Zəfər Günü bütün Türk dünyası
üçün Qürur, Şərəf və İftixar günüdür
"Təcavüzkar Ermənistanın 30 il ərzində işğal
altında saxladığı
torpaqlarımızın azad
olunmasından dörd
il ötür. Xalqımızın tarixinə
möhtəşəm Zəfər
Günü kimi qızıl hərflərlə
yazılan 8 Noyabr ölkə Prezidenti, Silahlı Qüvvələrimizin
Ali Baş Komandanı İlham Əliyevin qətiyyətinin,
Azərbaycan Ordusunun qüdrəti və döyüş ruhunun, xalqımızın milli birliyinin məntiqi nəticəsidir. Bu gün xalqımızın
vətən sevgisinin,
mübarizə əzminin,
yumruq kimi bir olmağın nümayişi günüdür.
Zəfər Günü
həm Azərbaycan xalqı, həm də bütün Türk dünyası üçün Qürur,
Şərəf və
İftixar günüdür".
Bu fikirləri
siyasi şərhçi
Yusif Bağırzadə
Olaylar.az-a açıqlamasında bildirib:
"Zəfər günü haqqında danışarkən mütləq
tarixə də nəzər yetirmək və keçmişdən
nəticə çıxarmaq
lazımdır. Məlum
olduğu kimi ermənilərin düşmənçilik
siyasəti 200 ildən
çoxdur ki, çar Rusiyası zamanı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları
ilk gündən Azərbaycan toponimlərini
dəyişməyə başlamış,
münbit əraziləri
ələ keçirməyə
çalışmış, əksəriyyət təşkil
etdikləri yaşayış
məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Azərbaycanlılara qarşı
etnik dözümsüzlük
çar Rusiyasından
sonrakı illərdə
də davam etmişdir. Rusiya inqilablarının yaratdığı
şəraitdən sui-istifadə
edərək erməni
qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə
on minlərlə soydaşımızı vəhşicəsinə
qətlə yetirmişlər.
1918-1920-ci illər isə
xalqımızın yaddaşında
erməni silahlı quldur dəstələrinin
xüsusi qəddarlığı
ilə yadda qalmışdır. Həmin
illərdə İrəvanda,
Dərələyəzdə, Zəngəzurda, Göyçədə,
Tiflisdə, Naxçıvanda,
Bakıda, Gəncədə,
Şamaxıda, Qubada,
Lənkəranda, Qarabağda,
Muğanda, Göyçayda
on minlərlə dinc azərbaycanlı əhali soyqırımına
məruz qalmış,
yaşadıqları yerlərdən
qovulmuş, onlara işgəncələr verilmiş,
yüzlərlə yaşayış
məntəqəsi dağıdılıb
yerlə yeksan edilmişdir. Azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından qovulması
sovet dövründə
də davam
etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya
olunaraq Azərbaycanın
Kür-Araz düzənliyində
yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan
monoetnik dövlətə
çevrilmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin
hazırkı mərhələsi
1987-ci ilin sonunda Xankəndi və Ermənistanda yaşayan azərbaycanlılara qarşı
hücumlarla başladı.
Bu hücumlar soydaşlarımızın
öz ata-baba yurdlarından didərgin düşmələri ilə nəticələndi. 1988-ci
il fevral ayının 20-də
keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin
Azərbaycan SSR-nin tərkibindən
çıxarılaraq Ermənistan
SSR-in tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə
müraciət etmək
haqqında qərar qəbul etdilər. 1988-ci
ildə Xankəndi-Ağdam
şossesində yerləşən
Əsgəran qəsəbəsi
yaxınlığında ermənilər
keçmiş DQMV-nin
Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına
qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar.
Nəticədə həlak olan iki azərbaycanlı
gənc münaqişənin
ilk qurbanları oldular.
1991-ci ilin sonu
1992-ci ilin əvvəlində
münaqişənin hərbi
mərhələsi başlandı.
