Görən küçə varmı vüsal adında?
Görən küçə varmı vüsal adında?
Səni bu
dünyada unutmaq çətin,
Sən mənim
ruhumun əziz qonağı.
Ətrini saxlayır
hər döngə, hər tin,
Gözümdə alışır lalə yanağın.
***
Nə yaxşı
hər dərdə tabı tapmısan,
Bir üzü yolan da, yumşağın da var.
Deyirlər özünə babı
tapmısan,
Deyirlər ailən, uşağın
da var.
***
Ürəyim nə qaya, nə daş deyildi,
Bağçam da yoxuydu, sənə
gül dərim.
Yaş
o yaş deyildi, o yaş deyildi.
Mən sənin evinə elçi göndərim.
***
Bir doğma küçəmiz
vardı, yadında?
Baxmazdıq, yağanda nə
yağış, nə
qar.
Görən küçə varmı
vüsal adında?
Yoxdursa,
qoysalar nə yaxşı olar.
06.10.2023
Kənddə görüş
Nə vaxtdı həsrəti qəlbimi sıxır,
Yenə
yolum düşdü doğma kəndimə.
Uşaqkən keçdiyim hər
yol, hər cığır,
Çoxdan gözləyirmiş məni sən demə.
***
Gözlərim dikilib meşəyə,
dağa,
Qoymayım işimi gərək
sabaha.
Gedirəm bacımı başa
çıxmağa,
Qocalıb, adam da tanımır
daha.
***
Üzlərə baxıram, qəm-kədər
dolu,
Ağrıdıb özgənin azarı
məni.
Köçüb gözlərimə qəbristan
yolu,
Çağırdı anamın məzarı məni.
***
Ana, sənsizliyin sinəmi odlar,
Hanı
qaladığın gur
yanan ocaq?
Başıma yığışıb doğmalar, yadlar,
Tək səni axtarır gözlərim ancaq.
21.05.2021
Bircə gülüşlərin qalıb yadımda
Çay
kimi ruhuma axmısan bəlkə,
Elə bil gözümdə huri-mələksən.
Payızda qarşıma çıxmısan,
bəlkə,
Sən durna köçündən
düşən lələksən.
***
Eləcə çəkildin duman-çən
kimi,
Bilmədim incidin hansı söz üstə.
Kimdi səni sevən mən sevən kimi,
Qəlbimi istədin, dedim
"baş üstə".
***
Sevgimiz üstündə əsə
bilmədik,
Gecikdik ocağı qalamaq üçün.
Həsrətin ömründən kəsə
bilmədik,
Vüsalın ömrünə calamaq
üçün.
***
Tale qara gəlsə, heç vaxt ağ olmur,
Sən getdin, qırıldı qol-qanadım da.
Dəyişmisən, səni tanımaq olmur,
Bircə
gülüşlərin qalıb
yadımda.
12.10.2023
Hara qaçım ürəyimin
əlindən...
İşıq saçır göydə
Ayın yerinə,
Axıb
gedir düzdə çayın yerinə.
Beş
pay verir, bircə payın yerinə,
Hara qaçım ürəyimin
əlindən?
***
Bazarında ziyanı çox
xeyirdən,
Səxavətdi köhlənini səyirdən.
Heç
bilmirsən nə göydədi, nə yerdə,
Hara qaçım ürəyimin
əlindən?
***
Küsülüdü, nə vaxtdı göz-qaşımla,
Vuruşdadı, savaşdadı yaşımla.
Elə gün yox dalaşmasın
başımla,
Hara qaçım ürəyimin
əlindən?
***
Əzəl gündən bir
qanadlı quş oldu,
Kövrək oldu, həzin oldu, boş oldu.
Bir də gördün ağlayana qoşuldu,
Hara qaçım ürəyimin
əlindən?
***
Çiynin verib, bir yükü cəm çəkəndə,
Sızıldayıb, dilənçi
qəm çəkəndə.
Danlamışam buluddan nəm çəkəndə,
Hara qaçım ürəyimin
əlindən?
***
Sevgi dolu bir dünyadı,
görən kim?
Bənövşədi, qızılgüldü,
dərən kim?
Arzusunu,
istəyini verən kim?
Hara qaçım ürəyimin
əlindən?
09.10.2023
Mənim ürəyimi sərgiyə
qoyun
Həyat
əzəl gündən
oyundu, oyun,
Üzə gülsələr də,
yenə təksiniz.
Mənim
ürəyimi sərgiyə
qoyun,
Sevgiylə doludu, görəcəksiniz.
***
Yaxşının çiynində dayanıb
dünya,
Yaxşını qoruyun hər
an, demişəm.
Yatmışdı, deyəsən oyanıb
dünya,
Yaxşıya ürəyim qurban
demişəm.
***
Qanqala bənzəyir yaman adamlar,
Sevgini ömrümün himi bilmişəm.
Yoluma çox çıxıb
duman dumanlar,
Hamını ürəyim kimi
bilmişəm.
***
Qaldırın yaxşının şələsin
bir az,
Qəlbi
daş yanından kiriyib gedər.
Tələsin görməyə, tələsin
bir az,
Bəlkə buz ürəklər
əriyib gedər.
***
Həyat
əzəl gündən
oyundu, oyun,
Üzə gülsələr də,
yenə təksiniz.
Mənim
ürəyimi sərgiyə
qoyun,
Sevgiylə doludu, görəcəksiniz.
07.10.2023
Dağda gecələyir Tanrı,
görəsən?
Payızda yolunu salasan dağa,
Zirvənin başında qarı
görəsən.
Gələ dağ balının
ətri, qoxusu,
Ağac
koğuşunda varı
görəsən.
***
Yarğan
da, məpə də gözəl görünə,
Çılpaq ağaclarda yüz
əl görünə.
Hər yanda gözünə xəzəl görünə,
Dünyanın rəngini sarı
görəsən.
***
Quş qonmaz qayadan bir qaş hellənə,
Şıdırğı yağışdan
dərə sellənə.
Dərəyə baxanda, baş gicəllənə,
Dərəni bütöv yox,
yarı görəsən.
***
Dayanıb yamacla, yamac döş-döşə,
Yada ərlər düşə,
ərənlər düşə.
Qəlbindən bir duyğu kecə, ötüşə,
Dağda
gecələyir Tanrı,
görəsən?
15.10.2023
Fəxrəddin Teyyub
Olaylar.- 2023.- 20-26 oktyabr,
№39.- S.23.