Birinci ledi Mehriban Əliyeva
- bizim Sara Xatunumuz
Bu yazını mənə bir telekadr yazdırdı.
Çox təsirli bir mənzərə idi. Azərbaycan Prezidenti İlham Əliyevlə
xanımı Mehriban Əliyevanın
işğaldan azad olunan ərazilərimizə
səfərlərinin birində
onlara təndirdən
yeni çıxmış çörək
təqdim olundu. Hər ikisi çörəyin dadına
baxandan sonra Mehriban xanım incə bir həssaslıqla çörəyin üstünü
örtdü. Əsl xanım! Əsl Azərbaycan xanımı!
Keçdiyi mənalı ömür
yolu, yüksək humanizmi, xeyirxahlığı
və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci ledisi, Birinci vitse-prezidenti Mehriban
Əliyeva tariximizin şanlı salnaməsinə
öz dəst-xətti
ilə daxil olan şəxsiyyətlərdəndir.
Xeyirxah əməlləri
ilə xalqın sevimlisinə çevrilən
birinci ledi Azərbaycan qadınına
xas olan ən gözəl xüsusiyyətləri özündə
cəmləşdirərək, nəciblik və zəriflik missiyasını
şərəflə yerinə
yetirir. Bu şərəf Mehriban xanımın Azərbaycan
adına bəxş etdiyi sərvətdir, dəyərdir.
Əslində Azərbaycan qadınının
istər birinci ledi olsun, istərsə
də adi ev xanımı, fərq etmir, damarları ilə axan qadınlıq qüruru, xanımlıq şərəfi, analıq
ləyaqəti onun ən üstün keyfiyyətidir. Allah bu üstünlüyü hər
millətə bəxş
etmir. Nə xoş ki, Tanrı qiyməti milyonlarla, milyardlarla ölçüməyəcək
qədər dəyərli olan həmin sərvəti məhz Azərbaycan qadınlarına bəxş
edib. Bu bir həqiqətdir ki, Azərbaycan
qadınları tarix boyu müdrik, uzaqgörən, Vətənə,
torpağa və ailəsinə sədaqətli
olmuş , hər zamanın özünəməxsus sınaqlarından
alnıaçıq, üzüağ
çıxmağı bacarmış,
çətin məqamlarda
doğru yolu seçmişlər. Bunun bariz
nümunəsini e.ə.
VI əsrdə yaşayan
Əhəməni hökmdarı
Kirə qan uddurmuş Tomrisin timsalında, öz ağlı və dərrakəsi ilə İsgəndəri düşünməyə
vadar etmiş Bərdə hökmdarı
Nüşabənin simasında
görürük. Sultan Toğrulun
qızı, Atabəylər
dövlətinin sonuncu
hökmdarı Müzəffərəddin
Özbəyin həyat
yoldaşı Mehrican xatun şəxsi
nüfuzu hesabına Xoy, Səlmas və Urmiyanı öz idarəçiliyində
saxlaya bilmişdi.
1225-ci ildə Təbrizli
Şəmsəddinlə birlikdə
Təbriz, Xoy, Naxçıvan şəhərlərinin
işğalçılardan azad olunmasında
böyük hünər
göstərmişdir.
Adı Azərbaycanın və Şərqin dövlətçilik
tarixinə ilk xanım
diplomat kimi daxil olan Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara
Xatun isə ilk birinci ledi statusunda
olub. Tarix onu bizə böyük
ağıl və mətanət, müdriklik
və cəsarət sahibi, istedadlı diplomat kimi
tanıdıb. Xarici ölkələrlə aparılan
danışıqlarda o zaman bütün Şərqdə yeganə
qadın diplomat olan
Sara Xatun mühüm rol oynayırdı. Sara Xatun mahir bir
diplomat kimi öz ölkəsindən çox-çox
uzaqlarda da tanınmışdı. O, həm də böyük hərbi sərkərdəlik
bacarığına və
hərbi intiusiyaya
malik qadın idi. Onun uzaqgörən
ağlı və çevikliyi dar məqamlarda tez qərar çıxarmaqda
əlindən tuturdu.
Bir ana olaraq da adı tarix səhifələrinə
qızıl hərflərlə
yazılıb .
Bu günkü Sara Xatunumuz bizim birinci ledimiz Mehriban xanım Əliyevadır. Tanrı Azərbaycan xalqına 500
il sonra Mehriban xanımın
timsalında yeni Sara Xatunu bəxş edib. Hər iki xanım
bu millətin baş tacı, şərəf ölçüsüdür.
