Qərbi Azərbaycanın coğrafiyası”

- XIX əsr rus alimlərinin əsərlərində...

 

(III yazı)

 

Bütöv Azərbaycan hüdudlarında müxtəlif ölkə səyyahlarının səfər təəssüratlarının elmi-nəzəri dəyəri, coğrafi tədqiqatların tarixi əhəmiyyəti, dini-sakral və dünyəvi-fəlsəfi təlimlərin...minilliklərlə davamlı ardıcıllığı Qərbi Azərbaycan bölgəsində xüsusi aspektdən qiymətlidir ki, etnogenetik maddi-tarixi abidələrimizin özgürlüyü barədə nəzəriyy məhz yuxarıda qeyd edilən sistem əsasında  formalaşmışdır. Bu baxımdan sistemin əhəmiyyəti həm də onunla ölçülür ki, bölgənin  kökənliyi bu tədqiqat nəticələri ilə subut olunub, xüsusilə XVIII-XIX əsrlərdə rus təbiətşünas və tarixçialimlərinin, arxeoloqların əsərlərində.

 

Əvvəlki yazılarda qeyd edildiyi kimi, çar Rusiyasının Moskva İmperator Arxeologiya Cəmiyyəti nəzdində tədqiqatçı-arxeoloqlar və tarixçilər tərəfindən Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan bölgələrində aparılmış elmi axtarışların nəticələrinə həsr edilən və 1888-1916-ci illər ərzində çap edilən "Qafqaz arxeologiyasına dair məlumatlar" toplusunun xüsusi  buraxılışlarında regional coğrafi şərait (Göyçə gölü hövzəsi və ətraf dağlıq silsilələr sistemi, İrəvan düzü vadisi, Arazboyu düzənliklər... timsalında) ətraflı şərh edilmiş, tarixi-maddi abidələrə arxeoloji qiymətlər verilmiş, zəngin etnogenetik irsə aid alimlərin-səyyahların mülahizələri...yer aldığından həmin tədqiqat-axtarış nəticələrinin nəzəri əhəmiyyəti xeyli dərəcədə qiymətlidir:

-minilliklərlə bu bölgədə yurd-ocaq qurmuş,  bu yerləri e.ə. III-II minilliklrədən bəri oturaq həyat  daimi həyat yaratmış əski prototürklərin qəbilə-icma təkamül mərhələsinin maddi-tarixi sübutlarını rus arxeoloqları etiraf  etmişlər, yer adlarının və dini mərasim ənənələrinin Oğuz-Türk soylarına mənsub olduğunu xəritə üzərində qeyd etdikləri, tədqiqat əsərlərində yazdıqları yer adlarında (toponimlərdə) bəriltiləmişlər.

Bunca mürtəce, dinsiz hay kilsəsinin yer adlarımıza qarşı əsrlərlə aparıdğı "toponimik soyqırım" məhz Qərbi Azərbaycan coğrafiyasından Türksoylu yer adlarının yox edilməsi, yer üzündən silinməsi   niyyətindən doğmuşdur.  

Amma, nə yazıq, yazılan əski, tarixi əsərlərə... caynaqları yetmir, gücləri çatmır...

Elə 1911-ci ildə şap edilmiş  "Qafqaz arxeologiyasına dair məlumatlar" toplusunda oldduğu kimi...

Nəşrin 43-71-ci səhifələri "İrəvan düzü" başlıqlı mövzu olmaqla zəngin tarixi məlumatları əhatə edir. Tədqiqatşı, arxeoloq-alim A.A.İvanovski qeyd edib ki, Göyçə gölü hövzəsində axtarışlarımızı başa çatdırdıqdan sonra Araz çayı vadisinə doğru istiqamət götürərək tədqiqatlar  davam etdirilmiş və əsas maraq bu ərazilərdə yerli əhali tərəfindən söylənilən gil yazı lövhələrinin axtarışı ilə bağlı olmuşdur.

