Zəmanəsinin Aristoteli
adlanan, I Şah Abbasın vəziri Hatəm bəy Ordubadi kimdir?
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
sərəncamı ilə
Naxçıvan Muxtar
Respublikasının yaranmasının
100 illik yubileyinin böyük təntənə
və silsilə tədbirlərlə qeyd edilməsi həm də muxtar respublikanın ədəbi-mədəni
mühitinin də dərindən öyrənilməsi
kimi mühüm vəzifələr müəyyənləşdirir. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı
tarixin müxtəlif mərhələlərində ədəbiyyatın,
ümumən mədəniyyətin
inkişafı baxımından
diqqətəlayiq olub.
Burada yetişən və fəaliyyət göstərən alimlər,
şairlər, incəsənət
adamları və b. təkcə ölkədə
deyil, habelə ölkənin sərhədlərindən
kənarda tanınmış
və geniş şöhrət sahibi olmuşlar.
Azərbaycan ədəbiyyatı haqqında
çox qiymətli mənbə olan Sadiq bəy Əfşarın məşhur "Məcməül-Xəvas"
təzkirəsində Səfəvilər
dövrünün bir
sıra tanınmış
və görkəmli şeir-sənət adamları
haqqında gen-geniş
məlumatlar verilir. Burada adları çəkilən, haqlarında
məlumat verilən çoxsaylı şairlər
arasında Naxçıvandan
olan qələm sahibləri haqqında da məlumatlar
yer almışdır.
Belə şəxsiyyətlər
arasında Mirzə Hatəm bəyin də adı çəkilir. Haqqında
müxtəlif mənbələrdə
böyük hörmətlə
bəhs olunan bu izzətli şəxsiyyət kimdir?
"Məcməül-Xəvas" təzkirəsində
bu görkəmli şəxsiyyət haqqında
deyilir: "Ordubadlıdır.
Azərbaycana tabe olan kiçik bir qəsəbədir. Hal-hazırda Mirzə Həzrətləri
Allahın yerdə olan kölgəsi Şah Abbas Bahadur xanın
böyük vəzir əmri ilə Etimadüd-dövləsidir. Çox
istedadlı və qüdrətlidir. İnşa
və imlada və yazıçılıqda
lazım olan türkcə və farsca istilahları yaxşı bilir. İnşa babında yazılmış az risaləvə kitab tapılar
ki, Mirzə onları mütaliə etməmiş
olsun. Böyük hörmət və izzət sahibidir. Mirzə həzrətlərinin
böyük və kiçiklə, aşağı
və yuxarı təbəqədən olan
insanlarla ünsiyyəti
və yaxınlığı
vardır". Mənbələrin
verdiyi məlumatdan aydın olur ki, Hatəm bəy həm də ədəbiyyat, şeir-sənət
adamı olmuşdur. Necə ki adıgedən məşhur təzkirədə
haqqında bəhs edilərkən müəllif
yazır ki, "Mirzə
həzrətləri ... son vaxtlarda
şeir yazmağa başladılar. Bu beytlər
onundur". Doğrudur,
müəllif "bu beytlər onundur" deyə yazsa da, təəssüf ki, tərtibçinin
(Təzkirənin tərtibçiçisi
və tərcüməçisi
Əkrəm Bağırovdur
- R.Q.) də qeydlərinə
əsasən, əlyazmada
qeydə alınmamışdır.
Lakin Sadiq bəy Əfşarın
verdiyi məlumatdan açıq görünür
ki, Mirzə Hatəm bəy yazıçıdır,
şairdir, özü
də ədəbiyyatşünaslığa
dərindən bələd
olan bir adamdır. Onun haqqında bəhs edən mənbələr
bu görkəmli şəxsiyyətin istedad
və qabiliyyətinin
müxtəlif tərəflərindən
razılıqla bəhs
edirlər. Onun haqqında hətta "Zəmanəsinin
Aristoteli" (İsgəndər
bəy Münşi),
- deyə bəhs edilmişdir. Hərtərəfli
və dərin biliklərə malik olan Mirzə Hatəm bəy ordubadlı olması münasibətilə
"Ordubadi" təxəllüsü
və ya nisbəsindən də istifadə edilərək haqqında bəhs açılır. Eyni zamanda onun haqqında:
"O, Səfəvilər İmperiyasının
hökmdarı I Şah
Abbasın vəziri olub. Dərin zəkasına, müdrikliyinə
və elmi biliklərinə görə
dövrün görkəmli
tarixçisi İsgəndər
bəy Münşi onu "zəmanəsinin Aristoteli" adlandırıb.
