YUNUS OĞUZUN "ATABƏY ELDƏNİZ" romanında Naxçıvan:

Tarixin bədii mətnə proyeksiyası

 

Naxçıvan Muxtar Respublikası -100”

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ədəbiyyatımızın öz polifonikliyi ilə seçilən dövrüdür. Milli ədəbiyyatımızın  XX əsrin sonu XXI əsrin əvvəllərinə təsadüf edən bu dövrü ictimai-siyasi baxımdan olduqca mürəkkəb bir dönəmin nəticəsi kimi meydana çıxmışdır.Bu dövrdə ilk etapda ədəbi prosesdə öncə durğunluq, daha sonra isə təlatüm yaşandı.

 Sosrealizmin qəfildən ədəbi arenadan çıxması, baş verən ictimai-siyasi dəyişikliklər, xalqımızın yaşadığı ağrılı itkili dönəm, azadlığın, suverenliyin əldə edilməsi, keçid dövrünün çətinlikləri, daha sonra isə siyasi sabitlik iqtisadi inkişafın gətirdiyi yeniliklər öz təsirini ədəbiyyatda da tapdı. Bəhs edilən dövrdə ədəbiyyata gələn yeni mövzulardan biri tarixi köklərə qayıdış mövzusu  idi. Bu mövzu isə birbaşa türkçülük, azərbaycançılıq ideologiyası ilə sıx bağlıdır. Doğrudur, milli kökə qayıdış, azərbaycançılıq türkçülük elementlərinin ədəbiyyatda aydın şəkildə əksinə daha öncəki dönəmdə - 70-80-ci illərdə rast gəlinirdi. Lakin müstəqillik dövründə bu mövzuların bədii mətnlərdə qabardılması üçün daha çox imkan yarandı. Təbii ki, müstəqil dövlətin aparıcı ideologiyası məramı da azərbaycançılıqla bağlı olduğu üçün bu mövzuda əsərlərə xüsusi  diqqət yetirilməyə başlandı. Oxucuların da bəhs edilən mövzulara marağı yüksək idi. Çünki 70 il ərzində susdurulan xalq öz milli köklərinə qayıdırdı. Bu tarixi, məsuliyyətli etapda bədii ədəbiyyatın üzərinə böyük yük düşürdü. Ədəbiyyat həm dünya arenasında olan ədəbi tendensiyaları izləyərək reaksiya verməli, həm milli kökə qayıdışa, milli yaddaşa hesablanmış mətnlər yaratmalı idi. Milli kök milli yaddaşla bağlı məqamlar müxtəlif janr cərəyanlara mənsub əsərlərdə öz əksini tapıb. Lakin bu aspektdə tarixi roman janrının üzərinə daha böyük məsuliyyət düşürdü. Birbaşa tarixi faktları mətnə gətirməyin qeyri-mümkünlüyü fonunda əsil tarixi həqiqəti söyləmək ehtiyacı vacibliyi tərs mütənasib görünürdü. Bu baxımdan  tarixi romanlar müəllifi Yunus Oğuzun yaradıcılığının Azərbaycan ədəbiyyatında müstəsna mövqeyini qeyd etməliyik. Çünki, Yunus Oğuzun yaradıcılığında bu tərs-mütənasiblik öz uğurlu həllini tapdı. Yunus Oğuzun tarixi romanlarında həm tarixi həqiqət qorunur, həm bu tarixi həqiqət oxucuya bədii qiyafədə təqdim olunur.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanla bağlı əsərlər bədii ədəbiyyatımızda diqqətəlayiq yerə malikdir. Naxçıvan folkloru, mifoloji mətnləri milli bədii ədəbiyyatımızın qidalandığı   milli unikal xüsusiyyətlərimizin əks olunduğu ana mənbələr sırasına daxildir. Bu regionun möhtəşəm mədəni irsi, tarixi abidələri gözəl təbiəti bədii mətnlərdə müxtəlif janrlar cərəyanlar kontekstində təzahür edir. Naxçıvanla bağlı tarixi əsərlərdə vətənimizin bu dilbər guşəsinin mədəniyyətinin zənginliyi tariximizdə oynadığı mühüm mövqe önə çəkilir. Tarixi romanlar ustadı  Yunus Oğuzun yaradıcılığında Naxçıvan etüdləri həm tarixi, həm publisistik kontekstdə təzahür edir. Yazıçının "Atabəy Eldəniz" romanının əsas hissəsi Atabəylərin Naxçıvan dövrünü işıqlandırır. Yunus Oğuz bu əsərində öz ənənəsinə sadiq qalaraq oxucularını Azərbaycan tarixinin maraqlı dövrlərindən birinə səyahətə dəvət edir. Yazıçının tarixçi alim olması isə bu səyahətdə bədii təxəyyüllə yanaşı elmin oxucuya yoldaşlıq edəcəyi müjdəsini verir. İlk öncə qeyd edək ki, romanda