Ozanlıqdan-dədəliyə,
dədəlikdən-aşıqlığa
gedən saz-söz sənətinin
xəritəsi
Hər bir toplumun millət kimi formalaşmasında onun ədəbiyyatının xüsusi yeri var. Ədəbiyyatın kökündə isə bir qayda olaraq şifahi xalq ədəbiyyatı (ağız ədəbiyyatı) dayanır. Ağız ədə¬biyyatı yazılı ədəbiyyata nisbətən daha qədim tarixə malik olmaqla, həm də milli tə¬fəkkürün məhsulu kimi yaşayır. Onun hər bir janrında - nəğmə, bayatı, əfsa¬nə (mif), nağıl, rəvayət, lətifə, tapmaca, atalar sözləri, zərb məsəllər, qaravəllilər, holavarlar, ağılar, alqışlar, dualar, qarğışlar, qımqımalar, oxşamalar, eydirmələr, laylalarda bütöv bir toplumun dünyagörüşü, dəyərləri, əxlaqı bədii formada öz əksini tapır. Dastanlarda bu janrlardan geniş istifadə olunur. Adətən, hər bir xalq öz keçmişini araşdıranda ədəbiyyatına, əsasən də şifahi xalq ədəbiyyatına üz tutur, özünü orada axtarır və özünü orada tapır, bununla da bir rahatlıq duyur. Şifahi ədə¬biyyatın ən önəmli vəzifələrindən biri də mənsub olduğu xalqın dilinin qoruyu¬cusu kimi çıxış etməsidir.
Belə ki, şifahi xalq ədəbiyyatında yaranmış əsərlərə müra¬ciət edəndə görürük ki, burada yad dilə məxsus sözlərdən istifadəyə çox az rast gəli¬nir. Ümumtürk, eləcə də Azərbaycan ədəbiyyatında da bu belədir. Adicə lirik şeirin nəğmə janrına müraciət etsək, görərik ki, bu nəğmələrdə xalqımızın həm əmək məşğuliyyəti (əkinçi nəğmələri), həm də ümumi adət-ənənələri, toyu, yası, qəhrəmanlıq tarixi, valideyn-övlad məhəbbəti öz bədii forması ilə seçilir. Azərbaycan şifahi xalq ədəbiyyatının dünya xalqlarının şifahi xalq ədəbiyya-tından müəyyən özünıməxsus çalarları ilə fərqlənir. Bu fərqlilik aşıq poeziyasında daha qabarıq şəkildə özünü göstərir desək, yanılmarıq. Bu baxımdan, bu məqaləmdə aşıq poeziyasına aid fikirlərimi, düşüncələrimi nəzərinizə çatdırmaq istəyirəm.
Bildiyimiz kimi, şifahi xalq ədəbiyyatı
insan yarandığı gündən yaranmış söz sənətidir.
Ana olmuş qadının öz körpəsini əzizləyərək
çaldığı laylanı bu sənətin ilk nümunəsi
hesab etmək olar. Bununla
da Ana ilk şair, ilk bəstəkar hesab oluna bilər. Hərnhansı
bir əməklə məşğul olan insanın
gördüyü işin ahənginə uyğun qoşub
oxuduğu nəğməni, yaxud əzizini itirmiş
insanın ürəyinin dərinliklərindən qopan naləsini
- ağıları da buna misal gətirmək olar. Zaman
axarında, cəmiyyət formalaş¬dıq¬ca, bax beləcə,
şifahi xalq ədəbiyyatı - ağız ədəbiyyatı
yaranıb təşəkkül tapmışdır.
Fikrimcə,
elin sevincini, kədərini oxuyan aşıq poeziyası, məhz,
ana laylaları, əmək nəğmələri,
ağılarla birbaşa səsləşir. Elə
düşünülər ki, aşıq hara, ilk poeziya
nümunəsi hara?! Bir az əvvələ nəzər yetirsək,
bunu tam çılpaqlığı ilə görə bilərik.
