20 Yanvar faciəsindən başlanan YOL...

 

33 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar  gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr şərəf günüdür, bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir.

1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər rayonlarına yeridildi. Nəticədə beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəalarının kobudcasına pozaraq, öz hüquqlarının, torpaqlarının milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutdu.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi: "Baş vermiş hadisələr həm dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb". Onun sözlərinə görə, milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Ümumilikdə, hadisələr zamanı respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı şəxsi əmlak məhv edilib". S.Fətəliyeva qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu: "Belə ki, o zamankı hakimiyyət qırğının qarşısını almaq üçün heç bir addım atmadı. Eyni zamanda, insanlara küçələrə çıxmağa çağıran, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranlar da əməllərinə görə məsuliyyət daşıyır. Eləcə , 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu tamamilə unutdu".

Sevinc Fətəliyeva xatırladıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi: "Ulu Öndər  cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri günahkarların araşdırılması ilə məşğul oldu bunun nəticəsində həqiqətlər üzə çıxdı".

Deputat qeyd edib ki, ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi əbədiləşdirilib, dövlətimiz faciə zamanı zərər çəkmiş insanlara daim qayğı göstərir: "Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezidentin yanvarın 13-də imzaladığı fərmana əsasən 20 Yanvar şəhidlərinin ailələrinə verilən Prezident təqaüdünün məbləği 600 manat müəyyənləşib. 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanında təmir yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim uca tutur".

 

Alim

 

Olaylar.- 2023.- 20-26 yanvar.- S.12.