Heydər Əliyev:
Azərbaycan xalqının əbədi lideri
Cross Media Təhlil Mərkəzinin analitiki,
Crossmedia.az saytının baş
redaktoru, siyasi şərhçi Mübariz
Göyüşlü Olaylar.az-a açıqlamasında Ümummilli
Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin
qurulmasında və möhkəmləndirilməsində müstəsna rolunu vurğulayıb.
"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisidir.
Onun nəhəng dövlətçilik təcrübəsi,
siyasi biliyi və böyük siyasi xadim olması
müasir Azərbaycan
dövlətinin formalaşmasında,
bu günlərə qədər gəlib çatmasında müstəsna
əhəmiyyət kəsb
etmişdir. Heydər Əliyev sayəsində Azərbaycan dövləti
dağılmaqdan, xalqımız
isə parçalanmaqdan
və zəif bir vəziyyətdə düşməkdən xilas
oldu.
Həm Sovet İttifaqı rəhbərliyində təmsil
olunduğu dövrdə,
həm də müstəqil Azərbaycan
Respublikasının lideri
olaraq, Heydər Əliyev hər zaman xalqın siyasi, iqtisadi, hərbi, təhsil, elm, səhiyyə
və mədəni sahələrdə inkişafı
üçün yorulmadan
çalışıb. Onun
fəaliyyəti hər
sahədə öz izini qoyub. Bu mənada hesab edirəm ki, Azərbaycan durduqca, Heydər Əliyev adı əbədi olaraq yaşayacaq", - deyə
Mübariz Göyüşlü
bildirib.
Analitik qeyd edir ki, Heydər
Əliyevin vəfatından
sonra onun irəli sürdüyü
ideyalar və dövlətçiliyin qorunması
ilə bağlı tövsiyələr Prezident
İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir:
"Heydər Əliyevin vaxtilə qoyduğu təməl, irəli sürdüyü tezislər
bu gün öz nəticəsini verir. İlham Əliyev, Ümummilli Liderin siyasi ənənələrini
davam etdirərək, Azərbaycan torpaqlarını
işğaldan azad edib və ölkəmizi
güclü, bütöv
bir dövlətə çevirməyi bacarıb.
Heydər Əliyevin ideyaları bu gün də dövlətimizin inkişafına
xidmət edir".
M.Göyüşlü vurğulayıb
ki, Heydər Əliyev
Fondunun fəaliyyəti
və Mehriban xanım
Əliyevanın bu
fond çərçivəsində gördüyü işlər
Ümummilli Liderin irsinin təbliğində
mühüm rol oynayır:
"Heydər Əliyev adına Fondun həyata keçirdiyi xeyriyyə işləri onun adının layiqincə yaşadılmasını
təmin edir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevi hörmətlə
yad edəcək, çünki
onun qoyduğu dövlətçilik ənənələri
və irsi daim gələcək nəsillər üçün
örnək olacaq".
Şərhçi əlavə edib
ki, Heydər Əliyev
və Azərbaycan bir-birindən ayrılmaz anlayışlardır və
Ümummilli Liderin adı hər zaman xalqımızın qəlbində
yaşayacaq.
Qiymət Mahir
Olaylar.-
2024.- 12-19 dekabr, №44.- S.2.