Qələbənin hayqıran səsi
Onu tələbəlik
illərindən tanıyıram.
Üstündən illər
keçib, artıq yaşa dolandan sonra bir gün
sisal şəbəkədə
şeirlər paylaşdığını
gördüm. İnsaf
naminə, o qədər
gözəl yazılmış
şeirlər idi ki... Şeirlərdə bir püxtəlik, kamillik özünü göstərirdi. Onun "cızma-qara" adlandırdığı
şeirlərdə, həqiqətən,
bir canayaxınlıq,
poetik təb, istedad görünürdü.
Ona inandırmağa çalışdırm ki,
belə gözəl şeirləri gizlətməyə
haqqı yoxdur! Həm də o şeirləri ki, onlarda bir vətən
eşqi, vətən məhəbbəti coşub
çağlayır, qələbə
əzmi, zəfər müjdəsi, azadlıq nəşəsi çulğayıb
daşır...
Haqqında bəhs etmək istədiyim Əbdüləli Mirzəyev çox gənc yaşlarından şeir yazmağa başlamışdır. Onun ilk şeiri hələ məktəbdə oxuduğu illərdə müxtəlif mətbuat orqanlarında çap olunmuşdur. İlk şeiri çap olunan qəzet "Müstəqil" qəzeti olub. Əbdüləli Mirzəyev istedadla yazıb-yaradan gənc bir şairdir.
Vətənpərvərlik lirikasında vətənə bəslənilən sonsuz bir məhəbbət şeriyyətin gücü ilə ifadə edilmişdir. Ən müxtəlif məcazların qüdrəti ilə şairin vətən məhəbbəti, torpaq həsrəti, 44 günlük Vətən müharibəsindən sonra qazandığı qələbə sevinci, zəfər qüruru ifadə olunmuşdur. Şəhidlərimizə həsr etdiyi əsərlində dərin bir kədər yer alıb. Qələbə ruhlu şeirlərində sanki hər bir sözdən sevinc duyğuları yağıb sözlərin çiçəyi çırtladığı kimi, şəhidlərimizə həsr edilən əsərlərində sözlər dərin bir kədərlə yas tutub, qan ağlayır. Amma Vətən məhəbbəti bütün kədəri üstələyir, Vətən yolunda fədakarlıqla milli qürur vüsala qovuşur, vətəndaşlıq qeyrətinin təntənəsinə çevrilir. Şair "Azərbaycan deyəndə", "Gözəldir", "Qutlu olsun bayramın", "O gün gələcək" kimi şeirlərində Vətən məhəbbəti, Azərbaycanın qələbə arzusu, Turan birliyi içərisində böyük və bütöv bir vətən qüruru öz əksini tapmış, yüksək poetik əhval-ruhiyyə ilə əks edilmişdir. "Azərbaycan deyəndə" şeirində şair vətənə olan məhəbbətin mənəvi qida, qanımız, canımız, ruhumuz olduğuna diqqəti çəkir:
Hamı sevinc içində,
Hamının üzü gülür.
Hər kəsin gözlərindən
Sevinc, fərəh süzülür -
Azərbaycan deyəndə.
Şair vətən məhəbbətinin bütün dərdlərə dərman, kədərlərə, nisgilə son olduğunu yazır:
Övladı şəhid olan
"Vətən sağ olsun" deyir.
"Uğrunda can verdiyi
Torpaq
var olsun" deyir -
Azərbaycan deyəndə.
Şeir
bütün ruhu ilə müəyyən mənada Azərbaycan vətəndaşlıq lirikasının
görkəmli nümayəndəsi
xalq şairi Məmməd Arazın
"Azərbaycan" şeirindəki
"Azərbaycan deyiləndə
ayağa dur ki, Ana yurdun
ürəyinə toxuna
bilər" misrasının
ruhuna uyğun gəlir.
Vətən gözəlliklərinin bir poetik ustalıqla
təsvir tapdığı
"Gözəldir" şeirində
sözlərin təsviri
ilə gözlərimiz
önündə sanki
əsarəngiz bir gözəllik və zənginlik mənzərəsi
açılır. Şair
sanki bir rəssam kimi elin, vətənin gözəlliklərini təsvir
edir: şeir oxunduqca sanki gözlərimiz önündə
yamyaşıl bir paltara bürünmüş
Vətən adlı gözəl cilvələnir.
