Azərbaycan dilçilik elminə qiymətli töhfə

 

Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır.

 

                                                                                   Ümummilli Lider Heydər Əliyev

 

Ümummilli Lider Heydər Əliyevin yuxarıda qeyd olunmuş kəlamı ilə başlayan kitab "Ədəbi-bədii dil dilçilik araşdırmaları" adlanır bu yenicə nəşr olunmuş kitabın müəllifi AMEA Naxçıvan Bölməsinin elmi katibi, dosent Zülfiyyə İsmayıldır. AMEA-nın müxbir üzvü, professor, filologiya elmləri doktoru Əbülfəz Quliyevin elmi redaktoru olduğu kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovadır. Əsər üçcildliyin üçüncü cildidir, Naxçıvan şəhərində "Əcəmi" Nəşriyyat-Poliqrafiya birliyində çap olunmuşdur. 224 səhifədən ibarət olan bu cild sonuncu olduğundan bir az ümumiləşdirmə aparmaq digər cildlərə qısaca nəzər salmaq istəyirəm.

Əsərin birinci cildi 2020-ci ildə, ikinci cildi 2022-ci ildə, üçüncü cildi isə 2024-cü ildə nəşr olunmuşdur. Kitabların hər üçündə Zülfiyyə xanımın yaradıcılığına xas bir ənənə davam etdirilir. Belə ki, onların hər biri müəyyən bir əlamətdar hadisəyə ithaf olunmuşdur. Məsələn, 1-ci cild Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə, 2-ci cild AMEA-nın Naxçıvan bölməsinin 20 illik yubileyinə, 3-cü cild isə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, ithaf ənənəsi barədə ona görə Zülfiyyə İsmayılın yaradıcılığına xas dedim ki, onun 2012-ci ildə çap olunmuş ilk kitabı da mərhum valideynlərinin xatirəsinə ithaf olunub.   

Kitabda mənim diqqətimi çəkən digər bir məqam isə onun rəngləri oldu: 1-ci cild göy, 2-ci qırmızı, 3-cü cild isə yaşıl rəngdədir. Bu 3 rəng bizim kölgəsində firavan yaşadığımız bayrağımızın rəngləridir ki, 3 cildlik kitabın cildlərində müvafiq olaraq öz əksini tapmışdır. Bu da təsadüfi hal deyil, necə ki bir dövlətin varlığının ən böyük göstəricisi, ali atributu onun bayrağıdır, millətin varlığının isbatı, öz psixologiyasının, ruhunun, dünyanı necə dərk etdiyinin ifadəsində əvəzsiz rolu olan dil amilidir. Bu məqamda dahi Humboldtun "Xalqın ruhu onun dili, xalqın dili onun ruhudur, bundan daha gözəl eyniyyət təsəvvür etmək mümkün deyil" ifadəsini xatırlamaq da yerinə düşər. Deməli, fikrimizi dilçiliyin atası sayılan Humboldt fikrinə söykəsək, Zülfiyyə İsmayıl xalqın ruhunun tədqiqinə həsr etdiyi əsərini, dövlətin ən dəyərli atributu olan bayrağın rənglərinə boyamışdır. Bu da müəllifin xalqımıza, onun dilinə dövlətimizə duyduğu sevgi hörmətin göstəricisidir.

