“Gözün də cavan
qalmağını fikirləşmək
lazımdır. Həyatımızın
sonuna qədər bizə dünyanın işığını göstərəcək
olan odur”
"Gülşən Dikmeni yetişdirən Gülşən Dikmendir"
"Olaylar"ın müsahibi həkim oftalmoloq-cərrah Gülşən
Dikmendir.
Gülşən Dikmen Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində
təhsil alıb.
2008-ci ildə Akademik Zərifə Əliyeva adına E.T. Göz Xəstəlikləri İnstitutunda
həkim-interna kimi təcrübə keçib.
Daha sonra Türkiyənin İzmir şəhərində oftalmoloq-assistent
kimi çalışıb.
2012-2015-ci illərdə Hindistanda
okuloplastik cərrahiyyə,
müxtəlif göz
xəstəliklərinin müalicəsini
həyata keçirmişdir.
O, Türkiyənin Adana
şəhərində yerləşən
Sevgi Göz xəstəxanasında Excimer
Lazer göz əməliyyatlarını uğurla
aparıb. Əsasən
Türkiyədə və
Hindistanda ixtisaslaşan,
15 ildən artıq təcrübəyə malik
olan oftalmoloq-cərrah
Gülşən Dikmen
hazırda Badam Medical
Center, Nur Göz Mərkəzində çalışır.
-Gülşən xanım, ən çox hansı göz xəstəlikləri
ilə bağlı sizə müraciət edirlər?
-Bu yaş qrupuna baxır. Yaşlılar daha çox mirvari suyu xəstəliyi, uşaqlar gözdə çəpliyə görə müraciət edirlər. Elə insanlar var ki, görmə problemləri yoxdur, amma quru göz sindromları var. Hal-hazırda geniş yayılmış problemdir. Yaş qruplarına görə müraciət etdikləri xəstəliklərin növü dəyişir.
-Müasir dövrdə eynək taxan uşaqlara çox rast gəlirik. Uşaqlarda göz xəstəliklərinin
bu qədər yayılmasına səbəb
nədir?
-Bu, yeni pandemiyadır. Miopiya pandemiyası. 2025-ci ilə
dünya əhalisinin
80%-i miop olacaq. Bu, qaçınılmazdır.
Həyat tərzinin gətirdiyi bir şeydir.
-Mirvari suyu xəstəliyinin
adını çəkdiniz.
Bu xəstəliyin yayılmasının
səbəbi nədir?
-Bu xəstəliyin əsas səbəbi qocalıqdır.
Necə ki yaşlandıqca
saçımız ağarır,
gözdə də zülallar denaturasiya olur. Yaşa bağlı makula degenerasiyası var, gözün
dibində əmələ
gələn xəstəliklər.
Əvvəllər çox
daha yaşlılarda-65 yaş
üstü insanlarda əmələ gəlirdi,
amma indi 45 yaş üstü olmağa başlayıb. Xəstəliklərin bir çoxu cavanlaşıb.
Bu da həyat tərzimindən
asılıdır. Monitordan
çox istifadə edirik. Monitorlardan uzun müddət istifadə gözün dibindəki degenerativ xəstəliklərin yaşını
cavanlaşdırır. Təəssüf
ki, son 10 ildir bunu müşahidə edirik.
50 yaşında insanda
artıq makula degenerasiyası var. Niyə?
Çünki, bu adam hardasa 15 ildir ki, kompüterin qarşısında çalışır.
-İşi kompüterlə
əlaqəli olan adamlar nə etsin? Özlərini necə qoruya bilərlər?
-Bir insan kompüterin qarşısında 2-3 saatdan
artıq vaxr keçirirsə, mütləq
"blue block" eynəyi istifadə etməlidir. Çünki, mavi işıq 2-3 saata qədər problem deyil. 3 saatı keçəndən
sonra onun göz dibinə təsiri degenerativdir.
-Buna telefon işığı
da aiddir?
-Telefonda mavi işığı bloklaya
bilirik. Telefonda bu funksiya var, amma kompüterdə yoxdur.
