Azərbaycan beynəlxalq gərginliyin aradan

qaldırılmasına öz töhfəsini verə bilər

 

Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova  müsahibəsində beynəlxalq müstəvidə cərəyan edən siyasi proseslərə, o cümlədən Ermənistan-Azərbaycan arasında müzakirəsi aparılan sülh sazişi barədə qaranlıq məqamlara aydınlıq gətirib. Prezident həmçinin beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini baş verən proseslərə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Makronu, bütövlükdə Fransa siyasi "elitası"nı,  öz təbirincə desək, yaxadan asılan Bayden administrasiyasını, ABŞ Dövlət Departamentinin başında duranları Avropa Birliyini " çiçəklənən bağ", dünyanın digər hissəsini isə "cəngəllik" adlandıran faşist ünsürü- Jozep Borreli heç vaxt belə sərt dillə tənqid etməmişdi: "Onun  "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova  verdiyi intervüdəki həmin açıqlamalar, əslində tənqiddən çox, haqqında danışılanların Azərbaycana qarşı son 4 ildəki fəaliyyətlərinin, eləcə dünyada yeritdikləri siyasətin, bizim regionu yenidən qarışdırmaq cəhdlərinin dəqiq qiymətləndirilməsidir əminəm ki, dövlətinə, millətinə, vətəninə bağlı hər bir soydaşımızın ürəyindəndir. Nikol Paşinyan "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovun cənab İlham Əliyevdən  hayların qərblə əməkdaşlığı haqda, eyni zamanda, Azərbaycanın üzvü olmadığı olmayacağı bir qurumdan-KTMT-dən  Ermənistanın çıxıb-çıxmayacağını niyə soruşduğunu  yəqin anlamamış deyil. Dövlət başçımızın açağıdakı sözləri isə fikrimcə, rəsmi İrəvan üçün son xəbərdarlıqdır ki, qərbdəkilərin, ilk növbədə Fransanın Ermənistanı necə silahlandırdığını Azərbaycan diqqətlə izləyir   bu silahlandırma  təhlükəsizliyimiz üçün təhdid yaradacaq səviyyəyə çatdığı təqdirdə  görüləcək cavab tədbirlərinin qarşısını  heç kim ala bilməyəcək. 

 Onlar İkinci Qarabağ müharibəsinin 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".

Millət vəkili qeyd edib ki, sözügedən intervüdən bir suala cavabı qısa variantda nəzərdən keçirmək lazımdır: "Ona görə ki, belə  çətin suala  cavab adətən konkretlikdən uzaq olur. Amma cənab Prezidentin Dmitri Kiselyovun NATO ilə müharibə başlanarsa, Rusiyanın müttəfiqi  olaraq Azərbaycanın necə davaranacağı haqda sualına verdiyi cavab təkcə Moskvada deyil, onlarla ölkənin paytaxtında diqqətlə izlənəcək. Cavab bu baxımdan fərqlənir, həm çox. Niyə fərqləndiyini bilmək üçünsə gətirilən dəlil açıqlanan faktlara  baxmaq kifayət edir:  

"Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin. Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, - gərginliyin azaldılması - "detente". Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, yer üzündəki real vəziyyətdən çıxış edəcəyik bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə Birləşmiş Ştatların Rusiyanın hərbi rəhbərliyi Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm Şərqdə etibar edilən ölkələr çox deyil. Həm hərbi-siyasi strukturlarda formal ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə , əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq".

 MCP başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Prezident İlham Əliyev Fransanın Ermənistana verdiyi silahları Azərbaycan üçün təhlükə sayıldığını vurğuladı: "Ermənistanın silahlandırılmasının sülhə açıq təhdid olduğunu açıq şəkildə dedi. Verilən silahlar hücum silahları olaraq birbaşa Azərbaycana qarşı hərbi təcavüzə sövq edirlər. Ermənistanın silahlandırılması regionda yeni eskalasiyaya gətirib çıxara bilər. Prezident İlham Əliyev N. Paşinyanla Kazanda iki təklifin Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. N. Paşinyanın son günlər sülh iddialarına prezident İlham Əliyev tutarlı arqumentli cavab verərək, Ermənistanın sülhdə maraqlı olmadığını ortaya qoydu. Göründüyü kimi İrəvan sülhdən imtina edir. Birinci, "Müstəqillik" Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmır. İkinci, Avropa İttifaqının yarım hərbi mülki missiyasıni sərhəddən geri çəkmir. Halbuki, Kazanda bununla bağlı razılıq əldə olunmuşdu. Üçüncü, Beynəlxalq Məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı iddialardan geri çəkilir. Ermənistan isə sürətlə silahlanır masada qalan bəndləri yerinə yetirmir. Amma, sülhdən danışır. Demək olar ki, Fransa İrəvanı sülhdən yayındırır. Ermənistan silahlanib, əlavə şərtlər irəli sürərsə, Azərbaycan tərəfi preventiv addımlar ata bilər. Proseslərə Türkiyənin qoşulması mümkündür. Çünki Türkiyə region ölkəsidir növbəti eskalasiya Ermənistan üçün ərazi itkilərinə məruz qala bilər. Artıq Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizinin açılmayacagını vurğuladı. Fransa Türkiyə Cənubi Qafqazda toqquşa bilər".

 

Alim

 

Olaylar.- 2024.- 20-26 dekabr, ¹45.- S.4.