Vətənin yaşıl-yaşıl
ormanları gözümüzə
gözəllik qatdıqca,
burlaqlarının zümzüməsi
qulaqlarımızda musiqiyə
dönür, yağan
yağışın yarpaqları
döyən səsi bir simfoniya kimi
səslənir, yağışın
ardınca qırmızı
şülaraı boylanıb
bir gəlin kimi nazlanan günəşin
sevgisini hiss edirik:
Mən düşmüşəm vətənimin
sehrinə,
Ana yurdun hər bucağı gözəldir.
Göz gördükcə ürək
coşur söz deyə,
Vəsf
eləyə bu xoş çağı, gözəldir.
Şair
"O gün gələcək"
şeirində bir az da irəli gedərək milli mənsubiyyətindən
doğan qüruru, fəxri əks etdirmişdir. Şar qəzəb və qətiyyətlə xalqımızı
"azəri" deyə
qondarma ad qoyub çağıranlara
etiraz edir, qürurla, iftixarla "Mən Azərbaycan türküyəm!" deyir.
Sanki müəllif Azərbaycan
xalqının milli ideologiyasının
"kəlmeyi-şəhadətinə",
kimlik andıına çevrilmiş Ulu Öndər
Heydər Əliyevin
"Mən həmişə
fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik
fikrinin işığında
özünün poetik
parodiyasını əks
etdirmiş, ifadə etmişdir:
Mən Azəri deyiləm,
çagırmayın Azəri!
Millətimin adı var,
Azərbaycan türküyük!
Bu adı daşımağın
verdiyi həzz bir ayrı!
Bu ad kiminə qürur,
kimisinə ağır yük.
Eybi yox,
Daşımasın bu adı yük sayanlar!
Axı türklük eşqindən
türk olmayan nə anlar!
Milli mənsubiyyəti və kimliyindən qürur duyan şair Əbdüləli Mirzəyev
Azərbaycan bayrağının
timsalında mənsub
olduğu dövləti,
suveren, müstəqil
dövlətçiliyi ilə
də qürurlanır,
məğrurluq hiss edir.
Ümumiyyətlə, məlumdur
ki, ədəbiyyatımızda xüsusi bir mövqe təşkil edən vətəndaşlıq
lirikasının ağır
bir sahəsini milli bayrağa həsr edilən əsərlər
təşkil edir.
1918-ci ilin 28 mayında
elan edilən dövlət
müstəqilliyindən başlayaraq
Azərbaycan ədəbiyyatında
heraldik poeziya - bayraq məzmunlu əsərlər ayrıcalıq
təşkil etmişdir.
Azərbaycanın istiqlal
şairi Əhməd Cavaddan başlayaraq bu mövzuda olduqca qiymətli əsərlər meydana gəlmiş. Azərbaycan
bayrağının tərənnm
edən əsərlər
insanların qəlbini
coşdurmuşdur. Ə.Cavad, C.Cabbarlı,
Ə.Müznib, S.Vurğun,
S.Rüstəm, B.Vahabzadə,
M.Araz, X.R.Ulutürk və nə qədər şairlər
bayrağı tərənnüm
edən şeirlərilə
heraldik poeziyamızı
zənginləşdirmişlər. Ə.Mirzəyev də yüksək vətəndaşlıq məsəbbəti
və vətənpərvər
duyğuları ilə
dövlət müstəqilliyimizin
nişanəsi, daşıyıcısı
olan bayrağımızın
timsalında dövlətimizə,
vətənimizə, elimizə
olan məhəbbəti
ifadə etmiş və məğrurluq duyğularını əks
etdirmişdir:
Rənglərin ahəngi var,
Görünüşün möhtəşəm.
Ey aylı, ulduzlu yar,
Sənsən sevincim, nəşəm
-
Azərbaycan bayrağı!
