İNGİLİS
VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ZƏRFİN
MÜQAYİSƏLİ
TƏHLİLİNƏ DAİR ETİBARLI MƏNBƏ
Məlumdur ki, ingilis dili mədəniyyətlərarası
dialoqlarda əsas ünsiyyət dilidir. Biz də dünya
mədəniyyətinə inteqrasiya
oluruq. XXI əsr qloballaşma əsridir. Məlumdur ki, dövlət başçısının
2013-cü il 29 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı"nın
hazırlanmasına dair
sərəncamı ölkədə
dil siyasətinin uğurla həyata keçirilməsində mühüm
fəaliyyət sənədidir.
Fikrimizcə, İsrafil Babayevin məhz bu mövzuya
müraciət etməsi
və onu layiqincə ərsəyə
gətirməsi həmin
sərəncamdan irəli
gələn vəzifələrə
töhfədir. Bu gün Azərbaycan dilinin ümumtürk dilləri kontekstində, istərsə də german dilləri ilə müqayisəli şəkildə tədqiqinə
ehtiyac var. Azərbaycan dilçiliyində
zərflə bağlı
istər sinxron, istərsə də diaxron aspektdə müəyyən tədqiqatlar
mövcud olsa da, həmin əsas nitq hissəsinin bu və ya digər
problemini tarixi-müqayisəli
və tipoloji təhlilə cəlb etmək zəruriyyəti hələ də qalmaqda idi. Zərf
aktuallığını bu
günə kimi itirməyən mövzulardan
olub, həllini hələ də tapmayan bir sıra
mübahisəli məqamları
ilə diqqət çəkir.
İsrafil Babayevin
"Naxçıvan" Universiteti
elmi şurasının
qərarı ilə çap olunan "İngilis və Azərbaycan dillərində
zərf və onun funksiyaları" adlı monoqrafiyası məxsusi olaraq diqqəti cəlb edir və bu
sahədə mövcud
olan boşluğu doldurmaq baxımından ciddi əhəmiyyət kəsb edir. "Əcəmi" nəşriyyatında
işıq üzü
görən əsərin
elmi redaktoru filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçiləri filologiya
elmləri doktoru, professor Sədaqət Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəylidir.
Əsərin quruluşu giriş, üç fəsil, nəticə və istifàdə ådilmiş ədəbiyyàt siyàhısındàn
ibàrətdir.
İşin giriş
hissəsində mövzunun
elmi yeniliyi və aktuallığı
əsaslı şəkildə
tutarlı faktlarla şərtləndirilir.
Əsərdə zərfin funksiyaları ilk
dəfə olaraq ingilis və Azərbaycan dilinin materialları əsasında
müqayisəli şəkildə
tədqiq olunmuş, sistemi ilə bağlı morfoloji uyğunluqlar və morfoloji ayrılmalar öz əksini tapmış, semantik və üslubi xüsusiyyətləri
dəqiqləşdirilmişdir. Bu baxımdan tədqiqatın nəticələri
həmin sahə ilə bağlı əsərlərin yazılması
üçün yeni istiqamətlər aça
bilər.
Əsərin "İngilis və Azərbaycan dillərində
zərfin tədqiqi tarixi və onun morfoloji xüsusiyyətləri" adlanan
birinci fəsli 3 paraqrafdan ibarətdir. Sinxron planda yazılmış bu fəsildə tədqiqatçı
ilk növbədə bu sahədəki tədqiqatların araşdırılması
- Azərbaycan və ingilis dilində zərfə həsr olunmuş, demək olar ki, bütün
əsərlərin təhlili
fonunda zərfin funksiyalarının mahiyyətini
açmağa, onun təsnifat prinsiplərini müəyyənləşdirməyə, İngilis və Azərbaycan dillərində
zərfin quruluşca növləri müqayisəli
şəkildə təsnif
etməyə, zərfin
əmələgəlmə müxtəlifliyinin elmi izahını verməyə
səy göstərmişdir.
Fikrimizcə, əsərin əsas sütununu ikinci fəsil təşkil edir. İki paraqrafdan ibarət olan bu fəsil
"İngilis və Azərbaycan dillərində
zərfin leksik-semantik
inkişafı və konversiya məsələsi"
adlanır. Burda ingilis və Azərbaycan dillərində
digər nitq hissələrinə mənsub
olan sözlərin zərfə məxsus xüsusiyyətlər qazanaraq
adverbiallaşması-zərfləşməsi
müzakirə müstəvisinə
gətirilir. Müəllif
İngilis və Azərbaycan dillərində
adverbiallaşmaya ən
çox məruz qalan nitq hissəsinin
sifət olduğunu qeyd edir və
bunu sifətlə zərfin semantik cəhətdən yaxınlığı
ilə izah edir.
