“Qərbi Azərbaycanın coğrafiyası”–

XIX əsr rus alimlərinin əsərlərində...

 

(IV yazı)

 

Arxeoloji tədqiqatların aparılması, əski yurd-ocaq yerlərinin və maddi-tarixi mədəniyyət abidələrinin üzə çıxarılması, qəbirüstü miniatür və yazılı lövhələrin məzmunu, dini-sakral məkanalrın geniş yayılması  Qərbi Azərbaycanın e.ə. III-I minilliklər ərzində qədim dövr coğrafi-tarixi şəraitinin tədqiqi baxımından əhəmiyyətli olduğu kimi, həm də kökənli qəbilə-tayfa birliklərinin ictimai-iqtisadi, hərbi-siyasi keçmişi barədə qiymətli mənbə rolunu oynamaqdadır.

Zəngi çayı vadisini tutan İrəvan düzü və Ağrıdağ hövzəsini əhatə edən orta hündürlüklü yaylalar, sıra dağlar e.ə. II-I minilliklərin antik yurd yerləri, yaşayış ocaqları arxeoloji mənbələr kimi XVIII-XIX əsrlərdə rus arxeoloqlarını cəlb etməklə yanaşı, həm də etnoqraf və xəritəşünaslar da bu tədqiqatlarda iştirak etmiş, daha çox yerli, kökənli Türk-Müsəlman əhalisinin dili-leksik ifadələri ilə toponimlərin məna yozumlarına diqqət yetirmiş, müqayisəli linqvistik təhlillər aparmış və əsərlərində həmin yer adlarından istifadə etmişlər. Adı çəkilən ərazilərdə həmçinin qədim yaşayış məkanlarının, hərbi təyinatlı tikililərin, müdafiə istehkamlarının, qala-bürc qurğularının, maddi-mədəniyyət nümunələrinin...üzə çıxarılması, tədqiq edilməsi bölgənin tarixi-coğrafi keçmişinin öyrənilməsi baxımından xüsusilə qiymətlidir.

Moskva İmperator Arxeologiya Cəmiyyətinin 1888-1916-ci illər ərzində çap edilən "Qafqaz arxeologiyasına dair  məlumatlar"  toplusu (bir neçə cilddə) bu baxımdan istisnalıq təşkil etmir.  Nəşrin əvvəlki fəsillərində yer alan bütün yer adlarının milli-etnogenetik mənşəli olduğu kimi "İrəvan düzü" başlıqlı hissədə də sırf Türk-Müsəlman kökənli toponimlər qələmə alınmaqla yanaşı, həm də tarixi-arxeoloji məzmun (əski memarlıq üslubu, hərbi əməliyyatların coğrafi mövqeyi, əlverişli ərazi seçimi...) baxımından dəyərli mövzulara yer verilmişdir.

1893-cü ildə Daşburun kəndinin 3 verstliyində (1 verst-10668 m-dir-Q.Y.) aparılan arxeoloji qazıntı zamanı tapılan tikilinin (fəslin 48-ci səhifəsində verilən məlumata görə) ölçüləri göstərir ki, ictimaiya müdafiə məqsədləri üçün qurğuların inşasında yerli bazalt-lava materiallarından yüksək ustalıqla istifadə edilərək keyfiyyətli mühəndis-təchizatı sistemi (9 sajen enində, 13 sajen uzunluqlu, iki daş cərgə hörgülü, 8 otaqlı və 1 arşınlıqlı keçidlə əlaqəli tikili, kərpic döşəməli, hər divarda 2 arşın boylu pəncərə olmaqla...) yaradılmışdır.

1894-cü ildə isə eyni ərazidən şərqə tərəf 30 sajen aralıda təkrar qazıntılar aparılmışdır.