Ə.Mirzəyevin əsərləri
arasında başlıca
yeri 44 günlük Vətən müharibəsindən
qazanılan Zəfər
və Qələbə
sevincinin əks olunduğu şeirlər təşkil edir. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin
sərkərdəliyi altında
"Dəmir yumruq"
əməliyyatı ilə
işğal edilmiş
torpaqlar azad edilməklə Azərbaycan
xalqı Böyük Zəfər əldə etdi. Bu möhtəşəm
hadisə ədəbiyyatımızın
məhvərinə, dönüş
nöqtəsinə çevrilərək
Zəfər ədəbiyytımızı
yaratdı. Qələm
sahibləri sevinc, qürur dolu misralarını dilə gətirdilər və ədəbiyyatımız bir
dəniz kimi coşdu. Şair Əbdüləli Mirzəyev
də bir sıra şeirlərində
Azərbaycanın bu şanlı qələbəsini
tərənnüm ünvanına
çevirdi, şəhid
atası, şəhid
anası, şəhid
ailəsi kədərini
qələbə sevinci
ilə çulğalaşdırararq
məğrurluq rəmzinə
çevirdi. "Gözün
aydın", "Qisas
sabaha qalmaz", "Gözün aydın, Azərbaycan!", "Qələbə
ətirli günün
var olsun", "Gəlin",
"Şəhid", "Afərin, qəhrəman əsgərlərimiz" kimi
şeirlərində qələbə
sevinci coşqulu misralarla ifadə edilmiş, şəhid olan övladlarımızın
kədəri öz əksini tapmışdır.
Şair "Ağı
deyib Xocalını ağlama" şeirində
hələ ermənilərin
törətdiyi bu qanlı soyqırımı,
insanlıq əleyhinə
faciədə Azərbaycan
övladlarını ağlamağa
yox, dağlamağa - mübarizə aparmağa çağırır:
Qaytaraq geriyə biz Qarabağı,
O gün qeyd olunsun
qoy zəfər günü.
Vətənin önündə diz
çöksün yağı,
Orada keçirək toyu-düyünü.
O gün qeyd olunsun
qoy zəfər günü!
Ümumiyyətlə, uzun illər, hətta konkret deyilsə düz otuz ilə
yaxın bir müddətdə Azərbaycan
torpaqlarının işğalı,
qəhrəman övladlarının
şəhid düşməsi,
Xocalı kimi görünməmiş bir
faciəyə bülənməsi
səbəbindən vətəndaşlarımız
yasa batdı, üzündən, gözlərindən
gülüş çəkildi,
qəlbindən sevinc qaçdı, könlünün
başını duman
tutdu, gözlər
ağladı ki ağladı.
ədəbiyyatımız düz
30 il ağı dedi, qan ağladı, bağır yardı, sadəcə ümid bəslədi. Amma, çox
şükür, Məlikməmməd
cəsarətli, Bamsı
Beyrək ürəkli,
Babək hünərli,
Xətai qəlbli, Koroğlu biləkli sərkərdəmiz qayıtdı
- Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
əzmi, müdrikliyi,
uzaqgörənliyi sayəsində
ata vəsiyyəti -
ulu öndər vəsiyyəti
yerinə yetirildi və Azərbaycan Ordusu düşmənə
elə bir sarsıdıcı zərbə
vurdu, elə darmadağın etdi ki, düşmən dabanına
tüpürüb qaçmaqdan
başqa yol tapa bilmədi. 44 günlük
Vətən müharibəsində
hər bir igid dillərə
dastan bir qəhrəmanlıq
yazdı, Qarabağ dastanının Zəngilan,
Füzuli, Ağdam və digər boyları yazıldığı
kimi son boyu olan zəfər boyu - Şuşa boyu yazıldı, hələ nə qədər dillərə
düşəcək, haqqında
danışılacaq, qürur
yeri, məğrurluq gümanı olacaq. Şair Əbdüləli
Mirzəyev də şəhid xəbərlərindən
sarsılan qəlblərin
dərdi-dilini kədərlə
anlatdığı kimi,
Böyük Zəfər
Salnaməsini də sevinc dolu, şadlıq
dolu misralarla qələmə almış,
sözə tökmüşdür.
Sevincin rənqi o qədər qatıdır
ki, misralar coşub-daşır,
duyğular dil açır:
Gözümüz aydın, Vətən!
Qutlu olsun bayramın!
Qanımızla qayıtdı
Hər bir qarış toprağın.
Şair
bu kimi sevinc
dolu hisslərini "Gözün aydın, Azərbaycan!", "Qələbə
ətirli günün
var olsun", "Qutlu
olsun bayramın",
"Afərin, qəhrəman
əsgərlərimiz" kimi
şeirlərində dilə
gətirmişdir. Şairin
"Afərin, qəhrəman
əsgərlərimiz" başlıqlı
şeiri də Azərbaycan əsgərlərinin
rəşadətinə yazılmış
tərənnüm dolu
gözəl lirik əsərlərdən biridir
və M.Ə.Sabirin
"Səttarxana" əsərinə
nəzirə yazılmışdır.
