Bizim tariximiz çəkilməlidir-100
seriya...
Hər seriyasında bir dövr..
İlqar Cahangir- Müsahibə
Onu teatrda
oynadığı tamaşada
görəndən sonra
müsahibə almaq qərarına gəlmişdim.
Uzun zaman sonra nəhayət ki, vaxt təyin
edə bildik. Yer olaraq onun
evi kimi qəbul etdiyi məkanı-teatrı qərarlaşdırdıq.
Danışdığımız saata az qalmış
"M Teatr"a yollandım.
Bu ilk gəlişim
deyildi, ona görə də bu məkan mənə
doğmadır. Teatrın
olduğu mərtəbəyə
qalxanda ilk olaraq teartın bədii rəhbəri, xalq artisti Vidadi
Həsənovla qarşılaşdım.
Ondan müsahibimi soruşduğum anda elə özünü gördüm:
-Salam, İlqar
bəy. Müsahibə
üçün danışmışdıq.
-Salam...Saat
12:00-dır.
Saat təyin
etdiyimiz vaxtı göstərirdi. Teartın
kiçik bir otağına keçdik və biraz söhbətdən
sonra müsahibəmizə
başladıq.
"Olaylar"ın müsahibi Azərbaycanın
əməkdar artisti, aktyor İlqar Cahangirdir.
-İlqar bəy,
teatrdan başlamısınız,
amma seriallardan məhşurlaşdınız. Uzun müddət teartda çalışıb
serialdan tanınmaq teatra olan marağınızı
azaltmadı?
-Yox, əksinə. Ölənə qədər teatr mənim üçün var.
-Bəs, bu qədər
teatr sevgisi hardan gəlir? Hər tamaşa sonu əyilib səhnəni öpüb,
qalxdığınızı müşahidə etmişəm.
Maraqlıdır...
-Çox maraqlıdır. Artıq 20 ildir o jesti edirəm, amma birinci dəfədir
bu sualı verirlər. Bilirdim ki, bir vaxt kimsə
bu sualı verəcək.Mən həmişə idmana baxanda orda idmançılar
stadiona girəndə,
döyüş döşəyinə
çıxanda öpüb
xaç çəkərdilər.
Müsəlmanlar başqa
cür, xristianlar başqa cür edərdilər. 2000-ci ildə
İranda festivalda idim. Festivalın təqdimatı idi. Orda gördüm ki, aktyor çıxanda səhnəni öpdü,
getdi. Dedim, bunu mən niyə
etməyim? Ondan sonra gəldik bura. Əlimi səhnəyə qoydum və öpdüm. Bilmirəm. Necə ki çörəyi öpüb
gözümüzün üstünə
qoyuruq, onu müqəddəs, pak bilirik. İşığa
and içirik. Bu da mənim
üçün bir
and yeridir, çörək,
duz kimi bir şeydir. Həqiqətən də bu artıq mənim
çörəyimdir. Öpüb
gözümün üstünə
qoymalıyam.
-Tanınmağı ciddi
məsələ kimi qəbul edirsiniz. Serialdan tanınandan sonra sizin həyatınızda
nə dəyişdi?
-Demirəm ki, böyük mütaliə edən olmuşam, amma ən azından 5 kitab oxumuşam. Nəqliyyatda, Ceyranbatandan Bakıya gələndə və ya metroda oxuyardım.
Tanındandan sonra mənə elə gəldi ki, insanlar bunu göstərmə kimi başa düşəcəklər. 6-7 il bundan qabaq bir
az oxudum. Son 5 ildə oxuya bilmirən. 4-5 yarımçıq
kitabım var. Almışam,
evə gedənə qədər oxumuşam, aralarına əlfəcin qoymuşam. Görürəm,
birini 20%, birini 50%, birini cəmi 5 vərəq oxumuşam.
Yalan deməyim ki, ictimai nəqliyyatda sıxılmıram,
sərbəstəm, rahatam.
Yox. Hərdən olur ki, baxırlar, tanıyırlar, bir-birinə
göstərirlər. Görürəm
ki, özümü sıxıram.
