Naxçıvanın muxtariyyət məsələsinin dramaturji ifadəsi

 

Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" əsərində Naxçıvanın muxtariyyət məsələsi əks etdirilib

 

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tamamilə yeni bir ədəbiyyat yaranmaqda inkişaf etməkdə idi. Xüsusilə, milli mövzu, problem məsələlərin yer aldığı müstəqillik dövrü ədəbiyyatında tarixi mövzular məsələlər aparıcı yer tuturdu.

XX əsrin əvvəlləri Azərbaycan xalqının ictiai-siyasi tarixi üçün ən ziddiyyətli mürəkkəb bir zaman olmuşdur. Bu dövrdə Azərbaycan xalqının milli mübarizəsinin nəticəsi olaraq əldə olunmuş dövlət müstəqilliyi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra bolşeviklərin hücumları daxili xəyanətlər nəticəsində süquta uğramış Azərbaycan işğal edilmişdir. Belə mürəkkəb bir zamanda ortaya çıxan mühüm milli faciələrdən biri Azərbaycanın əzəli torpaqlarının siyasi fitnəkarlıq güc tətbiqi ilə ermənilərə verilməsi məsələsi idi. Naxçıvanın ələ keçirilməsi işğal planının ən başlıca hədəfi idi. Zəngəzurun işğalından sonra Naxçıvanın blokadaya alınması Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi əslində Naxçıvanın işğal planının tərkib hissəsi idi. 1920-ci illərin ilk illərində məhz Naxçıvan əhalisi üçün ölüm-qalım məsələsinə çevrilən Naxçıvanın Azərbaycanın tərkibində qalmaq məsələsi aktuallıq qazanmışdı. Bu məsələdə əslən Naxçıvandan olan qüvvətli siyasətçi, məharətli diplomat Behbud bəy Şahtaxtinskinin fəaliyyəti daha əlamətdar olmuşdu.  Qeyd edilən məsələlər ədəbiyyatın da mühüm probleminə çevrilmiş, bu mövzuda layiqli əsərlər ərsəyə gətirlmişdi. Belə əsərlər içərisində müstəqillik dövrü Naxçıvan ədəbi mühitinin istedadlı qələm sahiblərindən olan Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" adlı pyesinin müstəsna əhəmiyyəti var.

Ümumiyyətlə, Həsənəli Eyvazlı müstqillik dövründə inkişaf edən Naxçıvan ədəbi mühitini poeziya dramaturgiya sahəsində təmsil edən istedadlı qələm sahiblərindən, şeir dram əsərləri ilə Naxçıvanı vəsf, tərənnüm onun tarixi mücadiləsini əks etdirən aparıcı imza sahiblərindən biri olmuşdur. Müəllifin bir sıra dram əsərləri, o cümlədən "Qurtuluşa gedən yol" "Araz sahilində doğan Günəş" kimi pyesləri 1990-cı illərin böhran zamanında Naxçıvanın taleyi, habelə Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi onun fəaliyyəti sayəsində Naxçıvanın ümumən Azərbaycanın gələcək inkişafı, ümummilli tale məsələsi özünün bədii əksini tapmışdır. Həsənəli Eyvazlının "Türkmənçay qətli", "Araz sahilində doğan Günəş", "Qurtuluşa gedən yol" dramlarında milli tariximizin bir sıra qaranlıq məqamları özünün əksini tapmışdır. "Araz sahilində doğan günəş" əsəri bilavasitə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olaraq qalmasında aparılan milli mücadilədən Behbud ağa Şahtaxtinskinin bu sahədəki məxsusi xidmətlərindən bəhs edir.