Əlbəttə, elə bir insan, elə bir sənətkar tapmaq olmaz ki, onun qəlb çırpıntılarından oğan eşq, məhəbbət duyğuları
olmasın. Əbdüləli
Mirzəyevin məhəbbət
lirikası bu baxımdan şövqlü
və oxunaqlıdır.
Qəlbin bütün
çırpıntı və
duyğularını müəllif
şeirlərində çox
uğurla əks etdirməyə müvəffəq
olmuşdur. Aşıq
şeiri ruhuna enən şair gözəlləmə ruhunda
da şeirlər yazmış,
sevdiyi qızın gözəlliklərini yüksək
poetik ruh və əlvanlıqla təsvir və təqdim etmişdir. "Gözlərimə", "Yaradıb",
"Gözəlim", "Gözəl", "Aciz
qalıb" və b.
şeirlərində məhz
gözəllik dolu bir qadının ilahi görünüşü
öz təsvirini tapmış və təqim olunmuşdur:
Şair
Əbdüləli Mirzəyevin
yaradıcılığında dünyəvi-fəlsəfi şeirlər
də yer almışdır. Dünya
işlərindən doğan
təəssürat, şəxsi
kədər, həyat
düşüncələri və s. onun bu şeirlərinin aparıcı ruhunu təşkil edir.
"Allah", "Gedirik", "Oynayıram", "Şirin
olur haram tikə",
"Çıxır", "Qalar", "Gedim" və başqa şeirləri ictimai-fəlsəfi
məzmunu ilə seçilir. Gənc şair bu şeirlərində
dünya, həyat, yaşam və digər məsələlər
haqqında duyğu və düşüncələrini
ifadə edir. Dünyanın gərdişi,
həyatın çətinlikləri,
dəyərlərin dəyişməsi,
düzlük və əyrilik, doğruluq və yalançılıq,
halla və haram və başqa məsələlər poetik
ifadə obyektinə çevrilmişdir. Xüsusilə,
yeni dünyada, müasir
həyatda insan və onun taleyi,
insanın həyat yolu və mənəviyyatı
kimi məsələlər
onun yartadıcılığında
mühüm yer tutmuşdur. Şair insan və onun
taleyi haqqındakı
düşüncələrini "Çıxır" adlı
şeirində belə
ifadə etmişdir:
Əbdüləli Mirzəyevin çox
şirin, oxunaqlı, təsirli yaradıclıq
dili var. Onun yaradıclığından min illərlə
yol alıb gələn şipşirin
Yunus Əmrə, Şah İsmayıl, Qurbani,
Dədə Ələsgər
kimi ustad sənətkarlarının dilinin
təsiri duyulur. Bu dil bizi minillərcə
varlığımızın təzahürü olan, analarımızın şirin
layla çalıb, gözəl nağıllar,
dastanlar danışdığı,
bizlərə dünyanı
tanıtdığı dildir.
Ə.Mirzəyev həm də istedadlı müəllimdir,
Azərbaycan dili və ədəbiyyatından
övladlarımıza dərs
verib. Həm də buna görə onun yaradıcılıq texnikası özünəməxsus
olduğu qədər
zəngin, obrazlı ifadə imkanları orijinal və bənzərsizdir. Şairin
istifadə etdiyi orijinal ifadə imkanları, obrazlı deyimlər, işlətdiyi
rədiflər və
s. yaradıcılığının canayaxın olmasına sövq edir. Estetik gözəllilklə
məna dərinliyi bir-birini tamamlamaqla onun
yaradıcılığının səciyyəsinə çevrilir.
Beləliklə, öz
dili, poetik dəsti-xətti, poetik dünyası, yaradıcılıq
aləmi, xəyallar məcmusu ilə ədəbiyyatımıza yeni bir
imza, yeni bir şair gəəlir. Onun yaradıcılığının
seviləcəyi və
oxunaqlı olacağına
tam əminliklə inanır,
ədəbi mühitimizə
"xoş gəldin"
deyirilk!
Ramiz
QASIMOV
filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı
Olaylar.- 2024.- 23-29 fevral,
¹7.- S.19.