- Deyə bilərik ki, tanınmaq üçün
teleserial, film, ekran gərəklidir?
-Teatr auditoriyası balacadır. 22 illik teatr təcrübəmdə
"Tarqovu"dan başqa
heç yerdə məni tanımırdılar.
Amma birdən 2 aylıq
serial getdi, "Tarqovu"dan
başqa hər yerdə tanıdılar. Bəli, televiziya evimizin içindədir. Hamının evində
var. Özü də bizim seriallara yeniyetmələr, gənclər
çox baxmır. Müəyyən bir təbəqə var. Demirəm
ki, bizim seriallar qeyri-ciddidir, amma qənaətbəxş deyil.
Müəyyən kütlə
üçündür. Məsələn,
mənim anam, atam və onlar
kimilər üçün
nəzərdə tutulur.
Əsasən onlar baxırlar. Son vaxtlarda
"YouTube" üçün 1-2 serial,
film çəkildi və
yeniyetmələr, orta
məktəb şagirdləri
məni görəndə
tanıdılar. Onlar məni nə teatrda, nə bizim seriallardan, nə kinodan tanıdılar. Onlar məni "YouTube" serialından
tanıyırlar.
-"S.Ə.S" internet serialından
bəhs edirsiniz. Sizin üçün necə təcrübə idi?
-O serial mənim auditoriyamı dəyişdi. Ofislərdə
işləyənlər, yeniyetmə
uşaqlar məni tanımağa başladılar,
onlar məni tanımırdı. Əvvəl
20 nəfərdən 2-si tanıyardı.
Onlar da deyir, nənəm seriala baxırdı, sizi orda gördüm. Baxdım, xoşuma gəldiniz. Siz hamı kimi oynamırsız.
Bizim seriallarımız müəyyən
bir kütlə üçündür. İnternet serialı auditoriyamızı
çoxaltdı, tanıtdı.
Hələ bizim serial
çıxmamışdı. Hardasa olanda baxırdım ki, 35-40 yaşları
var, hamısı dövlət
işlərində çalışır.
Əlixandan, Taleh Yüzbəyovdan danışırlar.
Mən heç onlara baxmırdım. Hərdən nəsə qabağıma çıxırdı,
onda baxırdım. Mən Əlixanı, Mehdi
Sadiqi tanımırdım, amma
gənclər tanıyırdı,
onlara baxırdılar.
Onlarla işləyəndən
sonra həmin nəsil məni tanımağa başladı.
Onlar nə televiziyaya baxır, nə də çoxusu teatra gəlir. Az qismi indi-indi teatra gəlir. Onlar "YouTube"yə baxır.
-"Sovetin vaxtı"
dediyimiz zamanda çəkilən filmlər
bu gün də sevilir, izlənilir. İndiki
serial, filmlər isə
insanlara sıxıcı
gəlir. Çox vaxt filmin heç
yarısına qədər
baxa bilmirlər. Bunun səbəbini nədə
görürsünüz?
-Səbəbi çoxdur. Elə gəlin, Türkiyədən məsəl
çəkək. Orda
hər mövzuda hər təbəqə üçün serial, film çəkilir.
Bizdə o yoxdur. Təzə-təzə "İctimai
TV"də bu, formalaşmağa başlayır,
amma digər kanallarda sırf ailə-məişət mövzularıdır.
Yaxşı serial, film üçün
yaxşı pul lazımdır. Bizim rejissorlarımız da, ssenaristlərimiz
də, aktyorlarımız
da var. Yaxşı pul
olsa, ortaya yaxşı bir şey çıxacaq. Pul olmasa, 1-2 dəfə nəyisə edəcəyik, amma onun davamı olmayacaq. Bu günlərdə
1-2 seriala çağırdılar,
getmədim. Nə pul vardı, nə sənət. Ya pula görə gedəcəksən ki, heç
olmasa pul qazanım, ya da sənətə görə
ki, bu rolla nəsə edə biləcəm. Neçə
dəfə olub, istəmişəm, verə
bilməyiblər, çəkilməmişəm.