Keçmiş Sovet İttifaqının parçalanması
və Azərbaycanda daxili çəkişmələr
nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.
1992-ci ilin fevral ayında erməni vandalları tərəfindən
Xocalı şəhərində
azərbaycanlılara qarşı
misli görünməmiş
qanlı soyqırım
faciəsi törədildi.
1992-ci ilin may ayında Şuşa şəhəri və Laçın rayonu, 1993-cü
ildə isə Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üçün
24 mart 1992-ci ildə təsis olunmuş əvvəl ATƏM daha sonra ATƏT adlandırılan
təsisatın Minsk Qrupu fəaliyyət göstərdiyi 30 ilə yaxın vaxt ərzində məsələnin
həllinə yox, dondurulmasına çalışmış
və bununla da illər ərzində
aparılan danışıqlar
nəticəsiz qalmışdır.
Həm işğalçıya,
həm də işğala məruz qalmış tərəfə
eyni münasibət bəslənilmiş və
beynəlxalq qətnamələr
kağız üzərində
qalmışdır. Məsuliyyətli
ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar
vasitəsilə həllinə
çalışmışdır. Digər bir mötəbər beynəlxalq
təşkilat, BMT də
işğalçı Ermənistana
təzyiq göstərməkdə
acizlik nümayiş etdirmiş, tərəfləri
sülhə çağıran
bəyanatlarla kifayətlənmişdir.
BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı
qüvvələrinin işğal
olunmuş Azərbaycan
ərazilərindən dərhal
çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində
qalmış və icra olunmamışdır.
Son illər ərzində, xüsusilə
son 2 il ərzində Ermənistanın
təxribatçı addımları,
bəyanatları, hərəkətləri
müharibəni qaçılmaz
etmişdi.
Nəticədə 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistanın təxribat
törədərək cəbhəboyu
zonada yerləşən
Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini
intensiv atəşə
tutmasına cavab olaraq Azərbaycan ordusunun bütün cəbhəboyu sürətli
əks-hücum əməliyyatı
başlaması barədə
qərar verildi. Azərbaycan Respublikasına
qarşı silahlı
hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə
əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün
ərazisində hərbi
vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama
görə isə respublikada qismən səfərbərlik elan edildi.
Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu
əks-hücum əməliyyatı
nəticəsində noyabrın
9-dək 5 şəhər, 4 qəsəbə və 286
kənd işğaldan
azad edildi və 10 noyabrda imzalanmış Kapitulyasiya
aktından sonra noyabrın 20-si Ağdam,
25-i Kəlbəcər, dekabrın
1-i isə Laçın
rayonları Azərbaycana
qaytarıldı.
Təbii ki,
güclü ordu və effektli diplomatik fəaliyyət olmadan torpaqlarımızın
işğaldan azad olunması üçün
əməliyyatlara başlamaq
mümkün deyildi. Vətən müharibəsi
göstərdi ki, Azərbaycan keçən
illər ərzində
həm ordu quruculuğu, həm də münaqişənin
həlli üçün
zəmin yaradan beynəlxalq fəaliyyət
istiqamətində çox
böyük işlər
görüb. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin
prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə
xərclərinin əsasını
məhz hərbi xərclər təşkil
edib. Ordunun döyüş qabiliyyəti
möhkəmləndi, yüksəldi,
ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması
ölkənin hərbi
qüdrətini artırdı.
Azərbaycanda son illərdə formalaşan
və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları,
atıcı silahlar istehsal olundu. Milli Ordunun müdafiə
qüdrətinin və
döyüş qabiliyyətinin
artırılması, maddi-texniki
təchizatının yaxşılaşdırılması
daim diqqət mərkəzində saxlanıldı.