-Mavi işığı blokladıqdan sonra telefon ekranına baxmaq problem deyil?
-Görmə zəifləyə
bilər və bu da eynək taxmağınıza səbəb
olar.
-Belə bir deyim var ki, çox kitab oxumaq gözü zəiflədir. Bu doğrudur?
-Bəli. Mən də onlardan biriyəm. Deyirik ki, uşaqlar telefona baxır, kitab oxuyur, gözü zəifləyir.
Əslində problem uzun
müddət yaxına
baxmaqdır. Bizim zamanımızda oxumaq heç kimə maraqlı gəlmirdi deyə oxuyanların sayı az idi.
Buna görə də
gözü zəif olanların sayı da az idi. Gözləri
zəif olanlarda bu ya genetik,
anadangəlmə idi, ya da yaxından kitab oxuduqları üçün
bir müddət sonra miyop olurdular.
İndi telefonda nə
tapıblarsa, bu, hamıya maraqlı gəlir. Buna görə də hamı yaxına baxır. Problem telefonun ekranı, ya da baxdığı bir şey deyil,
problem yaxından baxmaqdır.
Kitaba da, telefona da yaxından baxanda eyni şey olacaq.
Məsafəni qorumaq lazımdır. Yaxın oxumağın gigiyenası
var. 35-40 sm məsafədən
20 dəqiqə müddətində.
20 dəqiqədən sonra
mütləq şəkildə
5-10 dəqiqə istirahət
olmalıdır. Şəxs
uzağa baxmalı, göz istirahət etməlidir. Uşaq vaxtı dayanmadan kitab oxuduğuma görə 17 yaşımda mənfi beş dərəcədən
əməliyyat olunmuşam.
-Bəs, "ağ
işıq" dediyimiz,
evlərdə və ofislərdə çox işlənən işığın
gözə ziyanı nədir?
-Ağ işıqlar gözümüzün də,
sağlamlığımızın da düşmənidir. Sünidir.
Ağ işıq deyilən bir işığın təbiətdəki
işıqla heç
bir əlaqəsi yoxdur. İşıqlandırma
sarı olmalıdır.
-Gülşən xanım,
gözə infeksiya nədən keçir və biz gözümüzə
infeksiya keçdiyini necə anlaya bilərik?
-İnfeksiya keçdiyini anlamaq daha sadədir.
Qızaracaq, göz qapaqları şişəcək,
çirk, şiddətli
göz sulanması, işığa baxmada qorxma əmələ gələcək. Nədən
keçməyi isə
daha şaxəli məsələdir. Virus infeksiyaları
var, hansı ki çox
asanlıqla, yanınızdan
bir xəstə keçəndə belə
yoluxa bilərsiniz. Hovuzdan yoluxan virus infeksiyaları da var. Hovuz mövsümlərində bu
halla çox rastlaşırıq, elə
olur bütün ailə eyni infeksiya ilə gəlir. Evdə biri digərinin dəsmalı ilə üzünü qurulayarsa
da, göz infeksiyası
keçə bilər.
Virus infeksiyalar çox
rahatlıqla keçir
və sürətli yoluxur. Ümumi nəqliyyat vasitələrində
də diqqətli olmaq lazımdır. Xəstə birinin əlini tutduğu yerdən tutub əlinizi üzünüzə,
saçınıza, gözünüzə
aparsanız, infeksiya sizə keçəcək.
Bədənimizdə olan infeksiyalar da var, məsələn,
herpes virusu. Suçiçəyi
kimi bilinən çiçək xəstəliyi
hamıda var. Bir balaca
immun sistemizin zəifləsin, qrip olun, hansısa dərman immun sisteminizi zəiflətsin,
o xəstəlik qalxır.
O, gözə də təsir edir və təəssüf
ki, bəzən görmənin
tamamilə itirilməsinə
gətirib çıxara
bilir. Bu, öz bədənimizdə olan infeksiyalardır.
Bakterial
infeksiyalar var. Bakterial
infeksiyalar Azərbaycanda
çox nadir görünür.
