Əlincə boyda
işıq
İsa Həbibbəyli-75
5 il bundan əvvəl, təxminən bu vaxtlar, bu çağlar idi. Bir payız günü, axşamçağı.
İşdən yorğun gəlmişdim, yenicə çay içib, televizora baxa- baxa dincəlirdim. Mobil telefonuma zəng gəldi, baxdım, şəhər nömrəsi idi. Sevindim, bəlkə...
O vaxtlar çox həvəsli idim ki, mənə də bəlkə yaxşı bir yerdən iş, yüksək maaşlı vəzifə -zad verərlər. Həm də nəsə buna inanırdım.
Bu vaxt, şəhər nömrəsindən gələn zəng... bəlkə...
Amma tez də sevinci qayğı əvəz etdi, bəlkə bankdı, gecikmiş ödənişi xatırladacaq... Nə vaxt ödəyəcəyim haqqında dilimdən söz tutmağa çalışacaqdı...
Bu fikirlər, hisslər sürətlə beynimdən keçdi, telefonu açdım.
-- Sadıq Qarayevdir?
-- Bəli, buyurun.
-- AMEA Rəyasət Heyətindəndir, xarici pasportunuzun şəkilini təcili atın.
Sonra vatsap
nömrəsi dedi.
--
Xeyirdir, neynirsiz pasportu?
-- Dubna
şəhərinə gedəcəksiniz.
Öz-
özümə düşündüm ki, mənim Dubnada nə
işim ola bilər?
-- Ora nəyə
gedirəm?
-- Orada
" Fizika- lirika" Beynəlxalq konfransı keçirələcək.
İsa müəllim sizi də nümayəndə heyətinə
yazıb.
Bir az
düşünüb sual verdim:
--
Neçə nəfər, kimlər gedəcək?
Bu dəfə
sualıma zəng edən şəxs duruxdu və soyuq, mənasız
suala cavab verirmiş kimi ironiya ilə:
-- Sizə
bir aidiyyatı, ya fərqi var neçə nəfər, kimlər
gedəcək?
O həm
haqlı idi, həm də yox. Adi halda haqlı idi, bu nə sual
idi, vermişdim..
Amma mənim
də bu sualı verməkdə məqsədim, səbəblərim
var idi...
Akademik
İsa Həbibbəylinin ideya və təşkilatçılığı
ilə "Fizika və Lirika" konfransları artıq ənənə
halını alıb. Şamaxıda Astrofizika Elmi Tədqiqat Mərkəzində,
Dendrologiya İnstitutunda və Botanika İnstitutunda
keçirilirdi.
Alimləri,
yazıçıları, elmlə ədəbiyyatı birləşdirən
bu konfranslar çox möhtəşəm, maraqlı
keçirdi.
Botanika
İnstitutunda keçirilən konfransda İsa müəllim
dedi ki, gələn il bu konfransı Dubna şəhərində,
Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda
keçirəcəyik.
Mən
buna inanmadım. O cür nüfuzlu və xüsusi qorumada olan
mərkəzdə icazə verərlər?
Yaxşı
bəs versələr kimlər gedəcək? Elə
yaxşı olardı ki, mən də gedəm. Çoxdan
görmək istəyirdim bu institutu. Axı mənim
bütün əsərlərimdə məkan, zaman, kütlənin,
kainatın yaranması haqqında söhbətlər,
obrazların dili ilə verilmiş müzakirələr
vardır. "Orbitlər və universal mövcudluq nəzəriyyələri"
oradakı alimlərə maraqlı olardı, rəylərini
soruşardım..
Amma mən
o heyətə düşə bilərdim?
Çönüb zala baxdım.
Akademiklər, professorlar, institut direktorları, bunları qoyub,
məni aparmazdılar ki... mənə növbə
çatmazdı.
-- Ora 6 nəfər
gedəcək. Hələ bilmirəm kimlər olacaq, amma Hamlet
İsaxanlı mütləq olacaq- İsa müəllim dedi.
Düşündüm
yaxşı, 6 nəfərin biri Hamlet müəllim, biri də
İsa müəllim özü. Qaldı 4 nəfər. Mənim
getmə ehtimalım O nüvə institutunda alimlərin
arxasınca düşdükləri protonlar boydadır...
İndi mən
bunları nəzərə alıb pasportun surətini istəyən
adama- kimlər, neçə nəfər gedəcək-
sualı vermişdim.
16 oktyabr
akademik İsa Həbibbəylinin ad günüdür, 75 illik
yubileyidir. Ürəyimdən gələnləri, təbii,
yazmaq istəyirəm. Ona görə də bu hadisəni
xatırladım.
Və belə
qərara gəldim ki, İsa müəllimin bir insan, bəndə
kimi, mahiyyətində həqiqəti, haqqı yuxarıda
tutmaq var. Axı reallıqda əsərlərində elmi
idrakla bədii təfəkkürün vəhdəti olan
yazıçılardan biri də mən idim. O bu haqqı qiymətləndirmişdi.
Deməli
həqiqət adamıdır.
Bu
yazını yazanda başlıq düşündüm. Adətən
mən romanlara da əvvəlcə ad qoyub, sonra yazıram.
"
Arpaçayından Volqaya ", " Azərbaycançılıq
idealları yolunda əriyən ömür"
başlıqları da düşündüm. Amma haradansa
ağlıma " Əlincə boyda işıq" gəldi.
Xoşum gəldi bu bənzətmədən.