   Haşiyə. "İrəvan" orotoponimi qədim tarixə malik olduğu kim, həm də coğrafi şəraitə uyğun olaraq yaranması şübhə doğurmur. Belə ki, geniş mənada İrəvan düzü düzən, hamar, ətrafı dağlarla hüdudlanan geniş  çay vadisini (Zəngi çayının) tutur, İrəvan şəhəri də hamar səthə malik ərazidə ("rəvan yerdə") salındığından oroqrafik relyef quruluşuna uyğun olaraq adlanıb və sırf Türk-Müsəlman mənşəli toponimdir. Fikrimizi əsaslandırmaq üçün "Ermənistan SSR Elmlər Akademiyasının "Xəbərlər" (İctimai elmlər bölümü) jurnalı"nın 1951-ci ildə çap edilmiş 3-cü nömrəsinin 45-52-ci səhifələrində yer alan S.Areşyanın  "Rus səyyahlarının Ermənistan haqqında qeydləri (XIV-XV əsrlər)" məqaləsindən bəzi mülahizələr yararlı  ola bilər: "Moskva şəhərindən olan rus taciri F.Afanasyev 1623-cü ildə Gəncə şəhərindən 6 günlük, dağlardan yol qət edərək Zəngi çayı yatağındakı Rəvan şəhərinə yetişmişdir, Onun sözünə görə yerli əhali Ağrı dağını Sultan-Ağrı adlandırıb...".

Məşhur tarixçi-şərqşünas alim, akademik V.V.Bartold da (1869-1930) elmi əsərlərində "Erivan əyaləti" cümləsini işlətmiş, əyalətin XVI-XVII əsrlərdə yüksək inkişaf etdiyini bildirmişdir.

Rəvan əyaləti (və ya Rəvan Bəylərbəyliyi) Qərbi Azərbaycanda inzibati-ərazi vahidi kimi 1583-1738-ci illərdə Naxçıvan, Zəngəzur və Göyçə gölünün qərb hissələrini əhatə etmişdir.

Həmin məqalədə daha sonra bildirilir ki, digər rus taciri,səyyahı, yazıçısı  V.Y.Qaqara (1565-1641) 1631-1637-ci illərdə Yaxın Şərqdə və Osmanlı Türkiyəsində, Araz çayı hövzəsində səyahətdə olarakən yazdığı qeydlərdə keçdiyi yerlərdən birini "Uraz çayı" ("Araz çayı"-Q.Y.) kimi göstərmişdir.

Göründüyü kimi, hay mənşəli yazarın özü də təsdiq etmişdir ki, Qərbi Azərbaycan toponimləri Türk-Müsəlman mənşəli olmaqla,  morfofonetik məna baxımından dəyişikliyə uğramamışdır.

A.A.İvanovskinin "İrəvan düzü" tədqiqatlarının nəticələrindən məlum olur ki, vadi boyunca Araz çayına qədər çay şəbəkəsi sıxlaşır, Zəngi çayı və əsasən Pəmbək dağlıq silsiləsinin ona qovuşan bulaq-çay sularının hesabına su həcmi artır-çoxalır, xüsusilə Misxana zirvəsindən başlayan Misxana çayı ona qovuşduqdan sonra, bu çay eyniadlı kəndin yaxınlığından axır. Dağın, çayın və kəndin adı bu hövzədə zəngin mis yataqlarının yayılması ilə bağlıdır. Araz çayı yatağına istiqamətlənən İrəvan düzüvadisi (Zəngi çayı) yuxarı və orta axarlarda dərin, dar dərələr əmələ gətirmişdir, bəzən 200 m-dən artıq (100 sajen) kanyonlar yaranmışdır.

