Azərbaycan İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir

 

Müasir dövrdə informasiya kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsı dövlət strukturlarını vətəndaş cəmiyyəti institutlarını, iqtisadi sosial sahələri, elm təhsili, mədəniyyəti bütövlükdə insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələr informasiya kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Ancaq o da faktdır ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır. Dünya təcrübəsi göstərir ki, informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir.

Son illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Məhz bu səbəbdən ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya rabitə sahələrinin intensiv yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması genişlənməsi ilə səciyyələndirmək olar.

Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları  sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Ulu Öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid onun qurulması, elektron hökumətin formalaşdırılması intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Təsadüfi deyil ki, hələ 2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev nitq söyləyərək Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs edib. Məhz sözügedən Milli fəaliyyət Proqramı çərçivəsində respublikada rabitə informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya poçt xidmətləri bazarının daha da liberallaşdırılması özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülüb. Konkret olaraq 2004-cü ildə "Poçt rabitəsi haqqında", "Elektron imza elektron sənəd haqqında", 2005-ci ildə "Telekommunikasiya haqqında", "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") təsdiq edilib. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə elmə malik olması üçün ümumtəhsil məktəblərinin kompüterləşməsi layihəsi həyata keçirilib.

Ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli Sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması inkişafı üzrə Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən "bir pəncərə" prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az "elektron hökumət" portalı yaradılaraq istifadəyə verilib. Hazırda "elektron hökumət" portalına onlarla dövlət orqanının informasiya sistemləri qoşulub   bu qurumların yüzlərlə elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunub. "Elektron hökumət" şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.

"Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırıb daha yüksək səviyyəyə yüksəltməyə imkan yaradıb. Hazırda mərkəzi icra hakimiyyəti orqanlarının təqribən hamısı, yerli icra hakimiyyətləri əsasən, yerli özünüidarəetmə orqanlarının isə bəziləri internet informasiya resurslarına malikdirlər onlardan əhalini məlumatlandırmaq, xidmətlər göstərmək üçün istifadə edirlər. 2000-ci ildən dövlət qurumları "gov.az" domenindən istifadə edirlər bu informasiya resurslarının sistemli qaydada təşkilinə istifadəsinə şərait yaradır. Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mövcud informasiya rabitə sahələrinin intensiv yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid onun qurulması, elektron hökumətin formalaşdırılması intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz edib.

Bu günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında fərman da bu məqsədə xidmət edir. Fərmana əsasən, ERİS rəqabət istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək. Göründüyü kimi ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi dövlətin prioritetləri sırasındadır.

 

 

Alim Hüseynli

Olaylar. - 2024.- 12-18 iyul, ¹24.- S.11.