Səmimiyyətdən yoğrulan
şeirlər
Zaur Ustac hücrəsinə qiyabi səyahət
Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə
ərkyana döydüyüm
qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı
da qoydum bir kənara. Sözün işığı çağırdı
məni. Axı külün altında qoru görənlərdənəm.
Odu söndürüb
külüylə oynayanları
sevmirəm. Ürəyimin
istisinə bütün
dünya qızına
bilər deyə elə bütün ürəklərin də günəş tərəfində
dayanmaq istəmişəm
həmişə. Sazaq
mənlik deyil.
...Zaur Ustac ürək
qızdırdığım, günün hansı vaxtında olur-olsun ərklə qapısını
(simvolikdi) çaldığım
dostlardandı. Baxmayaraq
ki, dostluğumuzun yaşı
elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım
şair həmkarlarımdandı.
Sözündən tanıyıram.
Hər yazar özünü sözüylə
ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.
Şairliyi də özünə
bənzəyir. Hay-küysüz,
utancaq...
Adam onun böyük səmimiyyətindən utanar.
Göndərdiyimiz bütün
materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu
minnətdarlığı ilə
adamı özünə
borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə
yaşamağa nə
var ki..
Layk (bəyənmə) azarkeşi
deyil. Öz hücrəsində, öz
səssizliyindədi həmişə.
Sakitliyində də özüdü. Kiməsə
bənzəməyi də
sevməz. Qəribə
nizam-intizamı var. Verdiyi
sözü həmişə
tutar. Bəlkə bu onun vaxtilə
ordu sıralarımızdakı
xidmətindən irəli
gəlir. Axı uzun illər Zaur Ustac vətənə
sədaqətlə xidmət
edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:
Yurdumun dörd yanını
Hürr
görmək istəyirəm
- deyən şairin arzuları yavaş-yavaş
çin olur.. Bundan böyük,
müqəddəs arzumu
var? Kim bilir adam bu arzuya çatmaqçun
neçə qat göynəkdən
keçib bu çağacan:
Vətəndə əbədi nəğməyə
döndün ,
Xudayar, zəfərli çağın
mübarək...
Payızda Vətənə bahar
gətirdin,
Şəhadət ətirli bağın
mübarək.
Bu sətirlərdə sevinci
dolu-dolu yaşaya bilməyən şair ürəyinin Bu dəfə
bir az fərqli
baxmaq istədim çox sevdiyim sözə. Həmişə
ərkyana döydüyüm
qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı
da qoydum bir kənara. Sözün işığı çağırdı
məni. Axı külün altında qoru görənlərdənəm.
Odu söndürüb
külüylə oynayanları
sevmirəm. Ürəyimin
istisinə bütün
dünya qızına
bilər deyə elə bütün ürəklərin də günəş tərəfində
dayanmaq istəmişəm
həmişə. Sazaq
mənlik deyil....Zaur Ustac
ürək qızdırdığım,
günün hansı vaxtında olur-olsun ərklə qapısını
(simvolikdi) çaldığım
dostlardandı. Baxmayaraq
ki, dostluğumuzun yaşı
elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım
şair həmkarlarımdandı.
Sözündən tanıyıram.
Hər yazar özünü sözüylə
ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.Şairliyi
də özünə
bənzəyir. Hay-küysüz,
utancaq...Adam onun böyük səmimiyyətindən
utanar. Göndərdiyimiz
bütün materialları
öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu minnətdarlığı
ilə adamı özünə borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar.
Bu ürəklə yaşamağa
nə var ki..Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində,
öz səssizliyindədi
həmişə. Sakitliyində
də özüdü.
Kiməsə bənzəməyi
də sevməz. Qəribə nizam-intizamı
var. Verdiyi sözü
həmişə tutar.
Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı
xidmətindən irəli
gəlir. Axı uzun illər Zaur Ustac vətənə
sədaqətlə xidmət
edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:Yurdumun dörd yanınıHürr
görmək istəyirəm-
deyən şairin arzuları yavaş-yavaş
çin olur.. Bundan böyük, müqəddəs arzumu
var? Kim bilir adam bu arzuya çatmaqçun
neçə qat göynəkdən
keçib bu çağacan:Vətəndə
əbədi nəğməyə
döndün ,Xudayar, zəfərli çağın
mübarək...Payızda
Vətənə bahar
gətirdin,Şəhadət ətirli bağın mübarək.Bu sətirlərdə
sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin həsrətini duyursan.. Olumla ölümün, həqiqətlə yalanın
mübarizəsində İlahi
qələbənin nəfəsi
duyulur bu sətirlərdə. Bu qalibiyyətdən,
bu zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş
qalibiyyət özü
də..