Dediklərimizi əlimizdə olan ilk aşıq ədəbiyyatı
nümunələri də sübut edir. Baxın, əski
türk dastanları dediyimizə əyani sübut deyilmi?
Düzdür, burada sonralar yaranmış dastanlarda olduğu
kimi sazdan (qopuzdan), aşıqdan (ozandan) və onun
qoşduğu qoşmalardan söhbət getmir: forma və struktur
baxımdan fərq var. Amma mahiyyət eynidir: xalq öz
sevincini, kədərini dilə gətirir, qəhrəmanını
tərənnüm edir. Odur ki mən cəsarətlə deyə
bilərəm ki, sonralar gələn aşıqlara (yeni nəsil)
məxsus bütün dastanlar həmin əski türk
dastanlarından qaynaqlanmışdır.
("Yaradılış", "Alp Ər Tonqa",
"Şu", "Ərgənəqon",
"Köç", "Oğuz Kağan" və s.).
Bizim ədəbiyyatımızda qopuz - ozan sənətinı
araşdırmaq üçün ən yaxşı qaynaq bizə
məlum olan "Kitabi-Dədə Qorqud" eposudur. Bu dastan nəzmlə
nəsrin vəhdətdə verildiyi ilk dastanlar¬dan-dır.
"Kitabi-Dədə Qorqud" eposu haqqında başqa bir
elmi məqaləmdə geniş məlumat verdiyim
üçün onun üzərində bir daha dayanmaq istəməzdim.
Qısaca
qeyd edim ki, bu dastan İslamın Azərbaycana gəlişindən
öncə yaranan bir dastandır, ancaq orada olan boylarda verilən
müəyyən hadisələr eramız¬dan da öncəyə,
hətta əsatir dövrünə gedib çıxır.
"Basatın Təpəgözü öldürməsi"
boyu buna sübutdur. Elm aləminə də ilk dəfə bu
boy məlum olmuşdur. "Kitabi-Dədə Qorqud" eposu təkcə
Azərbaycan şifahi xalq ədəbiyyatının yox,
ümum¬türk ədəbiyyatında möhtəşəm
bir abidə olmaqla bərabər, türk xalqının milli təsdiqidir.
Dastanda verilən Dədə Qorqud obrazı Türk milli
kimliyinin məhək daşıdır. Bu təkcə
Aşıq-Ozan yox, böyük şair, hər şeydən xəbər
verən, gələcəyi görə bilən geniş elmi
düşüncəyə malik olan alim, müdrik el
ağsaqqalı - yolgöstərən, eləcə də
Türkün peyğəmbəridir. Belə demək
mümkünsə, "Kitabi-Dədə Qorqud" eposu
İslam dünyası¬na məxsus Qurana oxşar müqəddəs
kitab, onun yaradıcısı olan Dədə Qorqud isə Məhəmməd
peyğəmbərin dünyagörüşünə bərabər
böyük bir Türk mütəfəkkiridir. Bunu həm
"Kitabi-Dədə Qorqud" eposunun, həm də
Quranın sicilli nəsrlə yazılması da təsdiq edir.
