... necədir, səninçün?

 

Ziqzaqlar silsiləsindən

 

Felyeton

 

Deyirəm çox unikal millətik. Bəziləri sosial şəbəkələrdə elə ağla batmayan fikirlər yürüdür ki, deyirsən bundan düşüncəlisi yoxdur. Sonra görürsən ki, hissə qapılıb. Doxsanıncı illərdə hiss bizim xalqın başına necə vurmuşdusa, yeni doğulan oğlan uşağına Səddam adı qoyurdular. Sonra uşaq böyüdü, gördü ki, bu adam yüz minlərlə adamı (əsasən türkmənləri) qətlə yetirib, adını dəyişib Ərdoğan qoydu. İndi HƏMAS-İsrail müharibəsində düşüblər ortalığa, ağıllarına yox, ağızlarına gəldi deyirlər. Harda bişdi, harda düşdü bilən yoxdur.

Gəlin sizə özümüzdə, içimizdə olan "harda bişdi - harda düşdü"dən danışım. Həm beynəlxalq siyasətdən uzaqlaşarsınız, həm öz günümüzə ağlayarıq...

Bizdə bir "Azərkitab" vardı, Yasamal parkı ilə üzbəüz yerləşirdi. Tez-tez ora tədbirlərə gedərdik, ziyalılarla görüşərdik, fikir mübadiləsi aparardıq. Sonra nəsə oldu, rəhmətlik Sabir müəllimin "Azərkitab"ını atdılar Gənclikdə qaranlıq bir dalana, yəni demək istədilər ki, kitab oxumaq elə qaranlıq dalanda olar. Atalarımız məgər kitabları şam işığında oxumayıblar? Şəxsən mən kitabları gecələr "Ceyran" sobasının işığında, gözlərimə zülm verə-verə oxumuşam.

Əlqərəz, bir gün o parkın yanından keçəndə gördüm ki, bu "Azərkitab"ın yerində olsa yaxsıdır? Heç ağlınıza gəlməz, amma deyim: "Beynəlxalq it hospitalı". Bu hospitalın yiyələri gül dərib, gülab çəkiblər. Üzbəüz park. Hospitala it gətirənlər, əvvəlcə parkda, otun üstündə itlərini gəzdirirlər, otun üstünə "qıqı" elətdirib, sonra aparırlar itlərin hospitalına. Bundan sonra gəl cocuqları bu otun üstündə gəzdir. ... necədir səninçün?

O gün qəzet almaqdan gəlirəm. Maşallah, bizdə küçə ticarətinin əlindən tərpənmək olmur. Kim gəldi satır, kim gəldi alır. Genetik modifikasiya olunmuş ərzaqlar baş alıb gedir. Heç kim buna fikir vermir. Qarşımda molla geyimli, başında molla papağı (mən belə hesab etdim) olan biri əlində təsbeh şaqqıldadaraq gedir. Hərdən əlini üzünə aparıb salavat çəkir. Adam meyvə satılan cərgədə dayanıb barmağını əriyə uzadaraq soruşdu:

-Bu "abrikos" neçiyədir?

Pah, mənim  şaqqanaq çəkib gülməyimi görəydiniz. Hamı dönüb mənə tərəf baxdı. Fikirləşdilər ki, dəli olmuşam. Qarşımda duran molla da mənə təəccüblə baxdı.

" olub? - Deyə soruşdu.

Gülüşümü kəsib cavab verdim:

-Heç, ölümüzlə bir dildə danışırıq, dirimizlə başqa dildə.

Molla gözlərini bərəltdi:

-Heç başa düşmədim.

-Ay kişi, nəyi başa düşmədin? Əyninin geyiminə bax, əriyə "abrikos" deməyinə bax. Heç, yəqin ki, ərəbcə "abrikos" necə adlanır, onu da bilməyəcəksən. Deyəcəksən ki, onlarda ərik bitmədiyinə görə bu ad yoxdur.

Bu dəfə satıcı şaqqanaq çəkdi. Molla gördü ki, bunu təkərə salmışıq, əlini yelləyə-yelləyə bizdən uzaqlaşdı.

... necədir səninçün?

Keçək "harda bişdi, harda düşdü" dərdimizin o birinə.

Deyirəm bu "COVİD" ölkəmizdən "əskik"olmasın. qədər ki, bu xəstəlik vardı, ehsan yaddan çıxmışdı. On-on beş nəfər qohum yığışıb ölüsünü torpağa tapşırıb, dağılışırdı. Xərcə düşmürdülər. Elə ki, insanlara sərbəstlik verdilər, ehsan biznesi işə düşdü. Axı bu biznesin nüfuzlu, hörmətli sahibləri var. etdilər, etmədilər, icazə verdilər. Ölü yiyəsi ömrünün axırına qədər kredit borclarını qaytarmaqla məşğuldur. Öləndə bu borc vərəsəlik hüququ kimi bir şeydir. Di, ailə, gəl, bundan canını qurtar.