Azərbaycan münaqişə boyunca bütün aparıcı
beynəlxalq təşkilatlarla
əməkdaşlıq edərək
münaqişənin həlli
üçün hüquqi
baza yaratmağa nail oldu. Bu
illər ərzində
BMT Baş Assambleyası,
Qoşulmama Hərəkatı,
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı və
digər təşkilatların
müvafiq qətnamələr
qəbul etməsinə
nail olundu. Bütün bunların nəticəsində münaqişənin
həlli üçün
hüquqi əsaslar əldə edildi. Bütün regional layihələrdən təcrid
olunmuş Ermənistandan
fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratmağa nail oldu. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat
xəritəsini yenidən
tərtib etdi və bununla da beynəlxalq nüfuzunu gücləndirdi.
44 günlük Vətən savaşını zəfərlə
taclandıran digər
bir amil isə yuxarıda da qeyd etdiyim
kimi milli birlik, insanımızda olan inam və
ümid idi. Vətən müharibəsində
qəhrəmanlıq göstərən
əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan
mülki şəxslər,
bütövlükdə xalqımız
əzm və iradə, bir yumruq kimi birlik
və həmrəylik
nümayiş etdirərək
düşmənə sarsıdıcı
zərbələr endirdi.
Vətən müharibəsi
zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması
milli məsələlərdə
ölkədə hər
hansı fikir ayrılığının istisna
olunduğunu göstərdi.
50 siyasi partiya tərəfindən "Ermənistanın
Azərbaycana qarşı
davam edən təcavüzü və dövlət sərhədinin
Tovuz istiqamətində
törətdiyi təxribatları
ilə əlaqədar",
"Ermənistan silahlı
qüvvələrinin genişmiqyaslı
təxribatına dair",
"Fransa Senatında
Dağlıq Qarabağdakı
qondarma qurumun tanınması məsələsinə
baxılması ilə
bağlı", "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik
münasibətləri haqqında
Şuşa Bəyannaməsi"nin
imzalanması ilə əlaqədar" bəyanatlar,
həmçinin "Dağlıq
Qarabağ məsələsində
Fransanın mövqeyinə
dair" ümumilikdə
8 birgə bəyanat və 2 müraciət imzalanmışdır.
Təəssüf ki, xain mövqe
ortaya qoyanlar da oldu. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə
münasibətilə ölkə
siyasilərinin birgə
bəyanatında AXCP, Müsavat
Partiyası və
"Milli Şura" iştirak
etmədilər. Siyasi
partiyaların rəhbərləri
öz birgə bəyanatında Ermənistanın
işğalçı siyasətini
şiddətlə qınamaqla
yanaşı, mülki
əhalinin yaşadığı
kəndlərin bombalanması
faktını insanlığa
qarşı edilən
cinayət kimi beynəlxalq təşkilatlar
tərəfindən qiymətləndirilməsinə
çağırışlar etmişdilər. Milli sevinc
və qürurun təcəssümü olan
birgə bəyanatda radikalların iştirak etməməsi isə onların antimilli xislətini ifşa etdi. Amma bütün bunlara baxmayaraq İkinci Qarabağ müharibəsi ölkəmizdə
milli həmrəyliyi, milli birliyi
daha da gücləndirdi.
Xalqımız, eləcə də
hər bir keçmiş məcburi köçkün bütün
bu illər ərzində bir gün də olsun ümidini sındırmayaraq düşmənin
amansızlığını, törətdiyi vəhşiliyi
unutmadı. Vətən
həsrətinə son qoyulacağı
günün gələcəyinə
inandı və bu inam özünü
doğrultdu. Məhz bu ianmın nəticəsidir ki, Ermənistan
və onların havadarları üzərində
qələbəmizin dördüncü
ildönümünü şərəflə
qeyd edirik. Bu şərəf isə Ali
Baş Komandanın da
dediyi kimi, təkcə ərazi bütövlüyümüz deyil,
həm də həqiqət, ədalət
və ləyaqət uğrunda vuruşmağımızdan
qaynaqlanır".
Zeynəb Rzayeva
Olaylar.-
2024.- 8-14 noyabr, ¹39.- S.10.