Bircə fərq ondadır ki, "Kitabi-Dədə Qorqud"
eposu heca, Quran isə əruz vəznində
yazılmışdır. Bu isə milli özünəməxsusluqdan
xəbər verir, çünki heca türk, əruz isə ərəb
şeir ölçüsüdür. Dediklərimiz
"Kitabi-Dədə Qorqud" eposundan sonra gələn
dastanları¬mızda və həmin dastanlarımızın
yaradıcısı olan aşıqlarımızın
özünəməxsus yaradıcı¬lıqlarında da təsdiqini
tapır. Ancaq burada mən ağrılı bir məqama da
toxunmaq istəyirəm. Bu ağrılı məqam VII-XIV əsr
aralığında heç bir ozan aşıq
yaradıcılığına məxsus bədii nümunəyə
rast gəlinməməsidir. Təkcə müəyyən
folklorşünasların XIII-XIV əsrə aid etdikləri
aşıq Əli adlı birisinin adını istisna etməklə,
deyə bilərik ki, nəinki aşıq nümunəsinə,
heç bir aşıq adına rast gəlinmir. Bu məsələ
Dədə Qorquddan sonra XV əsrin əvvəli Misgin Abdal
adı ilə tarixə düşən Seyid Hüseynin
(1430-1535, Göyçə mahalı, Sarıyaqub, Zərgərli
k.) adı və yaradıcılığı ilə öz
axarına düşür. Onun anadan olduğu yer haqqında
müxtəlif fərziyyələr vardır. Bəzi alimlərinin
dediyinə görə o, Göyçə mahalında, bəzilərinin
dediyinə görə Gədəbəyin Miskinli kəndində,
bəziləri¬nin də dediyinə görə Tovuz elində
dünyaya göz açmışdır. Böyük
övliya, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin
mürşidi, ozandan-aşığa, qopuzdan-saza keçidin
banisi, çoxsaylı aşıq havalarının
yaradıcısı olan Miskin Abdal sufi aşıq ədəbiyyatının
əsasını qoyur. Onunla eyni əsrdə Şah
İsmayıl Xətai sarayında
yaşayıb-yaratmış, ustadlar ustadı,
aşıqlığın vəziri adlandırılan haqq
aşığı Dirili Qurbani isə (1477-1550, Cəbrayıl,
Diri k.) öz mükəmməl yaradıcılığı
ilə bərabər bir sıra saz havala¬rının
yaradıcısı kimi də tarixə
düşmüşdür. Aşığın
yaradıcılığı özündən sonra gələn
aşıqların yetişməsində bir bələdçi
- yol göstərən olması onun "Aşıq sənətinin
vəziri" titulunu qazanmasında mühüm rol
oynamışdır. Hər iki sənətkar Səfəvilər
dövlətinin yaranıb inkişaf etməsin¬də xüsusi
xidmət göstərmişdir. Dədə Qorquddan sonra ilk
olaraq onlar heca vəznli şeiri ədəbiyyata gətirmiş,
həm şifahi, həm də yazılı ədəbiy¬yat¬da
heca vəzninə keçiddə böyük rol
oynamışlar (heca vəzninin yazılı ədəbiyyata
isə gəlişi Şah İsmayıl Xətainin adı ilə
bağlıdır). Onlar həmçinin ədəbiyyatda
aşıq şeirinin janr nümunələri olan qoşma, gəraylı,
varsağı, bayatı, təcnis kimi janrların əsasını
qoymuş, Azərbaycanda türk şeirini və dilini əruzdan
təmizləməklə ona duruluq gətirmiş və milli
çalarlarını özünə qaytarmışlar. Səfəvilər
dövlətinin yaradıcısı və memarı sayılan
Şah İsmayıl Xətai bir şair olaraq heca vəzninin
yazılı ədəbiyyata gətirilməsində Misgin
Abdal və Dirili Qurbani kimi şair-aşıqların
yaradıcılığından bəhrələnmişdir.
"Kitabi-Dədə Qorqud" eposunda qopuzla qılınc
yanaşı durduğu kimi, Səfəvilər dövlətində
də saz və qılınc yanaşı duraraq
döyüş meydanında şücaət göstərən
igidləri qələbəyə səsləmiş, Azərbaycan
Səfəvilər dövlətinin qurulmasında, onun ərazilərinin
genişlənməsində, torpaq
bütövlüyünün qorunmasında böyük rol
oynamışdır.
Daha sonra,
XVII əsr aşıqları olan Abbas Tufarqanlı (1600,
Güney Azərbaycan) və Sarı Aşığın
(1605-1645, Laçın, Güləbird k.) adını çəkə
bilərik. XVII əsr həm də dastan
yaradıcılığında məhsuldar bir dövr
olmuşdur. Cinaslı bayatıların banisi və ilk
yaradıcısı olan Sarı Aşıq nakam məhəbbətin
vaxtsız qurbanı olmuşdur. Bir bayatısında deyildiyi
kimi vəsiyyətinə uyğun olaraq Həkəri
çayının sağ sahilində təpə üzərində
sevdiyi qadının (Yaxşının qəbri Həkəri
çayının sol sahilində yerləşir) məzarı
ilə üz-üzə olsun deyə tərsinə dəfn olunmuşdur.
