Zamanında atılmış addım
-reallığın diktəsi kimi
"Cənab Prezident İlham Əliyevin
Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları
Şirkətinə və "RİA Novosti" agentliyinə
verdiyi müsahibə daxili və xarici siyasətin mövcud durumunda
labüd və zamanında atılmış addım idi. Necə
deyərlər zərurətdən doğan reallıq,
reallığın diktəsi kimi. Hələ onu da nəzərə
alaq ki, bütün bu amillər sərhədimizi, regionumuzu
aşaraq okeanın o tayına gedir, ordan da geridönüş
edir... Axı xarici siyasət qədər, daxilə də
nüfuz cəhdlərinin son zamanlarda sərtləşdirilən
küləyi yenə o yanlardan gəlir.
İlk öncə ondan başlayaq ki, çoxşaxəli kimi xarakterizə olunan müsahibənin əvvəlində cənab Prezident İlham Əliyev dünyada gedən dəyişikliyə baxmayaraq bunun Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini bildirir".
Bu fikirləri Olaylar.az-a
açıqlamasında siyasi elmlər üzrə fəlsəfə
doktoru, politoloq Şəbnəm Həsənova bildirib:
"Rusiya və Azərbaycan müxtəlif çətin vəziyyətlərdə bir-birini sınayıb, formatın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başlanılıb. Kölgədə qalan, işıqda görünən bütün bu amillər isə Qərbin Cənubi Qafqazda nəinki siyasəti, ənənəvi, oturuşmuş adətləri yerindən tərpətməyə cəhdi fonunda vurğulanır. Bəzi məsələlər qırmızı xətdir, qlobal apokalipsisə bərabərdir ki, o həddi də müsahibəsində dövlət başçımız bir daha müəyyənləşdirdi. Dövlət başçımız neft və qazı "Allahın bəxş etdiyi lütf" adlandırması kimi siyasi dövriyyəyə yeni terminlər daxil etmək ənənəsinə bu dəfə də sadiq qaldı. Beynəlxalq leksikonda tələbat duyulan gərginliyin azaldılması - "detente" sözünü işlək vəziyyətə gətirdi. Deməli, bir daha sübut olunur ki, cənab Prezident İlham Əliyev siyasətin nəbzini tutur, onun istiqamətini müəyyənləşdirir, reaktiv deyil, proaktiv siyasət yürüdür, siyasətdən uzaq kəsləri cəngəllikdə boğmaqla siyasi terminologiyanı və leksikonu da zənginləşdirir.
Dövlət başçımızın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana yayda reallaşdırılan səfərini xüsusi vurğulaması məhz o periodda cərəyan edən hadisələr fonunda Azərbaycanın təhlükəsizlik və sözünün bütövlüyü baxımından güvənilməli tərəf olduğunu bir daha sübut etdi. Dövlət başçımız "siyasi müdriklik" ifadəsinə isə təsadüfən toxunmadı. Təsadüf olmayan bir digər mühüm məsələ jurnalistin sualların ardıcıllığını öncədən müəyyənləşdirməsi idisə, dövlət başçımızın da onlara məntiqi ardıcıllığı pozmadan verdiyi cavablar idi. Həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə Azərbaycandır. Eyni zamanda, dövlət başçımız Türkiyənin hərbi bazasına Azərbaycanda ehtiyacın olmadığını bildirməklə Azərbaycanın Qərbdə, Rusiyada, Şərqdə etibar edilən ölkələr arasında olduğunu və ən əsas da hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmadığını bildirməsi məsələsinə müsahibənin növbəti dəqiqələrində daha da aydınlıq gətirsə də, bu, ona işarə idi ki, Qərbin əli ilə dondurulmuş münaqişəni yaratmağa çalışan Ermənistan indi də dondurulmuş üzvlük hiylələrinə əl atır... Bu hiylənin əmələ çevrilməmə səbəbini isə Prezidentimiz müsahibənin növbəti dəqiqələrində dəqiqliklə bildirir.