II fəslin növbəti
paraqrafında isə İngilis və Azərbaycan dillərində
zərfin başqa nitq hissələri ilə omonimliyi geniş şəkildə
təhlil olunur, zərfin semantik inkişafı izlənilir,
İngilis və Azərbaycan dillərində
oxşar və fərqli cəhətlər
müəyyənləşdirilir. Təhsil müəsissələrində
Azərbaycan dilinin tədrisi zamanı mübahisə doğuran zərfin isim, sifət, say, əvəzlik və köməkçi nitq hissələri ilə yaratdığı leksik-qrammatik
omonimlik elementləri ilə izaha cəlb edilir.
Əsərin III fəsli "İngilis və Azərbaycan dillərində zərfin leksik-semantik və sintaktik xüsusiyyətləri"
adlanır. Bu fəsil dörd paraqrafdan ibarətdir. Müqayisə olunan dillərdə zərfin məna növlərinin təsnifatı araşdırılır, İngilis
və Azərbaycan dillərində zərfin sintaktik funksiyaları müəyyənləşidirilir, digər nitq hissələri ilə əmələ gətirdikləri
birləşmələr öyrənilir,
zərfin digər nitq hissələrinə çevrilməsi hadisəsindən
bəhs olunur. Sonuncu fəslin sonuncu paraqrafı İngilis və Azərbaycan dillərində
zərfin cümlədə
yeri və mövqeyi məsələsinə
həsr olunur. Müqayisə olunan dillərdə zərfin cümlədə yeri və mövqeyi araşdırılır, hər
iki dilin dil faktları əsasında oxşar
və fərqli əlamətləri
təhlil olunur.
Beləliklə, müəllif zərfin leksik-semantik inkişafını,
morfoloji qrammatik əlamətlərinin bütün
əlvanlığı ilə
müqayisəsi aparılan
dillərin zəngin
materialları əsasında
nümayiş etdirməyə,
mövcud dilçilik
baxışlarına müəllif
mövqeyini bildirməklə
şərh etməyə
çalışmışdır.
Əsərin ədəbiyyat siyahısı
tədqiqatçının bilik və məlumat
dairəsinin genişliyini,
nəzəri biliklərinin
yetkinliyini nümayiş
etdirir.
Əsərdə qoyulan məsələlər
Azərbaycan dilçiliyi
üçün nə
dərəcədə zəruri
əhəmiyyət kəsb
edirsə, gəlinən
nəticələr, əksini
tapan qənaətlər
də bir o dərəcədə əhəmiyyət
və fayda kəsb edir.
İlk baxışdan
oxucuya elə gəlir ki, bu mövzu sadəcə
morfologiyanın predmetidir,
amma əsəri oxuduqdan sonra qənaət dəyişir:
burda həm qrammatikanın hər iki sahəsi morfologiya və sintaksis, hətta leksika məsələləri
tədqiq olunur. Bu da İsrafil
müəllimin hər
iki dilin incəliklərinə, mübahisəli
məqamlarına dərində
bələd olmasından
irəli gəlir. Çünki o, uzun illərdir ki, pedaqoji fəaliyyətlə
məşğuldur. Çalışdığı
dövürdə həm
kollektivin, həm də ictimaiyyətin hörmətini qazanıb.
Onun kəşməkəşli
həyat yolu geniş
tələbə auditoriyasında
formalaşmaqda olan gəncliyin şəxsi nümunəsinə çevrilib.
Çünki İsrafil
müəllim doğma
torpaqlarımız uğrunda
gedən I Qarabağ müharibəsində rəşadətlə
vuruşub və ağır yaralanıb. Müharibə əlili olan Qazi İsrafil
Babayev fədakar müəllim kimi də elmin sirlərini
təlbələ və
şagirdlərinə öyrətməklə
yanaşı vətənpərvərliyi,
əməksevərliyi, torpaq
sevərliyi də aşılayır. Həmçinin,
kənd saflığı,
sadəliyi onu tanıyan hər bir gəncin ifallılıq fenomeninə
çevirib. Bu məqamları əbəs
yerə xatırlatmadım.
Dahilərdən birini
yaxşı ifadəsi
var: "Yazılan hər bir əsərin
arxasında həmin müəllifin xarakteri dayanır". Əsərdə
aparılan polemika, elmi müzakirə mədəniyyəti və
elmi mübahisələr
də tədqiqatçının
yüksək nəzəri
hazırlığını göstərməklə bərabər,
polemika qabiliyyətini
və şəxsi mədəniyyətini də
göstərir. Biz də öz növbəmizdə İsrafil
müəllimə yaradıcılıq
uğurları arzulayırıq.
ZÜLFİYYƏ İSMAYIL
filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
Olaylar.-
2023.- 17-23 noyabr, ¹42.- S.15.