Münşi onun sərkərdəlik qabiliyyətindən
bəhs edərək bir qalanın alınmasında göstərdiyi
şücaətdən bəhs
edib", - deyə söz açılıb.
Hatəm
bəy Ordubadinin dünyaşöhrətli azərbaycanlı
alim və dövlət
xadimi, əxlaq nəzəriyyəçisi Nəsirəddin
Tusinin qohumlarından,
onun törəmələrindən
olduğu deyilir. Birinci Şah Abbasın bütün
Ordubad əhalisini vergilərdən
azad tutması haqqında fərmanı
da olmuşdur. Bu fərman
Ordubad şəhərinin mərkəzində
yerləşən Cami məscidinin
üzərində qeydə
alınıb. Fikirlərə
görə, Birinci Şah Abbasın belə bir fərman
verməsi və
Ordubad əhalisini vergilərdən
azad etməsi kimi mühüm bir hadisə onun Ordubadda yaşayan törəmələri,
nəsli vəsilə
olmaqla bu görkəmli dövlət,
elm və ədəbiyyat
xadimi məşhur Nəsirəddin Tusiyə hörmət və ehtiram əlaməti idisə, digər tərəfdən də özünün vəziri
olan və elə Nəsirəddin Tusinin nəslinə aid olduğu deyilən şanlı-şövkətli insan
Mirzə Hatəm bəyə görə idi. Bu görkəmli şəxsiyyətə "Dünyanı
bəzəyən Abbasın
tarixi" kitabında
da xüsusi yer verilərək bəhs olnumuşdur. Adıgedən
mənbədə Hatəm
bəy Ordubadi haqqında bəhs edilərək yazılıb:
"O, yüksək rütbəli
dövlət xadimi olub, təmiz əxlaqlı, nəfsi
tox, xalqın yaxşılığını
istəyən adam idi və qabiliyyəti,
işgüzarlığı ilə məşhur olduğundan ali divanın vəziri rütbəsi ilə şərəflənərək, iyirmi ilədək 29 divan vəziri kimi cahan işlərinin həlli və əqdi ilə məşğul olmuş,
onları tənzimləmişdi".
Səfəvilər dövründən bəhs
edən alimlərin bir çoxu bu görkəmli naxçıvanlı, dövlət
və ədəbiyyat
xadimindən bəhs ediblər. Zabil Bayramlı da öz tədqiqatlarında Səfəvilər
dövrünün müəyyən
məsələlərindən bəhs edərkən dövrün mötəbər
və tanınımış
şəxsiyyətlərindən olan Hatəm bəy Ordubadi haqqında bəhs açmışdır. Alim bu
görkəmli şəxsiyyətin
haqqında bəhs edərkən həm də onun məşhur
alim və dövlət
xadimi, görkəmli şəxsiyyət olan Nəsirəddin Tusinin nəslindən və onun yaxın qohumu olmağından bəhs edərək bu fakta dəstək
çıxmışdır. Eləcə də I Şah Abbas dövrü Səfəvilərin tanınmış
məşhur simalarından
biri olmasın və digər keyfiyyətləri haqqında
məlumat verərək
yazmışdır ki: ""Zeyl-i tarix-i alamara-yi Abbasi" də göstərilir ki, Hatəm
bəy Ordubadi dövrünün məşhur
alimi və ustadı rəhmətlik Xacə Nəsrəddin Tusinin (1201-1274) nəslindən
olduğu hesab edilir və elə buna görə də Nəsiri soyadını daşıyırdı.
Bu mənbədə də
Hatəm bəy Ordubadinin savadlı, xeyirxah, insanpərvər, haqqın, ədalətin, düzgünlüyün tərəfdarı
olduğu qeyd edilmişdi. O, iyirmi il Azərbaycan Səfəvi dövlətinin baş vəziri vəzifəsində
işləyir... Hatəm
bəy Ordubadi vəfat etdikdən sonra onun yerinə
etimadəddövlə vəzifəsinə
oğlu Mirzə Əbutalıb təyin edildi".
