Heydər Əliyev Azərbaycan
tarixinin ayrılmaz bir hissəsidir
"Ümummilli Lider Heydər Əliyevin həyatı, keçdiyi yollar və xüsusilə də siyasi xadim kimi xidmətləri
Azərbaycan tarixində
xüsusi bir yerə malikdir".
Bunu Olaylar.az-a
açıqlamasında politoloq Turan Rzayev deyib.
"Heydər
Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsi, Azərbaycan
dövlətçiliyinin, daha doğrusu, dövlətimizin,
dövlətçiliyimizin banisidir.
Azərbaycan
tarixdə iki dəfə müstəqil olub. Birinci, sırf Azərbaycan
adı altında 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası adından, amma çox qısa müddət
yaşadı. SSRİ-nin dağılması sonrasında da biz
müstəqilliymizi əldə etdik. Hər iki müstəqillik
dövrünə baxdıqda, nəyə şahid ola bilirik?
Eyni proseslər cərəyan etdi. 1918-ci ildə də,
1990-cı illərdə də müstəqillik əldə edəndə
daxili siyasi çəkişmələr oldu, iqtidar hərisliyinin
şahidi olduq, hakimiyyət uğrunda mübarizələr və
təbii ki, xarici təhdidlər müşahidə olundu.
Ümumiyyətlə, daxili siyasətdə sabitlik olmadığından
hər zaman xaricdən təhdidlər olur. Heydər
Əliyevin fərqi bundan ibarət idi. Var siyasətçi, var
dövlət xadimi. Siyasətçi, sadəcə seçkiləri
düşünür, seçkilərin nəticəsini
düşünür, öz maraqları kontekstində hərəkət
edir. Dövlət xadimləri isə dövləti və gələcək
nəsilləri düşünərək addımlar atır.
Mübaliğəsiz deyə bilərəm
ki, Heydər Əliyev Azərbaycan tarixində dövlətçiliyin
nə olduğunu sözün əsl mənasında dərk edən
nadir simalardandır. Bizim çox siyasətçilərimiz
olub, çox mühüm tarixi şəxsiyyətlərimiz
olub, amma dövlət xadimlərimizin sayı çox az olub.
Heydər Əliyev bu dövlət xadimlərindən biridir.
Bunu nəyə görə deyirəm? Heydər Əliyevin təhsil
aldığı dövrlərə baxdıqda, təhsil alarkən
öz dövrünün reallıqlarını, xüsusən
də SSRİ-nin əsas mərkəzi coğrafiyası olan
Rusiya, Avropa tərəflərində tez-tez bu ərazilərdə
olması, müəyyən dövrdə yaşaması,
buranın təcrübəsini görməsi, Azərbaycanın
gələcəyi üçün çox mühüm təcrübə
oldu onun üçün.
O, əslində
tarixi də çox yaxşı bilirdi. Yeri gəlmişkən,
Heydər Əliyevin tarixi yaxşı bilməsi onun 1918-ci il Cümhuriyyətinin
boşluqlarını görməsinə gətirib
çıxartdı. Həm özünü əslində o
istiqamətdə inkişaf etdirdi, həm də gələcək
planlarını, reformlarını gənclik illərinin
hazırlanmasına gətirib çıxardı. Mən Heydər
Əliyev yaradıcılığını öz
marağımla kifayət qədər çox
araşdırmışam, oxumuşam və bu qənaətə
gəldim ki, həqiqətən Heydər Əliyevin təhsilli
yetişməsi və gələcək vizionu onu dövlətçi,
dövlət xadimi edən ən önəmli məsələlərdən
biridir.
Heydər
Əliyev SSRİ dövründə Azərbaycana rəhbərlik
edərkən, Azərbaycan SSR sənayedə inkişafa nail
oldu. Məsələn təkcə Cəmşid
Naxçıvanski adına hərbi liseyin
açılması, özü özlüyündə Heydər
Əliyevin gələcəyin vizionlu bir lideri olduğunu
bildirirdi. O, yaxşı başa düşürdü ki, Azərbaycan
1918-ci ildə olduğu kimi yenə müstəqil olacaqdır
və SSRİ sona qədər getməyəcək.
Çünki o, SSRİ-nin ən xüsusi nöqtələrinə
xidmət eləmişdi, strateji postlarında olmuşdu və
yaxşı bilirdi ki, SSRİ-nin boşluqları nədən
ibarətdir və gələcəkdə Heydər Əliyevi
Azərbaycanın müstəqilliyinə
hazırlayırdı. Hətta düşünün, o, bunu edərkən
ehtimal müharibə vəziyyətlərini də nəzərə
alırdı. Çünki dediyim kimi, SSRİ hələ onun
təhsil aldığı gənclik illərində elə
münaqişə ocaqlarını yaradırdı və Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanlarda həm Azərbaycan
sənayesini inkişaf etdirdi, həm hərbi baxımdan bizi
hazırladı, yerli kadrlar yetişdirməyə
başladı.
Müqayisə
üçün deyim ki, Heydər Əliyevin rəhbərliyinə
qədər SSRİ rəhbərləri
arasında azərbaycanlıların sayı çox az idi.
Strateji dövlət postlarında da azərbaycanlıların
sayı az idi, hərbi kadrlarımız demək olar ki, yox idi.
