Daima irəli, KAPİTAN
Hər bir yaradıcı insanın ilham mənbəyi mütləqdir,
o cümlədən qələm
əhli. Günümüzə
qədər tanıdığımız,
əsərlərini, bəlkə
də, təkrar-təkrar
oxuduğumuz şairlərin
demək olar ki, ilham mənbəyini,
əsərlərinin mövzu
rəngarəngliyini yaxşı
bilirik.
Nəsiminin ilham
mənbəyinin uca Yaradan olduğu məlum olduğu kimi, Məhəmməd Füzulinin eşq, Hüseyn Arifin təbiət, Məmməd
Arazın isə stimul nöqtəsinin Vətən olduğu hər birimizə bəllidir. Haqqında söz açacağım
şair dostum Faiq Balabəylinin gənc yaşlarından dənizə olan sevgisi onu cazibə
qüvvəsitək özünə
çəkib.
Bu sevgisi onun ömrünün böyük bir qismini dənizlərdə
keçməsinə səbəb
olub. Okeanların, dənizlərin təlatümlü
dalğalarını yara-yara
üzən nəhəng
gəmilərdə dalğaların
ecazkar səsindən ilham alan dənizçi-şairin
yazdığı əsərlərdə
suların ahəngdarlığı
öz əksini tapıb. Sahillərə tumar çəkən ləpələr Faiq Balabəylinin şeirlərində
ekspozisiya, səmaya doğru can atan dalğalar isə kulminasiya nöqtəsidir. Gəmi kapitanının altmış
yaşı olmağına
baxmayaraq öz sevimli peşəsindən
ayrıla bilmir.
Gəminin sükanı
arxasında ruhunu alıb özüylə aparan, əl çatmayan dərinliklərə,
gözlə görünməyən
ümmana baxıb düşünür.
Beynində öz-özünə sual verir. Görəsən
min illər öncə
bu suların altında böyük şəhərlər olubmu?
Nuhun tufanından əvvəl bu dərinliklərdə insan
ayaqlarının izləri
varmı?
Bir müdrik insan deyib:
Əgər xəyalların dərin
düşüncələrə dalırsa nəyisə düşünüb həqiqət
kimi yozursa, deməli insanın kod yaddaşına həkk olunan bir həqiqət var ki, bu genetik yaddaşdan
gələn həqiqətdir.
Bəli,
bu düşüncələr,
bu xəyallar bir anın içində
şeirə çevrilir
və elə suların qoynundaca Faiq Balabəylinin yeni şeir-övladı dünyaya
göz açır. Bəlkə də, bundan irəli gəlir ki, bələyi dənizin qırçın
suları olan şeirlər elə sular kimi şəffaf,
dalğalar qədər
qüvvətli doğulurlar.
Bu il dənizçi-şairin 60 illik
yubiley ilidir. Bu münasibətlə əziz
dostumu səmimi qəlbdən təbrik edir və deyirəm
:
- Hələ şeir-övladlarına
ayrılacaq çox
zaman, yarıb keçiləcək
çox duman, lövbər salınası
çox liman var. Dayanma, irəli, Kapitan...
Sükan
arxasında, gəmi evində,
İz salıb dünyaya dənizlər qədər.
Suların səsindən alıb
ilhamı,
Ömrünü, gününü verməyib
hədər.
Keçib dalğaların sərt
ağuşundan,
Şərqdə də, qərbdə
də iz salıb gəlib.
Hansı
limanlarda lövbər
salıbsa,
Şeirdən, sənətdən söz
salıb gəlib.
Bir əlində sükan, birində qələm,
Budur, ötüb keçir altmışıncı qış.
Geridə
qoyduğun şair ömrünə,
dənizçi ömrünə, Faiq,
min alqış...
Damət Salmanoğlu,
AYB-nin üzvü, Beynəlxalq
Rəsul Rza mükafatı
laureatı,
Prezident təqaüdçüsü
Olaylar.- 2024.- 23-29 fevral, №7.- S.16.