Bakterial infeksiyaya yoluxmaq üçün çox natəmiz olmalısan.
Bir də parazitar infeksiyalar var. Bu da cinsi yolla yoluxan xəstəliklərə
aiddir. Yenə də natəmizlik əsas səbəbdir. Əl natəmiz halda gözə aparılarsa, xəstəlik
yoluxa bilir. Bu xəstəlik anada varsa, uşağa keçə bilir. Uşaq doğulanda bu xəstəliklə doğulur. Bu səbəblərdən
yoluxma yerləri və səbəbləri müxtəlifdir.
-Əlamətlər yoluxmadan
nə qədər müddət sonra ortaya çıxmağa başlayır?
-Bu da xəstəlikdən asılıdır.
İnkubasiya dövrü
çox qısa olanlar var, 2-3 gün ərzində xəstəlik
özünü büruzə
verir. Elə xəstəlik var ki, 10 gün
inkubasiya dövrü
var. Xəstə yoluxur,
xəbəri yoxdur və ətrafındakıları
da yoluxdurur. Özündə
10 gün sonra əmələ gəlir, digərlərində də
eyni cür. Törədicidən asılı
olaraq yoluxduqdan sonra meydana çıxma
müddətləri də
çox fərqlidir.
-Həkimə müraciət
edilməsə, korluqla
nəticələnir?
-Belə təcrübələrim
çoxdur. Xəstələr
olub ki, zəng ediblər, əlamətləri
deyiblər, demişəm
ki, filan şeyləri
etməlisən. Qulaq asmır, etmir. 1 ay sonra yanıma gəlir, gözü artıq görmür. Ağırlaşmalar var. Xəstələr
var ki, ağırlaşandan sonra 6 ay, 1 il dərman istifadə edirlər ki, o situasiyadan çıxa bilsinlər. Vəziyyəti
bu yerə gətirmək nəyə
lazımdır?
-Müalicə həm dərman, həm əməliyyatla mümkündür?
-Heç bir infeksiyada əməliyyata ehtiyac olmur, onlar müalicə olunurlar. Ağırlaşma,
buynuz qişa xorası əmələ gəlməli, deşilmə
təhlükəsi olmalıdır
ki, orda gözü yerində saxlamaq, qorumaq üçün əməliyyat edək.
-Azərbaycanda oftalmologiya elminin inkişafı hansı səviyyədədir?
-Azərbaycanda oftalmologiya elminin inkişafını
dünya ilə paraleldir. Birinci səbəb Azərbaycanda
oftalmoloji inkişafın
dövlət nəzarətində,
dövlət dəstəyində
olmasıdır. Bu, çox
önəmli faktordur.
Bu səbəbdən ağlınıza
gələbiləcək bütün
müasir cərrahi metodlarının hamısı
Azərbaycanda var. Dövlət
klinikalarının əksəriyyəti
burda geri qala bilər, amma Akademik Zərifə
Əliyeva adına
Milli Oftalmologiya Mərkəzində
hər şey var. Çox da böyük mərkəzdir, olmaması
mümkün deyil. Özəl xəstəxanalarda
da belədir. Özəllər
oftalmoloji texnologiyaya
sahib olmaqda maraqlıdırlar,
çünki gəlirləri
var. Dövlət xəstəxanalarının
əksəriyyəti, poliklinikalar
geri qalır, amma yenə də dövlət nəzdində olan Mərkəzi Neftçilər
Xəstəxanasının kifayət qədər yaxşı şəraiti
var. Gənəl olaraq
oftalmoloqlar öz üzərlərində işləməyə
meyillidirlər. Düşünsək
ki, 1500 aftalmoloq var, bunların
hamısını inkişaf
etmişlər sırasına
daxil etməyimiz təbii ki, mümkün olmaz, amma Azərbaycanda
kifayət qədər
yaxşı cərrahi
əməliyyatlar icra
edən cərrahlar
var. Bu, danıla bilməz.
-Cərrahi avadanlıqların
çoxu xaricdən gəlir, amma həmin ölkələrdə
eynəkli adamlara daha çox rast gəlinir.