Olan-qalan hərbi kadrlarımız da ya İkinci Dünya
müharibəsində həyatını itirmişdilər, ya
da ki, yaralıydılar. Heydər Əliyev sıfırdan gənclərdən
kadrlar yetişdirməyə başladı və bu kadrlar
1990-cı illərdə Birinci Qarabağ müharibəsində, ən kritik məqamlarda həm
özünümüdafiə dəstələrinin
başına keçdilər ayrı-ayrılıqda, həm də
daha sonra Heydər Əliyev rəhbərliyi ilə yaradılan özünün vahid
komandanlıq və vahid ordunun tərkibində
döyüşməyə başladılar. Bütün bunlar
hamısı bizim Qarabağ müharibəsində, Heydər
Əliyevin sayəsində əslində biz böyük torpaq
itkilərinin qarşısını aldıq. Təkcə atəşkəs
sazişinin imzalanması da Heydər Əliyevin siyasətinin nəticəsi
idi. Heydər Əliyev dövrünü xarakterizə etsək,
misal üçün, həmin dövrdə liderlər
arasında, SSRİ-də müstəqil olan ölkələrin
qarşısında bir seçim var idi: ya keçmiş sovet
ideologiyasını davam etməlidir və yaxud da ki, Qərb
liberalizm istiqamətində davam etməli idi. Heydər
Əliyev sovet sistemini tərcih etmədi, seçmədi, amma
birmənalı Qərb sisteminə də keçid etmədi.
Tədrici bir proseslə Azərbaycanı həm demokratik
institutların inkişafına, həm media sektorunun
inkişafına, həm də ordu sektorunun inkişafına
ciddi bir yatırım etdi. Təhsil sektorunda Azərbaycanın
kadrları oldu. Heydər Əliyev tez-tez gənclərlə
görüşür, dünyanın müxtəlif yerlərində
yaşayan azərbaycanlılarla bir araya gəlir. Təsadüfi
deyil ki, azərbaycanlıların qurultaylarının
keçirilməsi məsələsi də Heydər
Əliyevin başlıca strateji planları arasında idi və
gerçəkləşdirildi.
Təbii
ki, iqtisadi atılımlardan danışmaq lazımdır.
Əsrin müqaviləsi, Azərbaycanın gələcəyini
və Azərbaycanın taleyini dəyişən bir saziş
oldu. Müqayisə üçün deyim ki, bizim müstəqilliyimizin
ilk illərində bizim neftimiz var idi. Amma nefti xaricə ixrac edə
bilmirdik. Üstəlik də ki, ixtisaslı kadrlarımız
da yox idi. Amma Heydər Əliyevin atdığı addımlar
fonunda Azərbaycana investisiya gəldi və bu investisiya nəticəsində
biz neft-qazı ixrac etməyə başladıq. Əsrin
müqaviləsi ilə xarici bazara çıxış əldə
etdik və ölkədə hiper inflyasiyanın
qarşısı alındı və iqtisadi vəziyyət
günü-gündən normallaşdı.
Heydər
Əliyev demək, Azərbaycan deməkdir. Azərbaycan ola bilər
ki, onun rəhbərliyi ilə müstəqillik əldə etməyib,
amma onun rəhbərliyində dövlət kimi
varlığını qoruyub, saxlayıb və bu gün də
davam etməkdədir. Belə deyim, Heydər Əliyevin hətta
vaxtında atəşkəs razlaşmasını
imzalanması da qələbəyə aparan yola
çıxarıb gətirdi. 30 il sonra, 30 illik münaqişə
tarixində biz artıq həm tam bütün
torpaqlarımızda Azərbaycan bayraqları
dalğalandırdıq, ordumuzun ən peşəkar
dövrünü yaşadıq və Azərbaycan dünya
miqyasında tanınan və hörmət görən bir
ölkəyə çevrildi. Bunların memarı hesab edirəm
ki, Heydər Əliyevdir.
Heydər
Əliyev siyasətinin sonlarına baxdıqda, təbii ki,
prezident İlham Əliyev onun siyasətini davam etdirdi, ona bu
estafeti ötürdü və İlham Əliyevin də,
dövlət başçısının hakimiyyətinə
baxdıqda, Heydər Əliyevdən qalan, özünün də
tez-tez qeyd etdiyi "ata vəsiyyətini" yerinə yetirdi.
Bu nə idi? Qarabağın işğaldan azad edilməsi.
Hakimiyyət müddəti demək olar ki, diplomatik
atılımlar, iqtisadi inkişaf və ən önəmlisi
Heydər Əliyevdən qalan ordunun quruluşunun
inkişafının davamlılığı və daimi
inkişafını müşahidə etdik.
Nəticə
etibarilə biz Qarabağ zəfərinə nail olduq və
heç təsadüfi deyil ki, ölkə
başçısı Prezident Əliyev Şuşa səfərindən
sonra ilk ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət et. Bu bir daha əslində missiyanın
tamamlandığı mənasına gəlirdi.
Bundan
sonra 50 il də keçsə, 100 il də keçsə, hesab
edirəm ki, tarix Heydər Əliyevi unutmayacaq. Necə ki, biz
bundan 200-300 il öncəyə baxdıqda, tariximizdə
Şah İsmayılları, Şah Abbasları, Uzun Həsənləri,
Qara Yusifləri, Babəkləri görürüksə, Məhəmməd
Əmin Rəsulzadələri görürüksə,
heç şübhəsiz ki, bundan sonrakı nəsillər də
bu tarixi etabın zirvə nöqtəsi, qələbə
tariximizi yenidən yazan Heydər Əliyev və onun
davamçısı İlham Əliyevi yazacaqdır. Bunu mübaliğəsiz deyirəm,
tarix çünki heç nəyi unutmur və gələcək
nəsillər də bu tarixi, belə deyək, yaşadacaqdır".
Röyalə Xəyal
Olaylar.-
2024.- 12-19 dekabr, ¹44.- S.5.