Aktyor dostum gedib çəkilib. Çəkilsin, onu da qınamaq olmaz, özü bilər.
-Bloggerlərin film, serial çəkib,
filmdə, serialda çəkildiyini görürük.
İnternetdən tanınan
simaların aktyor kimi fəaliyyətinə münasibətiniz necədir?
-"S.Ə.S" serialında işlədiyim uşaqları
tanımırdım. Biz tanış
olduq. Onların heç biri ADMİU-nu ( Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti) bitirməyiblər.
Bu təcrübə dünyanın
hər yerinə var. Şərt deyil ki, rejissorluğu bitirib rejissor, aktyorluğu bitirib aktyor olasan. Dünyada sübut olunan şeyi biz hələ də qəbul edə bilmirik. "Əşi, bu rejissor deyil, nə çəkəcək?"
Qardaş, çəkdilər
də. Hamısı mənim xoşuma gəlməyə bilər,
amma xoşuma gələn işləri də var axı. Mən baxdım, Əlixanın işi çox xoşuma gəldi. Tanımıram, münasibətimiz yoxdur, amma bunu dana bilmərəm. Baxdım
ki, çox yaxşı
işləri var. Taleh
Yüzbəyovun da çox
yaxşı işləri
var. Bu adamlar sübut etdi. Ola bilər ki, başqa kimlərsə də var, mən hələ tanımıram.
İşində yaxşı
olan adam özünü sübut edəcək. Emin Quliyevdən danışaq.
Bu adamın rejissor təhsili yoxdur, amma elə bir
iş ortaya qoydu ki... Bəlkə 70 rejissor tanıyıram, onlar nəsə ortaya qoyublar? Mən demirəm ki, yaxşıdılar, ya pisdilər. Yox, sadəcə edə bilməyiblər. Ya şərait gözləyiblər,
ya cəsarət edə bilməyiblər.
Bu adamlar dişləri,
dırnaqları ilə
ortaya ciddi bir iş qoyublar.
Biz bunu dana bilmərik.
Kimsə mənim xoşuma gəlməyə
bilər. Bu o demək
deyil ki, bu, pisdir. Xeyr, kütlə
baxır, sevir. Aktyor var ki, 5-10 il öncə
onu qəbul edə bilmirdim, bəyənmirdim. Keçən
illərdə "YouTube"də
onun bir səhnəsi qarşıma
çıxdı, mən
gülməkdən öldüm.
Dedim ki, bu adama halaldır, işləyib, mən qələt etmişəm.
Mən-İlqar Cahangir
hamının xoşuna
gəlməliyəm? Məni
qəbul edə bilməyən rejissorlar, tamaşaçılar, aktyor
yoldaşlarım da ola bilər.
Bunu tarix göstərir. Bu gün qeyri-peşəkar biri aktyorluq da, rejissorluq da edər, amma əgər ağlı varsa.
-Onda incəsənət adamının sahəsi üzrə təhsilinin olması vacib deyil?
-Əlbəttə, təhsili
olsa daha yaxşı olar, amma olmasa da olar. Bu, dünyada var, təsdiq olunub. Bizdə hələ formalaşmayıb. Mütləq
kimsə həmin universiteti oxuyub, fakültəni bitirməlidir.
Bu gün sübut olunur ki, ağıllı adam hansısa aktyorun, rejissorun yanında məşq edirsə, bacarırsa, niyə də yox? Birdən-birə heç nə olmur. Bacarığın varsa, əziyyət çəkir, dözürsənsə,
istedadın üzə
çıxır. Mən
blogger dediyimiz internet vasitəsi
ilə tanınan gənclərə çox
ciddi yanaşıram. Kaş, daha böyük imkanları
ola. "S.Ə.S" serialımızın
maliyyə problemi var, davamını çəkə
bilmirlər.
-Final olduğu deyilmişdi, izləyici də sonluqdan narazı qalmışdı. Davamı
gözlənilir?
