«SONUNCU ƏMR»
ASİF
MƏRZİLİNİN ROMANI İŞIQ ÜZÜ
GÖRÜB
"Sonuncu əmr" romanı bədii təsvir vasitələrindən
peşəkarlıqla istifadə
olunmaqla, əfsanəvi
kəşfiyyatçı, Vətən Müharibəsi
Qəhrəmanı (ölümündən
sonra), polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun döyüş yolundan bəhs edir.
Qeyd edim ki, romanı mənə göndərilmiş
pdf (elektron) formatında
bu günlərdə oxudum. Əsərdə şəhid Vətən Müharibəsi Qəhrəmanının
real faktlara əsaslanan
bir neçə kəşfiyyat əməliyyatları
bədii təsvir vasitələrinin imkanlarından
istifadə edilməklə,
peşəkar səviyyədə
qələmə alınmışdır.
Əsər oxucunu bir anlığa Ermənistanın hərbi-siyasi
rejiminin bütün bəşəri normaları
pozaraq tarixən Azərbaycan torpağı
olmuş Qarabağda törətdiyi soyqırım
və dəhşətlərin
necə cərəyan
etdiyi 1990-cı illərə
aparır. Hansı ki,
o illərdə mənim
də yurd yerim olan Qarabağın
Mərzili kəndi və qohumlarımın yaşadığı Xocavənd
rayonu işğal edilmişdir. O dəhşətlər
və o yurd yerlərinin 30 illik işğalı dövründə
çəkdiyim torpaq
həsrəti hələ
də qəlbimi göynədir.
Əsəri oxuduqca, igid oğullarımızın timsalında
Orxan Əkbərovun qəhrəmanlığını, ailəsi ermənilər tərəfindən girov götürülərək vəhşicəsinə
öldürülmüş Rəşad adlı oğlanın düşməndən
qisas almaq üçün necə qovrulduğu göz önünə gəlir.
Məncə, oxucularım üçün
də maraqlı olar ki, romanda təsvir edilən hadisələrin qısa məzmun və mahiyyətini dilə gətirim. Belə ki, Ağdamdan olan Rəşad kiçik yaşlarında valideynləri
ilə birlikdə Xocavənd rayonundakı əmisigilə qonaq gedir. Gecə saatlarında əmisi və bibisi ilə birlikdə atası, anası və kiçik qardaşıyla geri-Ağdama
qayıdarkən onlar dumana düşüb yolu azırlar. Bu vaxt ermənilər onları girov götürür, Hadrutdakı
mobil hərbi hissələrdən birinə
aparırlar. Ruben adlı
erməni hərbçi
Rəşadın atasını,
əmisini, eləcə
də anasını və bibisini kamera qarşısında Ermənistanın haqq işini dəstəkləməyə
məcbur edirlər. Rəşadın körpə
olan qardaşı soyuqdan və aclıqdan ölür. Rubenin tələblərinə
əməl etmədiyi
üçün isə
valideynləri və əmisigil ermənilər
tərəfindən güllələnir,
odda yandırılırlar.
Ailədən yeganə
sağ qalan Rəşad olur. O, iki dəfə qaçmağa müyəssər
olsa da, ermənilər
onu meşədə tutub yenidən qana susamış Rubenin hüzuruna gətirirlər. Ruben onu ağır xəstə olan qardaşı oğlunun böyrək əməliyyatı üçün
Ermənistana göndərmək
qərarına gəlir.
Təsadüfən Beynəlxalq
Qırmızı Xaçın
nümayəndələri balaca
Rəşadı xilas
edərək Azərbaycan
tərəfinə təhvil
verirlər.
Ailəsini itirən Rəşadın
Ağdamda heç kimi qalmadığından,
qohumları onu Sank-Peterburqdakı dayısının
yanına göndərirlər.
Dayısı ailənin
başına gətirilən
dəhşətlərdən sarsılır. Rəşad
ona anasının son vəsiyyətini çatdırır.
Anası qaniçən
Rubenin göstərişi
ilə bibisi ilə birlikdə benzin tökülüb yandırılanda ona qışqıraraq deyir
ki, əgər sağ
qalsa, bu alçaqlardan qisasını
alsın!