dərhal diqqəti cəlb edən məqam Yunus Oğuzun tarixi fakta sadiqliyidir. Tarix şəxsiyyət problemi daim fəlsəfənin, sosiologiyanın əsas tədqiq sahələrindən biri olmuşdur. Klassik tarixi romanda da bu problem əsasən  iki aspektdən əks etdirilir: Birinci halda şəxsiyyət əsas götürülür, məhz onun şəxsi keyfiyyətləri sayəsində tarixdə oynadığı rol təsvir edilir. İkinci halda tarixi hadisə yaxud dövr əsas götürülür, tarixin insan taleyində rolu qabardılır. Yunus Oğuzun "Atabəy Eldəniz" romanı məhz şəxsiyyətin tarixdəki roluna həsr edilmişdir. Atabəy Eldəniz obrazında qılınc qələm birləşir. Əslində əsər boyu əsas qəhrəman kimi şəxsiyyətin zəkası elmi çıxış edir. Əks düşərgə ilə mübarizə sadəcə qılınc deyil, həm zəka, elm diplomatiya savaşıdır. Mömünə Xatunla Eldənizin ittifaqı bu səbəbdən xaşxaşiləri narahat edir, dəfələrlə bu iki ağıllı insanı ayırmağa, öldürməyə cəhd edirlər. Azərbaycançılıq, türkçülük motivlərinin çox güclü olduğu bu romanda lakonik, lakin zərgər dəqiqliyi ilə işlənmiş təsvirlər, hadisələr, kontekstində Naxçıvanın da tarixi hekayətinin önəmli məqamları öz əksini tapmışdır. Sultan Toğruldan iqta olaraq məhz  Naxçıavanın istənilməsi gələcək türk dövlətinin yaranması üçün açar rolunu oynadı: "- Guya bilmirsən istəmək lazımdır? Əlbəttə Naxçıvanı! - Möminə cavab verdi,- güman edirəm ki, Sultan həzrətlərinin yanında istədiyini kifayət qədər əsaslandıra biləcəksən, yoxsa kömək lazımdır? - Xatun diqqətlə ona baxdı. Eldəniz qəhqəhə çəkib güldü, sonra əlavə etdi: - Yoxsa mənim məntiqimə şübhən var? Sultan yanında bunu əsaslandırmaq müşkül deyil, amma mənə maraqlıdır ki, niyə məhz Naxçıvan, başqa yeri istəyə bilmərikmi? - Bir düşün, - Xatun ona cavab verdi. - Sultan həzrətləri Azərbaycanın bir hissəsi olan Naxçıvanı ikta olaraq sənə verərsə, sən eyni zamanda Çuxursəddən Göyçə gölünə qədər, Ani Dvinə sahib olursan. Bu əsasdır, çünki Naxçıvan Şərqin Qərbin, Cənubun Şimalın kəsişdiyi yerdədir, yəni hər tərəfin ipi sənin əlindədir. İpək yolu da buradan keçir. Kim hara getsə, sənin torpağından keçməli, zaman isə sənə baş əyməli olacaq. Digər tərəfdən , aldığım məlumata görə, Naxçıvanda Nuh Peyğəmbərin qəbri yerləşir. Min illər ötməsinə baxmayaraq, insanlar ora ziyarətə gəlirlər. Bir , Qurani Kərimdəki "Əshabi Kəf" surəsində göstərilən mağara da ordadır." (Yunus Oğuz, 2017, s.183) Akademik Nizami Cəfərov "Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində" başlıqlı məqaləsində romanda Naxçıvanın tarixi önəminin təsvirini belə səciyyələndirir: "Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan dövrü başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq, onların xəyanətlərinin üstü açılır... Naxçıvan Azərbaycan dövlətinə xəyanət edənlərin qarşısında alınmaz qalaya çevrilir." (Cəfərov N., 2018, s. 8.) Yunus Oğuzun "Atabəy Eldəniz" romanında Naxçıvan, tarixi mədəni əhəmiyyəti ilə zəngin bir bölgə kimi təsvir olunur. Roman, Naxçıvanın strateji mövqeyini, siyasi sosial aspektlərini ətraflı irdələyir. Atabəylər dövlətinin bütün tarixi boyunca Naxçıvan öz əhəmiyyətini itirmir, dövlətin dayaq nöqtəsi rolunu sonunadək qoruyub saxlayır: "Möminə ona təskinlik verdi: - Özün bilirsən etmək lazımdır, - güldü, - hələ bəlkə ox yayından çıxıb, işə başlamısan. Belə düşünürəm ki, bir necə ildən sonra Gəncəni özünə paytaxt seçəcəksən. Əgər belə edəcəksənsə, o zaman Naxçıvan da paytaxt olsun, yəni iki paytaxtımız olsun. Atabəy təəccüblə soruşdu: - Gəncəni başa düşdüm, amma