Atasının verdiyi sərvət bəstəkarın
həyatını kabusa çevirdi
18 yaşlı oğlunu qətlə
yetirib yandırdılar, özünü isə evində
boğub
öldürdülər
Kulis.az məşhur bəstəkar Tamella Məmmədzadə
haqqında maraqlı faktları təqdim edir.
Tamella Məmmədağa qızı
Məmmədzadə 1937-ci ildə
Bakı şəhərində
anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa
ikinci dəfə bir fars qadını
ilə ailə qurur. Bu evlilikdən onun üç övladı doğulur. Ancaq Tamella xanımın
anası Sara xanım ikinci dəfə ailə qurmur və özünü qızının tərbiyəsinə
həsr edir. O, həyat yoldaşını
heç vaxt bağışlamır, ömrünün
sonuna qədər onunla danışmır.
***
Xalq artisti: “Ölkəni tərk edəndən sonra onu infarkt
vurdu” – Müsahibə
Ermənilər suyuna zəhər
qatdı, son əsərini
xəstəxana divarına
yazdı - 23 yaşında
ölən bəstəkarımız
“Zəfər” Musiqi və Teatr festivalı
çərçivəsində Biləsuvarda konsert keçirilib
Tamella Məmmədzadə “Ağarma,
saçım!”, “Ana”, “Arzuya
bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”,
“Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların
bəstəkarı olub.
Ömrünün son illərində
Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması
arzusunu reallaşdıra
bilməyib.
***
Tamella xanım çox erkən, 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. Lap körpəykən atasından
uzaq düşən bəstəkar toyu günü atasına qovuşur. Artıq Avstriyada böyük iş adamı, böyük qızıl mağazalarının sahibi
olan atası on ildən sonra ilk dəfə Bakıya qızının toyuna gəlir.
***
Tamella xanımın gənc yaşda qurduğu ailənin ömrü uzun çəkmir. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək üçün suya atılanda boğularaq dünyasını dəyişir.
***
1981-ci ildə evə gec və sərxoş
gələn 18 yaşlı
Çingiz dostları
ilə görüşə
gedir və Mərdəkan bağlarının
birində qətlə
yetirilir. Qatillər izi itirmək üçün Çingizin
meyitini həyətdəki
ocaqda yandırırlar.
Polis işçiləri hadisə
yerinə çatanda tonqalın üstünə
uzadılan cəsədin
böyük hissəsi
tanınmaz hala düşmüşdü. Yalnız
ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalmışdı.
***
Çingizin ölümünə səbəb Avstriyada yüksək imkan sahibi olan, vaxtilə
Sibirə sürgün
edilən babası Məmmədağanın qızı
Tamellaya ad günü münasibəti
ilə bağışladığı
çox qiymətli
brilliant dəsti imiş.
***
Xüsusi
zövqlə işlənmiş
bu bəzək əşyasının qiyməti
inanılmaz dərəcədə
yüksək idi. Məhz bu hədiyyə
ailəyə böyük
bədbəxtlik gətirir.
Çingizin dostu Alik onu özü
ilə Mərdəkandakı
bağlarına qonaq aparır, onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər tanışları da "təsadüfən"
gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən
planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan
babasının gətirdiyi
brilyantların yerini soruşur və bu saat həmin
komplekti onlara çatdırmasını tələb
edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra
bilmirlər. Məqsədlərinə
çata bilməyəcəklərini
görəndə elə
bağ evindəcə
qətlə yetirirlər.
***
Cinayətin üstünün açılması
çox çəkmir.
Qatillərin üçü
də ələ keçir. Tamilla Məmmədzadənin oğlunun
qətlini törədən
nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə
güllələmə hökmü
verilsə də, sonradan bu hökm
ləngidilir. Deyilənə
görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız
bundan sonra qatilin güllələnmə
hökmü icra olunur.
Tamella Məmmədzadə oğlunun
ölümündən bir
müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının maraqsız
olduğunu hiss edir və əri
ilə qərara alırlar ki, övladlığa uşaq
götürsünlər. Uşaqlardan
biri ər tərəfin qohumlarından
yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir,
Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.
***
İki uşaqla
tək qalan bəstəkarın həyatı
rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə
qaytarmalı olur. Oğlan uşağını
saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır,
ondan küllü miqdarda pul tələb
edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun
mübarizədən sonra
uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın
adına keçirdiyi
sənədə toxunmur
və bu haqda heç kimə heç nə demir.
***
60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin. Sonradan bu fikirdən
vaz keçir. Ömrünün son illərində
çox ağlayır,
özünü bədbəxt
hiss edirmiş.
***
Ahıl
yaşında həyat
yoldaşını itirmiş
ailə dostu Məcid adlı bir kişi ilə
ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.
Günlərin birində bəstəkarın
qızı kimi saxladığı, toy edib
köməklik göstərdiyi
qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün
həkimlərə zəng
vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim
etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə
keçir. Bu zaman Məcid
müəllim zəng
vurur. Ona hər gün serialın başlandığını deyir.
Söhbət əsnasında
Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.
***
Mətbəxdən əlində çayla
qayıdan bəstəkarı
arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini
soruşur. Bəstəkar
qızılların yerini
deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər.
Qulluqçunun əri
razılaşsa da, qadın
razılaşmır. Deyir,
o, oğlunu öldürən
adamı həbs etdirdi, bizi də
etdirəcək, öldür.
Beləliklə, bəstəkar
Tamella Məmmədzadə
1997-ci ildə boğularaq
öz evində qətlə yetirilir.
***
Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət
dördüncü gün
qohumlarına verirlər.
Çox sakit keçən yas mərasiminə vaxtilə
çiyin-çiyinə çalışdığı
sənət dostlarından
heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur.
Olaylar.-
2023.- 24-30 noyabr, ¹43.- S.23.