-Nəticə olmalıdı.Belə
qala bilməz. Bu gün həmin gənclərə imkanlar verilsə, onlar ortaya çox ciddi işlər qoyarlar. "Alatava"nın
1 seriyasından hissəyə
baxdım, gördüm
ki, fərqli bir işdir. Vaxtım olduqca baxıram. Yaxşı və ya pis olduğunu
demirəm, hələ
ki 20 dəqiqəlik bir
kadra baxmışam.
"Əqrəb mövsümü"
də fərqli iş idi.
-İlqar bəy, gəlin, bir az da teatrdan danışaq. Sizə görə bu gün teatrdakı ən böyük problem nədir?
-Məncə, repertuar. Teatrın repertuarı olmalıdır.Rejissor var
ki, öz repertuarını
qurur, mənim xoşuma gəlmir, amma tamaşaçısı
var. Tamaşaya da gedirlər.
Son vaxtlarda "iTicket"
vasitəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar
Teatrında bütün
tamaşalarda olmasa da,
yerlər dolur. Mən sevinirəm. Niyə? Bu gün artıq bilet alırlar.
-Bu, internetin faydalı tərəflərindəndir.
-Bəli, bəli. Tutaq ki, bir tamaşaya
gəldiniz, xoşunuza
gəldi. Sonra bura neçə nəfər tamaşaçı gətirəcəksiniz.
Bilirəm ki, izləyicinin
xoşuna gəlsə,
o, 2-ci, 5-ci tamaşaçını da gətirəcək. Artıq
bunu fikirləşməliyik.
Nəyinsə xətrinə
tamaşa qoymamalıyıq.
Dövlətin sifarişi
olmalıdır? Qoy, olsun, amma yaradıcılıqda
sərbəstlik olmalıdır.
Rejissor arada tamaşaçının zövqünə
uyğun nəsə edə bilər, amma bu 1 dəfə
olmalıdır. Sən
rejissorsansa, o tamaşını
elə qoymalısan
ki, tamaşaçı başa
düşsün və
o sənin səviyyənə
qalxsın. Tamaşaçımızın
səviyyəsi budur, bunu qoyaq. Xeyr.
Bu, düzgün yanaşma
deyil.
-Teatr kütləni
qaldırmalıdır?
-Teatr kütləni qaldırmalıdır! Bizim
rejissorlarımız var ki, bilirəm
ki, onlara şərait
yaradılsa, o, yaxşı
tamaşalar qoyar. Dövlətdən maaş
alır, məcburdur
ki, o tamaşanı qoysun.
Olsun, qoy, o da olsun, amma bir
balaca yaradıcı yaxınlaşmaq lazımdır.
Artıq müəyyən
teatrlarda inanmıram
ki, bu tamaşa sifariş verilib. Bilinir ki, özünün
seçimidir. Bu, sevindiricidir.
Akademik Milli Dram Teatrında,
Milli Gənc Tamaşaçılar
Teatrında bu gün repertuarda müəyyən dəyişikliklər
var. Artıq tamaşaçı
bilet alıb tamaşaya gedir. Qoy, az olsun,
zalın yarısı
dolsun, eybi yox. Tamaşa yaxşıdırsa, tamaşaçın
həmişə var. Yox,
deyilsə, yaxşını
fikirləşmək lazımdır.
Bizdə bəzi şeylər var ki, yaradıcılığa
mane olur. "Bu mənim tələbəmdir,
qrup yoldaşımdır,
qabağa çəkim"
kimi şeylər olmamalıdır. Bir dəfə
verdin, İlqar bu rolu oynaya bilmədi,
ikinci dəfə də alınmadı, artıq üçüncü dəfə
həmin rolu vermək olmaz. Olmadı da, alınmadı.
Belə şeylər olmamalıdır. Yaradıcılıq
belə olmamalıdır,
ən yaxşılar oynamalıdır. Əlbəttə,
gənc nəsilə dəstək lazımdır.
Hələlik böyüyü
yox, kiçiyi verək. Yaxşıdırsa,
böyüyü verək.
Orta nəsil və yaşlı nəsil olaraq gənc nəsilə şərait yaratmırıqsa,
sabahımız yoxdur.
Şərait yaratmalıyıq.
Mən bu yaşımda "Hamlet"i
oynamamalıyam.