Beləliklə, dayısı Rəşadı
Özbəkistandakı dostlarının
yanına aparır, orada onu guya
mina partlayışında məhv
olmuş erməni dostunun uşağı kimi təqdim edərək ona erməni doğum şəhadətnaməsi düzəldir.
Sonra Sank-Peterburqda pasport
qeydiyyatında olan erməninin əli ilə Rəşada Rusiya vətəndaşlığını
təsdiqləyən pasport
düzəldir, onu təhsil alması üçün erməni
məktəbinə qoyur.
Rəşad paralel olaraq erməni dil hazırlıq kursuna gedir, bu dili mükəmməl
öyrənir. Həmçinin
rus dilini də əla öyrənir. Sonra orta məktəbi bitirir, hərbi xidmətə yola salınır. Hərbi xidmətə gedərkən kəşfiyyatçıları
yetişdirən hərbi
hissəyə düşür.
Təsadüfən həmin
hərbi hissənin komandiri erməni polkovnik olur. O, sənəddə adı
Roman olan Rəşadı
erməni bilib ona kəşfiyyatın bütün sirlərini öyrədir.
Nəhayət, Rəşad hərbi
xidmətdən sonra universitetə daxil olur. Dayısı ona öz qızı
ilə ailə qurmağı təklif edir. Lakin Rəşad anasının vəsiyyətini
yerinə yetirməyincə
evlənməyəcəyini bildirir... Qısaca deyim ki, əsərdə olduqca diqqəti çəkən məqamlar
vardır. Belə ki, Rəşad Rusiya vətəndaşı olan
erməni kimi iki dəfə Ermənistana gedir, oradan Qarabağa keçmək istəyir, lakin Laçın ərazisində bu cəhdi baş tutmur. Nəhayət, Azərbaycana qayıdır.
Burada qohumlarından Qarabağa necə keçməyin yollarını
öyrənməyə çalışır.
Ona "Qartal" ləqəbli
polkovnik-leytenant, əfsanəvi
kəşfiyyatçı Orxan
Əkbərovu nümunə
çəkirlər. Rəşad
Biləsuvara -"Qartal"ın
yaşadığı ünvana
gedir. Onunla görüşür. Başına
gələnləri ona
danışır və
Hadruta -Rubenlə görüşə getmək
arzusunu ona çatdırır. "Qartal"
bu barədə 2-ci korpusun Komandanı,
general-mayor Mais Bərxudarova
məlumat verir. Rəşadın sənədləri
xüsusi xidmət rəisi tərəfindən
tam yoxlanılır. Sonra Rəşadın
ətrafında məxfi
araşdırma aparılır,
o, sınaqdan çıxır.
Məqam yetişəndə
"Qartal" onunla birlikdə kəşfiyyata
getməyə qərar
verir. Onlar 2020-ci ilin yaz aylarında
Hadrud istiqamətində
kəşfiyyata yollanırlar.
Hər ikisi Hadruta çatır, Rəşad erməni dilində əla bildiyindən bütün söhbətləri özü
aparır, bir erməni qarının evini kirayələyirlər.
Sonra Rubenin yerini öyrənirlər (Kəşfiyyata
getməmişdən əvvəl
Rəşadın dayısı
Hadrutdan olan bir erməni vasitəsi ilə Rubenin sağ olduğunu dəqiqləşdirir).
Beləliklə, əsərdə oxucunu
riqqətə gətirən
məqam yetişir. Rəşad ona meylini salmış, əri bir neçə
ay əvvəl Azərbaycan
hərbçiləri ilə
atışmada öldürülmüş
Sara adlı qadınla
tanış olur. Ona evlənəcəyini bildirərək
ermənilərin ərazidəki
hərbi bazalarının,
dayaq məntəqələrinin
və s. yerini öyrənir.
