Heydər Əliyevin təhsilin inkişafı

istiqamətində xidmətləri əvəzsiz olub

 

Ümummili lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına verdiyi töhfə, ayrı-ayrı sahələrdə gördüyü işlər əvəzolunmazdır, təqdirlayiqdir. Ölkəmizdə elə bir sahə yoxdur ki, həmin sahənin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlı olmasın.

 

Hər bir sahədə olduğu kimi təhsil sahəsində də ümummilli lider istər sovetlərin zamanında, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə kifayət qədər böyük işlər görüb. Bu günkü Azərbaycan təhsilinin inkişafının təməli məhz ümummilli lider tərəfindən qoyulub deyə bilərik.

Hüquqşünas Əli İbrahimov Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışarkən deyib ki,  Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, ilk növbədə xalqın intellektual gələcəyini düşünüb. Əli İbrahimov bildirib ki,  Azərbaycan  təhsilinin ölkə tariximizdə əsas yüksəlişi, intibah  dövrü kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana  rəhbərliyinin ilk illərinə, keçmiş ittifaq zamanına təsadüf edib: "İkinci mərhələ cənab Heydər Əliyevin  keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev  dövlətin bütünlükdə təhsil sisteminə  rəhbərlik edirdi. Hətta o illərdə Azərbaycan gənclərinin nəinki Azərbaycanda, həmçinin Azərbaycan hüdudlarından kənarda da təhsil almalarına şərait yaradərdı. Hətta, tez-tez azərbaycanlı tələbələrlə də görüşür, onların qayğı və problemləri ilə şəxsən maraqlanır, onların həlli üçün bütün imkanlardan istifadə edirdi".

Hüquqşünas qeyd edib ki, üçüncü mərhələ çağdaş təhsil tariximizin ən mürəkkəb, böhranlı dövrünü, 1988-1993-cü illəri, tənəzzül və depressiya illərini əhatə edir: "Bu mərhələdə Azərbaycan təhsilinə rəhbərlik edənlər onun cəmiyyətdəki rolunu düzgün qiymətləndirə bilmədilər. Təhsilin "inqilabi yolla" yenidən qurulmasına cəhd edərək, 1992-ci ildə "Təhsilin qanunu" qəbul etdilər. Dördüncü mərhələ isə Heydər Əliyev müstəqil Azərbaycanın dünya standartlarına  uyğun təhsil islahatları əsasında yeni milli  təhsil quruculuğuna  rəhbərliyi ilə başlananindiki dövrü əhatə edir".

Natiq qeyd edib ki, 1982-ci ilin sonunda Heydər Əliyevin keçmiş SSRİ-nin təhsil islahatlarına rəhbərlik etməsi ilə ümumtəhsilin inkişafında da müəyyən keyfiyyət dəyişmələrinə gətirib çıxartdı: "Möhtərəm Heydər Əliyev Azərbaycan təhsilin inkişaf yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək  ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait  yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri "Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti" kimi yüksək qiymətləndirmişdir".

Əli İbrahimov onu da vurğulayıb ki, hər bir xalqın tarixində müstəsna xidmətləri olan böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir: "Bu sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyirdi:  "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar varonlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır". Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır. Ölkəmizdə hələ də milli tərbiyə konsepsiyası işlənməmişdir. Lakin cənab Heydər Əliyevin çıxış, nitq və məruzələrində irəli sürülən təklif və fikirlər tərbiyyə işinin həm məzmununu,həm də həyata keçirilmə yollarını müəyyənləşdirir.

Heydər Əliyev təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmişdir. Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının  təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir".

Əli İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra  cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətin büyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisasali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün  effektiv üsul  və metoların tətbiqi önə çəkilmişdir. Heydər Əliyev həmişə öz nitqində demişdir: "İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya  konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır".

Yaxud təhsil işçilərinin qurultayında Heydər Əliyev dövlətin təhsil sahəsinə münasibətini belə ifadə edirdi: "Biz müstəqil  dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək".

Əli İbrahimov qeyd edir ki, dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlər olmuşdur. Ümummilli liderin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. "Təhsil millətin gələcəyidir" - deyən müstəqil Azərbaycan dövlətinin qurucusunun ötən əsrin 70-80-cı illərində respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Böyük strateq məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamentalhumanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.

Sonda hüquqşünas onu da deyib ki, ümummilli lider Azərbaycan elminə, təhsilə davamlı qayğı siyasətinin əsasını qoymaqla yanaşı, bu kursu özündən sonra layiqincə davam etdirəcək varisyetişdirmişdir. Prezident İlham Əliyev praqmatikrasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Dövlət başçısı ötən 19 ildə respublikada elmi intibahın təmin edilməsini, bu sahədə problemlərin həllini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

 

Süleyman

 

Olaylar.- 2023.- 27 yanvar-2 fevral.- S.4.