Qərbi Azərbaycanın təbiətisilsiləsindən

 Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi

 

XIX əsrin əvvəllərinə qədər əski tarixi dövr coğrafi məkan baxımından Aran Borçalı, Qazax-Şəmsəddin mahallarının Qaraparaqların (tərəkəmə elatlarının) yay otlaq sahələri kimi istifadə edilən (əski Alban mədəniyyətinin ocaqları olmuş "Çal" adlı yerdə) Göyçə dağlıq silsiləsinin Səlimgədiyi (2147 m) quru dağ çöllərinin qoynunda, qədim yaşayış məntəqələri hövzəsində 1801-ci ildə 19 ailə tərəfindən salınan yurd-ocaqlardan biri Göyçə gölünün şimal, şimal-şərq ətrafını tutan Adatəpə yüksəkliyinə bitişik Ardanış/Ardanuc kəndi olmuşdur.

Türk xalqlarının əski məskunlaşdığı Göyçə gölü hövzəsinin e.ə. minilliklərdə Saklar (İskitlər, Skiflər), Qıpçaq-Hun tayfa birliklərinin yurd-ocaqları hərbi-döyüş, müdafiə-istehkam məntəqələri boyunca, eləcə , mühüm ticarət-karvansaray ocaqları istiqamətində yerləşməklə əlverişli tarixi-coğrafi mövqeyə malik olmuşlar. Qədim Türk dillərində "Uc yaşayış məkanı" mənasını (Sak dilində "arda"-yaşayış yeri, "uc"-ucqar, kənar mənasındadır) verən bölgənin Çəmbərək nahiyəsinin Ardanış/Ardanuc kəndi Göyçə gölünə simsar, dağətəyi yamacların alçaq-tirəli düzənliyə, hamar, çılpaq səthə qovuşan yerdədir, Qaraqoyunlu vadisinin cənub hissəsində.

Əski, Xristianlığaqədərki Alban dövrünün milli-etnogenetik maddi-mənəvi mədəniyyətinin  irs daşıyıcısı olan bu kəndin quzey qonşuluğunda Çəmbərək nahiyə mərkəzi, həmçinin Yeni Başkənd, Ağbulaq, Şorca Cil kəndləri yerləşir, Şahdağ silsiləsinin şimal-qərbə davamı olan Murğuz dağını (Ardanış aşırımını) keçib-ketməklə Kürümdərəsi cayı boyunca Mutudərə mahalının kəndlərinə (Fındıqlı, Əlismayıl, Arıqıran, Parakənd, Daryurd, Səbətkeçməz, Çaldaş...) çatmaq olur.

Ardanış/Ardanuc kəndinin yaranma mərhələsində etnik-soy kökə bağlı tayfaların (Musalı, Göy İsalı, Atıcılar (bu nəsil Qarabağdan köç etmişdir), Aşubullu, Arıqlılar, Topallılar...) şəcərə davamçılarının adı ilə bağlı məhəllələr yaranmışdır-kəndin mərkəzindən keçən Cullaf çayının (Göyçə gölünə, eyni adlı körfəzə tökülür, uzunluğu təqribən 15 km-dir) hər iki yatağını tutan Qədim məhəllə, qərbə doğru Çəlvəri məhəlləsi, şərq hissədə, Cullaf çayının sol sahilindəki Çənəkənd məhəlləsi (Kilisəlinin içi), cənub-qərb tərəfdə  Aşağı məhəllə yerləşir. Bu çayın sağ qolu Qaraçay boyunca yerləşən Qədim məhəllə kəndin mərkəzi hissəsini tutur (bu hissədə Cullaf Qaraçay çayları birləşir).

E.ə. tarixi dövrə aid Alban mədəni irs ocağı olan Kilsəlinin içində 2015-ci ildə haylar tərəfindən "erməni kilsəsi" tikilmişdir.

Ümumilikdə, Ardanış kəndinin 10 min hektardan çox ərazisinin xeyli hissəsi dəmyə şəraitində becərildiyindən suvarma suyuna ciddi ehtiyac duyulmuşdur, 1950-ci illərin sonlarına yaxın "Ardanış" südçülük-heyvandarlıq kolxozunun sədri Əli Axund Ələşrəf oğlu Axundov (1909-2014) tərəfindən kəndin yuxarı hissəsində Cullaf çayının üstündə su anbarı (daş-beton səddin hündürlüyü 7-8 m-ə çatırdı) tikdirdi, əkin sahələri ilə yanaşı həyətyanıların da su təminatı yaxşılaşdı, kəndin cənub-şərqindəki 15 hektarlıq alma-armud bağı da həmçinin. Bu bərəkətli bağ 1980-ci illərdə ləğv edildi (kənd sakini Qara İsmayıl oğlu (1902-1984) həmin bağın uzun müddət mühafizəçisi olduğu üçün ora "Qaranın bağı" deyilirdi.

