“Qərbi Azərbaycanın coğrafiyası”–

XIX əsr rus alimlərinin əsərlərində...

 

XVIII-XIX əsrlərdə çar Rusiyasının Cənubi Qafqaz siyasətində regionunun çoxşaxəli tədqiqi istiqamətində həyata keçirilən demoqrafik, arxeoloji, paleontoloji, coğrafi, geoloji... baxımdan öyrənilmələri sırasında Kiçik Qafqazın Qərbi  Azərbaycan bölgəsi də xüsusi yer tutduğundan bir sıra görkəmli rus alimlərinin (İ.İ.Şopen-1798-1870, S.N.Qlinka-1775-1847, S.M.Bronevski-1763-1830...) əsərləri və mərkəzi nəşrlər bu mövzuda olmuşdur. Bu baxımdan İmperator Moskva Arxeologiya Cəmiyyətinin 1888-1916-ci illər ərzində ("A.İ.MamontovKo" nəşriyyatında) çap edilən "Qafqaz arxeologiyasına dair məlumatlar"  toplusunun xüsusi  buraxılışlarını qeyd etmək olar.

Bu toplunun VI nəşrində "Göyçə gölü hövzəsi" bölümü nəinki Qərbi Azərbaycanda, ümumilikdə Bütöv Azərbaycan hüdudlarında yaşayan kökənli Türk-Müsəlman əhalisinin həm də sakral, Dini-Ruhani dünyadərkinin formalaşmasında təbii-coğrafi ərazi kimi  Göyçə bölgəsinin xüsusi dəyərə malik olduğu öz təsdiqini tapmaqla, eləcə də Kiçik Qafqazda ən böyük qapalı  su yatağının geoloji, coğrafihidrogeoloji cəhətdən əsaslı tədqiqi nəticələrinə həsr edilib.

IV dövr (Antropogen) mənşəli Göyçə gölü Qərbi Azərbaycanın maddi-milliirsi sərvəti olmaqla yanaşı Cənubi Amerikada, And dağlarındakı Titikaka gölündən (BoliviyaPeru dövlətlərinin sərhəddində yerləşən, 3812 m yüksəklikdə) sonra dünyada ikinci yüksək hündürlüklü dağ gölüdür.

Kişik Qafqaz dağlıq, tektonik qalxma qurşağının şimal hissəsini tutan, fəal seysmikliyivulkanogen aktivliyi ilə seçilən silsilələrin əhatəsində yerləşən Göyçə gölü hövzəsinin coğrafi mövqeyi, hərbi-strateji üstünlüyü, iqtisadi-təsərrüfat əhəmiyyəti, tarixən sıx əhali məskunlaşması məkanı...kimi dəyərlərinin nəzərə alınması onun daim diqqət mərkəzində olmasını şərtləndirmişdir. Göyçə gölü hövzəsi əhalisinin etno-morfogenetik xüsusiyyətlərinin, demoqrafik, dini-irqi tərkibinin özəlliyinin, milli-mənəvi mədəniyyətinin öyrənilməsi (antik dövrorta əsrlər Avropa və Şərq ölkələrinin alimləri-səyyahları tərfindən)  ilə yanaşı, həm də coğrafi tədqiq də elmi-nəzəri əhəmiyyət daşımış, bir sıra mülahizələrin yaranmasına səbəb olmuşdur.

O cümlədən, hövzənin geomorfoloji-hidrogeoloji struktur tədqiqini aparan A.A.İvanovski belə bir mülahizə yürüdüb ki, geoloji eranın başlanğıcında Zəngi çayı Göyçə gölündən başlamayıb, yaxın dövrlərdə süni qazılan  kanalla gölün suyu çaya axıdılıb. Əlavə məlumat verilir ki, E.İ Eyxvaldın (1795-1876) səyahəti zamanı yerli kökənli əhali belə deyib ki, bu birləşdirici  kanal Şah Abbasın (Böyük Səfəvi xanədanının V hökmdarı I Şah Abbas  Məhəmməd Xudabəndə oğlu (1571-1629) nəzərdə tutulur-Q.Y.) fərmanı ilə tikilmişdir.

   Haşiyə. 1824-cü ildən İmperator Elmlər Akademiyasının müxbir üzvü, təbiətşünas və paleontoloq Eduard İvanoviç Eyxvald Hərbi Tibb Akademiyasının professoru kimi 1826-1827-ci illərdə Qazan Dövlət Universitetinin maliyyə dəstəyi ilə Qafqaza və Xəzər dənizi hövzəsinə səyahət etmiş, o cümlədən Ağrıdağ vadisi-Göyçə gölü ərazilərinin paleontoloji tədqiqini aparmış, bu mövzular əsasında 1839-1855-ci illərdə Peterburq Dağ İnstitutunda mühazirələr oxumuş, 1850-1861-ci illər ərzində çoxcildli "Rusiyanın paleontologiyası" monoqrafiyasını çap etdirmişdir.