Əsərin başlıca hadisəsi Naxçıvanın statusunun müəyyənləşməsində yekun rolu oynamış Qars müqaviləsi onun Azərbaycan türk xalqlarının mənafeyinə uyğun müəyyənləşməsində mühüm xidmətlər göstərmiş tarixi şəxsiyyətlərin rolunu göstərməkdir. Əsərin əsas qəhrəmanı məhz Behbud ağa Şahtaxtinskidir. Pyesdə əlvan boyalarla obrazları yaradılmış Nəriman Nərimanov, İbrahim Əbilov, Veysəl Ünüvar, Kazım Qarabəkir paşa,  Mustafa Kamal Paşa Atatürk başqaları vardır. Dramatik gərginliklə müşaiyət olunan hadisələrin mərkəzində doğma yurdunun taleyi ilə bağlı fədakarcasına xidmətlər göstərən Behbud ağa Şahtaxtinskinin obrazı dayanır. Əsər məzmun etibarilə tarixi faktlara əsaslanır.  Mövzu etibarilə tarixi dram janrına aid olan "Araz sahilində doğan günəş" əsəri müəllifin sərbəst davranması ilə ərsəyə gəlmiş, konkret tarixi faktlardan daha çox müəllifin şəxsi qənaətilə süslənmişdir.

Əsərdə düyünlənmə Naxçıvanın ermənilərə verilməsi tapşırığının Azərbaycan Xalq Komissiarları Sovetinə verilməsi xəbərindən başlayır dramatizm Nəriman Nərimanovun Mirzə Davud Hüseynovu Behbud ağa Şahtaxtinskini çağıraraq müzakirə aparması verdiyi xüsusi tapşırıqla inkişaf etməyə başlayır. Məlum olur ki, XI Qızıl Ordu adlanan rus bolşevik erməni daşnak orduları Azərbaycanda mərkəzi hakimiyyətə tabebisizlik göstərərək kütləvi həbslər keçirir, günahsız adamlara cəza kəsirlər. Hətta Stalin Mikoyan birliyinin fitnəsi ilə Qarabağın Naxçıvanın ermənilərə verilməsi ilə bağlı işlər aparılır. Məhz belə çətin dönəmdə Azərbaycanın rəhbəri kimi N.Nərimanov, B.Şahtaxtinski kimi milli ziyalılar bu fitnələri pozmaq üçün hər cür çətinliyi aşmağa çalışırlar. Müzakirə prosesində M.D.Hüseynovun dilindən səslənən "Məgər biz fəhlələrə arxalanıb inqilab etmədikmi?", "bu ki ... işğalçılıq siyasətidir. Buna son qoyulmalıdır", N.Nərimanovun dilindən deyilən "Cibində partiya bileti gəzdirən Lominadze kimi, Sərkis kimi adamlar kommunist adı ilə bir araya sığmayan özbaşınalıqlar edirlər" kimi qətiyyətli çağırışlar bolşevizmin fitnə işğalçılıq niyyətlərinə qarşı etiraz, üsyan nifrət dolu münasibəti ifadə edir. Əsərdəki bu qətiyyətli münasibət bir tərəfdən müəllifin şəxsi qənaəti olaraq özünə yer tapdığı kimi, digər tərəfdən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra haqqında ziddiyyətli fikirlər səsləndirilən Nəriman Nərimanovun özünün "Ucqarlarda inqilabımızın tarixinə dair", "N.Nərimanovun V.İ.Leninə məktubu", "N.Nərimanovun oğlu Nəcəfə məktubu" kimi əsərləri əsasında meydana qoyulmuşdur.