Daşburun kəndinin cənubunda qala divarlarının və bu kənddən Qaraqoyunlu kəndinə uzanan yolun üstündə (dağın ətəyində) yazılı gil lövhənin tapılması onu deməyə əsas verir ki, əlverişli hərbi-strateji mövqe baxımından İrəvan düzü-Arazsahili ərazilər həm də beynəlxalq əhəmiyyətli iqtisadi-ticarət yolu olmuş, qala, karvansaray tikililərinin (ərazidə iki qala aşkar edilmişdir) inşası üçün seçimli məkan kimi qiymətləndirilib, məhz bu baxımdan yaşayış məntəqələrinin sıxlığı ilə fərqlənmişdir.

Tarixən Qərbi Azərbaycanın Zəngibasar mahalı yaşayış məntəqələrinin sıxlığı, əhalisinin çoxluğu və çoxsaylı iri ticarət şəhərləri ilə seçilmişdir.

Hündür yerdə, ətrafı dərin dərələr olan, qeyri-bərabər 5 bucaqlı Qalaların (şimal və cənub hissələrinin ara məsafəsi 400 sajen) yaxınlığında Aysu gölüSoyubulaq çeşməsinin olduğu vurğulanıb.

Daşburun qalasının şimal, şimal-şərq tərəfi yollarla kəsişir, qalan hissələri dərin, dar dərələrlə (xüsusilə cənuba doğru) əhatələndiyi bildirilir.

Göründüyü kimi, Qala bürclərinin-divarlarının, müdafiə istehkamlarının və tikililərin inşası, gil yazı lövhələri əski Türk-Müsəlman tayfa birliyinin hərb sənətinin inkişafı göstəricilərinin, qədim şəhər memarlığının və mədəniyyətinin maddi-mədəni nümunəsi kimi daha qiymətlidir və  69-cu səhifədə Qalanın qərb hissəsində dağılmış  qüllənin olduğu, əlverişli coğrafi mövqe seçiminə görə üstünlüyü (ölçüsünün, divarlarının qalınlığının, qüllələrin yerinin seçilməsi... baxımından), Cənubi Qafqazda bu cür istehkamın olmadığı, Qalanın məhz yerli, kökənli xalqlar tərəfindən inşa olunduğu, yaşayış məntəqəsinin və qalanın eyni mədəniyyət mərhələsinə mənsub olması  xüsusilə vurğulanmışdır.

Qeyd olunur ki, istər tikililərin, istərsə də Qala və istehkamların inşası üçün seçilən ərazilərin coğrafi mövqeyi düzgün qiymətləndirilmiş, təbii şəraitin elementləri hərbi-strateji (müdafiə) baxımdan  düzgün nəzərə alınmışdır. Bu yerdə bir amili də nəzərə almaq lazımdır ki, müəllif belə bir memarlıq-istehkam kompleksinin eyni halda  (oxşar) Sarıqamış nahiyəsində də rast gəlinib.

Tarixi-coğrafi baxımdan bütövlüyün rəmzi olaraq bu cür elmi-nəzəri tədqiqat nəticəsi Türk-Müsəlman birliyinə XIX əsrdə verilən dəyərli qiymətdir.

Bu mülahizələrə (tapıntılara)  bazalt-vulkanik lava parçası üzərində (ən azı 5-6 min illik tarixi keçmişə malik, vulkan püskürmələrinin intensiv getdiyi dövrə aid) gil yazılı lövhələr barədə geniş, ətraflı məlumat da əlavə edilir. Vadinin Çolmaqçı  kəndi yaxınlığında, "Qanlı təpə"də  tapılan boz rəngli gil parçasının hündürlüyü 15 sm, eni 43,8 sm-dir, tədqiqatçıları heyrətləndirən amil isə tapıntının yüksək hündürlükdə üzə çıxması olmuşdur.

Çolmaqçı kəndindən cənub-şərqə 1,5 verst məsafədə Araz çayı vadisində, "Ellər dərəsi"ndə də yazılı gil lövhə tapılmışdır.

"Qanlı təpə"də aşkar edilən xalqımızın qiymətli  maddi-yazılı məxəzi Moskva şəhərinə aparılmış, hazırda Tarix Muzeyində saxlanılır. Həmin mətn arxeoloq-tədqiqatçı M.V.Nikolski tərəfindən oxunmuş, elmi-nəzəri təhlil edilmiş və nəticəsi "Qafqaz arxeologiyasının materialları" toplusunun V nəşrində (1896-cı il) çap edilmişdir.

