Bu kino ki,
var...
Həyatımızı
tamamilə dəyişə
biləcək təsir
gücünə malik
olan qüvvələrdən
biri də kinodur. Məhz kinonun təsiri nəticəsində həyatında
köklü dəyişikliklər
edən insanlar olduqca çoxdur. Belə güclü effektə malik olan bir sahədən Azərbaycanda
yüksək mənəviyyatın
yaranmasında nəyə
görə istifadə
olunmur? Bu və digər suallarımızı kino tənqidçisi Sevda Sultanovaya yönləndirdik.
-Bezmədən, sıxılmadan keçmiş
filmləri uşaqdan-böyüyə
hələ də izləyirik. "Hanı o
vaxtın filmləri?"
Bu fikrin kökündə dayanan səbəb nədir? İzləyicinin diqqətini
çəkən, keçmiş
filmlərin həsrətində
qoyan nüanslar hansılardır?
-Tamaşaçıda belə bir fikrin formalaşmasına səbəb hər şeydən əvvəl Mədəniyyət Nazirliyinin uzun illərdir ki, düzgün olmayan kino siyasətidir. Çünki, keyfiyyətli, işlək kino sənayesi qurulsa, intensiv filmlər çəkilsə və s. problemlər həllini tapsa kəmiyyət, keyfiyyət dəyişikliyinə keçəcək, müxtəlif janrlarda filmlər çəkiləcək, kino bazarı canlanaq və əlbəttə ki, bu halda tamaşaçı da zövqünə uyğun film tapa biləcək.
-Tarixi kökləri bu qədər dərin olan bir ölkə, onun qəhrəmanları barəsində nəyə görə bu qədər az sayda film sadalaya bilirik?
-Əslində bu sualın da cavabı düzgün kino siyasətinin qurulmamasındadır. Söhbət əgər tarixi filmlərdən gedirsə, bir qayda olaraq, bu janrda çəkilən əsərlər böyük büdcə tələb edir. Bundan başqa bizim vəziyyətimizdə tarixi filmlərin sifarişi dövlətdən gəlməlidir və bu ideoloji siyasətin bir hissəsi olmalıdır. Yəni özəl prodakşnların heç az büdcəli belə film çəkmək imkanı yoxdur, o ki qaldı tarixi film çəksinlər. Demək istədiyim odur ki, bu zaman dövlət prodüser rolunda çıxış etməlidir. Amma bununla məsələ düzəlmir. Kinomuzun mühüm problemlərindən biri ssenari, dramaturgiya problemləridir. Tarixi film üçün düzgün, təsirli, savadlı ssenarilər yazılmalı və bu sahədə təcrübəmizi təkmilləşdirmək məqsədilə addımlar atılmalıdır. Yaxın keçmişə baxsaq, 2009-cu ildə çəkilmiş "Cavad xan" tarixi filmi fiaskoyla nəticələndi. Ona görə bu kimi uğursuzluqlardan qaçmaq üçün kino siyasəti düzgün qurulmalıdır.
-Fantasik janrda
olan kadrlar nəyə görə bizdə "gülünc"
görünür? Kütlə
olaraq bunu qəbul etməməyimizin
bir səbəbi ola bilərmi?
-Hər bir ölkənin ədəbiyyat, kino ənənələri, folkloru və yəqin ki, mentaliteti onun kinosunda müəyyən bir janrın önə çıxmasında rol oynayır. Fransa prokatının 50 faizini detektiv, 40 faizə qədərini komediyalar təşkil edir. Amerika prokatında fəlakət, fantastika janrları üstündür. Avropada isə bu janra az hallarda müraciət edirlər. Azərbaycan kinosu tarixində özündə fantastika janrının elementlərini daşıyan filmlər var. Bunun ən bariz nümunəsi "Sehrli xalat"dır və əgər bizdə bu gün fantastik janrda filmlər çəkilmirsə və ya sizin dediyiniz kimi gülünc görünürsə, bu, düşünürəm ki, bizim kino, ədəbiyyat ənənələrimizə, məxsus olduğumuz coğrafiyaya, mentallığımıza bağlıdır. Ən azı bizim ədəbiyyatda bu janrın güclü ənənəsi yoxdur, belə bir tendensiya gözə dəymir. Ona görə filmlərin də olmaması normaldır.
-Son zamanlar
Azərbaycanda qısametrajlı
film çəkilişlərinin
sayı getdikcə artmaqdadır. Siz bunları kino sahəsində bir uğur kimi dəyərləndirirsinizmi?
-Qısametrajlı filmlər büdcə azlığından çəkilir. Çünki tammetrajlı film çəkməyə büdcə çətin tapılır.
-"Əqrəb mövsümü", "Körpü",
"Körpünün o tayı"
kimi az bölümlü
serialların yayımı
izləyicilər tərəfindən
olduqca maraq doğurduğu kimi belə filmlərin davamlı olması əksəriyyətin arzusudur.
Sizcə bu filmlər "köhnənin"
effektini verə biləcəkmi?
-Sadaladığınız serial və ya bədii televiziya filmləridir. Düşünürəm ki, maraqlı layihələrdir. Tamaşaçını da maraqlandırıbsa, demək ki uğurlu işlərdir. Sadəcə, bunu davam etdirmək lazımdır.
-Ümumiyyətlə,
dünyada çoxseriyalı
serialların mövcudluğunu
necə qiymətləndirirsiniz?
"Serial qısa, amma mənalı olar" fikri ilə razısınızmı?
-Serialların uzadılması əsasən reytinqinin yüksək olması ilə bağlıdır. Çünki, bu halda prodakşnlar daha çox pul qazanır. Amma əksər hallarda gərəksiz uzadılma serialların keyfiyyətinə təsir göstərir. Türkiyə istehsalı olan "Ailə" əvvəlcədən 30 bölüm nəzərdə tutulmuşdu. Keyfiyyətli, maraqlı alınmışdı. Hər şey öz dadında, duzunda gözəldir. Ümumiyyətlə, dünyada məşhur rejissorların qısa müddətli serialların çəkməsi təcrübəsi geniş yayılıb.
-Mənfi bildiyimiz şeylər bəzi filmlərdə
"o qədər gözəl"
təbliğ olunur ki, kütlə həmin mənfiyə daha çox can atır. Mənfilərin müsbətmiş
kimi qabardılması
sizcə nə dərəcədə düzgündür?
-Mənə elə gəlir ki, rejissor və ssenarist əsərinin məsuliyyətini hiss etməlidir. Çəkilən serial və filmlərə dediyiniz mənada nəsə ümumi bir nəzarət mexanizmi tətbiq edilməlidir. Amma bu, gərəksiz senzuraya çevrilməməlidir. Biz indi təhlükəli, toksik informasiya dönəmində yaşayırıq. Hər kəs istədiyi kontenti asanlıqla tapır. Ona görə, bunun necəsə bir nəzarət mexanizmi tapılmalıdır.
Zeynəb Rzayeva
Olaylar.-
2024.- 23-29 fevral, ¹7.- S.16.