Beləliklə, kəşfiyyatın sonuncu günü həmin obyektləri minalayırlar və Rəşad Rubenlə sonuncu görüşə-
haqq-hesaba gedir. O, Rubenin evində vaxtilə anasının boynunda olmuş qızıl klonun divardan asılan görür. Rubeni dilə tutur, erməni qaniçən Azərbaycanlı əsir və girovlara necə işgəncə verdiyini həvəslə danışır. O, bir Azərbavycanlı ailəsini
necə güllələyib
tonqalda yandırdığını,
sağ qalan bir uşağı isə Ermənistana göndərmək
istədiyini, bunun təsadüfən baş
tutmadığını, hətta
həmin girov düşmüş uşağın
əlinin üstünə
ocaqda qızarmış
şişlə damğa
vurduğunu və s. sevinərək danışır.
Bu məqamda Rəşad
ondan soruşur ki, həmin uşaq qarşısına çıxsa,
onu tanıya bilərmi? Qoca Ruben "Çətin ki, o uşaq
sağ qalsın, onu o qədər ac saxlayıb döymüşəm
ki..." deyəndə, Rəşad
əllərini ona göstərir və "Həmin uşaq qarşındadır, qoca
Ruben!" deyərək anasının
vəsiyyətini necə
lazımdır icra edir.
Rəşad daha sonra Rubenin evini yandıraraq
geri-"Qartal"la vədələşdikləri yerə
qayıdır. Hər
ikisi sağ-salamat hərbi hissəyə qayıdırlar.
Növbəti dəfə yenə
də oxşar kəşfiyyat əməliyyatına
gedirlər. Yenə də ermənilərə
ağır zərbə
vurub geri qayıdırlar. Nəhayət,
2020-ci ilin 27 sentyabrında
Azərbaycan Ordusu işğalçıların üstünə
şığıyır, ağır
döyüşlər başlayır.
Rəşad "Qartal"la,
yəni polkovnik-leytenant
Orxan Əkbərovla döyüşə atılır.
Oktyabrın 2-də hər
iki şəhid olur.
Mən
2020-ci ilin Vətən
Müharibəsi Qəhrəmanıolan
igidimiz Orxan Əkbərovun ailəsinə
dərin hüznlə
başsağlığı verirəm. Amma hesab edirəm ki, Orxan Əkbərovun qəhrəmanlığı
bu kitabla əbədi yaddaş qazanmış oldu.
Yeri gəlmişkən, kitabın
adında da qəribə
bir məna yatır: maraqlıdır,
sən demə, həmin gün, yəni əfsanəvi kəşfiyyatçının şəhidliyi günündə
2-ci Korpusun Komandanı,
general mayor Mais Bərxudarov
Orxan Əkbərova
son dəfə əmr
verərək hücuma
keçib Füzuli istiqamətində əsas
strateji yüksəkliyi
ələ keçirməyi
tapşırır... Əsərdə
bu məqam olduqca ibrətamiz formada təsvir olunur: ağır döyüşlər zamanı
Orxan Əkbərov döyüşçüləri ilə birlikdə mühasirəyə düşür.
O, döyüşçülə\rin hamısına əmr edir ki, kim subaydır, dərhal ərazini tərk edib geri çəkilsin. Lakin heç kim komandiri tək qoymaq istəmir. Nəhayət, o, sonuncu dəfə əmr edir ki, əgər getməsəniz, düşmən
snayperləri hamınızı
öldürəcək, elə
isə mən sizi əmrimə tabe olmadığınız
üçün burada
güllələyəcəyəm ki, heç olmasa, düşmən gülləsindən
ölməyəsiniz, düşmən
sevinməsin. Bunu görən subay döyüşçülərin hamısı ərazini məcburən tərk edir, onların hamısı mühasirədən
çıxırlar. Lakin Orxan
Əkbərov Rəşad
da daxil, 6 nəfərlə
birlikdə düşmənin
yüzə yaxın döyüşçüsünü, hərbi texnikalarını
məhv edir, sonda onların 6-da qəhrəmancasına şəhid
olur.
Bu hadisələr Azərbaycan
Müdafiə Nazirliyinin
rəsmi məlumatında
da real fakt olaraq qeydə alınmışdır.
