Professor Qulu Məhərrəmlinin
70 yaşı
Yubilyarın qısa bioqrafiyası
Bu günlərdə 70 illik yubileyini qeyd edən professor Qulu Məhərrəmli təkcə
TV tariximizdə parlaq iz qoymuş "7 gün", "Təfsilat",
"Gerçəklik", "Səhər" (AzTV),
"Dost məclisi", "Gündəm" (Xəzər
TV), "Mətbuat aynasında"
(GünAz TV) kimi populyar televerilişlərin
müəllifi və aparıcısı deyil, həm də media və jurnalistika elmi, həmçinin dilçilik sahəsində
nüfuzlu alimdir.
Qulu Məhərrəmli 2 noyabr
1954-cü ildə Zəngilanda
anadan olub. Orta təhsilini Şuşada alıb.
1978-ci ildə Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib və təyinatla Azərbaycan Televiziyasına göndərilib.
Həmin ildən televiziyanın "Xəbərlər"
baş redaksiyasında
reportyor kimi fəaliyyətə başlayıb.
1991-ci ildən xəbər
aparıcısı kimi
müntəzəm efirə
çıxan Q.Məhərrəmli daha
çox 1993-1995-ci illərdə
apardığı "7 gün"
analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı
münasibəti və
yüksək peşəkarlığı
ilə geniş tamaşaçı kütləsinin
rəğbətini qazanıb.
Mükəmməl analitik
veriliş formatı olan "7 gün" teleməkanımızda jurnalistikanın
yeni prinsiplərinin təsdiqində
həlledici rol oynayıb.
1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi
icmalçısı təyin
olunan Q.Məhərrəmli,
eyni zamanda qısa müddətdə
"Xəbərlər" baş redaksiyasına rəhbərlik edib. Həmin illərdə dövlət başçısını
xarici ölkələrə
səfərlərdə müşayiət
edib, bu səfərlər haqqında
silsilə reportaj və hesabatlar hazırlayıb. Rəsmi görüşlərdən və
dövlət tədbirlərindən
canlı reportajlar aparıb. Q.Məhərrəmlinin
1995-ci ildə yaratdığı
və 10 ildən çox rəhbərlik etdiyi "Səhər"
musiqi-informasiya proqramı
30 ilə yaxındır
ki, teleməkanımızın ən populyar verilişlərindən biri
olaraq qalır.
1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətlə
məşğul olan Q.Məhərrəmli
1989-cu ildə "Radiodramaturgiya
dili" mövzusunda namizədlik, 2004-cü ildə
isə "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. Müstəqillik
dövründə Azərbaycanda
jurnalistika ixtisası üzrə ilk elmlər doktorudur. Onun elmi araşdırmalarında
jurnalistikanın və
medianın ümumi nəzəriyyəsi, televiziya
və radio tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən
ekran-efirin mürəkkəb
audiovizual dil sisteminin öyrənilməsi
əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında
baş müəllim vəzifəsinə qəbul
edilib. 2002-ci ildə dosent, 2006-cı ildən isə professor vəzifəsinə
keçirilib.
2007-ci ilin oktyabrında AzTV-ni tərk edən Q.Məhərrəmli
yenicə fəaliyyətə
başlamış Xəzər
televiziyasında müşavir
vəzifəsində çalışıb.
Həmin telekanalın
qurulmasında yaxından
iştirak edib. Populyar "Dost məclisi"
və "Gündəm"
verilişlərinin aparıcısı
olub. 2017-2021-ci illər
arasında isə GünAz TV-də çalışıb, "Mətbuat
aynasında" verilişini
aparıb.
Prof. Q.Məhərrəmli
2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik
edib. Qloballaşma şəraitində Azərbaycan
dilinin işlədilməsi
ilə bağlı
"Dövlət Proqramı"nın
reallaşdırılmasında iştirak edib. 2017-ci ildə "Altun kitab"
nəşriyyatında yaradılan
AZLEKS elektron lüğətlər
toplusunda çalışıb.
Hazırda həmin toplunun baş redaktorudur. Xarici ölkələrdə keçirilən
elmi məclislərdə
Azərbaycan jurnalistikasını
və jurnalistika elmimizi dəfələrlə
təmsil edib. Jurnalistika sahəsində ən yüksək mükafatları alıb,
2006-ci ildə "Əməkdar
jurnalist" fəxri adına layiq görülüb.
Media problemləri, o cümlədən
teleradio jurnalistikası
üzrə nüfuzlu
mütəxəssis kimi
tanınan professor Q.Məhərrəmli 40-a yaxın
kitabın, o cümlədən
bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin
izahlı lüğətlərin
müəllifidir. Onun
"Jurnalistikanın əsasları",
"Radio jurnalistikası: təməl
biliklər", "Televiziya
dili" Danışır
Təbriz", "Mediada
debatlar", "Jurnalistika
terminləri", "Azərbaycan
dilinin frazeologiya lüğəti", "Zamanın
rəngləri", "Gələcəyə
ön söz",
"Məsəllər, deyimlər", "Yeni alınma sözlər",
"Jurnalistikanın missiyası",
"Məmməd Əmin
Rəsulzadə" və digər kitabları xüsusi fərqləndirilir.
Əsərləri ingilis,
alman, rus, koreya, fars və çex
dillərində çap
edilib.
