Dənizin Sözün kapitanı

 

Şairlik sonu bilinməyən ümman, başqa bir aləmdir. Şairlər daxilən zəngin, təmiz qəlbli içində söz xəzinəsi daşıyan saf insanlar olurlar. İlahi qüdrəti özlərində gəzdirirlər. Yazıları, sözləri ilə sözün rəsmini çəkirlər.  Yaratdıqları ilə özləri nəfəs, oxucu isə ümid alır. Yazıları ilə oxucuya inam, həvəs özlərinə isə güc verirlər.

Şair olmaq, söz demək, yazmaq oxucuya gözəl formada çatdırmaq hər adamın işi deyil. Çox yerində deyilib: Bu bir İlahi hikmətdir şairlər Tanrının seçilmiş bəndələridirlər. İnsanda şairlik, yazmaq ruhu varsa o, təbiəti, yaradılışı insanı gözəl vəsf edə bilir. Təsviri ilə cism, isim yaradır ona xarakter, obraz verir. Rəssam gözəlliyi cansız təsəvvür edir, şair isə onu sözlə, ruhla təsvir edib, yaradır yazdıqca yaradır, yaratdığı ilə oxuculara ruh verirlər. Şairlərin sözlə ifadə etdikləri daha ifadəli, cəlbedici olanda oxucuda şairə qarşı böyük sevgi, məhəbbət yaranır. Faiq Balabəyli ruhən təmiz insandır. Cəlilabadın təmiz havası onun ruhuna hopub.

Faiq Balabəyli 1964-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. 1981-ci ildə orta təhsilini başa vurub. 1981-1984-cü illərdə Bakı Dənizçilik Məktəbində oxuyub. Sonra iki il hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində (İndiki ADDA-da) davam etdirib. 1984-cü ildə Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexaniki, gəmi kapitanının baş köməkçisi gəmi kapitanı vəzifələrində çalışıb. 1994-cü ildə iki illik jurnalist sənətkarlığı kursunu, sonralar isə BSU-nun yaradıcılıq fakultəsində təhsil alıb.  1996-indiyə qədər ikinci yeri kimi "Ədəbiyyat qəzeti"ndə işləyir. Eyni zamanda  "Müstəqil.az " saytının yaradıcısı baş redaktorudur. Bu vaxta qədər isə "Yeni Xəbər" "Millətin səsi" qəzetlərinə rəhbərlik edib. Yazdığı tərtib etdiyi kitabların sayı  20-ni  keçib.

Kapitan -Şair Faiq Balabəyli haqqında hər iki sahədə, dənizçilik ədəbiyyat sahəsində, özünü hər iki sahədə təsdiq edən böyük bir şəxsiyyət haqda yazmaq, onun haqqında fikirlərini əks etdirmək deməkdir.

O, həm bir gəmi kapitanı, həm şair olaraq Azərbaycan dənizçiliyinin ədəbiyyatının tarixinə öz möhürünü vurmuşdur. Faiq Balabəylinin həyatı yaradıcılığı iki böyük sevgi üzərində qurulub: dəniz poeziya. Bu iki sahə, onun həyatında bir- birini tamamlayır əvəzolunmaz bir ahəng yaradır.

Faiq Balabəyli, bir gəmi kapitanı olaraq, illərlə dənizlərdə gəmi idarə edib bu sahədə böyük təcrübə qazanmışdır. Dənizlə onun arasında olan yaxın əlaqə onu təkcə bir dənizçi kimi deyil, həm dənizin sirlərini dərinliklərini anlaya bilən bir şair kimi formalaşdırıb. Onun həyatının bu iki istiqaməti bir-birindən ayrılmazdır məhz bu səbəbdən o, xüsusi insanlardan biri kimi yadda qalır.

...Adətən, gəmi kapitanları ədəbiyyat, söz ruh məsələlərindən uzaq, bir az hərbçi qəddarlığı, bir az da rəsmiyyət daşıyan şəxslər olur. Amma Faiq Balabəyli tək gəminin deyil, həm sözün kapitanı kimi dənizlərdə ədəbiyyat gəmisini yürüdür, həm bütün tufanlara qalib gələrək... O, dənizə bambaşqa gözlə baxan şair-dənizçidir:

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

Dənizçiyə ad qoyarlar -

su dəlisi.

Mavi sular mavi gözlü gözəl olar,

naz eləyər dənizçiyə...

Faiq Balabəyli yaradıcılığında dəniz onun üçün təkcə bir coğrafi element deyil, həm də dərin məcaz və simvolik bir anlam daşıyır. Onun poeziyasında dəniz həm dost, həm də düşmən kimi təsvir edilir; bəzən sakit və hüzurlu, bəzən isə amansız və qəzəbli. Balabəyli dənizdə tapdığı sirləri şeirlərində açıb-tökür, oxuculara bu mistik dünyanın qapılarını açır. O, dənizi bir tale, bir həyat yolu kimi qəbul edir və onu bu yolda müşayət edən hər hissi, hər təəssüratı poeziya ilə təsvir edir.

Dəniz bir gözəl üzüdür,

Xaldır tənha adaları

Dəniz xallı gözəl kimi,

Hey aldadır adamları... və sair.

 Faiq Balabəylinin şeirlərində uzun illərini dənizdə keçirən bir insanın hissləri və xatirələri əks olunub. Bu şeirlərdə dəniz həyatın özü kimi təqdim edilir, onu yavaş-yavaş anlamağa və sevməyə məcbur edir. Dəniz Faiq Balabəyli üçün həm həyatın gözəlliyini, həm də təhlükələrini özündə birləşdirən bir məfhumdur.

 Yaşıl yosunlu dənizim,

 Sirli, ovsunlu dənizim

 Xırda balıqlarının

 Böyümək arzusu

 Böyük balıqlarının

 Qarmaq qorxusu ...

