
nuruna boyanıb. Qarşıda isə bizi yeni zəfərlər
gözləyir! ZƏFƏRİMİZ
MÜBARƏK!
Elnarə Qaragözova
Fil.f.d., dosent
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
Olyalar.-
2023.- 3-16 noyabr, ¹41.- S.10.