niyə məhz Naxçıvan? Möminə Xatun, elə bil ondan bu sualı gözləyirdi. - Ona görə ki, Naxçıvan qalası dörd tərəfdən Əlincə, Sürməri, Dağmar Fağnan kimi güclü qalalarla əhatə olunub. Gəncə qalasını almaq asandır, çünki düzənlikdə, yol üstündədir. Naxçıvan qalasını isə almaq çox çətindir, ona görə ki, Naxçıvanı almamışdan öncə, gərək sıldırımlarda yerləşən bu qalaları keçəcən. Bir gələcək xəzinənə yaxın olasan, yəni Əlincə qalasını deyirəm. Onu almaq heç mümkün deyil. Yuxarıdan bir daş buraxsan, bir qoşun qırılar." (Yunus Oğuz, 2017, s.183) "Atabəy Eldəniz" romanında azərbaycançılıq, türkçülük  motivləri çox güclüdür. Əsərdə lakonik, lakin zərgər dəqiqliyi ilə işlənmiş  təsvirlər, hadisələr, eyhamlar vasitəsi ilə TÜRK obrazı yaradılmışdır.  Təbii ki, əsərin özəyini türkün - Atabəy Eldənizin hekayəti təşkil edir. Onu tamamlayan da Əfrasiyab nəslindən olan Mömünə xatundur. Bu sadə bir ittifaq deyildi. Türkün qibləsi olan ailə birləşdirirdi onları. Qalanı içindən fəth etmək mümkün olduğu kimi, güclü şəxsiyyətləri məhv etmək üçün onun yaxınından, ailəsindən istifadə etmək tarixən sınamış priyomdur. Cəmiyyətin əsas sütunu olan ailə möhkəm olanda dövlət yenilməz olur. Tarixən türkün ailəsi daim nümunə olub. Qadın sadəcə həyat yoldaşı, sevgili deyil türk üçün. Qadını türkün silahdaşıdır, məsləhətçisidir, arxasıdır. Bu baxımdan romanda Eldənizlə Mömünə Xatun Baş Dədənin qeyd etdiyi kimi "seçilmişlər"dir. onlar öz missiyalarının icrasına məhz qədim,müqəddəs türk yurdu Naxçıvandan başlayırlar. "Əsərdə Baş Dədənin görüşünə gəlmiş dahi Nizami Gəncəvinin obrazı Atabəylər dövlətinin ədəbiyyat mədəniyyətin inkişafındakı böyük rolunu diqqət mərkəzinə çəkir. Eyni zamanda romanın finalında Əcəmi obrazının meydana çıxması Azərbaycan tarixinin Atabəylər dövrünün əzəmətini əks etdirməyə zəmin yaradır. Müəllifin çox yığcam şəkildə memar Əcəmi haqqında təqdim etdiyi bədii material bu böyük dühanın yüksək mənəvi dəyərlərini qeyri-adi sənət qavrayışını oxuculara çatdıra bilir. Doğrudur, romanda Nizami Əcəmi obrazları geniş yer tutmur. Bununla belə, görünür ki, yazıçı XII əsr Azərbaycanından söz açarkən mövcud reallıqları əsas götürərək Nizami Gəncəvi Əcəmi Naxçıvani faktorundan yan keçmək istəməmişdir. Bu mənada Nizami Əcəmi obrazları romanda Atabəylər epoxasının bütöv mənzərəsini canlandırmağa xidmət edən mühüm bədii vasitədir." (Həbibbəyli  İ., 2017, s. 4.) Yunus Oğuzun "Naxçıvandan əsən yellər" essesi isə yazıçının bu dəfə media kapitanı kimi Naxçıvan səfərindən doğan təəssüratları ehtiva edir. Yunus Oğuz bir səfər təəssüratından yaranan essedə Naxçıvanı bu dəfə tam fərqli rakursdan işıqlandırır: "Burada DÖVLƏTÇİLİYİ QORUMAQ var. Burada insanlara FƏRQLİ YANAŞMA qaydası var. Burada DİRİLİŞ var burada bütöv Azərbaycana sevgi var. Burada mənə elə gəlir ki, insanlar sanki öz talelərini yaşamırlar, altı min illik tarixlərini yaşayırlar nəsillərə ötürürlər. Səbəb nədir? Dövlətinə, millətinə bağlılıq. Kaş bu bağlılıq Azərbaycanımın hər guşəsində olaydı. Naxçıvanda olanda mən Azərbaycanın hər bir yerində belə bir yurd istədim. Düzdür, bölgələrimizin inkişafını, bu bölgələrə rəhbərlik edən insanların əməyini qətiyyən kölgədə saxlamaq olmaz. O bölgələrdə yaşayan insanların zəhmətini qiymətləndirməmək günahdır. Amma Naxçıvan... Etiraf edək ki, Naxçıvan bir başqa aləm...Gəzdik, gördük, Vətənimizin bu parçasını hiss etdik. Naxçıvanı qəlbimizə, könlümüzə  həkk etdik." (Yunus Oğuz, 2017,  s. 5.)