-Eynəkdən qurtulmaq mövzusuna gəldikdə,
bu, daha çox şəxslərin
kompleks etməyi ilə bağlıdır.
Almaniyada uşağa eynək yazanda heç bir valideyn oturub ağlamır ki, mənim uşağım eynək taxacaq. Azərbaycanda isə ağlayırlar. Fikirləşirlər ki, deyəcəklər
ki, mənim uşağımın
gözü zəifdir.
Desinlər də. Zəifdi, eynək taxır, görür. Bu məsələdə o qədər
çox komplekslidirlər
ki, eynək lazımdır
ya deyil şəklində düşünmürlər.
İndi mən cərrah
olduğum üçün
eynəkli olmaq mənə çox diskomfortludur, amma məni 17 yaşımda əməliyyat etdirən valideynim olub. Dedi ki, mənim qızım eynək taxmasın. Niyə? Yaşım irəlilədikdən
sonra düşünsəydim
ki, mən əməliyyat
olum, ya olmayım, mənə mikroskopda işləməkdə
çox narahatlıq törətməsəydi, əməliyyat
haqqında düşünməzdim.
Azərbaycan və Türkiyədə insanlar
bu əməliyyatı
etdirməyə meyillidirlər.
Toplumdakı basqı,
kompleks buna vadar edir. Düşünür
ki, mənim qızıma,
oğluma deyəcəklər
ki, bu niyə eynək taxır? Özü də başqasının uşağına
helə deyir, ona görə də özündə bu fikir var. Başqasına
belə fikirlə yanaşmasa, oturub öz uşağına da
ağlamaz. Eynək taxmaq ağlanılası bir şey deyil.
Bu, xəstəlik deyil.
Eynək taxır, görür. Bu, toplumda olan məsələdir. Avropa ölkələrində,
Amerikada bu kompleks yoxdur. Kimsə narahatdır, işində mane olur, mühit dəyişdirir, ya da çöldə, havada işləyir, yağış
yağanda maneçilik
törədirsə, bu
adam artıq eynək taxmaq istəmir. Ola bilər ki, elə bir peşəsi
var ki, tez-tez eynəyi
tax-çıxar edə
bilmir. Bu adamlar əməliyyata gedirlər,
amma Azərbaycanda bu, tamamilə kompleksdən qaynaqlanır.
-Göz əməliyyatı
hazırda neçə
yaşdan başlayır
və səbəbi?
-18 yaşdan başlayır. Mən 2001-ci ildə əməliyyat olunmuşam.
O zaman hələ bu qanunlar, bu adama
əməliyyat olar mı, olmaz mı, bu məsələlər
yox idi. Hazırda səbəb hüquqi səbəbdir. Mənim valideynim əməliyyat etdirib.
İndi 18 yaşdan başlamasının
səbəbi odur ki, fərd öz qərarını verə
bilsin, valideyn onun üzərində təzyiq faktoru olmasın. Valideyn gəlib deyir ki, doktor, istəyirəm, övladım əməliyyat
olunsun. Deyirəm ki,
o, sizin istəyinizlə
deyil. Bu, şəxsin
şəxsi istəyi
olmalıdır. 18 yaş
qanunu ona görə var. Özü
qərar verməli və imza atmalıdır.
Məntiq olaraq eynəkdən azad olmaq üçün əməliyyat olunan şəxs görən şəxsdir. Eynəyi taxanda görür, çıxaranda görmür.
İstənilən əməliyyatda
olduğu kimi bu əməliyyatın da riskləri var. Faiz olaraq çox az olsa da, min nəfərdən birinin başına gələ bilər. Bu riskin altına girir. Bu qərarı mütləq
şəxs özü
verməlidir.
- Linzaların gözə ziyanı var?
-Kontakt linzalar ancaq doğru istifadə olunmayan zaman
problem yaradır. Xəstələrim
var ki, 20 ildir kontakt linza taxırlar.
-Gözə qulluq qaydalarında nələri
bilməliyik?