Professor Qulu Məhərrəmli hazırda BDU-nun Jurnalistika
fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının
müdiridir. Eyni zamanda pressklub.tv yutub kanalına rəhbərlik
edir.
xxx
"Zəngəzur" cəmiyyəti
Qulu Məhərrəmlinin
yubileyini təbrik etdi
"Zəngəzur" Cəmiyyətləri
İctimai Birliyinin 70 illik yubileyi ilə bağlı
professor Qulu Məhərrəmliyə
ünvanladığı təbrikdə
deyilir:
Hörmətli
Qulu müəllim,
Siz Azərbaycanın ən nüfuzu jurnalistlərindən
biri, televiziya tənqidçisi, publisist,
filologiya elmləri doktoru, BDU-nun professoru,
AZLEKS elektron lüğətlər
toplusunun baş redaktoru, "Jurnalistikanın
inkişafına yardım"
Mərkəzinin sədri, əməkdar
jurnalist olaraq, fəaliyyəti, şəxsiyyəti,
alimliyi ilə cəmiyyətdə özünə
dərin hörmət
qazandıran aydınlarımızdan
birisiz.
Zəngilan rayonunda dünyaya
göz açmış,
orta təhsilini Şuşada, ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
almış, AzTV-də
müxbirlikdən baş
redaktor, departament direktoru vəzifələrinə
yüksəlmisiniz, teleaparıcı
kimi peşəkarlığınız
daim yaddaşlarda qalıb.
1991-ci ildən
başlayaraq Bakı Dövlət Universitetində
pedaqoji fəaliyyətinizlə,
onlarla elmi, publisistik əsərləriniz,
ssenarilərinizlə, Ana dilinin
saglığı uğrunda
apardığınız mübarizənizlə
gənc jurnalist kadrlarının yetişməsinə,
ölkəmizin elmi, mədəni irsinin zənginləşməsinə mühüm
töhfələr verməkdə
davam edirsiniz.
"Zəngəzur"
Cəmiyyətləri İctimai
Birliyinin Ağsaqqallar
Şurasının üzvü
kimi daim xeyirli məsləhətlərinizi
alırıq. Birliyimizin
Ağsaqqallar Şurası
və İdarə Heyəti adından yubileyiniz münasibətilə
Sizi təbrik edir, bundan sonra
da sağlam, uzun, xeyirli ömür arzulayırıq.
Təbrik məktubunu qurumun Ağsaqqallar Şurasının
sədri Tofiq Mehdiyev və cəmiyyətin sədri Hacı Nərimanoğlu imzalayıblar.
xxx
Milli dəyərləri özündə
yaşadan qələm
adamı
"Birinci
Söz varıydı.
Söz Allahla qoşaydı.
Sözü Allah, Allahı Söz
yaratdı". İncil.
Uşaqlıqdan üzü bəri,
adamlar biri-biriylə rastlaşanda, - "Aydınlığa
çıxasan" sözləri
yaddaşıma hopmuş
ən gözəl dualardan biridir deyərdim. "Aydınlığa
çıxasan"...
Bəlkə də Nazim Hikmətin yazdığı
ən gözəl şeir də qaynağını bundan götürüb: - Sən
yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar
aydınlığa!?...
Deyərdim ki, yana-yana qaranlıqları aydınlaşdıran,
Sözün əsl mənasında məmləkətimizin
Aydınlarından biridir
Qulu Məhərrəmli!...
"Düzü-düz, əyrini-əyri
yazan" həm də dünyəvi, milli dəyərləri özündə
yaşadan, milli yaddaşa
sadiq olan tək-tük qələm
adamlarından biridir Qulu...
Nəfsinə hakim olandır, tamahdan,
riyakarlıqdan, ən
əsası yalanlardan,
iftiralardan uzaq adamdı Qulu! Mənəviyyat adamıdır,
həmişə haqqın
yanındadır, həqiqəti
deyəndir Qulu!
Üzündən təbəssüm əskik
olmaz, xarizmatik adamdır Qulu! Onunla rastlaşıb görüşmək yetər
ki, hər şeyi, - qəm-qüssəni, acı-ağrılarını
və hətta hara, hansı işin dalınca getdiyini , gedəcəyin yeri belə unudursan... Ayrılandan beş, on dəqiqə sonra yadına düşər ki, hara, hansı
işin dalınca gedirdin...
Söz ustadlarının "Məclis
başqanı"dır Qulu
Məhərrəmli, illərdi
ki, bu vəzifənin yiyəsidi (balaca vəzifə deyil). məclisləri işıqlandıran
nur çələngi!
Özü işıqlı, sözü
işıqlı, gülüşü
işıqlı cazibədar
adam, - Qulu Məhərrəmli. Ədalət
olmayan yerdə nə din, nə də iman olmaz!
Ədalətli adamdı
Qulu! Dəyərlərin
qeybə çəkildiyi
indiki zamanda özündə və Ruhunda dəyərləri yaşadan, Vətənə,
yurda, sevdiklərinə,
sədaqətli Adam - Qulu!
Zərdabi məktəbinin davamçılarından
biri, peşəkar jurnalist, alim, müəllim,
Sözün (Allahın)
işığında yaşadan
Adam, Adam, Adam - Qulu Məhərrəmli!
Olaylar.- 2024.- 22-28 noyabr,
№41.- S.14.