Yazıçılara
kömək edən ən önəmli amillərdən biri də
qəfil ağıllarına gələn, özlərinin də mənasını sonralar
fikirləşib tapdığı, ya heç zaman
tapmadığı fikirlər, ideyalardır. Demək ki,
yazıçı fikir, təxəyyül baxımından
özündən də yuxarıda, dərkedilməsi çətin
olmalıdır, yoxsa bəsitləşib oxucunu diqqət əsarətinə
ala bilməz.
Alimlərdə
isə sürətli düşünmək, ümumiləşdirmək
qabiliyyəti daha çoxdur. Və bunun üçü
hansı sahə olursa olsun, riyazi təfəkkür olması zəruridir.
İsa
müəllimin çıxışlarında sürətli
ümumiləşdirmək, süjet xəttini, mahiyyəti dəqiq
təsvir və ifadə etmək həmişə diqqətimi
cəlb etmişdi. Bunun təkcə
ədəbiyyatla bağlı olmadığı qənaətinə
gəlmişdim. Və yanılmamışdım, soruşdum
bu barədə . Məlum oldu ki, orta məktəbdə
riyaziyyatı o qədər mükəmməl oxuyurmuş ki,
onun filologiya fakültəsinə qəbul olduğunu eşidən riyaziyyat
müəllimi əlindəki çay dolu stəkanı yerə
çırpıb.
İsa
müəllimin Akademiyada işlədiyi müddətdə
riyazi təfəkkürü, xarizması, xarakterik keyfiyyətləri,
əsas da sözübütövlüyü və həqiqətin,
haqqın yanında olması onu həmişə öz
ranqında olan, eyni pillədə
durduğu insanlardan fərqləndirib.
İnsanlarla
ünsiyyət şəxsiyyətin əsas mənəvi
göstəricisidir. Özündən yuxarının
önündə məstan, aşağının ( təbii
ki, vəzifə və ya maddi imkan baxımından) yanında
aslan olmaq dünyada geniş vüsət almış, ən mənfi
insani göstəricilərdəndir. Müşahidə etdiklərim
və şahidi olduğum hadisələrdən belə qənaətə
gəldim ki, İsa müəllimə hörmət və
nüfuz qazandıran əsas amillərdən biri də onun
heç bir təsirə düşməməsi, təbiilyini
saxlaya bilməsi, mənəvi aləminin həyəcanlanıb
öz orbitindən aşağı və ya yuxarı stasionar
hala sıçramamasıdır.
İnsan
dəyişəndə ölür, yerinə başqa
varlıq peyda olur.
75 il dəyişmədən,
işığı azalmadan yaşamaq, hörmət itirmədən
müxtəlif vəzifələrdə
çalışıb qürurunu, insanlığını, bəndəliyini,
vətəninə, dövlətinə sədaqətini qorumaq
böyük hünərdir, bəxtəvərlikdir. Bəlkə
də adi haldır, təbiiliyin real halıdır, çox sadə,
asan bir şeydir.
Qorumaq...
Qalalar qorunmaq, müdafiə, alınmazlıq məkanıdır.
Əlincə bu mənada Azərbaycanın,
Şərqin rəmzidir.
İsa Həbibbəyli 75 ildə bəndəliyini,
insanlığını, alimliyini, vətəndaşlığını
qorumuşdur.
Bir insan
üçün bundan böyük nailiyyət ola bilməz.
İyun
ayının 25- də AMEA - da mənə
50 illik yubiley keçirildi. Elmi ictimaiyyət, ədəbi cameə
tərəfindən, ictimai- siyasi mühitdə çox
böyük rəğbətlə qarşılandı bu hadisə.
Tədbirin adını düşünəndə müxtəlif
variantlar dedim, İsa müəllim bizə- dayanın bir dəqiqə
düşünüm- deyib, belə bir ad söylədi:
" Azərbaycançılıq
məfkurəsinə sədaqət nümunəsi". Yenə
sürətlə düşünə bilmişdir.
Bu yubiley
Sadıq Qarayevin şəxsinə keçirilmirdi. Azərbaycançılıq
ideallarından, Vətən müharibəsindən, Qərbi
Azərbaycandan bəhs edən,
böyük zəhmətin elmlə- ədəbiyyatın
vəhdətindən yaranmış əsərlərə, həm
də relikt bitkilər barədə apardığım tədqiqatlara
keçirilirdi.
Harada Azərbaycançılıq
idealları, Heydər Əliyev yolu, milli dövlətçilik
şüurunu təbliğ edən, bu istiqamətə xidmət
edən elmi, ədəbi fəaliyyət
varsa, İsa Həbibbəyli onu alqışlayar, müdafiə
edər, inkişaf etdirməyə çalışar, bunun
üçün yorulmaz, usanmaz. İşığın
dalğa, zərrəcik xüsusiyyəti var, amma
yorulmazdır.
İsa Həbibbəyli
ömrü azərbaycançılıq məfkurəsinə,
dövlətçilik ideallarının gerçəkləşməsinə
sərf olunan, tüstüsüz yanan, əriyən, amma
işığı həmişə elm, təhsil sahəsində
qalacaq bir ömürdür.
İsa Həbibbəyli
şəxsiyyəti bəndəliyin, vətəndaşlığın,
ziyalılığın, alimliyin və dövlətçiliyə,
azərbaycançılıq ideallarına sədaqətin vəhdətindən
yaranmış Əlincə möhkəmliyində,
işıq mahiyyətindədir.
75 illik
yubleyiniz mübarək, Əlincə boyda işıq!
Sadıq
Qarayev
Olaylar.-
2024.- 18-24 oktyabr, ¹36.- S.17.