Amma özü bu narahatlığından heç
nə demir. Sadəcə yazır.Ütüsüz,
boyasız, rəngsiz.
Ağ-qara yazılarında
bir özüdü, bir də çox
sevdiyi azadlığı.Üstündən
yüz Araz axsınTorpaq bizim torpağımız.Güney, Quzey
- fərq eləməz,Oylaq
bizim oylağımız.Canı
torpaq, amalı Bütöv Azərbaycandı
Zaur Ustacın. Tanrı muradını versin.Bütün yazılarına ürək
qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına
bilirsən şairin.
Bu da bir ayrı bəxtəvərlikdi."Dünya
bir pəncərədir",
pəncərən olsa,
qardaş,De, heç vaxtın oldumu, pəncərədən
baxmağa- deyir Zaur Ustac.Yorğunluğunu
sözündən tutursan
Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair
dincəlməyə vaxt
tapmasa da qələmi
yerə qoymur.Onun
şeirləri əhvaldan
doğan şeirlərdi.
Ağına-bozuna baxmadan
yazanlardandı həm
də. Söz əhvalının hansı
səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin
çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən
doğan şeirlərdi.Gəzdim
qarış-qarış doğma
torpağı,Hər dağda,
dərədə izim
var mənim.Hələ keçilməmiş
uca dağlarınUca zirvəsində gözüm
var mənim!Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş
sevgisi. Əsas ürəyindən keçənləri
dilə gətirməkdi.
Bir də söz deməyə cəsarət
də lazımdı. Şeir cəsarətlə
yazılmalıdı. Sözü
buxovlamaq olmaz.Bəzən
baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı - hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə
"ölü şeirlər"
deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü
kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir.
Əlbəttə əsl
tənqiddən. Qərəzdən
uzaq.Zaur Ustacın bir "Yazarlar" yükü də var. Yazılarımızı
onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək
xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz
dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı
və yeniliyi ilə seçilənlərdəndi.
Həm də sözə məqsədsiz
yanaşanlardan.Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!Bu
yazı da belə doğuldu. Birnəfəsə.
Boyasız, bərsiz-bəzəksiz.
Elə şairin özü və sözü kimi..
duyursan.. Olumla ölümün, həqiqətlə
yalanın mübarizəsində
İlahi qələbənin
nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin
də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət
özü də.. Amma özü bu narahatlığından
heç nə demir. Sadəcə yazır.
Ütüsüz, boyasız, rəngsiz.
Ağ-qara yazılarında
bir özüdü, bir də çox
sevdiyi azadlığı.
Üstündən yüz Araz axsın
Torpaq bizim torpağımız.
Güney,
Quzey - fərq eləməz,
Oylaq bizim oylağımız.
Canı
torpaq, amalı Bütöv Azərbaycandı
Zaur Ustacın. Tanrı muradını versin.
Bütün yazılarına ürək
qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına
bilirsən şairin.
Bu da bir ayrı bəxtəvərlikdi.
"Dünya bir pəncərədir", pəncərən
olsa, qardaş,
De, heç vaxtın oldumu, pəncərədən
baxmağa
- deyir Zaur Ustac.
Yorğunluğunu sözündən tutursan
Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair
dincəlməyə vaxt
tapmasa da qələmi
yerə qoymur.
Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı
səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin
çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən
doğan şeirlərdi.
Gəzdim
qarış-qarış doğma
torpağı,
Hər dağda, dərədə
izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsində gözüm
var mənim!
Vətənə əsgər sevgisi
var bu sətirlərdə.
Üstəgəl vətəndaş
sevgisi. Əsas ürəyindən keçənləri
dilə gətirməkdi.
Bir də söz deməyə cəsarət
də lazımdı. Şeir cəsarətlə
yazılmalıdı. Sözü
buxovlamaq olmaz.
Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı - hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə
"ölü şeirlər"
deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü
kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir.
Əlbəttə əsl
tənqiddən. Qərəzdən
uzaq.
Zaur Ustacın bir "Yazarlar" yükü də var. Yazılarımızı
onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək
xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz
dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı
və yeniliyi ilə seçilənlərdəndi.
Həm də sözə məqsədsiz
yanaşanlardan.
Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!
Bu yazı da belə doğuldu. Birnəfəsə.
Boyasız, bərsiz-bəzəksiz.
Elə şairin özü və sözü kimi..
Təranə DƏMİR
Olaylar. - 2024.- 12-18 iyul, №24.- S.19.