A.A.İvanovski bildirir ki, 1893-cü ilin yayında İrəvan düzünü tərk edib, Gümrü şəhərinə gəldim, 8 verst aralıda, Arpaçay çayı sahilindəki Qanlıca kəndi yaxınlığındakı qayalıqda da yazılı gil lövhələr tapdım, yüksəklikdə qala izləri gördüm (həmin dövrdə bu yerlərdə bərk istilərin olduğu göstərilir)...

Haqqında söhbət açılan toplunun növbəti fəsli "Bəyazid və Maku xanlıqları" adlanır.

III hissəni əhatə edən mövzu Qərbi Azərbaycanın sərhəd ərazilərinin rus arxeoloqları tərəfindən araşdırılmasına dinsiz və mürtəce hay kilsəsinin maraqlı olması bu sürünün etnogenetik, bioloji-dəyişməz gen daşıyıcılığı ilə bağlı olsa da, müəllif tərəfindən bəzi faktların irəli sürülməsi isə xüsusi maraq doğurur.

Belə ki, Moskva İmperator Arxeologiya Cəmiyyətinə məktub yazan "erməni"lərin baş keşişi I Mkrıtıçın istəyi ilə  1894-cü ildə Ü(İ)çmüəzzin şəhərində A.A.İvanoski onunla görüşür, "qədim erməni torpaqlarında arxeoloji tədqiqatların aparılması ilə bağlı Cəmiyyətə bütün lazımı köməkliyin göstərilməsinə" keşiş ona söz verir. Söhbət əsnasında bu qara libaslı (niyyətli) keşiş vurğulamışdır ki, tədqiqatların "Rusiya ermənistanı" ərazisindən "Türkiyə ermənistanı" ərazisinə keçirilməsi zəruridir, xüsusilə ərazisinə görə ona yaxşı tanış olan, tarixi-maddi abidələrinin zənginliyi ilə fərqlənən Van gölü hövzəsinə. Həmin ərazilərdə rus arxeoloqlarının tədqiqat aparmasına özüorada yaşayan "erməni"lər tərəfindən hər cür köməklik göstəriləcəyini də vəd edir.

Haşiyə. Hay kilsəsinin baş keşişi-daşnak Ayrik Xrimyan (I Mkrtiç, 1820-1907)  1878-ci ildə Berlin, İtaliyaLondon şəhərlərində aparıcı dünya dövlətləri tərəfindən keçirilən beynəlxalq hərbi-siyasi toplantılarda "erməni məsələsi"ni qaldırmış, 1895-ci ildə Sankt-Peterburq şəhərində II Nikolayla (1868-1918) görüşmüş, Osmanlı Türkiyəsinə qarşı müharibə aparılacağı təqdirdə çar ordusuna hərtətəfli köməklik göstərməyə hazır olduqlarını bildirmişdir. Şeytan xislətli I Mkrtiç 1880-1885-ci illərdə Osmanlı Türkiyəsinin Van bölgəsinin keşişi, 1892-1907-ci illərdə "erməni"lərin baş keşişi olmuşdur.

Rus arxeoloquhay keşişi ilə olan görüşdə iştirak edən Cəmiyyətin müxbir üzvü, monax Qalust "Osmanlı Türkiyəsi ərazisindəki Torpaqqala şəhərində hələ də tədqiq edilməyən, elmə məlum olmayan arxeoloji-maddi nümunələr yayılan məkanların olduğunu" nəzərə çatdırmışdır.

Razılıaşdırılmış və qarşılıqlı maraqlar naminə tədqiqatların aparılması üçün İrəvan əyalətindən Ərzuruma və İqdıra keçmək üçün çar Rusiyasının Ərzurumdakı Konsulluğunun I katibi V.V.fon Tsimmerman Daşburun kəndində A.A.İvanovski ilə görüşmüşdür.