Cənub-şərq şərq hissədə yerləşən əkinlərin Göyçə gölünə yaxın yerlərində (Cil kəndi ilə sərhəd olan Novruzoğlu dərəsindən başlayaraq gölün ətrafı boyunca 10 km-lik, bəzi yerdə eni 200 m olan qurşaqda) meşə ağaclarının (Eldar şamı, küknar, qarağac, iydə...) tingliyi salınmışdır ki, gölün suyu çəkilən talalarda daimi yaşıl qurşaq əkilirdi, 1950-ci illərin əvvəllərindən etibarən. Bu ərazilər Cadır düzünə bitişik idi.

Çadır düzü Ardanış kəndi ilə Adatəpə dağı/yüksəkliyi arasında 350-400 hektarlıq göl sularından azad olunmuş (1950-ci illərin əvvəllərində) hamar, yastı ərazi idi. Düzənliyin az bir hissəsi qonşu Şorca, xeyli sahə Ardanış kəndinə aid olub. 1952-ci ildən etibarən Çadır düzünün münbit torpaq (boz qəhvəyi)  yerində dəmyə olaraq buğda, arpa, çovdar, vələmir becərilirdi.

Göl sularından azad olan əraziləri özündə birləşdirən "Rəndin beli" daşlı-çınqıllı sahə idi, gəvən növlü ot bitikiləri ilə örtülü kənətrafı örüş kimi istifadə edilirdi. Kəndin aşağı hissəsi, "Rəndin beli"nə qədər 150 hektarlıq sahə əkin yeri kimi becərilirdi.

Düzün aşağısında, dağın ətyində dəmyə əkin yeri, şərqə doğru isə 1 km aralıda 20 hektara qədər suvarılan (buğda, yem bitkiləri, tütün əkilirdi) sahələr uzanırdı. Çadır düzü ətrafında, Adatəpənin ərazisində  süd-əmtəə (qoyunçuluq) fermaları salınmışdı.

Adatərə dağının qərb yamacı, gölə qovuşan ətəyi Keçili adlanırdı.

Kənd orta məktəbinin ədəbiyyat müəllimi Musa İsmayıl oğlu İsmayılovun (1936) söylədiyinə görə, keçən əsrin 40-cı illərin sonunda əhalinin artması əkin-biçin torpaq sahələrinin az olması səbəbindən əsasən qonşu rayonlara (Gədəbəy, Qazax, Tovuz  başqa yerlərə) üz tutan camaat Çadır düzünün (sahəsi 400 hektara qədər) sayəsində köçü dayandırmışlar. "Ardanış" kolxozunun sonuncu sədri Kazım Əsgər oğlu Əliyev (1923-2008), ilk sovxoz direktoru isə Abbasəli İsmayıl oğlu Kərimov (1920-2000)  olmuşlar.

1976-cı ilədək  "Ardanış" heyvandarlıq kolxozu sonra sovxoz kimi fəaliyyət göstərmişdir.

Təbii-lanşadft komleksi, torpaq-iqlim xüsusiyyətləri, gölətrafı dağlıq relyef şəraiti Ardanış kəndinin iqtisadi-təsərrüfatını coğrafi mövqeyini xeyli dərəcədə əlverişli etmişdir. Çadır düzü, kəndin aşağısındakı tünd şabalıdı torpaq örtüyü, Kilsənin içi boyunca münbit əkin yerləri, Göyçə dağlıq silsiləsinədək hissədə dəmyə suvarılan əkin sahələri, "Taxtalar yeri" subalp-alp çəmənlikləri...bol kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün zəmin olmuşdur.

1941-1945-ci illərdə sonralar, 1960-cı illərədək bu torpaqların əksər hissəsi (xüsusilə dağlıq yerlərdə) əhali təsərrüfatın kartof əkini sahələrini becərmişlər.

Qədim "Çal yeri" kəndin şimal-qərbində, hündür yerdə idi. Bu yerləri tərəkəmə elatı (Qazax nahiyəsinin Kəsəmən,  Əskipara, Kəmərli, Qaymaqlı kəndlərinin Musalı, Aşıq Usublu, Göy İsalı, Arıxlılar (xalq şairi O.A.Sarıvəllinin-1905-1990, nəsli)...tayfaları başqa kiçik nəsillər) 1801-1830-cu illərdə daimi yaşayış məntəqəsinə çeviriblər, əski tarixi yurd yerlərində.

Zəngin göy daş (qranit) yatağına malik olan "çal yeri"nin sərvətindən haylar 1970-ci illərdə İrəvan şəhər metro tikintisində üzlük-bəzək məqsədi ilə istifadə etmişlər. Kəndin şərqində "Bala güney"ın (10 hektar ərazi) gilli suxurları isə sement istehsalı üçün 1980-ci illərdə Karvansaray şəhərinə daşınıb aparılmışdır. 