Yunus Oğuz  "Atabəy Eldəniz" romanında Naxçıvanın tarixini, onun bu günkü müstəqil qüdrətli Azərbaycana gedən yolda rolunu önəmini bədii boyalar tarixi faktlarla əks etdirir. Yazıçı "Naxçıvandan əsən yellər"  adlı səfər qeydlərində isə bu qədim diyarın bu gününün gələcəyə yol alan milli-mənəvi dəyərlərinin bir esse çərçivəsində məharətlə təsvirinə  nail olur.

ƏDƏBİYYAT SİYAHISI:

1.     Cəfərov N. Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində// / 525-ci qəzet.- 2018.- 23 noyabr-. S. 8.

2.     Həbibbəyli  İ. Milli dövlətçilik düşüncəsinin işığında.// 525-ci qəzet, 26 aprel 2017-ci il, səh. 4.

3.     Yunus Oğuz. Atabəy Eldəniz. Bakı, Ol npkt, 2017, Səh. 183

4.     Yunus Oğuz. Naxçıvandan əsən yellər / 525-ci qəzet.- 2017.- 8 iyun. S. 5.

 

Elnarə Qaragözova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Ədəbi tənqid şöbəsi

 

Olaylar.- 2024.- 25-31 oktyabr, ¹37.- S.12.