Türkiyə bazası məsələsinin vaxtaşırı media vasitəsilə hallandırılması isə aşağıdan Rusiya Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən zərbə kimi görülməli, bilinməlidir. Birinə zərbə, digərinə təkan verməyə çalışan, informasiya müdaxilələrinə baş vuran siyasi möhtəkirlər isə xaricdə olduğu qədər, daxildə də nə qədərdir... Habelə, axı həm də hər bir tərəf yaxşı bilməlidir ki, Azərbaycan Rusiya ilə Bəyannamə imzalamadan bir il əvvəl Türkiyə ilə Müttəfiqlik haqqında Bəyannamə imzalayıb. Deməli, sıra da, prioritet də önəmli amil olduğu qədər, bəllidir...
Ermənistan,
onun havadarları regiona birbaşa təhlükə gətirir.
Dövlət başçımız açıq şəkildə
Makron hökumətinin Ermənistana tədarük etdiyi
hücum silahlarının öldürücü olduğunu və
Azərbaycan üçün praktiki təhlükə
yaratdığını bildirdi. Nəinki
üçüncü yerdə dayanmasını, hətta bu məsələdə
mövcudluğunu belə ABŞ etiraf etməsə də
Fransa bu məsələdə liderlik kürsüsündə,
Hindistan isə ikinci sırada qərarlaşıb. Fransız mədəniyyətinin,
filosoflarının liderlik kürsüsü
anlayışını fundametindən dəyişən
Makrona mesajları isə hələ müsahibənin
sonrasındadır. İndi onu deyək ki, Azərbaycan
Prezidenti açıq şəkildə Ermənistan ərazisinin
dərinliyini də, texniki baxımdan ona nəzarət etməyimizin
çətin məsələ olmadığını da bir
daha bildirdi. Yəni, Azərbaycan yerin altından okeanın o
tayına qədər yeraltı və yerüstü oyunlardan
yaxşı xəbərdardır.
Müzəffər
Ali Baş Komandan növbəti hərbi büdcənin beş
milyard dollarlıq məbləğini, 60 faizinin məcburi
olaraq xərclənəcəyini də bir daha bildirdi. Dövlət
başçımız Fransa prezidentinin 2020-ci və ya
2023-cü ildə olduğu kimi əlindən başqa heç
bir bədən üzvünün Ermənistana köməyə
çatmayacağının mesajını da aydın verdi ki,
hələ üstəlik sorosçuların əli və əlaltıları
vasitəsilə cəmiyyətimizə nüfuz etməyə
çalışan, bir tərəfdən sosial müavinətlər
məsələsi ilə boşqabı murdarlamağa
çalışanların da, digər yandan Ermənistanı
silahlandırmaqlarına kor olduqlarını, Azərbaycana qənim
kəsildiklərini yerində dedi. "Haqqın" yolunu
yaxşı tutublar, bir yandan sosial müavinətlə təzyiq,
digər yandan silahlanmaya kor olmaq... Sülh sazişinə gəldikdə
isə dövlət başçımız Kazanda Ermənistanın
baş naziri ilə sonuncu görüşün nəticəsini
belə bildirdi ki, Paşinyana qalsa
razılaşdırılmamış iki maddə də Ermənistan
tərəfindən qəbul oluna bilər. Deməli,
Paşinyan "Fatı otur, fatı dur" xalq deyimi kimi
müasir dövrdə Cənubi Qafqazda Qərbin pultudur. Hər
halda KTMT-dən de-yure çıxmamasının səbəbi
hələ Dövlət Departamentindən təlimat
almamaqdırsa, görünən kəndə nə bələdçi...
Müsahibədə
150 milyard dollardan çox zərərin konkret bildirilməsi isə
Ermənistana edilən güzəşt qədər, həm də
boynundan asılan ipdir ki, xətdən çıxan kimi o ip
öz boynuna dolanacaq. Odur ki, dövlət
başçımız qarşılıqlı iddiaları kənara
qoymağı hər iki tərəf üçün qəbuledilən
kimi xarakterizə etdi. Konstitusiyanın dəyişdirilməsini
bir tərəfin istəyi yox, obyektiv şərt, ATƏT-in
Minsk qrupunun ləğvinin isə konsensusla həll edilmə səbəbinə
görə formal qaydada Ermənistanın
razılığı olmadan etməyin
mümkünsüzlüyü kimi bir daha izah etdi.