Birinci ikinci cilddə olduğu kimi əsərin üçüncü cildi iki bölmədən ibarətdir.  Burada isə maraqlı tərəf odur ki, əsərin hər üç cildi faktiki olaraq 2 bölmədən ibarət olsa da kitaba nəzər yetirdikdə görürük ki, əslində nəzəri cəhətdən üç cild 3 bölmədən ibarətdir. 1-ci bölmə üç kitabda da "Ədəbi dil bədii düşüncə",  2-ci bölmə isə "Dilçilik elmimiz: ustadlar yeni nəsillər" adlanır. Kitabın əsas məziyyətlərindən biri müəyyən bir hissənin məhz yeni nəsil dilçilərin, gənc tədqiqatçıların yaradıcılığına həsr olunmasıdır. Belə bir kitabda Azərbaycan o cümlədən Naxçıvan dilçilik elminin obrazlı desək, ağsaqqalları, bu sahədə sözünü demiş görkəmli alimlərimizlə yanaşı əslində həmin ustadların yetirməsi olan gənc tədqiqatçıların yaradıcılığının işıqlandırılması əhəmiyyətli hadisədir. Çünki yeni dövrün dilçilik araşdırmalarının sanki süzgəcdən keçirilərək ən yaxşıların bir kitabda toplanması gələcək araşdırmalarda tədqiqatçıların işini asanlaşdırır, əlçatanlığı artırır. Üçüncü cildin1-ci bölməsini hər biri ayrıca bir ədibimizə həsr olunmuş 6 başlıq təşkil edir. Burada Mahirə Hüseynova, Cəfər İsmayıloğlu, Hüseyn Razi, Kəmalə Ağayeva, Alməmməd Eldaroğlu Qafar Qəribin bədii yaradıcılığının dil-üslub xüsusiyyətlərinin təhlilinə yer verilmişdir. Məsələn,  "Sözün daş nağılı daş ağırlığı" adlı birinci paraqrafda Mahirə Hüseynovanın bədii yaradıcılığının dil-üslub xüsusiyyətlərini təhlil edərkən,"Hər əldə bir ayrı dad olduğu kimi, hər qələmdə ayrı bir məharət var"- deyən müəllif öz qələminin məharətini yüksək səviyyədə nümaiş etdirərək, Mahirə Hüseynovanın yaradıcılığını layiqli şəkildə təhlil etmiş, onu mərhəmliyi, məlhəmliyi qəlbəyaxınlığı ilə səciyyələndirmişdir. "Unudulmayan alimin xatirəyə dönən şair ömrü" adlandırılmış ikinci paraqraf isə Cəfər İsmayıloğlu onun yarımçıq ömrünün təzahürü olan yarımçıq yaradıcılıq yolunun təhlilinə həsr edilmişdir. Qələmini , ürəyini xalqa xidmət yolunda əridən şairin yaradıcılığı haqqında müxtəlif ədəbiyyatşünasların fikirlərinə məharətlə yerli yerində istinad edən Zülfiyyə İsmayıl Cəfər müəllimin şeirlərində canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə etməsinin onun poetik nümunələrinə orijinallıq lakoniklik gətirdiyini vurğulamışdır. Növbəti bölmədə Hüseyn Razi yaradıcılığının dil-üslub sənətkarlıq xüsusiyyətlərindən bəhs olunur. Müəllif H.Razini poetik nəfəsi oxucu ruhunu isidən şair adlandırmış onun şeir dilində başlıca xüsusiyyət kimi canlı xalq dili elementlərinin zənginliyini vurğulamışdır. Daha sonra isə Kəmalə Ağayevanın şeirləri dil üslüb nöqteyi-nəzərindən peşəkar şəkildə tədqiqata cəlb olunmuşdur. Şairənin özünəməxsus duyum deyim tərzini təhlil edən müəllif həm Kəmalə xanımın yaradıcılığına psixo-linqvistik prizmadan yaxınlaşaraq maraqlı məqam kimi onun öz poeziyasında nigaran, narahat bir lirik "mən" ə sahib olduğunu oxucuların diqqətinə çatdırmışdır. Növbəti mərhələdə  Zülfiyyə xanım Alməmməd Eldaroğlu şeiriyyətinin dil-üslub xüsusiyyətləri ilə bağlı öz dəyərli fikirlərini oxucularla bölüşür, təvəzökar şair kimi qiymətləndirdiyi Alməmməd Eldaroğlunun poeziyasının dilinin axıcı oxunaqlığından, üslubunun aydın, səlis,təbii ifadəli olmasından söz açır. Kitabın 1-ci bölməsinin son paraqrafı isə Qafar Qərib yaradıcılığının dil-üslub xüsusiyyətlərinin təhlilinə həsr etmiş müəllif hər şairin fəaliyyəti yaradıcılığının dildən başladığını vurğulayaraq Qafar Qəribin bu sahədəki məharətindən danışır. Şairin poetik dilinin təbii, səlis, səmimi lakonikliyin, ən təsirli söz ifadələr seçmək məharəti haqqında oxuculara hərtərəfli məlumat verir.

Kitabın 2-ci bölməsi, daha əvvəl qeyd etdiyimiz kimi, "Dilçilik elmimiz: Ustadlar yeni nəsillər" adlanır. Bu baxımdan ilk başlığın görkəmli elm adamı,  AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin tərcümə əsərlərinə həsr olunması təəccüb doğurmur. Müəllifin qeyd etdiyi kimi, tərcümə əsərləri Əbülfəz Quliyevin yaradıcılığının bir istiqamətini təşkil edir. Kitabda Əbülfəz müəllimin tərcümə fəaliyyətinin nümunəsi kimi akademik İsmayıl Hacıyevlə birgə ərsəyə gətirdiyi "Tarihte ve günümüzde Nahçivan", "Azerbaycan düğün türküleri", "Naxçıvan ağzı", "Naxçıvan ağızlarının söz varlığı", Habil İbrahim usta ilə birgə tərcümə etdiyi Rus şərqşünası A.V.Borokovun "Orta Asyada bulunmuş Kuran tefsirinin söz varlığı", Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi" əsəri s. tərcümə əsərlərindən bəhs edilir. Alimin Azərbaycan, o cümlədən Naxçıvan dilçilik elminin inkişafında oynadığı müstəsna rol haqqında ətraflı məlumatlar verilir.  Həmçinin, bu  bölmədə  filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın elmi fəaliyyətinə toxunulur "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili" adlı irihəcimli monoqrafiyanın elmi siyasi əhəmiyyətindən geniş söhbət açılır. Daha sonra Nadir Məmmədlinin təqdimatında Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-türki" əsri haqqında məlumatlara yer verilmişdir. Kitabın növbəti paraqraflarında isə İbrahim Bayramov,  Könül Səmədova, Almaz Bədəlova, Elnarə Niftəliyeva, Elbrus Vəliyev digər tədqiqatçıların yaradıcılığına dilçilik elminin sərhədləri daxilində münasibət bildirilir, bu elmin inkişafına göstərdikləri xidmət yüksək səviyyədə qiymətləndirilir.

Zülfiyyə İsmayılın ərsəyə gətirmiş olduğu "Ədəbi-bədii dil dilçilik araşdırmaları" üçcildliyi haqqında ümumiləşdirilmiş şəkildə demək mümkündür ki, əsər Azərbaycan ədəbiyyatının görkəmli simalarının bədii yaradıcılıqlarının fövqündə həm Azərbaycan ədəbi dili, həm dilçilik elmimizin ustad gənc tədqiqatçılarının fəaliyyətlərinin işıqlandırılması nöqteyi-nəzərindən Azərbaycan dilçilik elmi üçün böyük dəyər kəsb edir müəllifin Azərbaycan dilinə duyduğu sevginin göstəricisi kimi Azərbaycan dilçilik elminə verdiyi qiymətli töhfədir.

 

Rüzgar Camal

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

Olaylar.- 2024.- 25-31 oktyabr, ¹37.- S.17.