 

Misxana kəndi və ona bitişik ərazilərin zəngin filiz faydalı qazıntılarının istismarı məqsədi ilə 1805-ci ildə Gümüşxana kəndindən  buraya köçürülən yunanlar 1885-ci ildə 96 nəfərə çatıb, 1990-cı illərdə haylar onları "erməni"lər kimi rəsmiləşdirmək istəsələr də, onlar razı olmayıb Yunanıstana köçmüşlər.

Ərazinin coğrafi mövqeyini və yataqların  tədqiqni aparmış rus geoloqu, akademik İ.A.Güldenştetd (1745-1781) 1771-ci ildə Misxana kəndi, yerli etnik-milli yaşayış məntəqələri  barədə hesabatında qeyd etmişdir.

"İrəvan düzü" mövzusunda tədqiqatşıların məqsədi ilk növbədə İrəvan vadisi boyunca əski tarixə malik yazılı gil lövhələrin axtarışı olsa da, bu istənilən nəticəni verməmişdir. Bundan sonra, A.A.İvanovski İrəvan vadisiAraz çayı yatağında, Ağrıdağ hövzələrində bir neçə istiqamətdə -(Ü(İ)çmüəzzin-Daşburun-Aralıq  kəndləri boyunca və Sürməli qəzasında Sərdar bulağından Ağrıdağ yüksəkliyinədək axtarışlar aparılıb.Bu tədqiqat zaman rus geodezisti-etnoqrafı A.V.Pastuxov da (1860-1899) iştirak etmiş, o, iki dəfə Alagöz zirvəsinə (4090 m) qalxmış (1893-cü və 1895-ci illərdə), dağın mənzərəsini, ətraf görüntülərini təsvir etmişdir.

İrəvan düzünün Araz çayına və Ağrıdağ hövzəsinə qovuşan hissəsinin əski Oğuzların qədim yurd-ocaq yerlərinin olmasını Q.İ.Radde (1831-1903) əsərlərində bildirmiş, A.A.İvanovskibu mənbədən məxəz kimi kimi istifadə etdiyini vurğulamışdır. qeyd etmişdir ki, sönmüş vulkan ocaqları yaxınlığında, hətta vulkan yatağında tapılan qəbirlər və gil yazılı lövhələr (üfüqişaquli vəziyyətdə tapılmış andezit parçalarında ərəb əlifbası ilə yazılı) Oğuz-Türk tayfalarına mənsub nümunələrdir, onların uyuduqları qəbirlərdir.

Haşiyə. Qustav İvanoviç Radde-rus coğrafiyaşünası, Peterburq Elmlər Akademiyasının müxbir üzvü, 1864-cü ildən Qafqaz regionu və Xəzər dənizi bölgələrində 30 il ərzində tarixi-coğrafi ekspedisiyalarda iştirak edib. 1870-ci ildə Göyçə gölü ətrafında və Yeni Bəyazid qəzası, İrəvan düzü vadisində rus entomoloqu Q.İ.Sivers (1843-1898) ilə birlikdə tədqiqatlar aparmışdır.

İrəvan düzünün, Ağrıdağ vadisi və hövzəsinin Oğuz-Türk(man) mənşəli milli-tarixi, maddi-irs məlumatları Moskva şəhərində 1897-ci ildə çap edilmiş "Əkinçilik" jurnalının I-II kitablarında yer almış, daha əvvəl isə 1882-ci ildə Tiflis şəhərində keçirilən Arxeoloqların V qurultayında professor A.Arzuni tərəfindən çıxışında təsdiqini tapmışdır.

1897-ci ildə Kiçik Ağrı dağında olmuş doktor Maks Bellinqbu elmi-nəzəri mülahizəni müdafiə etmişdir.

