YAP-ın namizədlər siyahısı kimlərin ümidini qırdı?
Kimlər mandatı
təhvil verəcəklər?
İstənilən ölkədə keçirilən
parlament seçkiləri
ciddi siyasi hadisə kimi dəyərləndirilir. Çünki
parlament seçkiləri
nəticəsində dövlətin
müstəqil qolu olan ali qanunverici
orqan formalaşır.
Müxtəlif dövlətlərdə
parlamentlərin strukturu
müxtəlif olsa da ümumilikdə bu qurum qanunvericilik mənbəyi rolu oynamaqla ölkənin siyasi sistemində mühüm yer tutur. Etiraf edək
ki, Azərbaycanda keçiriləcək
növbədənkənar 7-ci çağırış Milli Məclisə seçkilər
xüsusi əhəmiyyətə
malikdir. Çünki,
ölkəmiz müstəqillik
əldə etdikdən
sonra ilk dəfə olaraq bütün ərazilərdə parlament
seçkiləri baş
tutacaq. Həmçinin
Vətən müharibəsindəki
qələbədən sonra
Azərbaycanın bölgədə
yaratdığı yeni reallıqların
qanun çərçivəsinə
salınmasında parlamentin
xüsusi yeri var. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda
sonuncu parlament seçkisi də növbədənkənar olub
və 2020-ci ilin fevralında baş tutub. Elə bu ilin fevralında
keçirilən prezident
seçkisi də erkən olub. Beləliklə Prezident
İlham Əliyevin sərəncamı
ilə sentyabrın
1-də Azərbaycanda növbədənkənar
parlament seçkiləri
keçiriləcək. Artıq
ölkədə parlament
seçkilərinə start verilib və bir sıra mərhələlər
geridə qalıb.
İndi cəmiyyəti düşündürən
əsas məsələ
yeni parlamentdə kimlərin
təmsil olunacağı
ilə bağlıdır.
Yeri gəlmişkən
xatırladaq ki, bu parlament seçkilərində
işğaldan azad olunmuş ərazilərimizdə
də seçkilər
təşkil olunacaq. Sözügedən ərazilərdən
isə yeni simaların
siyasi proseslərə
qatılacağı istisna
edilmir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda hər bir vətəndaş
seçmək və seçilmək kimi konstitutsion hüqququndan istifadə etməkdə sərbəstdir. Ölkədə
azad və demokratik seçkilərin
keçirilməsi üçün
münbit şəraitin
yaradıldığından bu hüquqdan yararlanmaq istəyənlərin
sayı kifayət qədər çoxdur. Xatırladaq ki, bu parlament seçkilərində
öz namizədliyini irəli sürən vətəndaşların sayı
əvvəlki seçkilərlə
müqayisədə dəfələrlə
artıqdır. Hətta
müxalifət düşərgəsi
seçkilərə həvəslə
qatılıb, əksər
müxalifət partiyaları
öz manizədlərini
müəyyən ediblər.
Konkret olaraq Müsavat və Real partiyaları seçkiyə
qatılacaqlarını, AXCP isə seçkini boykot etdiyini bəyan edib. Hakim Yeni Azərbaycan Partiyası isə artıq irəli sürdüyü
namizədlərinin tam siyahısını
açıqlayıb.
İqtidar partiyası olan
Yeni Azərbaycan Partiyasının
seçkilərdə iştirak
edəcək namizədlər
siyahısını elan etməsi
isə ölkənin siyasi gündəmini əməlli-başlı silkələyib.
Belə ki, Yeni Azərbaycan
Partiyasının İdarə
Heyətinin növbəti
iclası keçirilib
və Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
növbədənkənar seçkilərlə
bağlı deputatlığa
namizədliyi
irəli sürülmüş
şəxslərin siyahısı
müzakirə olunaraq
təsdiqlənib. Siyahı
açıqlanandıqda məlum
olub ki, VI çağırış
deputatlarının bəziləri
artıq yeni parlamentdə
təmsil olunmayacaqlar.
