Yunus Oğuzun yaradıcılığında boz qurd totemi
– Turanın simvolu
(Yunus Oğuzun həyat və yaradıcılığı”
(2022) monoqrafiyasından fraqment)
Yunus Oğuzun bütün yaradıcılığında, özəlliklə romanlarında
Turanla bağlı düşüncələr öz
əksini tapır, yazıçı türklüyü,
milli ruhu bütün aspektləri ilə təqdim etməyə çalışır. Bu yazıda yazıçının yaradıcılığında
öz əksini tapan, türklüyün çoxsaylı simvollarından
biri olan bozqurd totemindən bəhs edəcəyik.
Türk
xalqlarının mifologiyasında
müqəddəs, xilaskar,
yol göstərən,
seçilmiş qəhrəmanlara
kömək edən şəfqətli, cəsarətli,
xeyirxah varlıq kimi təcəsüm edən boz qurd
əfsanələrə görə
Ərgənəkondan çıxan
türklərə, islamı
türklər ararsında
yaymaq üçün
Məhəmməd peyğəmbərin
göndərdiyi üç
nəfər elçiyə
bələdçilik etmiş,
Çingiz xana ata, Aşina əfsanəsində göytürklərə
ana olmuşdur.”Kitabi-Dədə
Qorqud” dastanında işlənən “Qurd üzü mübarəkdir”,
“Qara başım qurban olsun qurdum
sənə”, “Avazı
qaba qurd əniyi erkəyində bir köküm var” ifadələrində qurda
tapınmanın izləri
qorunub saxlanmışdır.
Yunus Oğuzun yaradıcılığında bu obraz ümumtürk
tarixinin dolaylarında
bir ulduz kimi parlayıb türkün seçilmiş
qəhrəmanlarının simvoluna çevrilir.
Yazıçının ona böyük şöhrət
gətirən ilk romanı
“Nadir şah”əsərində
də gələcəyin
şahı olan, Turan ideyası üçün seçilmiş
Nadiri uşaqlıqda canavarlardan məhz boz qurd xilas
edir: “Daş canavarın yaxınlığında
düşsə də,
heyvan tövrünü
pozmadı.Uşağa hərəkətləri
ilə bildirdi ki, hücum etmək niyyətini dəyişməyib. Uşaq
bu dəfə ölümü ilə barışıb kürəyinin
qayaya söykəyib gözlərini yumdu:
– İndicə
məni parçalayacaq.
Ağbiləng və Qaplan isə canavarla süpürləşirdilər. Bu zaman qayanın düz başından qurd ulartısı eşidildi:
– Au-u-u-u…. Au-u-u.
Qayanın başında duran
qurd sanki həmcinslərinə nəsə
deyirdi. Qurd bir də uladı:
– Au-u-u-u…. Au-u-u…
Canavarlar
qurdun elə bil üçüncü ulartısını gözləyirdilər.
Uşağın qarşısında
duran canavar geri çəkilməyə
başladı.”
Qeyd edək ki, yazıçının
daha sonralar qələmə aldığı “Əmir
Teymur-zirvəyə doğru”
romanında
da qurd totemi ilə – türkçülüyün
rəmzi ilə qarşılaşırıq.
Yunus Oğuzun “Atabəy Eldəniz” romanında da boz qurd obrazı
əsərin ideyasının
açılmasında mühüm
rol oynayır. Romanda Şəmsəddin Eldəniz uşaqkən qul karvanı ilə səyahəti zamanı dəfələrlə
arabadan yıxılsa
da min əziyyətlə, zəif
bədəninin son gücünü
toplayaraq özünü
qul karvanına yetirir. Qul karvanına!