1993-cü ildə Sarı Aşığın qəbri erməni
vandalları tərəfindən
dağıdılmışdır.
Mən
aşıq, tərsinə qoy,
Tər təni
tərsinə qoy.
Yaxşını
qibləsinə,
Aşığı
tərsinə qoy.
"Aşıq
sənətinin şahı" adlandırılan Abbas
Tufarqanlı isə aşıqlıq sənətinin
inkişafında daha ideal və özünəməxsusluğu
ilə seçilir. Bu özünəməxsusluq
aşığın qoşma, gəraylı və sair kimi
aşıq şeir janrlarında yazdığı sözlərdən
özünə taxt-tac quraraq sənətdə şahlıq -
hökmranlıq etməsi ilə bağlıdır. Məncə,
Tufarqanlının şeirlərində söylədiyi sözlər,
fikirlər sözün, fikrin şahı
sayıldığı üçün ona "Aşıq sənətinin
şahı" adı verilmişdir.
"Kitabi-Dədə
Qorqud" eposundan sonra ikinci sənət nümunəsi
sayılan "Koroğlu" dastanı XVI əsrin II
yarsına aiddir. Bu sırada "Abbas və Gülgəz",
"Əsli və Kərəm", "Aşıq Qərib",
"Şah İsmayıl", "Tahir və Zöhrə"
kimi məhəbbət dastanlarının adlarını
çəkə bilə¬rik. "Koroğlu" dastanında Təkəli
tayfasından olan aşıq Cünun Koroğlunun dostu və
aşığı kimi göstərilir. Həm "Kitabi-Dədə
Qorqud" eposu, həm "Koroğlu" eposu Azərbaycan
türklərinin mədəniyyətinin, əxlaqının,
dəyərlərinin formalaşmasında mühüm rol
oynamışdır. Bunu biz hər iki dastanda olan bədii təsvir
və ifadə vasitələrində, inanclarda, boyların və
qolların baş verdiyi səfərlərin təsvirində,
xeyirlə şərin, qaranlıqla işığın
qarşılaşmalarına münasibətdə görə
bilərik. Qorqud obrazının Günəş
işığını ifadə etməsi, Koroğlu
adının isə qaranlıqla bağlı olması bu dediklərimizə
əyani sübutdur. XVIII əsr aşıq poeziyasında
aşıq¬ların həm saz-söz
yaradıcılıqlarında, həm də onların yaratdıqları
dastanlarda yeni özəlliklərin şahidi oluruq. M.Abdal,
D.Qurbani, A.Tufarqanlı kimi aşıqların yaratmış
olduğu ustadna¬mələr XVIII əsrdə Xəstə
Qasım (1684-1760, G.Azərbaycan - Tikmədaş k.)
yaradıcı¬lığında öz zirvəsinə
çatır. "Aşıq sənətinin vəkili"
kimi tarixə düşən Xəstə Qasım (Dədə
Qasım) özündən öncə yaşayıb-yaradan
şair-aşıqların özlərinin və
yaradıcılıqlarının vəkili kimi
çıxış edir. Özündən öncə
yaşayıb-yaratmış aşıqların
yaradıcılıqlarının yaşamasına və
yayılmasına sanki bir vəkil¬lik etmişdir.
A.Tufarqanlının həyat və
yaradıcılığından bəhs edən "Abbas və
Gülgəz" dastanının yaşayıb
yayılması birbaşa onun adı ilə
bağlıdır. Təxəllüsünün mənası
isə şeirin, ədəbiyyatın, təriqətin, elmin,
alimliyin vurğunu, xəstəsi anlamına gəlir.