 Lövbərlə hörüklənmiş

 Gəmilərin yuxusu,

 Növbətçi motrosların

 Yuxusuzluğu.

 Suların sonsuzluğu...

 Faiq Balabəyli dənizçilərin gündəlik həyatı və onların qarşılaşdığı çətinlikləri gözəl və dəqiq bir şəkildə təsvir edən xüsusi istedada və müşahidəyə sahib olan şairdir. O, dənizi təkcə bir iş yeri kimi deyil, həyatın özü kimi qəbul edir və bu, onun poeziyasında bariz şəkildə əks olunur. Balabəyli dənizçilərin dənizlə olan əlaqəsini, onların sevinclərini və kədərini, mübarizələrini və qələbələrini poeziya ilə dilə gətirir.

Yuxarıda qeyd etdiyim kimi, Faiq Balabəyli, həm bir gəmi kapitanı, həm də şair olaraq, Azərbaycan ədəbiyyatında dərin və unudulmaz izlər buraxıb. Onun şeirlərində dənizin sonsuzluğu və dərinliyi təsvir edilərkən, eyni zamanda insan ruhunun da dərinliklərinə eniş edilir. Balabəyli dənizçilik təcrübələrini şeirə çevirərək, oxuculara dənizin gücünü və əzəmətini hiss etdirir.

Faiq Balabəyli öz həyatını dənizə və poeziyaya həsr etmiş bir kapitan-şair olaraq, Azərbaycanın dənizçilik və ədəbiyyat tarixində əbədi bir yer tutacaq. Onun şeirləri, hər zaman oxucuları ilhamlandıracaq və onun adı hər zaman dəniz və poeziyanın birlikdə yaşadığı bir dünya olaraq xatırlanacaq.

İnsanlar arasında olan haqsızlıqlardan qaçaraq, özünü dənizin qoynunda sakitləşdirərək hüzur tapan Faiq Balabəyli sanki öz həyatında olan hüzursuzluqları, etibarsızlıqları dənizdə dalğaların çırpıntısında, təlatümünda unudur. O, xəyallarının sahilsiz ümmanında saflaşır. Ona görə də Faiq sevgi, qayğı, səmimiyyət, dürüstlük umduğu insanlardan nə qədər incisə də, onları bağışlayır, onlar üçün darıxır... Bu da onun insanpərvərliyindən, dosta, doğmaya olan sevgisindən irəli gəlir. Bütün bunlar şair qardaşımızın yaradıcılığında boy verir.

Faiq Balabəyli zamanımızın ədəbi mühitində yalnız şair kimi imzasını təsdiqləməyib. Onun publisistik kitabları Azərbaycanın yaxın keçmişində bir sıra qaranlıq məqamlara ayna salır. 34 il əvvəl - o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığı təkcə buxta üçün deyil, bütövlükdə Azərbaycanın şərəf tarixi üçün əvəzsiz səhifələrdir. Faiq Balabəyli 20 Yanvar hadisələrində Bakı buxtasında dənizçilərin öz əməlləri ilə yazdığı igidlik tarixini sistemli şəkildə araşdıran tək müəllifdir. "Kəsilməyən həyəcan fiti" və  "Bakı buxtası-20 Yanvar" kitablarında o zaman çoxları üçün müəmmalı olan məqamlar açılır.

"Dənizçi həyatı" kitabında isə Faiq Balabəyli Azərbaycan dənizçilərinin Somali sahillərində 30-a qədər qayıqda silahlı quldurun mühasirəyə aldığı gəmini qorumasını, Sarqaz dənizində üzən cavan dənizçilərimizin  Bermud üçbucağı ərazisində üzdüklərini onların öz dili ilə ustalıqla təsvir edir.

Göründüyü kimi Faiq Balabəylinin yaradıcılıq sərhədləri kifayət qədər genişdir.

Faiq Balabəyli dedikdə, istər-istəməz insanın zehnində ədəbiyyat, dərin duyğulu şeir-poeziya, jurnalistika və siyasət sahəsi, oradan isə ucsuz-bucaqsız dalğalı dəniz üzərində üzən gəmi və gəminin kapitanı canlanır. Bu, əslində onun həyatda çoxşaxəli bir insan olması ilə bağlı olan bir məsələdir. Çünki bu dəyərli insan şeir və poeziyada olduğu kimi, həm də jurnalistika və siyasət, həmçinin gəmiçilik sahələrində peşəkarlıq qazanmış çoxşaxəli fəaliyyəti olan bir şəxsiyyətdir. Bu baxımdan Faiq müəllim həyatda tək bir insan olsa da, əslində bir neçə sahədə sərgilədiyi peşəkarlığa görə sözün müsbət mənasında bir neçə insan və bir neçə şəxsiyyət kimi özünü təsbit etmişdir. O, şeir və poeziyanı dənizə, dənizi ədəbiyyata, hər ikisini də jurnalistika və siyasət sahələrinə aparıb birləşdirən bacarıqlı  həmyerlimizdir. Bütün bunlar onun həyatda daxili zənginliyindən, bir şəxsiyyət olaraq əhatəli bacarığından xəbər verir.

Bu dəyərli şəxsiyyət həyatda xüsusi bacarıqları ilə yanaşı həm də gözəl ziyalı, xüsusilə də, öz milli kimliyinə möhkəm bağlı olan türkçü, dövlətçi və vətənpərvər insandır. Bütün bunlar onu çoxsaylı insanlar tərəfindən sevdirən, böyük hörmətə layiq görən xüsusiyyətləridir.

 

Samir Əsədli

VHP sədrinin müavini

 

Olaylar.- 2024.- 25-31 oktyabr, №37.- S.23.