-Gözə qulluqda bilməli olduğumuz bir şey var. Necə saçının
dərisi yağlı
olan insanlar var, qaşınır, kəpəklənir.
Problemli, yağlı dərilərdir. Kirpik dibləri də helə olan adamlar var ki, qaşınır,
qızarır, infeksiyaya
meyillidir. Necə saçımızı xüsusi
şampunla yuyuruqsa, ki
yağlı görünməsin,
kirpiyiniz də eyni qulluğu tələb edir. Xanımlar bəlli bir yaşdan sonra makiyaj elədikləri
üçün həmin
makiyajı təmizləyəndə
kirpik diblərinə də qulluq etmiş olurlar. Kişilər bunu etmirlər. Bu qədər
baxımsız olmaq lazım deyil. Yağlı dəriniz varsa, kirpiklərinizin dibi qaşınır, kəpəklənmə verirsə,
bunun üçün
həkimə getmək
lazım deyil. Aptekdə xüsusi kirpik şampunları, salfetkalar var. Bu vasitələrlə
kirpikə qulluq edib təmiz və səliqəli görünmək lazımdır.
Bu da bir baxımdır.
Dərimiz necə quruyur və biz onu necə nəmləndiririksə,
gözümüz də
eyni şəkildə
quruyur. Niyə? Çünki monitora baxırıq və gözümüzü qırpaq
ağlımıza gəlmir.
Diqqətimiz bir şeydə olanda bizim qırpma hərəkətlərimiz çox
azalır. Qırpma keyfiyyətimiz azalır, gözümüzü axıra
qədər qırpmırıq.
Qırma hərəkətlərimiz
yarımçıq olur,
çünki diqqətimiz
ordadır. Buna görə
də bu cür yorucu işi olanlar, bir şeyə davamlı baxmaq məcburiyyətində olanların
nəmləndirici damcısı
yanında olmalıdır.
Dərimiz kimi gözümüzə də
qulluq etməliyik. Gözün də cavan qalmağını fikirləşmək lazımdır.
Həyatımızın sonuna
qədər bizə dünyanın işığını
göstərəcək olan
odur. Gözü heç nəylə əvəz edə bilmərik. Mümkün deyil. Əvəz olunacaq orqan deyil, o qədər böyük nemətdir. Bəzən insanlar görmələrinə o qədər
laqeyd yanaşır, mirvari suyu olan
insanlar o qədər gec gəlirlər ki... Mirvari suyu xəstəliyi
çox qəribə
xəstəlikdir. Ümumi
cərrahidə appendisit
dediyimiz bir xəstəlik var. İnsanların
çoxu bunu daha yaxşı bilir deyə bununla müqayisə edirəm. Appendisit qarın boşluğunda olan ən yüngül
və ən ağır xəstəlikdir.
Niyə? Vaxtında gəldinsə, professional cərrahın
əlində əməliyyat
15 dəqiqə çəkir.
Vaxtında gəlmədin,
həyatını itirə
bilərsən. İnfeksiya
bütün qarın boşluğuna yayılır,
qana keçir və xəstə ölür. Qarın boşluğunu boydan-boya yayıb infeksiyanı təmizləsələr də,
bəzən xəstəni
xilas etmək olmur, çünki toksin qana keçib.
Mirvari suyu da belədir. Vaxtında gələndə çox
yüngül əməliyyatdır.
5 dəqiqə, bitdi. Gedir və səhəri
gün görür. Gec gələndə, pasiyentin görməsini tamamilə itirməsi ilə nəticələnə
bilən xəstəlikdir.
"Görmürəm, öz-özünə
keçər" deyə
düşünüb yola
vermək lazım deyil. Hiss etdin ki, həmin məsafəni bir balaca dumanlı
görürsən, ən
yaxın həkimə
get. Mən heç vaxt xəstəyə demirəm ki, mənim yanıma gəl. Ən yaxın hara gedə bilirsənsə, ora get. Mümkün olan ən yaxın
yerdən yardım almağa çalış.