Bir qərbi azərbaycanlı qohumum var, anası doxsan yaşında rəhmətə getdi. Ruhuna fatihə! Oğlunun başı ehsana, pul axtarmağa necə qarışmışdısa, cənazə yaddan çıxıb, ortalıqda qalmışdı.

Nədir "COVİD"i geri qaytaraq?  O zaman "ehsan biznesi" çökəcək, qəbirstanlıqdan mollalar yoxa çıxacaq. Olmaz, axı onlar da beş-on nəfəri dolandırırlar. Beş-on nəfər ac adam gəlib havayı nəsə yeyirlər. Bu insafsızlıq olar.

Hələ "toy biznesi"ni demirəm. Şadlıq sarayının yiyəsi deyir ki, yeyirsən burda ye, özünlə heç apara bilməzsən. Niyə? Axı, mən bu yeməklərin pulunu ödəmişəm, sənə var? O da cavab verir ki, yesən bu xiyardır, yeməsən . Heyf deyildi yüz əlli nəfərlik "COVİD" toyu? Şəxsən mən çox bəyənmişdim. Elə ki, qadağanı aradan götürdülər, yenə "toy biznesi" çiçəklənməyə başladı. Toya beş yüz nəfər çağırırlar, it yiyəsini tapa bilmir. Hələ mən nişanı demirəm. A kişilər, nişana da dörd yüz nəfər adam çağırarlar? Görmüşük ki, nişana on-on beş nəfər gələr, "Allah xoşbəxt eləsin!" deyib dağılışar. Bu da oldu "nişan biznesi".

... neçədir, səninçün?

O gün Qız Qalasının yanından keçirəm. Ətraf da turistlərlə doludur. Dİqqətimi qoca bir arvadın küçəni süpürməsi çəkdi. Bah, süpürgə Nuh əyyamından qalma. Bu süpürgələri bir vaxtlar qapılarda satardılar. Biz onlara küçə süpürgəsi deyərdik. Gedib çöldən yığar, sonra küçə-küçə gəzib qışqırardılar: "Süpürgə var, süpürgə". Əsas da odur ki, turistlər bu antikvar süpürgənin yanında durub şəkil çəkdirirdilər, təbii, nənə ilə bir yerdə. Hətta, deyəsən biri nənənin süpürgəsini almaq istədi. Amma nənə heç başa düşmədiyindən turist əlini yelləyib gülə-gülə çıxıb getdi. Bu da "süpürgə biznesi". Gör Bakıda qədər süpürgə alıb nənələrin silahı edirlər.

... necədir, səninçün?   

Qarşımda bir yük maşını dayanmışdı. Üstündə belə bir sloqan yazılmışdı: "Evinizi daşıyırıq!"

Gülümsəyə-gülümsəyə yaxınlaşıb dedim:

- Evimi daşımaq istəyirəm, amma hündür mərtəbəli binada yaşayıram. Siz evin daşlarını neçə günə söküb daşıya bilərsiniz?

Sürücü çaşqın halda soruşdu:

- daş? Biz daş daşımırıq. Bunun üçün "KAMaz" sifariş ver.

Dedim:

-Axı, maşının üstündə yazmısınız ki, evinizi daşıyırıq.

- , bəs yazılmalıdır?

Cavab verdim:

-Axı, ev daşınmaz əmlak sayılır. Yazmalısınız ki, evinizin əşyalarını daşıyırıq.

Sürücü maşına otura-otura dedi:

-Belə şeyləri mən bilmərəm. - Barmağını yuxarı uzatdı. - Onlar bilirlər.

Bu da bir biznes.

... neçədir, səninçün?

Deyəsən çox oldu. Birini yazım, bitirim. Bizdə Elm Təhsil Nazirliyi var. Əvvəl elm verir, sonra təhsilinə keçirlər. Məntiqlə alınmır. Təhsil almayan kəs necə elmli ola bilər? Ona görə hamı elm dalınca qaçır, təhsil isə yaddan çıxır. Bu zaman repetitor biznesi işə düşür.

Daha bəsdir, yoruldum.

... necədir, səninçün?

 

YUNUS OĞUZ

 

Olaylar.- 2023.- 13-19 oktyabr, ¹38.- S.13.