X.Qasım həm də öz qıfılbəndləri ilə
məşhurdur. Bu isə onun dərin zehinli söz xəzinədarı
olması deməkdir. X.Qasıma aid olan dastanda da biz bunun təsdiqini
görürük. Aşıq¬lar sırasında Aşıq Lələ
(XVII-XVIII), Dəllək Murad (XVIII), aşıq Valeh (XVIII), Ləzgi
Əhməd (XVIII-XIX) və bir çox aşıqların da
adı çəkilir. Aşıq Lələ əsasən
bayatı ustadı kimi tanınmışdır. XVIII əsrdə
yaşayıb-yaradan aşıq Valeh isə (1722-1822, Ağdam,
Gülablı k.) dastan yaradıcılığında
xüsusi yeri olan aşıqlarımızdandır. Onun
yaradıcılığında "Valeh və Zərnigar"
dastanı bunu deməyə əsas verir.
Aşıq
ədəbiyyatının zirvə nöqtəsi isə XIX əsr
aşıq poeziyası sayılır. Bu əsrdə dastan
yaradılmasının inkişafı ilə yanaşı,
aşıq şeirində yeni janrların yaranması
dövrü başlayır. Bu əsr "dodaqdəy¬məz",
"dodaqdəyməz təcnis", "müstəzad təcnis",
"gəraylı təcnis", "cığalı təcnis"
və s. kimi çətin və maraqlı aşıq
şeirinə məxsus janrların yaranması ilə yadda
qalır. Bu da özünü ilk olaraq Göyçə
mahalında göstərir. Göyçə ədəbi məktəbinin
yaradıcısı, Aşıq Alının ustadı Ağ
Aşıq Allahverdi (1775-1880) Cənubi Azərbaycandan
Göyçə mahalına köç¬müş,
ömrünün sonuna kimi orada yaşayıb
yaratmışdır. Aşıq Alı - Şıx Alı
öz dövrünün təcnis ustadı kimi yadda
qalmışdır, hətta onu Təcnis Alı
adlandırırmışlar. XIX əsr aşıq
poeziyasının azman sənətkarlarından olan
Qızıl Vəngli aşıq Alı (1801-1911, İrəvan
xanlığı - Qızılvəng) Ağ Aşıq
Allahverdinin yaratdığı aşıq məktəbinin ilk
şagirdi olmuşdur. Ustad Aşıq Alının özü
isə aşıq Ələsgərin (1821-1926, Göyçə
- Ağkilsə) böyük ustad kimi yetişməsində
mühüm rol oynamışdır. "Dədə"
titulunu qazanmış Dədə Ələsgərə qədər
Dədə Qorqud, Dədə Yadigar ("Qurbani"
dastanı), Dədə Qasım (Xəstə Qasım) da bu
titulu daşımışlar. Aşıq sənətinin sirlərini
aşıq Alıdan mükəmməl öyrənmiş
aşıq Ələsgərin özü də həmin məktəbin
davamçısı kimi 12 şagird yetişdirmişdir.
Qoşmalarının birində qeyd edir:
Adım
Ələsgərdir, mərdi-mərdana,
On iki
şəyirdim işlər hər yana.
Bu
şagirdlərə misal olaraq öz səsi ilə qara
çırağı söndürən aşıq Əsədi,
erməni¬lər tərəfindən kürəyinə qaynar
samovar bağlanan və işgəncə ilə oxutdurularaq qətlə
yetirilən yüksəs səs sahibi aşıq Nəcəfi,
aşıq Musa və digərlərini göstərə bilərik.
Göyçə aşıq məktəbi davamlı olaraq bu
gün də çox məharətli aşıqlar
yetişdirməkdədir. Bildiyi¬mizəə görə,
yaxın keçmişdə vaxtsız dünyasını dəyişmiş
aşıq Dəmir Gədəbəyli (1972-2020, Gədəbəy,
Arabaçı k.) bu məktəbin ustad xeyir-duası
almış son nümayəndələrindən hesab edilir.
Aşıq Dəmir öz gur səsi ilə
çırağı keçirən aşıq İmran Həsənovun
(1928-1998, Göyçə, Ağbulaq) yetirməsidir.