Müəllif dövrün fitnə təzahürü olan bolşevizmin xəyanəti ilə Azərbaycan əraziləri olan Qarabağ Naxçıvanın ermənilərə verilməsi məsələsinin çətinliyini, problemin ağırlığını göstərmək məqsədilə əsərin əvvəlıində iki müxtəlif yerdə - Azərbaycanda - Bakıda Nərimanovun otağında, Türkiyədə - Ankarada Atatürkün qəbulunda gedən müzakirələr kontekstində təqdim edilir. Bu təqdimat həm iki qardaş ölkənin naxçıvan məsələsində vahid mövqedən olan maraqlarını nümayiş etdirmək üçündür. Nərimanovla Hüseynov Şahtaxtinskinin söhbətinin davamı olaraq Atatürklə İbrahim Əbilovun arasında keçən eyni məzmunlu söhbətdə məhz Azərbaycandakı gərgin ictimai-siyasi vəziyyət Naxçıvanın itirilməsi problemi dramatizmin fonuna çıxarılır. Sonrakı hadisələr əsərin ideyası da məhz bu kontekstdən özünə aydınlıq tapır. Burada da Atatürkün İ.Əbilovun dilindən səsləndirilən "Qafqazın, o cümlədən Naxçıvanın taleyi Türkiyənin qətiyyətindən asılıdır", "Türkün türkdən başqa dostu yoxdur" kimi fikirlər dövrün çətin problemlərinin həlli yönündə vahid milli istiqamətə çağırışı ifadə edir. Ümumiyyətlə, bu söhbətdə İbrahim Əbilovun Mustafa Kamal Atatürkə Azərbaycandakı vəziyyət, xüsusilə Naxçıvanın taleyi ilə bağlı səsləndirdiyi fikirlər problemin çətinliyi vəziyyətin vəhmliyi barədə kifayət qədər fikir formalaşdırır.  Mustafa Kamalın səsləndirdiyi İosif Stalinin Azərbaycanla bağlı niyyətini ehtiva edən ""Bakının yanacağı olmadan sovet Rusiyası yaşaya bilməz". Bax bolşevik Rusiyasının Qafqazadkı siyasətinin əsasını bu təşkil edir" fikirləri Naxçıvanın taleyi ətrafında mövcud olan qatı siyasət dumanının sirrini açmağa yönəlmişdir. Müəllif bu fikirləri səsləndirməklə Azərbaycanı parçalamağa yönəlik rus-bolşevik siyasətini onun xain niyyətinin vəhmliyini diqqətə çatdırmağa xidmət etmişdir. Ümumiyyətlə, Mustafa Kamal Atatürk İbrahim Əbilov arasındakı müzakirə mövcud ictimai-siyasi şəraiti, onun tələblərini Azərbaycanın ətrafında dolaşan xain məqsədləri ifadə etmək üçün niyyətlənmişdir. Burada vəziyyətin qədər çətin mürəkkəb olması ilə bağlı təəssürat əksini tapmışdır. Mustafa Kamalaın eyni zamanda bu fikirləri Azərbaycanın başı üzərində dolaşan əbədi problemi ehtiva etmək üçün əsaslı faktordur: "Bəli, sərvət dövlət üçün şöhrət gətirdiyi qədər problemlər gətirir".

Əsərdə xalqın mübarizə əzmi idealının göstərmək üçün xalq nümayəndələrindən ibarət obrazlar təqdim edilmişdir. Sadə camaat Naxçıvanın Azərbaycanın işğaldan qurtulması, Azərbaycanın tərkib hisəsi olaraq qalması üçün bütün qətiyyətilə apardığı mücadilə uğurla obrazlaşdırılmışdır. Buradakı Müşkünaz arvad, Qasım, Kərbəlayı Kərəm, Bağır kişi  məhz sadə camaatın obrazları kimi diqqəti cəlb edirlər. Müşkünaz arvad xalqının çətin günündə biricik övladı Qasımın toyuny dayandırıb övladını vətənin mübarizəsinə göndərir, ona vətən üçün sədaqət vəfa andı içdirir. Bağır kişi hər cür zəhmətkeşliyi təmsil edərək əmək adamlarının vətənə bağlılığını təcəssüm etdirir. Kərbəlayı Kərəm qoca yaşında əlinə silah alaraq vətənini erməni-bolşevik birləşmələrinin fitnə-feilindən qorumaq üçün mübarizə aparır. Hətta erməni ajanını dəhnəni keçərkən yaxalayaraq satqın Vəlibəyovun xəyanətini ortaya qoyur. Bu sadə insanların obrazları hər cür çətinliyə rəğmən döyüşən müqavimət göstərən xalqın qırılmayan iradəsini təmsil edir, Azərbaycan xalqı torpağının birlik-bərabərlik əzəmətinin təcəssümü kimi çıxış edirlər. Naxçıvanda yaşayan hər bir insan "Azərbaycan" deyir, "birlik" söyləyir, ümumi mücadiləyə qoşularaq xalqın qırılmaz iradəsini nümayiş etdirir.