Onun seçim şansı var idi. Karvandan geri qalıb həyatını
azad biri kimi davam etdirməyə
cəhd edə bilərdi. Amma onun adi insanlar
tərəfindən anlaşılmayan
bu seçimi çox
mühüm
bir anlam daşıyırdı: qul
kimi satılmaq bahasına belə olsa da ulu türk ruhunun qarşısına qoyduğu missiyanı yerinə yetirməlid idi. Çünki o sadə deyil, seçilmiş,
missiyası olan bir türk idi.
Bu səbəbdən də
gecə təkbaşına
çöl-biyabanda qalan
Eldənizi məhz boz qurd qoruyur:
“Əlbəttə, Bağdada
getməliydi. O, təkcə
karvana deyil, həm də arzularına çatmalıydı
… Göy üzü işıqlananda qəti qərar verdi ki, karvanın dalınca getsin. Susuzluğa, aclığa dözəcək,
amma karvana yetişəcək. Getmək
qərarını verəndə,
səhərə qədər
onu izləyən canavar artıq gözə dəymirdi.
Sanki gecə hansısa
bir qüvvə o qurdu bu çöl
– biyabana Eldənizi qorumaq üçün göndərmiş,
səhər açılan
kimi isə çəkib aparmışdı.
Bağdada az qalmış karvana yetişdi. Hamı təəccüb içindəydi.
Hətta bir neçə qul ürəyində onu qınadı da “Ay ağılsız,
səndən imtina ediblər, itirib axtaran da yoxdu. Niyə gəldin?” Şəmsəddin isə
hara və nəyə
görə gəldiyini
bilirdi.”
Yunus Oğuzun bu günkü qələbəmizin
ilk müjdəsi olan
2016-cı ilin aprel döyüşlərinə həsr
edilmiş “Ovçu”
romanında qurd totemi yenidən oxucu qarşısıma çıxaraq bir daha türkün missiyasını xatırladır.
Bildiyimiz kimi, “ovçu” əsərin baş qəhrəmanı
Muradın ləqəbi,
kod adıdır. Lakin
əsərdə başqa
əlahiddə ovçu
obrazı da var. Sözün
əsl mənasında
ovçu olan bu şəxs qaçmış dovşanın
arxasınca getmir. Səbəb isə onun artıq
boz qurdun şikarı olduğunu qəbul etməsidir: “Göy guruldadı. Çiskin yağış
yağmağa başladı.
Ovçu sabahına saxladığı ərzağın
dalınca talvara yaxınlaşdıqda gördü
ki, ayağını dirəyə
bağladığı dovşan
yoxdur. Dovşan kəndiri gəmirib parçalamış və
çöllüyə üz
tutmuşdu. Yağan yağış onun ləpirlərinin hara getdiyini
aydın göstərirdi.
Bu dəfə o, tüfəngini
götürüb ləpirlə
yeriməyə başladı.
Amma çox getmədi.
Dovşan ləpirinə
canavar ləpiri də qarışmışdı.
Bu ləpir Boz Qurdun ləpiri idi. Ovçu bir qədər düşünüb
geri qayıtdı. Boz
Qurdun şikarına şərik olmaq istəmədi”. Əsərdəki
səhnə əslində
ovçu qiyafəsində
təqdim edilən tarixin,
zamanın türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının
simvoludur. Çünki,
türk məhz boz qurd kimi
irəli atıldıqda,
öz haqqını tələb etdikdə
Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrimənin məğlubiyyətini,
Hörmüzün qələbəsini
alqışlayır
Yunus Oğuzun Turan ideyasının təməl
daşının simvolu
olaraq əsərlərində
təsvir etdiyi boz qurd totemi
türkün özünə
dönməsinə çağırışdır.
Bu səbəbdən boz
qurd yazıçınn
əsərlərində məhz
həlledici məqamda
ortaya çıxaraq qəhrəmana kömək
edir, onu qorumaqla türkün tarixi yolunun növbəti şanlı
səhifəsinin yazılmasına
vəsilə olur.
Elnarə Qaragözova
Olaylar. - 2024.- 12-18 iyul, №24.- S.13.