-Aktyorun oynadığı
rollar ona doğma olur. Sizdən sonra həmin rolu başqa aktyor oynayanda nə hiss edirsiniz?
-Dəfələrlə getmişəm
və baxmışam.
Qürur duymuşam. Demişəm ki, nə yaxşı ki, oynayır.
Hardasa üç Ezopa baxmışam. Məndən əvvəl,
məndən sonra da oynayıblar. Otello rolunda
da Ziya Ağa oynamışdı, bir az fərqli idi. Baxdım. Məhşur səhnə əsərlərimizdən götürək.
Tutaq ki, "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
tamaşası dəfələrlə
oynanılıb. Belə
də olmalıdır.
Bu bizim klassikimizdir. Neçə dənə İsgəndər görmüşəm.
Gedək görək,
bu aktyor İsgəndəri necə
oynayır? "Nə
qədər "Ölülər"ə
baxmaq olar?" yanaşması düzgün
deyil. Bizim klassiklərimiz səhnədən
düşməməlidir, olmalıdır,
amma hər dövrün öz yanaşması da olmalıdır.
Klassikalar hər dövr üçün
var. Hansısa təmsili,
şeiri oxuyursan, görürsən ki, bu gün də aktualdır. Bu günün
yanaşmasını ortaya
qoya biliriksə, tamaşaçımız həmişə
olacaq. Yox, təkrarçılıq, nəyinsə
xatirinə olsa, bu, 1-2 dəfə olacaq.
-Klassiklərimiz teatr
üçün həmişə
aktual mövzudur. Bəs, dövrün tələblərinə uyğun
yeni repertuara ehtiyac varmı?
-Əlbəttə. Teatr öz repertuarını qurursa, müasir ədəbiyyata, dramaturgiyaya
mütləq müraciət
etməlidir. İstəyir
bizimki, istər xarici olsun. Bu, birbucaqlı ola bilməz. Mən Akademik Milli Dram Teatrında "İlahi oyun" tamaşasına baxmışdım. Demişdim
ki, çox nahaq yerə bu tamaşanı
bu teatrın səhnəsində oynadılar.
O, meydan tamaşası
idi, başqa bir ənənə idi. Çox möhtəşəm tamaşa
idi. Heyf ki, klassik teatr səhnəsində
qoyulmuşdu. O, "YUĞ", folklor, meydan teatrlarımızda səhnələşdirilməli
idi. Belə olsaydı, daha çox sevilərdi, şöhrət qazanardı.
Bu gün aktyor dostlarımınız, tamaşaçılar
var ki, "YUĞ", Pantomim Teatrını qəbul edə bilmir, amma onlar var. Bu, yaxşı haldır. Teatrlar fərqli-fərqli olmalıdır. Bir teatrda
3 eyni quruluş verən rejissora ehtiyac yoxdur, onlar fərqli olmalıdır. Eyni şeylər təkrar olunmamalıdır. Yeni repertuara
müraciət olunmalıdır.
Bu gün bizim "M Teatr"dakı uğurumuz
nədəndir? Oxunan ədəbiyyatı səhnələşdiririk.
Bu, yaxşı haldır,
başqa teatrlarımız
da etməlidir. Böyük
kütlə qazanmaq üçün mütləq
yeni repertuar, yeni nəsil
olmalıdır. Gənc
dramaturgiya olmalıdır.
Ancaq klassikdə qalmaq da düzgün deyil, amma onu
saxlamalıyıq. Bu gün
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
bütün tələbələrimiz
və rejissorlarımız
Azərbaycan klassiklərinə
müraciət etməlidir.
Hər il, hər nəsil. Onlar o məktəbi keçməlidir.
Müasir ədəbiyyat
da, xarici dramaturgiya da vacibdir. Yeni nəsli qəbul etməsək, başqa mədəniyyətə,
incəsənətə qapı
açmasaq, heç vaxt inkişaf edə
- Sizcə, bu gün Azərbaycan aktyorları arasında
"Dantenin yubileyi"ndəki
Kəbirlinskinin həyatını
yaşayan çox aktyor var?