Göründüyü kimi, Bəyazid şəhəri və Van gölü ətrafında qədim memarlıq, qala-abidə komplekslərinin tədqiqi, bu ərazilərdə arxeoloji-tədqiqat işlərinin aparılması ilk növbədə hay kilsəsinin məkrli niyyəti ilə həyata keçirildiyindən, tarixçilərə-etnoqraflara yardım göstərənlər və bələdçilər də hay mənşəlilər olmuşdur.

A.A.İvanovski qeydində (səhifə 73) bildirir ki, konsulluğun nümayəndəsi ilə Bəyazid şəhərinə yola düşməzdən əvvəl qazıntı işlərinə hazırlıq məqsədi ilə Markaryantsa xüsusi tapşırıqlar vermişdir.

Bəyazid şəhəri yaxınlığındakı məşhur qala ilə tanış olmazdan əvvəl şəhər rəhbərliyi tərəfindən A.A.İvanovskiyə təklif edilən tələblərlərə (qala ölçülərinin qeyd edilməməsi, daxili quruluşunun-planının köçürülməməsi, daxilixarici görünüşünün şəklillərinin çəkilməməsi...) məhəl qoyulmadığı üşün onların bölgədən uzaqlaşdırlmasına səbəb məhz hay kilsəsinin gizli təlimatları, arxeoloji-tədqiqatlarla bir araya sığmayan məkrli niyyətləri olmuşdur.

Ona görə də rus arxeoloqları Türkiyə ərazisinə gəldikləri yolla geri qayıda bilmədiklərindən Bəyazid şəhərindəki fars konsulu Mirzə Məhəmməd xanın köməkliyi ilə (müəllifin də qeyd etdiyi kimi, "əsl şərq hiyləsi ilə") 5 saatlıq dağ yolları ilə Cənubi Azərbaycanın Maku xanlığı ərazisinə, Pir Əhməd kəndinə  keçə bilmiş, orada Sankt-Peterburq şəhərinə göndərilən keçmiş elçi Mirzə Mövsüm xan Etimadül-Vüzarə ilə görüşərək, Naxçıvan bölgəsinin sərhəddə yaxın Şahtaxtı kəndinə, oradan isə Daşburun kəndinə gəlmişlər.

Minilliklər-yüzülliklər salnaməsi, tarixzaman həqiqətləri bir daha sübut etmişdir ki...

-hay kilsəsinin və ibtidai insan-hay sürüsünün küfrü-nəfsi dəyən coğrafi məkanda elmiliklə-dünyəviliklə yanaşı, dini-irfani təcəlla da zədələnir, yaralanır, təbii bütövlüyü pozulur;

-Türk-Müsəlman xalqlarına və dövlətlərinə qarşı təcavüzkar siyətini yürüdən hay kilsəsi himayə olunmaq üçün müvafid dövlət ("dövlət quruculuğunda sədaqətli xidmətə görə"), elm ("intellektual-beyin mərkəzlərinin əməkdaşları kimi")    hərbi ("məşhur hay mənşəli hərbiçilərin davamçıları olaraq") qurumlarla sıx əlaqələrin yaranmasına üstünlük verir;

 "Qafqaz arxeologiyasına dair  məlumatlar"  toplusunun bu bölümünə aid məlumatlar bir daha dünya dövlətləri çapında tarixi-coğrafi, elmi-ədəbi... "kökənli hay mənşəli  məlumatların yaranması" texnologiyalrına (hiyləgərliyinə) bir daha aydınlıq gətirmişdir...

R.S. Gümrü şəhərindən 10 km şimal-qərbdə, Arpaçay çayının sol sahilində yerləşən Qanlıca kəndini hay kilsəsi-"Marmaşen" (bu kənddəki X-XIII əsrlərin yadigarı qədim Alban məbədini-"erməni kilsəsi"), Ərzurum vilayətində, Ağrı bölgəsindəki Torpaqqala şəhərini-"Alaşkert"...  adlandırır.      

                       

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

 

Olaylar.- 2023.-27 yanvar-2 fevral.- S.17.