Göyçə gölü və Zəngi çayı arasında kanalın çəkilişi ilk növbədə çayın suvarma əhəmiyyəti ilə bağlı olmuşdur. Məhz bu amil nəzərə alınmaqla 1883-cü ildə çar Rusiyasının Dövlət Əmlak Nazirliyinin Tiflis şəhərində yerləşən Departamenti tərəfindən irriqasiya layihəsi işlənilmiş, 1888-ci və 1889-cu illərin yay aylarında general, geodezist İ.İ.Jilinskinin (1834-1916) rəhbərliyi altında hidrogeoloji-hidrotexnoloji tədqiqatlar, müşahidələrgölün su səthinin (daxili axınlarının) tərəddüdü ilə bağlı geodezik ölçmə işləri aparılmışdır.

Layihə hesablamalarına görə Ağrıdağ vadisinin suvarılan torpaqlarına mövsüm ərzində 6 milyon kub sajen su tələb olunub (gölün su səthinin 1,5 duym qalınlıqlı ehtiyatı qədər), həmin dövrdə isə göldən çaya axan suyun həcmi saniyədə 4,6 kub sajen olmuşdur (1 sajen-2,1 m, 1 duym-2,5 sm hesab edilir-Q.Y.).

Ekspedisiya ölçmələri və müşahidələri nəticəsində müəyyən edilmişdir ki, Göyçə gölünün yatağından, sahil qayalıqlarının və suxur laylarının çatları arasından sızan sular kənarlarda üzə çıxaraq gölün su səthindən aşağı səviyyədə sucaq ərazilər yaranmışdır. Bundan başqa, buxarlanma yolu ilə də su itkisinin olduğu qənaətinə gəlinmişdir.

1889-cu ilin yay ayında aparılan müşahidələr göstərmişdir ki, gölə saniyədə 246 kub m. su kütləsi daxil olur (ümumiyyətlə, Göyçə gölünə irili-xırdalı 28 çay tökülür - Çubuqlu, Məzrə, Çaxırlı, Qırxbulaq (Basarkeçər), Bəyazidçay, Qarasuçay, Əyricəçay, Kəsəmən, Şorcaçay...), payızda və qışda ətraf qar örtüyünə büründükdə bu miqdar 3-4 dəfə çoxalır. Ona görə də göldə su səviyyəsinin tərəddüdü barədə tədqiqatçılar arasında yekdil fikir mümkün olmamışdır, təbii ki, bu amillər sırasında göl yatağının geoloji-hidrogeoloji struktur hissələrinin geomorfoloji xüsusiyyətləri ilə yanaşı, coğrafi-hidrolıoji amillərin təsirləri də nəzərə alınmışdır.

Göldə yarımada, tirə və adaların əmələ gəlməsi su səviyyəsinin azalması ilə bilavasiə əlaqələndirilib.

Göründüyü kimi, həmin dövrdə də  Göyçə gölünün su səthinin (səviyyəsinin) aşağı düşməsi müşahidə olunub.  

Qeyd etmək lazımdır ki, 1930-cu ilədək gölün su həcmi 58,5 mlrd. kub m. olubsuvarma məqsədi ilə su sərfini artırmaq və sənaye sahələrini təmin etmək üçün həmin ildə Göyçə-Zəngi kaskadı tikilmiş, nəticədə su həcmi 33 mlrd.kub m.-ə qədər azalmışdır.

2019-cu il məlumatına görə Göyçə gölündə su həcmi 38,561 kub.km təşkil edir.

  "Göyçə gölü hövzəsi" başlıqlı bölümdə (səhifə 22-də) verilən məlumatlar sırasında bu hövzədə su səviyyəsinin artıb-azalmasının güclü küləklərin olması ilə bağlılığı xüsusi maraq doğurur. Qeyd olunur ki, yay aylarında səhər erkən hava sakit olsa da, günün 2-ci yarısı güclü şimal və şərq küləkləri əsir, tədqiqatçılar bunu həm də gölün 1903 m yüksəklikdə yerləşməsi, ətrafda hündürlüyü 3500 m-ə çatan dağ silsilələrinin uzanması və Zəngi çayı yatağı boyunca qərb istiqamətə açılan dəhlizlə əlaqələndirmiş, təmiz, şəffaf suyun mavi-yaşıl rəngə çalması (sakit havada 25-30 m dərinlik aydın görünür) gölün mövcud adının ("Göyçə") yaranmasına səbəb kimi göstərmişlər.

Həmçinin, şimal-qərb sahillərində 150-200 m gölə doğru yataqda müxtəlif ölçülü daşların yayıldığı, XVIII əsr səyyahlarının "Zəngi çayı üzərində su dəyirmanlarının olması barədə" məlumatlara da yer verilmişdir.

Araşdırma nəticələri və qiymətli elmi məlumatlar gölün geo-hidroloji ölçüləri (göl yatağının mürəkkəb hipsometrik göstəriciləri-izobatların müəyyən edilməsi, orta dərinliyinin ölçülməsi, barometrik cədvəlin tərtibi), suyun kimyəvi tərkibi, temperatur şəraiti və balıq ehtiyatlarının qiymətləndirilməsi barədə dəqiq-statistik cədvəllərlə təhlil edilmişdir (səhifə 23-25).

