Bir əsrlik Cümhuriyyət
"Özünün
100-cü ildönümünü Türkiyə artıq iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etmiş bir ölkə olaraq qeyd edir"
Türkiyə Cümhuriyyətinin elanının
100 ili tamam olur. 1923-cü il, oktyabrın 29-da Qazi Mustafa Kamal Atatürkün
elan etdiyi Türkiyə Cümhuriyyəti
ötən 100 ildə
çətin, çətin
olduğu qədər
də şərəfli
yol keçərək
günümüzə gəlib
çatıb. Ona görə çətin olub ki, Cümhuriyyətin
elanından tam 5 il əvvəl yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti
kimi Türkiyə də beynəlxalq basqılara məruz qalıb, onu təzyiqlər altında saxlayaraq sıradan bir vilayətə çevirməyə cəhd
ediblər. Lakin Qazi Mustafa Kamal
Atatürk bütün
bu təqib və təzyiqləri önləyə, Cümhuriyyəti
ayaqda tuta bilib.
Bu gün
də Türkiyə Cümhuriyyəti yaşayır,
inkişaf edir. Təkcə regionda deyil, eləcə də qlobal miqyasda gücə çevrilir. Tarixdən günümüzə qədər
gələn və bu gün də
uğurla həyata keçirilən düzgün
idarəçilik sayəsində
Türkiyə ilə təkcə regional aspektdə deyil, eyni zamanda beynəlxalq
aləmdə hesablaşırlar.
Türkiyə Cümhuriyyətinin yüz
illik tarixinə nəzər salan politoloq Yusif Bağırzadə deyib kiI Dünya müharibəsi gedişində
aldığı ağır
məğlubiyyətlər nəticəsində Mudros
müqaviləsinin imzalanmasında
sonra Osmanlı imperiyası nəinki geniş coğrafiyasından
məhrum olmuş, hətta özünün tarixi ərazisini, İstanbul, İzmir və digər Osmanlı torpaqlarını
itirmək təhlükəsi
ilə üz-üzə
qalmışdı. Məhz
belə bir şərait Türk Milli Hərəkatının
ortaya çıxmasına
səbəb olmuşdu.
Politoloq deyib
ki, 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli
simalarından biri olan Mustafa Kamal
Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən
şərtləri ləğv
etmiş və ölkənin bütün
torpaqlarının bütövlüyünü
qorumağı hədəfləyən
Türkiyə İstiqlaliyyət
müharibəsini başlatmışdır:
"Samsun şəhərindən
başlanan mücadilə
üç il sürdü və bundan sonra 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal Samsunu
Türkiyə dövlətçiliyi
uğrunda mübarizənin
mərkəzi elan etdi. Bundan sonra
Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin çağırılmasına
nail oldu. Həmin il, yəni 1920-ci ilin avqustunda İstanbuldakı
hökumət I Dünya
müharibəsinin qalibləri
olan ABŞ, Britaniya, Fransa tərəfindən təslimçi sülhə
- Sevr anlaşmasını
imzalamağa məcbur
edilmişdi. Sazişə
görə, Osmanlı
1914-cü ilə qədər
olan ərazilərinin
dörddə üçünü
itirir, ordu və donanması müttəfiq ölkələr
tərəfindən bölüşdürülürdü.
Geriyə indiki Türkiyənin üçdə
biri qalırdı".
Yusif Bağırzadə
deyib ki, təbii olaraq bu anlaşma xalqda böyük etiraza səbəb olmuşdu:
"Mustafa Kamal
Paşa isə türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirərək
Qurtuluş savaşına
başlayır. 1921-ci ilin
yanvarından başlayaraq
qələbələr əldə
edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı.
1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında
həyata keçirilən
"Böyük Taarruz"
əməliyyatı ilə
Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi əraziləri
də azad edildi.
Bundan sonra
Türkiyə Sevr anlaşmasının ləğv
edilməsi üçün
Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu və
1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi. Bununla da Türkiyənin
ərazisi indiki sərhədlər çərçivəsində
təsbitlədi. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı
qoşunları - ingilis
hərbi gəmilərini
İstanbul ətrafından
vurub çıxardı.
1923-cü il oktyabrın 29-da Mustafa Kamal Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış
edərək Türkiyə
Cümhuriyyətinin yarandığını
elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması
isə ordu komandanlarından İsmət
İnönüyə tapşırıldı.
1924-cü ilin aprelində
Cümhuriyyətin ilk
Konstitusiyası - Anayasa
qəbul olundu".
Yusif Bağırzadə
deyib ki, Cumhuriyyətin qurulmasından
keçən 100 il ərzində Türkiyə
tarixində müxtəlif
təlatümlər olsa
da, hərbi çevrilişlər baş
versə də Türkiyə Cumhuriyyət
olaraq ayaqda qalmağı bacardı və inkişaf etdi:
"Bu gün
Türkiyə beynəlxaq
münasibətlər sitemində
öz yeri olan, gündən-günə
güclənən, sürətlə
inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli
ölkələrdən birinə
çevrilib".
Politoloq bu
inkişafın bütün
sahələrdə qeydə
alındığını, xüsusilə iqtisadiyyatən
inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirib ki, bu gün Türkiyə
kənd təsərrüfatı
məhsullarının, tekstil,
motorlu nəqliyyat vasitələri, gəmilər
və digər nəqliyyat avadanlıqları,
tikinti materialları, istehlakçı elektronikası,
hərbi sənaye məhsullarının istehsalı
ilə dünyanın
lider istehsalçıları
sırasına yüksəlməyi
bacarıb:
"Dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə
özünün son illərdəki inkişafı,
xarici siyasət, təhlükəsizlik və
digər sahələrdə
qazandığı uğurları
ilə sözün əsl mənasında regional və qlobal gücə çevrib. Son dərəcə mürəkkəb
proseslərin cərəyan
etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi
ilə beynəlxalq müstəvidə yüksək
nüfuz və hörmət qazanıb.
Özünün 100-cü ildönümünü Türkiyə
artıq iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etmiş bir ölkə olaraq qeyd edir. Türkiyə
artıq qərbin diktəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə,
Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya
qədər geniş bir arealda təsir
dairəsi formalaşdıra
bilib.
Cənab Prezidentin
də qeyd etdiyi kimi "Güclü Türkiyə
güclü Azərbaycan
deməkdir". Bu gün hər bir Azərbaycan vətəndaşı ən
azı Türkiyə vətəndaşları qədər
əldə olunan uğurlara sevinir. Mən də fürsətdən istifadə
edərək Türkiyə
xalqını bu mühüm əlamətdar
gün münasibətilə
təbrik edirəm".
Süleyman İsmayılbəyli
Olaylar.-
2023.- 27 oktyabr-2 noyabr, №40.- S.10.