Həyat bir cəngəllik
qanununa bağlıdır
Azər Qismət:" Öz xarakterinlə getsən, hər an didib-parçalamağa
çalışacaqlar"
"Bir virus
da yayılıb, xarici ədəbiyyatı təbliğ etmək. Fotolarını çəkib
paylaşırlar ki,
"bunu oxuyuram", yəni mən elə-belə adam deyiləm."
Əlinə qələm alan hər kəs "yazar" ola bilər. Yazıçı
isə gözlə görülə bilməyənləri
sözlə ifadə edə bilən kəsdir. O İçdən yazıçıdır..içdən jurnalist və ziyalı...Ətrafı qaynar qazan olsa da tək qalmağı, öz dünyasına çəkilməyi sevir."Başa düşülməməkdənsə tək qalmaq daha yaxşıdır" deyir..
Hekayə və novellaları, romanları təkcə Azərbaycanda
deyil, xarici ölkələrdə də öxunur və sevilir...Publisist, yazıçı , AzTV-nin
Ədəbi-dram üzrə
baş redaktoru Azər Qismətdir müsahibimiz...
-Azər Qismətin
gözündə və
özündə yazıçılıq
nədir?
-Azər Qismətin
özündə və
gözündə,ümumiyyətlə
bütün varlığında
yazıçılıq böyük
məsuliyyət deməkdir.
Necə ki, efir müqəddəsdir və hər verilişi orada göstərmək olmaz, nəsr sənəti də mənim üçün müqəddəsdir.
Efirin müqədəss
olması barədə
qocaman müəllimlərimiz
az qala hər
gün qulağımıza
pıçıldayırdılar. O ki qaldı yazıçılığa...
Markes dəqiqliklə
demişdi ki, yazıçının inqilabi
borcu yaxşı yazmaqdır. İnsan həyatda necə məsuliyyətsiz və fırıldaqçıdırsa, bu onun əsərlərində
də duyulur. O gün bir kitab
oxuyurdum, dördüncü
səhifədə qəhrəmanın
daz olduğu yazılıb. 83-cü səhifədə
isə oxuyuram ki, qəhrəman barmaqlarını gur saçının arasına
salıb arxaya etdi. Niyə belə yazıb? Çünki məsuliyyətsizdir.
Yaxud, kitab başdan-ayağa hərf səhvləri ilə doludur. Sovet vaxtının məsuliyyətli
korrektor və redaktorları da o hərf səhvlərini gözdən qaçırardılar.
Amma sonda ağ kağız yapışdırardılar ki,
filan səhifədə
hərf səhvi var. Uzaqbaşı, 2-3 səhifədə. İndi
səhvlər boydandır.
Bundan həm də o nəticə hasil olur ki,
müəllif əsərin
dərc edilməsinə
tələsir. Trenddən
geri qalmasın.
-Nə trend?
-Ədəbiyyat trendi. Axı indi çox adam şair-yazıçı
olmaq istəyir. Çox yazmağın zərəri o səbəbdən
yoxdur ki, insana qadağan etmək olmaz, adam
deyər ki, ürəyim istəyir yazıram. Məsələnin
başqa tərəfi
ondadır ki, çox əsər ədəbi zövqü də korlaya bilər. İndi Komedixana-ya gülən gənclik, Sabit Rəhman, Rüfət Əhmədzadə, Əhməd
Orucoğlu satirasını
tuta bilmir. İnsan ömür boyu vəzifədə işləyir, təqaüd
vaxtı əsərlər
yazır. Amma əvvəlki məmurlar bunu evlərdə gizli yazardılar, üzə çıxarmazdılar
ki, İsa Hüseynovdan, Mirzə İbrahimovdan, Əli Vəliyevdən, İsmayıl
Şıxlıdan ayıbdır.
-Həkim olmaq
üçün hamı
eyni dərsi alır, uğurlu mühəndis olmağın
yolları müəyyən
biliklərdən keçir,
hüquqşünas olan
kəs qanunları əzbər bilir. Necə düşünürsünüz,
yazmağın bir qanunu, dərsi varmı? Hər yazıçının yazarkən
keçirdiyi hislər
eynidirmi?
-Əlbəttə ki, eyni deyil.
Qəddar, sentimental, öz kölgəsdindən
qorxan yazıçı
olur. Biri cəsarətlə hisslərini
ifadə edir, digəri qorxa-qorxa düşünür ki, buna cəmiyyət nə deyər. Yəni yazıçılıq
öz həyəcanlarını
açıb-ağardanlardan, "cəmiyyət, tanıdığm
adamlar nə deyər" düşüncəsi
ilə yazanlardan ibarətdir. Yazıçı
da var ki,
quru yazmağı sevir. Belə yazıçılar da oxunur, onlar üçün
süjet xəttinin hara aparılıb çıxarılması əsas
şərtdir. Bəzən
əsərdə gözəl
mövzu olmur, lakin obrazların həyəcanı, düşündükləri
o əsəri gözəlləşdirir.
Bəzən kimsə deyir ki, filan
yazıçı birinci
yerdədir. Bu bəyanatı verməyin özü qusurludur. Heç kim birinci deyil. Bu bəyanat veriləndə ora "mənim subyektiv fikrimdir" ifadəsi də əlavə edilsin. Riyaziyyat deyil ki, 2+2= 4 olsun. Bir dəfə
bir oxucu yazmışdı ki, sizin yalnız bir hekayənizi bəyənirəm. Mənə
maraqlı gəldi. Əsər bir xəyanətkar qadından
idi. Sonra öyrəndim ki, oğlu xəyanətə
məruz qalıb. Deməli, oxucular həm də öz istəklərinə
uyğun olan əsərləri bəyənirlər.