Aşıq İmran isə 16-17 yaşlarından sonra Tovuzda məskən
salıb yaşayıb-yaratmış və Aşıq Ələsgər
ədəbi məktəbinin davamçısı
olmuşdur.
XIX əsr
aşıq poeziyasının görkəmli nümayəndələri
sırasına aşıq Hüseyn Şəmkirli (1811-1891), Yəhya
bəy Dilqəmi (1830-1865, Şəmkir - Dəllər
Cırdaxan), Koroğlu dastanının kamil bilicisi aşıq
Hüseyn Bozalqanlı (Tovuz, 1868 və ya 1875-1941) və digərlərinin
də adlarını qeyd edə bilərik. Şəmkirli
aşıq Hüseyn şair aşıq olmaqla bərabər,
həm də bəstəkar aşıq olmuşdur
("Hüseyni" dastanı).
XIX əsr
aşıq ədəbiyyatının ən azman sənətkarlarından
biri də aşıq Molla Cumadır (Molla Cümə,
1854-1920, Şəki, Layısqı k.). Biz tarixdə və ədəbi
mühitdə "molla" təxəllüsü ilə bir
sıra görkəmli sənətkarların, söz
adamlarının adlarına rast gəli¬rik. Bildiyimizə
görə, "molla" təxəllüsü ilə
yaradanlardan birincisi böyük Azərbaycan şairi Məhəmməd
Füzuli olmuşdur (Tarixi mənbələrdə onun əsl
adı Molla Məhəmməd Bağdadi kimi verilir). Daha sonra
biz XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan
şairlərindən Molla Vəli Vidadi və Molla Pənah
Vaqifin də bu təxəllüsü
daşıdığının şahidi oluruq.
Aşıqlarda isə ilk olaraq bu təxəllüs Molla Cumaya
məxsus¬dur. "Molla" təxəllüsü isə
çox bilən, elmli, dünyagörüşlü,
xalqın içində olan insanlara verilirdi. Bu məqamda Molla
Cuma yaradıcılığında olan novatorluğa toxunmaq
yerinə düşərdi. Bu novatorluq ilk olaraq aşıq
yaradıcılığına yazılı ədəbiyyatdan
keçərək özünə xüsusi yer alan müxəmməs
janrında özünü göstərir. Özündən
sonrakı aşıqlardan fərqli olaraq Molla Cuma müxəmməs
şeir janrına cığa bəndi artıraraq
cığalı müxəmməs variantını
yaradır. Ondan sonra bir çox sənətkarlar bundan təsirlənərək
onun ardıcılı olmuş və bu növdə özlərini
sınamışlar. Buna misal olaraq Göyçəli Bəhməni
nümunə gətirə bilərik. Bu da aşıq ədəbiyyatının
bölgə-bölgə yox, bütöv olmasından xəbər
verən bir nümunədir. Molla Cuma tarixdə aşıq Nəcəf¬dən
sonra ermənilər tərəfindən qətlə yetirilən
ikinci azman aşığımızdır (1920, may). Azərbaycan
ədəbiyyatı tarixinin yaradıcısı, Qazaxda ilk
Müəllimlər gimnaziyasını yaradan elm xadimi
Fürudin bəy Köçərli də həmin vaxtlar ermənilər
tərəfindən qətlə yetirilmişdir.
Yazılarında bu mövzuya toxunmaq, fikrimcə, hər bir elm
adamının vicdan borcudur.
Bunu da
qeyd edim ki, bu deyilən aşıqların əksəriyyəti
yaradıcı aşıqlar¬ ol-muş¬lar. Məlumdur ki, həmin
dövrlərdə yaradıcı aşıqlarla birgə
ifaçı aşıqlar da fəaliy¬¬yət göstərmişdi.
Ancaq onların bir çoxunun tarixdə adı
itib-batmış, bizə gəlib
çatma¬mış¬dır. Aşıq
yaradıcılığının bu hissəsi tam
araşdırılmamış qalmaqda davam edir. Odur ki bu sahə
öz araşdırmaçısını gözləyir.