Hər iki qadın bu xalqın
bəşəri duyğularla
yüklənmiş əsilzadə,
kübar, incə ruhlu xanımlarıdır.
Hər iki qadın zərafəti, nəcibliyi qan yaddaşında daşıyan
ucalıq rəmzidirlər.
Hər iki qadının taleyində Tomris
hünəri, Nüşabə
uzaqgörənliyi, Mehrican
nüfuzu cəmləşib.
Mehriban xanım tariximizdə dövlət və siyasət xadimi kimi iz qoyan
həmin xanımlarımızın
qədim ənənəsini
bu gün böyük bacarıq və qabiliyyətlə, həm də yüksək səviyyədə
davam etdirən xanım liderdir, birinci ledidir. Amma onu bu xanımlardan
fərqləndirən daha
bir üstünlüyü
var: Mehriban xanımın fəaliyyəti
çoxşaxəlidir. Hər
bir işi sevgi ilə görür, hər kəsə qayğı
ilə yanaşır və bu sevgini,
bu qayğını çox səxavətlə
insanlara ötürür.
Məlumdur ki, birinci ledilər
ölkəsinin ictimai-
siyasi və sosial həyatında fəal iştirak etməklə yanaşı
dövlətlərarası dostluq, humanitar və mədəni əməkdaşlığı möhkəmləndirən siyasi
xadimlərdir. Onlar, həm də beynəlxalq sülhü, qadın və uşaq hüquqlarını, ümumbəşəri
dəyərlərin qorunmasını
müdafiə edən
şəxslərdir. Mehriban Əliyeva məhz bu parametrləri şəxsi
taleyində və fəaliyyətində daşıyan
xanımdır. Onun vətəni, xalqı üçün etdiklərini
sadalamağa gərək
görmürəm. Bir kitablıq
faktı bir yazıya necə sığışdırmaq
olar? Zatən son 20 ildə ölkənin birinci ledisi olaraq gördüyü işlər əsas verir ki, hər bir azərbaycanlının
yaddaşında, qəlbində
bu gözəl xanımın obrazı yaradılsın.
Azərbaycan qadınının
əsrlərin o tayından
boylanan xanım-xatınlığı,
Şərq qadınlarına
xas əsilzadəliyi,
kübarlığı Mehriban xanımın simasından,
baxışlarından, xoş
təbəssümündən boy göstərir. Azərbaycanın
birinci ledisi olaraq onun adı
dünyada ən gözəl hesab olunan birinci xanımların siyahısında
öncül yerdədir.
Onun
özünəməxsus gözəlliyi,
zərifliyi, səmimiyyəti
var. Ulu Öndərin sağlığında
televiziya ekranlarından,
fotoobyektivlərdən qaçmağa
çalışır, arxa
planda görünməyə
cəhd edirdi. Bu, onun ədəb-ərkanından,
mədəniyyətindən, genetikasından gələn
bir əxlaq nümunəsi idi. Amma özünün sirli təbəssümü, utancaq
siması, gülər
gözləri ilə yaddaşlara hopurdu, insanların maraq dairəsinə düşürdü.
Bu ondan irəli gəlirdi ki, Mehriban xanım
tarixi köklər üzərində pərvəriş
tapmış bir nəslin, bir gözəl ailənin yetirməsidir. Görkəmli
şərqşünas, Azərbaycanda
ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevadan
tərbiyə almış,
babaları Mir Cəlal
Paşayev və Nəsir İmanquliyevdən
həyat dərsi öyrənmiş, atası
akademik Arif Paşayevdən elmin sirlərini əxz etmişdi. O, Ulu Öndərin
gəlini idi, gələcəyin böyük
sərkərdəsi, "dəmir
yumruqlu" Ali Baş
Komandanı, Azərbaycana
Zəfər sevincini yaşadan Prezidenti
İlham Əliyevin əlindən
tuturdu. Zəriflik nümunəsi olan, Azərbaycan
qadınına xas ideal keyfiyyətləri,
ziyalılığı, insanlara
sevgisi ilə böyük nüfuz qazanmış aklademik Zərifə Əliyevanın ocağından hərarət alaraq ondan da həyat dərsi alırdı. Ötən əsrin 80-ci illərində Ulu Öndərin şəxsi
mühafizəsinin rəisi
olmuş Aleksandr İvanovun
söylədiyi bu fikirlər dediklərimi təsdiq edir: " Çox sonralar mən Zərifə xanımın bir çox məziyyətlərini Mehriban xanımın
timsalında gördüm.
Düz deyiblər ki, gəlin ocağa çəkər". Deməli
birinci ledi hər iki ocaqda gördüklərini,
öyrəndiklərini qəlbinin
yaddaşına köçürüb...