Söhbət adi oxucudan gedir.
-Bir müsahibənizdə
"qapalı insanları
yaratmaq Tanrının
incik vaxtına düşüb" demisiniz.
Bəs sizin heç Tanrıdan incidiyiniz olubmu?
-Tanrıdan dəfələrlə
incimişəm. Şəxsi
və maliyyə məsələsində, hər
işim daşdan çıxanda. Dəfələrlə
olub. Amma müdriklik gəldikcə,
anlayırsan ki, hər şey xeyirliyədir. Gənclik illərimdə bir qıza vurulmuşdum, evlənmək istəyirdim.
Alınmadı. Çox
pis oldum. İllər keçdi, o qızı gördüm. Mənim sevdiyimdən əsər-əlamət qalmamışdı,
o qədər vulqar idi ki. Və
pıçıldadım: "İlahi, məni bu məsələdə qorumaq istəmisən, anlamamışam, məni bağışla". İndi
adamlar motivasiya kitabları oxuyurlar ki, evrenə xoş sözlər ötürsünlər. Bəzən
bunu o qədər aşırı edirlər
ki. Motivasiya kitabları həm də insanları bir-birinə yadlaşdırmaq
üçün düşünülüb.
Məsələn, yazırlar
ki, neqativ adamlardan uzaq durun. Nəticədə bir az qəmli
adamlardan uzaq dururlar, o adamlar daha da tənhalaşır.
-Ümumilikdə Azərbaycan ədəbiyyatı
sizcə, günümüzdə
nə dərəcədə
populyardır?
-Azərbaycan ədəbiyyatında ciddi
imzalar, ciddi əsərlər var. Sadəcə, özümüzü
bəyənmirik də.
Bu da bir
virusdur da, düşüb nasirlərimizin
arasına. Çox vaxt yazıçılar bir-birini bəyənmir, daha doğrusu, bəyənir, sadəcə
elə hey vurmaqla, görməzdən
gəlməklə unutdururlar, gözdən
salırlar, oxucular da çiyrinir. Nəticədə ümumi
oxucu azlığı
yaranır. Yaxud rəhmətə gedən
yazıçıların əsərlərindən
yazırlar. Sağ deyil, deməli rəqib də deyil. Bir virus
da yayılıb, xarici ədəbiyyatı təbliğ etmək. Fotolarını çəkib
paylaşırlar ki,
"bunu oxuyuram", yəni mən elə-belə adam deyiləm. Sonra soruşursan ki, əsəri oxumusan? Məlum olur ki, oxumayıb. Bir də başqa
virus da yayılıb ki, oxucu müəllifin şəxsiyyətinə görə
kitabını alır.
Bir sıra xarici ölkələrdə
olanda fikir verdim ki, onların
oxucuları üçün
müəllifin şəxsiyyəti
əsas deyil. Əsərdən zövq almaq üçün alıb oxuyur.
-Bəzən adama elə gəlir ki, siz bu dünyanın
insanı deyilsiniz. Amma həm də
məhz bu dünyanın
adamısınız...Hansı hallarda özünüzü
bu dünyanın qəribi hesab edirsiniz?
-İndi çox qəribəm. Bəlkə
də dövrlə bağlıdır. Ağac
əkirəm, deyirlər
fərqli adamsan. Axşamlar cizgi filminə baxıram, qayıdırlar ki, nə qəribə adamsız. Aldatmıram, məsləhət görürlər
ki, "aldatmasan, yaşaya bilməzsən".
Konkretəm, deyirlər
ki, "bır az məsələni uzat". Qəribə tendensiyalar çıxıb,
bu da məni
qəribləşdirir. Ona
görə öz hücrəmıə çəkilirəm.
-Bəzi hekayələrinizdə
bəzən bir cəmiyyətin
yox, bir dünyanın dərdini əhatə edirsiniz. Bu qədər
əhatəli düşüncələri
bir əsərə necə sığışdıra
bilirsiniz?
-Belə
xoş sözlərə
görə çox sağ olun. Bir hekayədə çox məsələləri
əhatə etməyim
bəlkə də televiziya işimə görədir. Televiziya dili konkret olur
axı. Həm də səbrim yoxdur ki, çox
təsvirə yol verim.
-İnsanların çoxu özünə xəyanət etdiyini deyir.
Siz də deyirsiniz...Yaxşı, niyə insanlar özlərinə
xəyanət edirlər
ki?
-Məncə, insanlar özlərinə məcburiyyətdən xəyanət
edirlər. Ya məşğul olduğu
işlə bağlı,
ya daxilindəki təmizliyə görə.
Təmiz insandır, lakin müasir dövrlə uyğun gəlmir, başlayır özünə xəyanət
etməyə. Bu elə mövzudur ki, özünə xəyanət müxtəlif
situasiyalarda üzə
çıxır. Həyat
bir cəngəllik qanununa bağlıdır. Öz xarakterinlə getsən, hər an didib-parçalamağa
çalışacaqlar.
ZEYNƏB RZAYEVA
Olaylar.-
2024.- 1-7 mart, ¹8.- S.17.