Ancaq XX əsrdən başlayaraq həm yaradıcı, həm
də ifaçı aşıqlar çiyin-çiyinə
addımlamış, hər birisi öz sözünü
mükəmməl deyə bilmiş¬ və onların
tanınmış nümayəndələri haqqında bizdə
müfəssəl məlumat vardır. Biz yaradıcı və
ifaçı aşıqlar sırasında olan
aşıqların adını hörmətlə çəkə
bilərik:
Yaradıcı
aşıqlardan olan Hüseyn Cavan (Güney Azərbaycan),
aşıq Şəmşir (Kəlbəcər), aşıq
Qəmkeş Allahverdi (Kəlbəcər), 14 aşıq
havasını bəstələyib ərsəyə gətirən
aşıq Mikayıl Azaflı (Tovuz), aşıq Mirzə
Bayramov (Tovuz), aşıq Mirzə Xəyyat (Göyçə-Tovuz),
Miskinli Vəli (Gədəbəy), Ayrım Cavad (Daşkəsən),
aşıq Avdı (Qazax), Dərya Məhəmməd (Qazax),
Murad Niyazlı (Göyçə-Şəmkir), aşıq
Murad Niyazlı (Göyçə-Şəmkir), aşıq Pənah
(Salyan), aşıq Məmmədağa (Şirvan), aşıq
Şakir (Şamaxı), Söhbət İsmayı¬lov (Gədəbəy)
və s. Laçından olan yaradıcı ifaçı
aşıqlar: Aşıq Haşım - Kürən Həşim
(XVIII), aşıq Ələmşah (Kamallı k.),
aşıq Cəfərqulu (Şeylanlı k.), aşıq Səlim
və onun nəvəsi şair Mehbalı Quluyev (Kürd
Mehbalı - 1992-ci ildə ermənilərin Laçını
işğalı zamanı itkin düşmüşdür),
Aşıq Ələmşah, aşıq Kərəm
Alxaslı və b. olmuşdur.
İfaçı
aşıqlar isə: aşıq İmran (Göyçə-Tovuz),
aşıq Əkbər (Tovuz), aşıq Ələsgər
Tağıyev - Çopur Ələsgər (Tovuz), aşıq
Mahmud (Göyçə-Tovuz), aşıq Alxan (Tovuz), aşıq
Aydın Çobanoğlu (Tovuz), aşıq Aslan (Qazax),
asıq Ədalət (Qazax), aşıq Fətulla
(Göyçə), aşıq Firudin (Kəlbəcər),
aşıq İsfəndiyar Rüstəmov (Gədəbəy),
aşıq Səyyad Pənahov (Gədəbəy), Məlik Məmmədov
(Gədəbəy), Sədaqət Rəsulov (Gədəbəy),
İslam Əkbərov (Gədəbəy), Qədir Əkbərov
(Gədəbəy), Mehbalı Qasımov (Gədəbəy), Rəsul
Əmiraslanov (Gədəbəy), aşıq Süleyman
Əmiraslanov (Gədəbəy), aşıq Şahsuvar (Gədəbəy),
aşıq Oruc (Göyçə-Gədəbəy),
aşıq Vaqif (Gədəbəy), aşıq Zahid
Aslanoğlu (Gədəbəy), aşıq Fəzail
İsmayılov (Gədəbəy), aşıq Musa (Gədəbəy),
Dəmir Həsənoğlu), aşıq Sovqat (Daşkəsən),
aşıq İlyas (Daşkəsən), Aşıq Sadıx
(Borçalı) Mais Gəncəli, aşıq Kamandar
(Borçalı), aşıq Əmrah (Borçalı),
Hüseyn Saraclı (Borçalı), Xındı Məmməd
(Borçalı), Əhməd Sadaxlı (Borçalı) və
s. Laçınlı ifaçı aşıqlardan XVIII əsrin
sonlarında XIX əsrin əvvəllərində aşıq
Bəylər (Şəlvə k.), aşıq Mustafa (Şəlvə
k.), aşıq Azad (Əhmədli k.), dastançı
aşıq Məşədi Dadaş (Əhmədli) və bir
çoxları olmuşlar. Çağdaş Laçın
aşıqlarından ustad ifaçı aşıq Əli
Süleymanoğlu, aşıq Umbay Axundov, aşıq Cabbar
Cabbarov, aşıq Atdıxan Alxanov, aşıq Şakir
Laçınlı (şair Mehbalının oğlu) və s.