Nəhayət, onu da diqqətə
çatdırım ki, əsər
təkcə Azərbaycanın
30 ildən çox müddətdə işğal
altında qalmış
torpaqlarının Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi altında
xüsusi qəhrəmanlıq
göstərilərək, cəmi
44 günə düşməndən
azad edilməsi, qəhrəman oğullarımızın
necə qorxmaz və torpaq uğrunda özünü
ölümə belə
verərək igidlik göstərməsi və
s. ilə diqqəti çəkmir. Əsərdə
həm də Azərbaycan kəşfiyyatçılarının
qəhrəmanlığı, Rəşadın timsalında
düşməndən qisas
almayana kimi yaşamaq haqqının olmadığı və
s. oxucuya bədii təsvir vasitələri ilə çatdırılır.
Əsərin bir çox müsbət xüsusiyyətləri
var ki, daha geniş təsvir etmək istəməzdim. Lakin ən
vacib məqamlardan birini deyim ki, igid kəşfiyyatçılarımız
olan "Qartal" və Rəşadın nümunəsində həm
Azərbaycan, həm də elektron media vasitəsilə (əsər
ingilis və rus dilinə tərcümə edilərsə)
dünya ictimaiyyətinə
çatdırıla bilər
ki, Azərbaycan döyüşçüləri
ermənilərdən qisası
da ləyaqətlə almağı
bacarır, qeyri-insani hərəkətlərə yol
vermir, qadın və qocalara, uşaqlara rəhm etməyi bacarır. Qadın ləyaqətinə
isə kəşfiyyatçılarımız
ümum bəşəri
prizmadan yanaşır,
ermənilərin Xocalıda,
kəlbəcərdə, Qərbi
Azərbaycanda törətdikləri
vəhşilikləri rədd
edirlər. Məsələn,
əsərdə belə
bir məqam var: İrandan gələn yük maşınları
ermənilərin işğalı
altında qalmış
Qarabağ ərazilərində
metallom yığmaqla
məşğul olur.
İki İran sürücüsü
erməni Saraya yaxınlaşıb ona nalayiq təkliflər edirlər. Bu zaman orada çalışan əsir
və girovluqda olan Azərbaycanlılardan
biri dözmür, həmin iranlı sürücünü döyür...
Ermənilər həmin
əsiri alqışlayıb
"Sən kişi adamsan, afərin!" deyərək ona minnətdarlıq da edirlər.
Əsərdə, eləcə də
dünyanın rəsmi
mətbuatında yayılmış
və Zori Balayanın
yazdığı, Azərbaycanlılara
Xocalıda, digər ərazilərdə necə
işgəncələr verdikləri,
insanlığa yaraşmayan
vəhşiliklər törədikləri
ermənilərin öz
dilindən səsləndirilir.
Kitab bir də bir
məqamla diqqətimi
cəlb edir: ilk bədii əsərdir ki, Azərbacan Ordusunun dünyaya səs salmış, düşməni
kapitulyasiyaya məcbur
etmiş qələbəsi
bədii ifadə vasitələrindən peşəkarlıqla
istifadə olunmaqla verilmişdir. Həmçinin
sonda "Dağlıq
Qarabağ Respublikası"
adlı qondarma qurumun məhz onu yaratmış və uydurmuş separatçılar tərəfindən
buraxılması, hamısının
həbs edilərək
Azərbaycanın istintaq
orqanlarına təhvil
verilməsi, ən nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Xankəndidə,
eləcə də Xocalıda Azərbaycan bayrağının ucaldılması,
8 noyabr Qələbə
Paradının isə
Xankəndidə qəbul
edilməsi rəsmi xronika kimi verilmişdir.
Deməli, müəllif
nəzərə almışdır
ki, gələcək nəsillər
indi hamımızın
yaşadığı bu
şərəfli tarixin
o anlarını dəqiq
bilməlidir!
Güman
edirəm, "Sonuncu əmr" romanı son illərdə yazılmış
ilk bədii əsərdir
ki, Azərbaycanın düşmən
üzərində tarixi
qələbəsindən, Qarabağın
uzun illərdir işğal altında qalmış torpaqlarının
tamamilə azad edilməsindən bəhs edir. Bu, gələcək nəisllərə bu günümüzdən ötürülən
bir tarixi dərs və mirasdır!
Əsgər Məmmədov,
Rusiya Federasiyasının Əməkdar
rəssamı
(Moskva)
Olaylar.-
202.- 9-15 fevral, ¹5.- S.18.