Hövzənin balıq ehtiyatlarının bolluğu xüsusi vurğulanaraq Cənubi Qafqaz miqyasında əhəmiyyətinin "Əkinçilik" jurnalının 1896-cı il, I-II nəşrində (səhifə 21-də) qeyd olunduğu, Yeni Bəyazid qəzasının iqtisadi-təsərrüfat həyatındakı yeri bildirilmişdir.

Daha sonra, bu barədə 1829-cu ildə rus tarixçisi-etnoqrafı  İ.İ.Şopenin (1798-1870) yazısından nümunə çəkilir:

-Göyçə mahalında balıq məhsulu o qədər boldur ki, ətraf ölkələrə karvanlar vasitəsi ilə daşınır, sahildə iylənmiş balıqlar havanın zəhərlənməsinə səbəb olur...

Alman-eston mənmnşəli rus təbiətşünası, akademik K.E.Ber (1792-1876) 1855-ci ildə Göyçə gölündə bu səbəbdən ixtioloji tədqiqatların apardığını qeyd etmişdir.

Məhz Göyçə gölü hövzəsinin balıq ehtiyatının zənginliyi, təbiətinin saflığı və havasının özəlliyi, relyef-landşaft örtüyünün füsunkar mənzərəsi...çar Rusiyasının işğalçılıq siyasətində Qərbi Azərbaycan da hədəfə alınmış, 1828-1832-ci illərdə hay sürüsü, 1850-1855-ci illərdə Volqaboyu SamaraTambov quberniyalarından rusların əzəli Türk-Müsəlman yurdlarına (Göyçə gölünün şimal-qərb və şimal-şərq hövzələrinə) köçürülməsinə başlanılmışdır.

Göyçə gölü hövzəsinin balıqçılıq təsərrüfatı hesabına çar Rusiyasının büdcəsinə 1829-1830-cu illərdə 1,160 rubl....1881-1891-ci illərdə 245,940 rubl vəsait daxil olmuşdur.

Bu xüsusda A.A.İvanovski yazır ki, Adatəpə yarımadası yaxınlığındakı Nadejdino kəndinin rus əhalisi (37 ev-250 nəfər) 1851-ci ildə Samara quberniyasından buraya köçürülüb. Eləcə də digər səfər təəssüratı da yerli Türk-Müsəlman camaatının etnogenezisinin qədimliyini sübut edən dəyərli tarixi bilgi kimi dəyərlidir. Belə ki, o, qeyd (səhifə 36) edir ki, Gözəldərə (Basarkeçər-Q.Y.) kəndinin ətrafında 17 qədim qəbir yeri var idi, 5 qəbiri qazdım. 1-ci qəbir 3 arşın dərinlikdə idi (1 arşın-71 sm-dir), daş qutu qəbirdə oturmuş vəziyyətdə sklet aşkar etdim. Üzü şərqə doğru olmaqla başı üzərində iki gil qab, ayaqları ətrafında üç qab (nisbətən iri) qoyulmuşdur. Qəbirdə həmçinin 4 bürünc əşya-qılınc, bıçaq, mildaraq tapılıb.

Qazılan digər qəbirlərdə də eyni vəziyyət olmuşdur.

Bu yerdən sonra Zağalı və Zod kəndlərinə yol alan tədqiqatçı orada da çoxsaylı qədim qəbirlər olduğunu, "Quşçu dərəsi"ndə isə  dağıdılmış karavansaraya rast gəldiyini bildirmişdir.

Toplunun 43-71-ci səhifələri "İrəvan düzü" başlıqlı mövzuya-ərazinin tarixi-coğrafi şəraiti, maddi-mədəni irsi, arxeoloji-etnoqragik tədqiqi nəticələrinə... həsr olunub.

 

(ardı var)

 

R.S. Hidrotoponimlər sırasında Bəyazid çayı hay kilsəsi və sürüsü tərəfindən-"Qavarqet", Məzrə çayı-"Masrik", Qırxbulaq (Basarkeçər) çayı-"Vardenis", Qarasuçay -"Martuni", Çubuqlu çayı-"Dzknaqet"... adlanır.

   R.S.S. V əsrdən mövcud olan Gözəldərə kəndi XV əsrdən sonra Basarkeşər adlanıb, Yeni Bəyazid qəzasının yaşayış məntəqəsi kimi 1831-ci ildə 178 nəfər əhalisi olub, 01.06.1969-cu il tarixdən isə hay-daşnak canlıları (bunlar 1829-1830-cu illərdə Osmanlı Türkiyəsinin Diyadin şəhərindən buraya sürülüb) bu orotoponimi-"Vardenis" adlandırıb. 

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

 

Olaylar.- 2023.- 13-19 yanvar.- S.17.