Kəndin şərq hissəsində "Ocağın başı" dini-ibadət ziyarətgah kimi sakral mənəvi-irs dəyəri daşıyırdı, bu təpəlikdə dairəvi, daşdan hörülü, uçuq tikili qalırdı, döşəməsi göy daşdan ibarət idi. Yerli əhali oranı ziyarət edirdi, niyyət edib nəzir qoyurdular, irfani and yeri idi, daşı-torpağı öpülürdü, tutiya kimi gözə çəkilirdi, qorunurdu, müqəddəs ocaq sanılırdı. 1950-ci illərdə kəndin sakinlərindən dini-inamı olmayan bir nəfər ocağın daşından evinə gətirmək istəyib...elə həmin "Ocağın başı"ndan 100 m aralana bilib ki, üzü-ağzı əyilir, qorxudan daşı orda qoyub aralandıqdan sonra sağalır, Ocaqdan qopan daş kimi yenə ziyarət olunurdu....Bu ocağın yerində divarının hündürlüyü 0,5-1 m olan, eni-uzunluğu 4-5 m-ə çatan tikili vardır.

Qədim Alban mədəniyyəti əski tarixi-dini sakral ocaqların yerindən tapılan yazılı-naxışlı daş nümunələrini 1970-ci illərdə "erməni"lər aparıb müəyyən vaxtdan sonra başqa bir yazılı formada gizli olaraq kəndin ətrafında basdırmışdılar. yaxud, ipək parça üzərində yazını Əli Kərbəlayı Xəlil oğlu (1905-1978) aparıb Ördəkli şəhərində bir "erməni"yə vermişdir.

Göyçə gölünün mavi, bəmbəyaz duru, yosunlu sularına baş vuran Hilal Ay təsvirli  Adatəpə Qıpçaq-Alban mədəniyyətinin sakral ocaqlarına (məbəd qəbirstanlıqları ilə) tarixi bir ünvandır. Yaşlıların dediyinə görə, burada Adatəpə kəndi olub, 1960-cı ilədək gəmi-bərə ilə Ördəkli-Ardanış arası su nəqliyyatı mövcud olub.

Adatəpə yüksəkliyi 2200 m hündürlikdə olmaqla əsrarəngiz landşaft quruluşu ilə göz oxşayır, kollu-meşə örtüyünə bürünüb, "Böyük meşə" adlanan yuxarı hissədə ardıc ağacı, meşə kolları (ayıqarası), atburnu...  çoxdur, aşağı yerləri  "Balaca/Kiçik meşə" tutur.

Ətraf mühitin gözəlliyi, göl-düzən-dağ sisteminin baxımlı mənzərəsi Göyçə gölünün əski Türk-Müsəlman yurdları üçün səciyyəvi təbiət gözəlliyidir...

R.S. Çar Rusiyasının 1836-cı il "Qeydiyyat kitabı" məlumatına görə, Ardanış kəndində 19 ailə olsa da, 1880-ci ildə nəşr edilmiş "Qafqaz haqqında məlumatlar toplusu"nda göstərilib ki, 1873-cü ildə Yeni Bəyazid qəzasının bu kəndində 48 həyət, 389 nəfər Türk-Müsəlman yaşamışdır. 1912-ci ilin "Qafqaz təqvimi"nin məlumatına görə bu rəqəm 1043 olub. 1986-cı ildə kəndin 500 evinin 2500 nəfər əhalisi 24-28 dekabr 1988-ci ildə doğma yurdlarından hay-daşnak quldurlarının təcavüzü ilə zorla qovulmuşlar.

   R.S.S. Göyçə gölünün Çəmbərək nahiyəsinin Türk-Müsəlman kökənli yer adları keçən əsrin əvvəllərindən etibarən dinsiz hay kilsəsi hay sürüsü tərəfindən dəyişdirilmişdir, belə ki, 1937-ci ildə Cəmbərək nahiyə mərkəzi-"Krasnoselsk" (XI Qırmızı Ordunun adına uyğun), Cullaf körfəzi-"Artuc", Adatəpə burnu-"Qlaqol", Ördəkli kəndi ərazisində 1842-ci ildə salınmış rus yaşayış məntəqəsi çar I Nikolayın (1796-1855) kiçik qardaşı Mixail Pavloviçin (1798-1849) həyat yoldaşı Yelena Pavlovnanın (1807-1873) adı ilə-"Yelenovka", 03.01.1935-ci ildən "Sevan", Cırdaxan (Yeni Başkənd) kəndi-1953-cü ildən-"Orconikidze", 03 aprel 1991-ci ildən-"Vaqan", Zəngi çayının mənbəyi hissəsində yerləşən Karvansaray şəhəri 06 iyun 1959-cu ildən-"Razdan"... adlanıb.

   R.S.S...Rusiya Federasiyasının Volqaboyu vilayətinin Ardanış kəndinin adı Volqaboyu Bulqar-Qıpçaq Türk tayfa birliklərinin dil-sintaksis üslubunun, morfo-filoloji danışıq tərzinin ədəbi-coğrafi düşüncə  təlimi konteksində təhlil edildikdə antrotoponim kimi Türk mənşəli olduğu şübhə doğurmur.

 

Qismət Yunusoğlu,

Qoşqar Məhərrəmoğlu,

Bakı Dövlət Universitetinin müəllimləri.

 

Olaylar.- 2023.- 27 oktyabr-2 noyabr, ¹40.- S.17.