"Hər bir uğur
qazanmış kişinin
arxasında bir qadın dayanır" fikrini dünyanın hər yerində təsdiq edirlər. Lakin bu fikir yarımçıqdı,
çünki hər bir uğuq qazanmış
qadının arxasında
da ona hərtərəfli
dəstək olan kişi, bütövlükdə
ailə, mənəvi
dəyərlər, milli varlığa
bağlıılıq dayanır.
Həmin qadınlar özünəinamlı, güclü,
eyni zamanda öz ocağının qoruyucusu olur, hər zaman ailə dəyərlərinin mizan-tərəzisini diqqətdə
saxlayırlar.
Və ən maraqlısı odur ki, bunlar onun ictimai
xadim olmağına, cəmiyyətdə yüksək
mövqe tutmağına
mane olmur. Əksinə hər iki missiya bir-birini
tamamlayır - İlham və
Mehriban Əliyevlərin ailəsində
olduğu kimi. Azərbaycanın birinci ledisi həmin qoruyuculuq missiyasının
daşıyıcısı olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti
Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ICESCO-nun xoşməramlı
səfiridir.
Mehriban xanım Əliyevanın
tarixi abidələrin,
müqəddəs dini
məkanların bərpası,
abadlaşdırılması üzrə həyata keçirdiyi layihələr,
başqa-başqa ölkələrdə
inşa etdirdiyi məktəblər, ehtiyacı
olan icmalara uzatdığı kömək
əli, ICESCO-nun sülhməramlı
səfiri qismində yerinə yetirdiyi missiya xarici ölkələrdə yaşayan insanlarda Azərbaycan qadınının
şəxsiyyətinə böyük
rəğbət yaradır.
Onun cəmiyyəytdə tutduğu
mövqe, ictimai-siyasi hadisələrə münasibəti,
aldığı qərarlar,
verdiyi tövsiyə və məsləhətlər İlham Əliyevin fəaliyyəti ilə həmahəngdir. Dünyada
yayılmış bir
aforizmi Prezidentin ən sadiq məsləkdaşı
olan Mehriban Əliyevanın ünvanına
çəkinmədən söyləmək
olar: birinci xanım prezident üçün ən yaxşı partiyadır. Məhz buna görə də Prezident Birinci vitse-prezidentlik kürsüsünə öz
məsləkdaşını layiq gördü. 44 günlük Vətən müharibəsində Ali Baş
Komandanın Zəfər
müjdəsini ilk olaraq
sosial şəbəkə
hesablarında paylaşması,
Prezidentlə birlikdə
hospitallarda müalicə
olunan hərbçiləri
ziyarət etməsi, şəhid analarının
yanında olarkən göz yaşlarını gizlətməyə
çalışması, qələbədən
sonra dəfələrlə
işğaldan azad olunmuş rayonlara səfəri xanım Əliyevanın həm vətənpərvər,
cəsarətli, güclü,
eyni zamanda mərhəmətli və
şəfqətli olmasını
göstərir, həm
də bu təyinatın çox doğru olduğunu sübut edir. Bir dəfə
İlham Əliyev birinci
ledinin Birinci vitse-prezident kimi fəaliyyəti haqqında xarici
jurnalistin veridiyi sualı belə cavablandırdı: "Onun azərbaycanlılar
arasında güclü
dəstəyi var. Siz küçədə istənilən
şəxsdən soruşa
və vətəndaşların
onu necə sevdiyini və dəstəklədiyini görə
bilərsiniz. O, tamamilə
sosial və humanitar məsələlərlə
məşğuldur və
on minlərlə insana
yardım edir. Lakin o, bunu hər hansı
bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın
qürur duyduğu bir şəxsdir".
Bu bir tarixi həqiqətdir
ki,vətəni, xalqı üçün çalışan, təmənnasız
xeyirxahlığı və
humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları,
xoş əməlləri
gələcək nəsillər
üçün nümunəyə
çevrilir. Özlərindən
sonra qoyub getdikləri iz nəsillər
dəyişdikcə hər
dəfə yenilənir.
Çünki həmin
iz böyükdür,
genişdir, silinməzdir.
Xanım Mehriban Əliyeva
- bizim Sara Xatunumuz da məhz belə iz sahibi olaraq
birinci ledi, Birinci vitse-prezident kimi nəsillərin yaddaşına hopacaq, unudulmayacaq.
Züleyxa NADİR
Olaylar.- 2023.- 1-7 sentyabr.-
S.5.