"Tarixe-aləmaraye-Abbasi"
kitabının müəllifi
İsgəndər bəy
Münşi haqqındakı
məqalədə də
Hatəm bəy haqda məlumat verilərək onun İsgəndər bəy Münşi ilə dostluğu, eləcə də şəxsiyyəti,
fəaliyyəti və
s. haqqında bəhs edilir. Əsərdə qeyd edildiyi kimi:
"Ə.Rəhmaninin
gəldiyi qənaətə
görə, onun bir münşi kimi saray xidmətinə
cəlb edilməsində
Səfəvilər dövlətinin
etimadlısı (etimadüddövləsi)
Hatəm bəy Ordubadinin rolu olmuşdur. "Tarixe-aləmaraye-Abbasi"də
İsgəndər bəylə
Hatəm bəy arasında olan dostluq münasibəti barədə dəfələrlə
məlumat verilmişdir.
Maraqlıdır ki, adıgedən şəxsiyyətin
- XVI-XVII əsrlərin Səfəvilər
idarəçiliyində Şah
Abbas dönəmində ən
tanınmış, görkəmli
xadimlərindən olan
Hatəm bəy Ordubadi haqqında bəhs edilərkən onun dövlət xadimi olması haqda ətraflı, təfərrüatlı məlumatlar
verilmişdir. Lakin, təəssüf
ki, onun şairliyi, ədəbiyyat adamı olması ilə bağlı faktlar yer almamışdır. Bu
fikrin biz Sadiq bəy Əfşarın məşhur
"Məcməül-Xəvas" təzkirəsində yer aldığını görürük
və görünür,
bu fikirlərə -
Sadiq bəy Əfşarın
fikirlərinin mötəbərliyinə
inanaraq digər mənbələr də müraciət edərək
müxtəlif formada təkrarlamışlar. "Naxçıvan
tarixi" əsərində
də Hatəm bəy Ordubadiyə xüsusi yer verilərək onun haqqında olan məlumatlar içərisində
şair və yazar olduğu əks etdirilmişdir. Əsərdə göstərilir
ki: "Azərbaycan tarixində
I Şah Abbasın vəziri kimi tanınmış görkəmli
dövlət xadimi Hatəmbəy Ordubadi həm də dövrün qələm sahiblərindən biri olmuşdur. Ədəbi yaradıcılığında "Safi" təxəllüsündən istifadə
edən Hatəmbəy
Ordubadi Azərbaycan və fars dilində
gözəl şeirlər
yazmışdır". Bu qüdrətli şəxsiyyət
barəsində bəhs
edən mənbələr
onun istedadlı qələm və poetik təbindən bəhs etsələr də, böyük təzkirəçilərdən olan Məhəmmədəli
Tərbiyətin məşhur
"Daneşməndani-Azərbaycan" əsərində onun barəsindəki məlumatın
içərisində şairliyi
ilə bağlı hər hansı formada bəhs olnumur. Lakin bu böyük şəxsiyyət
barəsində müasirlərindən
olan Şeyx Əlinağı Kəmərəli
və Mirzə Məlik Məşriqinin ona həsr olumuş
mədhlərindən beytlər
təqdim edir. Şeyx Əlinağı Kəmərəli öz mədhiyyəsində yazır:
Elm, hünər sahəsində
həmişə bar verir,
Ordubad torpağında hər nə ki göyərir.
Şeyx
Əlinağı Kəmərəli
Ordubad torpağının həm
barlı-bərəkətli olmasından, həm də elm, sənət adamlarının yetişməyindən
daha çox bəhs edərək onu mədh edirdi.
Mirzə Məlik Məşriqi də Hatəmbəy Ordubadini mədh edərkən onun ziyalılığna,
alim və müdrik şəxsiyyət kimi ziyalılığına mədhiyyələr
yağdırmışdır:
Rəyinlə kəsilmişdir xalatgünəşə
işıqdan,
Yerə
düşən şüalar
onun ətəyidir nurdan.
Təəssüf ki, Hatəmbəy Ordubadi
haqqındakı məlumatlarda
onun poetik istedad və təbindən, şairliyindən
bəhs edilsə də, kimsə onun bədii yaradıcılığından konkret nümunələr ortaya qoymamış, sadəcə onun şairliyini məlumat qismində təkrarlamışlar.Onun
şairliyi və ya bədii yaradıcılığı
yalnız tərcümeyi-hal
materialına çevrilmişdir.
Araşdırmalarımız davam edir.
RAMİZ QASIMOV
Olaylar. - 2024.- 19-25 iyul, ¹25.- S.19.