Əsər boyu Naxçıvanın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində türk yurdu olması uğrunda siyasi-diplomatik mübarizə özünü bütün gərginliyi ilə təzahür etdirir. Hətta Moskvadakı Çiçerin, Stalin Vladimirski arasındakı gərgin əsəbi dialoqda Stalinin xainliyinə qarşı Çiçerin Vladimirski qətiyyəti nəzər diqqətə çatdırılmışdır. Stalinin əsər boyu Azərbaycan xalqına qarşı kini nifrəti özünü nümayiş etdirir, ermənilərlə əlbirliyi diqqət mərkəzinə çəkilir. Lakin Çiçerin Vladimirski onun bu ciddi siyasi səhvlərini davamlı olaraq tənqid edir, qarşısını almağa çalışırlar. Qeyd etmək yerinə düşər ki, müəllifin Stalini Azərbaycana qarşı bu cür hiyləgər, xain, düşmən ruhunda təqdim etməsi onun azərbaycanlıalrı dədə-baba torpaqlarından ardıcıl olaraq deportasiya etdirməsi, 1937-ci il repressiyasında Azərbaycanın daha ciddi itkilər verməsi b. hadisələr əsaslı rol oynamışdır. Bununla belə əsərdə müəllif tərəfindən Naxçıvanın status məsələsində Rusiya siyasətinin ikiüzlülüyü hiyləgərliyi diqqət mərkəzinə gətirilmişdir. Belə ki, Naxçıvanın statusu məsələsində ciddi tarixi sənəd olan Qars müqaviləsinin hazırlanaması müzakirəsi məsələsində Naxçıvana tam müstəqillik verilməsi təklifi bu rus hiyləgərliyinin təzahürü kimi nəzər diqqətə çatdırılır.

Əsərdə diqqət cəlb edən mühüm obrzalardan biri Mustafa Kamal Atatürk obrazıdır. Ozamankı Türkiyə Cümhuriyyətinin rəhbəri olan bu nəhəng şəxsiyyət əsərdə türk qardaşlığının möhtərəm möhtəşəm siması kimi əks etdirilmişdir. Naxçıvanı "türk qapısı" adlandıran Mustafa Kamal əsər boyu Naxçıvanın itirlməsi probleminin aradna qaldırılmasında misilsiz rolu görkəmli xidmətlərilə əksini tapmışdır. Mustafa Kamal Paşa bütün varlığı ilə Azərbaycanın Naxçıvanı sahiblənməsində bütün əzmini ağlını ortaya qoymuş, Azərbaycan diplomatlarına bu mühüm işdə ən gərəkli dəstək köməyi ifadə etmişdir. Əsərdə müsbət obraz olaraq yaradılan Mustafa Kamal obrazı iki qardaş xalqın qardaşlıq birliyinin təcəssümü olaraq çıxış etmişdir.

Beləliklə, əsərdə Qars müqaviləsinin müzakirəsi imzalanması  prosesi ədəbi-bədii cəhətdən əks etdirilmişdir. Bu gərgin müzakirədə Azərbaycan türk diplomatlarının, xüsusilə Behbud ağa Şahtaxtinski Yusif Kamal bəyin gərgin əməkləri Azərbaycan Türkiyə qardaşlığının bədii təzahürü olaraq özünə yer tapmışdır. Müəllif Naxçıvanın Muxtar Respublika olaraq taleyinin müəyyənləşməsində onların əməklərinin, mübarizələrinin ardında qətiyyətli Azərbaycan Türkiyə qardaşlığının güclü diplomatiyasının olduğunu təcəssüm etdirməyə çalışmışdır. Əsərdə Qars müqaviləsinin Naxçıvanın statusu sərhədlərini dəqiq müəyyənləşdirən bəzi mühüm maddələri təqdim edilmişdir. 

 

Nurlana ƏLİYEVA

Olaylar. - 2024.- 19-25 iyul, ¹25.- S.16.