Azərbaycanda poliklinik
yardım sistemi ən ucqar kəndlərə
qədər təşkil
olunub. Mütləq şəkildə harasa çata bilirsən. Öz sağlamlığına
laqeyd olmasan, uzağı 2 saat ərzində çata biləcəyin bir yer var. 2 saatını ayırıb öz sağlamlığın üçün
o yolu qət edə bilmirsən? İnanırsınız ki etmirlər.
Elə bilirlər ki, həkim onların evlərinə gələcək.
Bütün həkimlərin
işi var. Heç kim gəlib sizi evdən çıxarıb müalicə
etməyəcək. Problemin
varsa, yardım istəməlisən. Sən
həkimə getməlisən.
Həkim sənə bir dəfə gələ bilər. Səyyar klinikamız var. Rayonlara gedirik, seçməyə, yardım
göstərməyə çalışırıq,
amma mən getmirəm, çünki işim çoxdur. Ora komanda gedir və
xəstələri gətirirlər.
Daha sonra da problemin varsa, evindən çıxıb
gəlməlisən.
-Sizi xeyriyyəçi kimi də tanıyırıq.
Xüsusilə xarici ölkələrə öz
təşəbbüsünüzlə gedirsiniz.
-Azərbaycanda müşahidə
etdiyim bir şey var ki, insanların heç nəyə həqiqətən ehtiyacı
yoxdur. Bəzi insanlar elə hesab edirlər ki, hamının bunlara borcu var. Bu da sovet psixologiyasından qalıb
ki, dövlət bunlara
nəsə etməlidir.
Dövlətin heç
kimə borcu yoxdur. Dövlət ölkənin təhlükəsizliyini,
tamlığını idarəetmə
sistemidir. Vəssalam. Sənin üçün bütün strukturları
qurub. Sən də zəhmət çəkib işləməlisən,
qazanmalısan və öz qeydinə qalmalısan. Azərbaycan şəraitsiz ölkə
deyil. Azərbaycanda işləmək istəyən
hamı üçün
iş var. Gülşən
Dikmeni yetişdirən
Gülşən Dikmendir.
Her kes özü özünü inkişaf
etdirmelidir. Ona görə
də heç kim sənə heç nə etməli deyil. Dövlətin heç kimə borcu yoxdur. Bu dövləti ancaq hamımız biryerdə işləyərək
saxlaya bilərik. Dövlət anlayışının
nə olduğunundan xəbərləri yoxdur.
Bu səbəbdən xeyriyyə
fəaliyyətlərimi Azərbaycandan
kənara çıxarmışam.
Heç olmasa bilirəm ki, Afrikaya gedirəm, onlar dövlət olaraq inkişaf etməyiblər.
Dəstəyə ehtiyacları
var. Onlara dövlət
səviyyəsində yardımlar
göstərilir. Bilirəm
ki, həqiqətən ehtiyacları
var. Heç bir şəkildə özləri
heç nə istəmirlər, sadəcə
gələn yardımlara
çox minnətdardılar.
Bunların hamısı
dövlət səviyyəsində
həyata keçirilən
işlərdir. Mən
ora Almaniyanın xətti ilə getmişdim.
-Qeyd etdiniz ki, hovuz və dənizdən
keçən infeksiyalar
var. İndi də mövsümüdür.
Bundan qorunmağın
bir yolu var?
-Qorunmaq mümkün deyil. Tək çarə hovuza və dənizə girməməkdir.
-Həkim olaraq insanlara çatdırmaq istədiyiniz mesaj var?
-İnsanlara çatdırmaq
istədiyimiz mesaj çoxdur. Bütün həkimlər olaraq bunu çatdıra bilmirik. Azərbaycanda Tibb Universitetinin I Müalicə-profilaktika və
II Müalicə-profilaktika fakültələri
var. Adına diqqət
edin: Müalicə-profilaktika.
Xəstəliyin profilaktikası.
Vaxtında müraciət
etmək ki, ağırlaşma
əmələ gəlməsin.
Profilaktika məsələsində
çox problem yaşayırıq.
Şəkər xəstələri
gəlir. Deyirəm
ki, şəkərin neçədir?