Müsahibə
zamanı dövlət başşımız
"petrostate" adlandırılmağımıza isə bir
daha prinsip etibarilə pis baxmadığını dilə gətirdi
ki, feyk xəbərlər qrupunun, "yalançı dördlük"
- "Washington Post", "New York Times", "Figaro" və
"Le Monde" kimi media agentliklərinin adını da
Prezident Trampdan əxz edərək çəkdi ki, Kanada ilə
bağlı son zamanlar Trampın səsləndirdiyi fikirlər
fonunda dövlət başçımızın məhz bu
fikirlərinin həqiqətən də çox hərtərəfli
və olduqca ünvanlı olması lap yerinə
düşdü. Həqiqət bir daha özünü onda
göstərdi və müsahibənin bu yerində bir daha
sübut olundu ki, dövlət başçımız qlobal
siyasətə hakim siyasətçidir.
Ölkəmizin
təqdimatı olan COP29 zamanı göstərilən
paxıllıq isə hərəkətlərimizdə
staqnasiya deyil, hisslərimizdə ikrah yaratdı. Zəncirli
köpəklərinin Azərbaycan xalqında
yaratdığı ikrah kimi... Zəncirlərini ələ
verdikləri, ayaqlarını Makronun ayaqlarına
bağladıqları köpəklər bizi deyil, diktatura rejimi
Makronu sorğulasınlar. Azərbaycana ədalət öyrətmək,
dərs keçmək lazım deyil. Müsahibə bir daha
sübut etdi ki, nə itaət, nə sitayiş, hətta məsləhətləşmə
belə edilməyəcək. Dövlət
başçımız bir daha ona toxundu ki, Prezident kimi
özü də, zamanında Ümummmilli Liderimiz Heydər
Əliyev də ilk səfərini Fransaya
reallaşdırıb. At görəndə atlanıb, su
görəndə susuzlayan tərəf isə Makron idi. Yəni,
münasibətləri açıq korlamaq addımı
Fransadan yox, Makrondan gəldi. Dövlət
başçımız bir zamanlar böyük mütəfəkkirlər
yetişdirən Fransa torpağını murdarlayan Makron rejiminə,
Korsikada, Yeni Kaledoniyada pozulan insan hüquqlarına,
Gürcüstan və Azərbaycanda daxili siyasətə
nüfuz cəhdlərinə, dırnaqarası demokratiyaya,
pozğunluğun bir hissəsi kimi ənənəvi münasibət
və dəyərlərin pozulmasına da açıqca diqqət
çəkdi. Makronun və onun kimilərinin isə Azərbaycana
batırmaq istədikləri dişləri artıq
sınıb. Heç olmasa, mənliklərini qorumaq
üçün qalanlarını qoruyub saxlasınlar. Burda isə
Makronun dişi də, əli də əldən gedib. Əldə
qalanından da olmaması üçün siyasətinə bir
daha nəzər yetirməlidir. Co Baydenin Gürcüstana
yardımlarını vurğulaması isə dövlət
başçımızın Azərbaycanın "Loxma,
boğma deməkdir" el məsəlini
xatırlatdı. Bizə USAID-in
elə loxması da, boğması da lazım deyil...
Ümidverici
odur ki, ənənəvi dəyərlərə münasibətdə
bir qayıqda olan liderlər var. Bu liderlər isə Cozef Borrel
kimi hansısa dönəm idarəçilikdə bəxti gətirməyərək
şansı əldən qaçırmışlar deyil,
mövcud zamanda və geniş məkanda dünyaya yön verən
kəslərdir. Azlığa qarşı savaşda, hərislik
çoxluğunda və lider qıtlığında Azərbaycan
Lideri qızıl kimi parıldayır".
Zeynəb
Rzayeva
Olaylar.-
2024.- 20-26 dekabr, ¹45.- S.5.