-Var, tanıyıram. Aktyorlar tanıyıram ki, 25-30 ildi
teartda çalışırlar,
amma çox təəssüf ki, heç
vaxt görünməyiblər.
Onlar var, həyatları
var. Qismətləri, taleləri
belə ola bilər. Həmişə 3-4-cü planda
olublar, qəhrəman
rollar oynamayıblar. Deyə bilmərəm ki, hamısı bacarmayb, yox. Ola bilsin, onların yarısı bacarmayıb. İstedadı,
zəhməti ora qədər olub. Amma tanıdığım
aktyor var ki, vaxtında
ona inansalar, yaxşı imkanlar yaratsalar, üzərində
işləsəydilər, o, nə isə edə bilərdi. Elələri də var ki,
yaxşı aktyordur, amma işləmək istəmir. Elələri
var, ömür boyu baş rollara həsrətlə baxıb,
eləsi var heç baxmayıb. Deyib ki, mənim üçün elə başımın dinc olmağı yaxşıdır. Sən
20-25 il heç nə
edə bilməmisənsə,
bundan sonra nəyisə edə biləcəksənsə, bir
möcüzə olar.
Ola bilər, bəli.
-İlqar Cahangir özünü hansı planda görür? Ön planda olmaq kimi məqsədiniz
var?
-Olanı itirmək istəmirəm, amma bundan sonra nə
olacaq, deyə bilmərəm. Həyatda hər şey ola bilər. Arzularım var
ki, tarixi filmlər olsun, Nadir şahı oynayım. Qarabağ, repressiya mövzusunda yaxşı filmlər olsun, oynayım. Bizim tariximiz kimi heç bir ölkənin tarixi yoxdur.
-Filmə, seriala vəsait ayrılmır, ya necə?
-Buna akyorlar cavab verə bilməz. Bir dəfə məhşur rejissorumuz Eldar Quliyev film çəkirdi.
Biz də orda kənd uşaqlarını
oynayırdıq. Hardasa
18-19 ilin söhbətidir.
Filmdə nəyisə
düzəltmək lazım
idi, amma imkan yox idi
deyə alınmamışdı.
Eldar Quliyev də əsəbiləşdi:
"200 min pul ayırıblar,
120 mini kinostudiyaya gəlib,
80 minini kinoya xərcləyiblər". Mən də qulaq şahidi
oldum. Dedim əgər bunu Eldar Quliyev deyirsə,
biz kimik? (gülür)
Çalışaq, belə
şeylər olmasın.
Dövlətin dəstəyi,
nəzarəti hər
zaman olmalıdır. Elə
şeylər var ki, fiziki
şəxslərin ona
gücü çatmaz.
Xaricdə hər şey pulladır. Xəstəxananın, metronun,
binanın pulunu verir ki, çəkiliş edirəm.
Bizdə hələ bu yoxdur. Bizdə
elə bazar da yoxdur
ki, o, qoyduğu pulu götürə bilsin. Türkiyə artıq dünyanın hər yerinə serial satır. Pul qoyur və
pul qazanır. Tarixi seriallarına bütün Türk dünyası baxır. Bizdə bu yoxdur.
-Düşünürsünüz ki, gələcəkdə olacaq?
-Olmalıdı. Mütləq
etməliyik. Nə olur olsun, necə
olur olsun, etməliyik, edəcəyik. Bizim tariximiz çəkilməlidir.
1918-2028, ya 1900-2000-ci illər-1 əsr bilirsiniz nə tarix olub?
100 seriya çəkmək
olar. Hər seriyasında bir dövr. Bu da azdır. Represiyyadan filmlərimiz olmalıdır. Görsünlər
ki, kimləri itirmişik.
-Aktyorluğun çətinliyini
aktyor olaraq necə izah edərsiniz?
-Aktyorsansa, olmaq istəyirsənsə, olacaqsansa,
bu, sənin üçün çətinlik
deyil. Əgər bu yolu seçmisənsə,
dözəcəksən, nə
olur olsun.
Qiymət Mahir
Olaylar.- 2024.- 7-13 iyun,
¹19.- S.17-18.