Deyir, yaxşıdır.
Deyirəm, neçədir?
"Mən 250-də özümü
yaxşı hiss edirəm".
Onda gözün görməyəndə gəlmə.
Şəkərin norması
100-110-dursa, sənin üçün
də 100-110-dur. Kefləri
nə istəyir yeyir, necə istəyir yaşayırlar.
Sonra da Azərbaycanda gözdən
əlillər sırasında
birinci yeri şəkərli diabet xəstələri tutur.
Bu, çox önəmli
ictimai problemdir, çünki görmə
qabiliyyəti olan şəxslər görmələrini
itirirlər. İqtisadi
problemdir, çünki
görmələrini itirirlər,
işləyə bilmirlər,
eyni zamanda da əlil olurlar. İşləmə qabiliyyəti
olmayan şəxs iqtisadi sistem üçün halqadan çıxır və əlil olduğu üçün də əlilliyə görə
müavinət almalıdır.
Maarifləndirmənin gətirdiyi
ictimai və iqtisadi problemdir. Sayları da olduqca çoxdur. İntellektual olmayan şəxslər heç bir şəkildə şəkərlərini
tənzimləyə bilmirlər
və bu əlilliyə doğru gedir. Şəkərin verdiyi fəsadlar geri dönən deyil. Onlar görmələrini
geri dönməyən
şəkildə itirirlər.
Hamının evinin yanında poliklinika var. Heç olmasa 6 aydan bir get, şəkərini yoxlat. Varsa, nə yemək olar, nə yemək olmaz araşdır. Əslində çox bəsiddir. İndi hamının
əlində telefon
var. "TikTok"a girəcəyinə
"Google"ni aç,
gir şəkərli diabetdə qidalanma qaydalarını oxu. Bu, 10
dəqiqə vaxtını
alacaq.
-Dünya ilə müqayisə aparsaq, Azərbaycan göz xəstəliklərinə görə
neçənci yerdədir?
-Almaniyanın səhiyyə
sistemi ilə müqayisə etsək, Azərbaycanda həkimə
çatmaq, muayinə
olmaq, təcili yardım almaq daha asandir. Almaniyada
profilaktik olaraq sistemi çox yaxşı qurublar. Nəzarət çox ciddidir. Xəstəlikləri
və necə tədbir görməli olduqları onlara çox yaxşı izah olunur. Bununla
həkim məşğul
olmur. Əllərinə
xüsusi yaddaş kitabçaları verilir
ki, bunları bilməlisən.
Düzənli olaraq yoxlanışlara çağırılırlar.
Əgər həmin vaxtda getməsə, bir də gedə
bilməyəcək. Profilaktika
sistemi belə qurulub. Profilaktika hər zaman ağırlaşmaları
ortadan qaldırmaqdan daha ucuz başa
gəlir. Azərbaycanda
profilaktika görə
bilmirik. Ağırlaşmalarla
mübarizə aparırıq
və bu da baha başa gəlir.
-Buna səbəb təkcə insanlardır?
-Belə deməzdim. Həkimlər də izah etmək istəmirlər. Vaxtlari da
yoxdur. Bir dəfə 273 şəkərlə
yanıma xəstə
gəldi. Dedim ki, bu şəkər çoxdur, görməni itirə bilərsən. Dedi ki, mənim poliklinikadakı həkimim
deyib ki, bu, normal şəkərdir.
Heç hekim o sözü demeyib. Xəstə 2 aydan sonra görmə qabiliyyətini tamam itirdi. Göz həkimləri əziyyət
çəkirlər, əməliyyat
edirlər. Xəstə
də gəlib deyir ki, əməliyyat olmuşam görmürəm.
Göz həkimi buna nə etsin? Sən problemin mənşəyi ilə məşğul olursan? Yox. Profilaktika etmek istəyiriksə, hamımız öz məsuliyətimizi dərk
etməliyik.
Qiymət Mahir
Olaylar.- 2024.- 28 iyun-4 iyul, ¹22.- S.16-17.