Adları çəkilən tədqiqatçılar ilk önçə İrəvan düzü hövzəsinin təbii-coğrafi şəraitini təsvir edərkən eyni mənzərələri qələmə almişlar-düzən ərazi 60 verst (1 verst-1,0668 km) uzunluğunda, 30 verst enindədir, okean səviyyəsindən 3000 fut (1 fut-0,304 sm) hündürlükdədir, ətraf bütünlüklə vulkanik mənşəli terraslı yamaclarla, hündür dağlarla (Pəmbək sıra dağları) əhatələnib, şimal tərəfdə Alagöz dağı ucalır, Araz çayı vadini şimal və cənub hissələrə ayırır... və yerli əhali İslam dininə etiqad edir.

Bildirilib ki, 1887-ci ildə Araz çayında güclü sel-daşqın baş vermiş, əkin sahələrinə, yaşayış yerlərinə ciddi ziyan dəymişdir.

Elmi-nəzəri baxımdan qiymətli cəhət odur ki, bütün tədqiqatçıların, alimlərin və səyyahların Qərbi Azərbaycanla bağlı işlətdikləri (qələmə aldıqları) toponimlər milli-etnik  özgürlüyümüzün və kökənliyimizin tarixi sübutudur.

Haqqında bəhs edilən toplunun "İrəvan düzü" bölümündə olduğu kimi...45-ci səhifədə müəllif şərhi kimi bildirilir ki, İrəvan düzü cansız-susuz  vadi olardı, əgər ki, Araz çayı olmasaydı. Belə ki, bu çayın suyu arxlarla-kanallarla (eni  2 sajen, dərinliyi 1 arşına qədər) vadiyə axıdılmaqla məhsuldar torpaqlarda bərəkətli taxıl zəmiləri, meyvə, üzümtut bağları salınıb, tütün, çəltik və pambıq əkinləri göz oxşayır, küncüt bitkisi sahələri xeyli geniş yer tutur, çünki kəndlərdən (evlər gil kərpiclərdən tikilib) keçən kanallar bir çox ərazilərə paylanmışdır-vadinin şimalındakı Sərdarabad, cənubundakı Xəlfəli kəndlərinədək, ümumilikdə Ağrı dağının ətrafı bütünlüklə, tut bağları baramaçılığın, küncüt əkinləri isə yağ emalının inkişafını təmin edir...

Müəllifin fikrincə  həm də yerli əhalinin zəhmətsevərliyi, işgüzarlığı nəticəsində bu  arxlardan 2-ci dərəcəli qollar çəkilməklə düzənlyin bütün kəndlərini suvarma suyu ilə təmin etmək və sıx əhali məskunlaşması  mümkün olmuşdur.

Əkin sahələrinin, bağların kənarlarında əkilən söyüdqovaq ağacları yaşıllıq zolaqları yaratmış, vadi oazislərlə örtülmüşdür...

Müəyyən zamantarix kəsimində irəli sürülən bu mülahizələr Qərbi Azərbaycanın XIX əsrdə ictimai-iqtisadi sisteminin dolğun mənzərəsini yaradır, Türk-Müsəlman əhalisinin təsərrüfat şəraitinin qiymətləndirilməsinə zəmin yaradır.

Uzun və gərgin axtarışlardan sonra A.A.İvanovskiM.V.Nikolski İrəvan vadisinin Sürməli qəzası ilə qovuşan hissəsindəki  Daşburun dağında (yaxınlıqda eyni adlı kənd də var) ərazisində arxeoloji qazıntılar nəticəsində gil yazılı lövhə tapa bilmişlər...

 

(ardı var)

 

 R.S. Yeni Bəyazid qəzasında, İrəvan şəhərindən 85 km şimalda yerləşən Misxana kəndi 1850-ci ildən sonra çar Rusiyasının Volqaboyu quberniyalarından köşürülən ruslar tərəfindən məskunlaşıb, adı-Novo Mixaylovka qoyulub, 1949-cu ildə isə hay kilsəsi-"Ankavan", Misxana dağını-"Tsaxkun", Sərdarabad kəndini 1935-ci ildən-"Oktember", 2009-cu ildən-"Sardarapat"... adlandırıb.  

                          

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 20-26 yanvar.- S.17.