Heydər Əliyevmilli

varlığımızın idrak məqamı

 

Ümummilli Lider Heydər Əliyevin obrazı ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX əsrin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycanda əks-səda doğurmaması, Azərbaycanın Şərqdə , Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini müstəqilliyini qoruyub saxlaması Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətini bir daha təsdiqləyir.

Bu fikirlər Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə AkimovanınHeydər Əliyevmilli varlığımızın idrak məqamısərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə Ulu Öndər Heydər Əliyev təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləri, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılması ilə gerçəkləşdirdi. Azərbaycan xalqının yaddaşında Dədə Qîrqud, Bàbək, Nizami, Nəsimi, Hüseyn Càvid, Şəhriyar dühasını oyatmaqla əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə ölkəni hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm Ümummilli Liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi. Çünki bu mənəvi abidəninsiyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda kəşf olunub.

Sovet epoxası daxilində Heydər Əliyevin yaddaşa çevrilən tarixə - özündə xalqın milli kodunu möhürünü əbədiləşdirən söz sənətinə üz tutması, ilk növbədə, onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək amalından irəli gəlirdi. Heydər Əliyev xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı. Bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları... Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyası bugüc”lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Heydər Əliyev ədəbiyyata qayğı diqqətini elə sovet imperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyanın müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin - xalqı öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Bunu da unutmayaq; söhbət sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir.

Dissident siyasəti! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini tanıtdırmaq 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil edirdi. qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu.

Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını belə xarakterizə etmək olar: həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşınmalardan bütöv zədəsiz çıxaran böyük azərbaycanlı, həm bütün dünya mədəniyyət dəyərlərinə tolerant multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin əsasında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin inkişafına imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət hünər göstərmişdir.

Azərbaycançılıq ideologiyasının formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin istinad etdiyi ünvan daim klassik irs milli-mənəvi dəyərlər olub. Məsələn, Heydər ƏliyevKitabi-Dədə Qorquddastanının yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayırdı qeyd edirdi ki, əgər indi bizKitabi-Dədə Qorquddastanının 1300 illiyini qeyd ediriksə bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı, deyərdimi ki, biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik?! Eləcə böyük şair Füzulinin yubileyinin həm Azərbaycanda, həm bütün Türk-İslam aləmində, həm Rusiya Avropada böyük təntənə ilə keçirilməsinə rəvac verirdisə, bunu, ilk növbədə, XX əsrdə parçalanmış Türk dünyasını birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, Turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqifin məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Yaxud Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı 1997-ci ildə imzaladığı tarixi Sərəncamla həmişə amalına çevirdiyi bütöv Azərbaycan idealının gerçəkləşməsinə doğru növbəti əhəmiyyətli addımlardan birini həyata keçirirdi. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini yenidən qazanması mümkünsüz olardı.

Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi asan dövrə təsadüf etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir klassik sənətkarlarımızın taleyinə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Heydər Əliyevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli bu sahələrin geri qalmasına yol verməməliyik”.

Bu mənada hakimiyyətdə olduğu bütün zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi, bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun üzərində özünəməxsus konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla yanaşı, ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi ki, dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidir. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Ulu Öndər siyasətdə göründüyü qədər həm ədəbiyyatın obrazıdır.

 

Elnarə Akimova

 

Olaylar.- 2024.- 12-19 dekabr, ¹44.- S.6.