Beləliklə, YAP-ın
16 deputatı madatını
təhvil verərək
Milli Məclislə vidalaşmalı
olacaq. Namizəd olmayanların siyahısına
adı düşən
deputatların təmsil
etdikləri partiyanın
qərarı barədə
fikirlərinin ortada olmamasına baxmayaraq onların əksəriyyətinin
bu qərarla razılaşacağı şübhəsizdir.
Çünki ötən
seçkilərdə partiyanın
qərarından kənra
çıxaraq müstəqil
şəkildə namizədliyini
irəli sürən
YAP-çıların aqibəti
heç də yaxşı olmayıb. Hətta onların sırasında cəzalandırılanlar
da olub. Hazırki namizədlər siyahısına
adı düşməyən
şəxslərin əksəriyyətinin
isə ortada deputatlıq iddiasının
olmaması müşahidə
olunur. Heç şübhəsiz ki, onların
böyük əksəriyəti
partiya tərəfindən
"mükafatlandırılacaq". Başqa sözlə, hansısa dövlət qurumunda yüksək vəzifəyə təyin
olunacaqları ehtimallar
sırasındadır. Yəni,
qanunverici orqanda mandatı təhvil verib icra strukturunda
vəzifəyə sahiblənəcəklər.
İndi əsas müzakirə predmeti siyahıda adı olan şəxslərin namizədlikləri irəli
sürülən dairədə
qələbə qazana
bilb-bilməyəcəkləri ilə bağlıdır.
Müşahidələr deməyə
əsas verir ki, cəmiyyətdə müsbət
imci olan ziyalılar, intelekt sahibi olan bir
çox gənclər
fəal şəkildə
seçkilərə qatılıblar.
Üstəlik müxalifət
düşərgəsi parlament
seçkilərini mühüm
siyasi hadisə kimi dəyərləndirir.
Hələ prezident seçkilərində geri
cəkilən əksər
siyasi partiya rəhbərləri atdıqları
addımları parlament
seçkilərinə hazırlıqla
əlaqələndirmişdilər. Yəni, müxalifət düşərgəsinin kifayət
qədər vaxtı olub ki, parlament seçkilərinə ciddi
çəkildə hazırlaşsınlar.
Belə bir şəraitdə YAP-ın
namizədlərinin hamısının
qələbə qazanacağı
inandırıcı görünmür.
Digər bir məqam YAP-ın namizədlər siyahısında əsasən
gənclərə üstünlük
verilməsidir. Siyahıda
ötən çağırışda
fəal olan bəzi deputatların oyundankənar vəziyyətdə
qalması cəmiyyətin
gözləntilirəniə adekvat deyil. Çünki, siyahıda deputat
mandatına sahib çıxacaq
elə namizədlər
var ki, onların bir çoxu ötən çağırışlarda
qeyri-fəal deputat imci qazanmışdı. Həmin deputatlar nəinki seçicisi ilə işləmir hətta bəzi hallarda parlamentin plenar iclaslarına belə qatılmırdı.
Məlum məsələdir
ki, parlamentdə təmsil
olunacaq 125 eputatın hamısı YAP-ın namizədi ola bilməz. Hazırda Milli Məclisdə
Yeni Azərbaycan Partiyasının
üzvü olan 68 deputat var. Əsas məsələ parlamentdə
təmsil olunacaq deputatların xalqın iradəsini ifadəçisi
qismində təmsil olunması, onların gözləntilərini doğrultmasıdır.
Bütün sadalananlara
baxmayaraq qətiyyətlə
demək olar ki, YAP-ın siyahısında kifayət qədər uğurlu, parlament təcrübəsinə malik namizədlər
var və onların qanunvericilik orqanın fəaliyyətinə töhvə
verəcəyi şübhə
doğurmur. Əsas məsələ odur ki,
7-ci çağırış Milli Məclisə seçkilər
parlamentarizm və dövlətçilik tariximizə
əbədi yazılacaq.
Çünki bu, ölkənin siyasi sistemi adına qürurverici bir hadisədir.
Alim Hüseynli
Olaylar. - 2024.- 19-25 iyul, ¹25.- S.6.