Bu fikri də
əlavə edim ki, XX əsr həm də solo saz
ifaçılığında yeni bir mərhə¬lədir.
Aşıq sənətinin bu mərhələsi Əmrah Gülməmmədovun
(Borçalı) və Ədalət Nə¬si¬bo¬vun (Qazax)
adları ilə başlayır. Onlar öz
ifaçılığı ilə saz havalarının özəlliklə¬rini
üzə çıxarır və onu dəqiqliyi ilə dinləyicilərin
zövqünə uyğunlaşdırmağı bacarır.
Ədalət Nəsibov (Dədə Ədalət) isə burada
özünəməxsusluğu ilə seçilir. Bununla da
yeni bir saz ifaçı¬lığı məktəbi
yaranır, yəni solo saz ifaçılığının əsası
qoyulur. Ondan sonra gə¬lən bütün saz
ifaçıları həmin məktəbin
davamçılarıdır. Bu məqaləmdə bir səbəbdən
qadın aşıqla¬rının adını çəkmədim
ki, onlar haqqında ayrıca bir məqalədə yer verməyi
düşünürəm.
Son olaraq
onu qeyd edim ki, sazı ilk olaraq nota gətirən isə
İlqar İmanqu-li¬yev (Gədəbəy) olmuşdur. Elektrik
sazının ilk ifaçısı Seyfəddin Əhmədov
(Gədəbəy) sayılır.
Biz bu məqalədə
aşıq sənətinin yaranması və inkişaf etməsində
onun müəyyən mərhələlərindən söhbət
açdıq. Bu sənətin inkişafında ədəbi
aşıq sənəti məktəblərinin xüsusi rolu
olmasından isə az danışdıq. Belə
düşündük ki, onların hər biri haqqında
ayrıca məqalə ilə çıxış etsək
daha məqsədəuyun olardı. Bu yazımızda qısa
da olsa onlar haqqında şərh versək yerinə
düşərdi:
1.Göyçə-Gəncəbasar
aşıq sənəti məktəbi;
2.Borçalı
aşıq sənəti məktəbi;
3.Təbriz-Qaradağ
aşıq sənəti məktəbi;
4.Şirvan
aşıq sənəti məktəbi;
5.İlisu-Dərbənd
aşıq sənəti məktəbi;
6.Zəncan-Urmiya
aşıq sənəti məktəbi.
Şirvan
aşıq sənəti məktəbinin digər məktəblərdən
fərqi ondadır ki, onlar ansambl şəklində fəaliyyət
göstərir: nağara (ritm), balaban və saz.
Borçalı aşıq sənəti məktəbində
isə tək saz ifaçılığı öz əksini
tapır. Göyçə-Gəncəbasar (Qərb) və digərlərində
isə saz və sonradan əlavə olunmuş balabanla
müşayiət olunur.
Beləliklə,
yuxarıda qeyd etdiyimiz fikirlərə istinadən son söz
olaraq deyə bilərik ki, indiki aşıq sənəti
ozanlıqdan-dədəliyə, dədəlikdən-aşıqlığa
gedən saz-söz sənətinin varisidir. Bununla da bu məqaləmizdə bu sənətin
keçdiyi yolun xəritəsini cızmaqla dünya söz və
musiqi xəritəsində onun layiqli yerinin olmasını
müəyyənləşdirməyə
çalışdıq.
AYNUR
AFƏT qızı QAFARLI
Azərbaycan
Dövlət Pedaqoji Universiteti,
Elmi-Tədqiqat
Mərkəzinin kiçik elmi işçisi,
pedaqogika
üzrə fəlsəfə doktoru
Olaylar.-
2024.- 2-8 fevral, ¹4.- S.18; 22.