Son 20 ilin reallıqları
Heydər Əliyev
siyasətinin uğurlu davamının təqdimatıdır
"Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra jurnalistlərə ilk müsahibəsində "Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin" sualına cavabında bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb.
On il ərzində
Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin
üzərində gözəl
binanın inşa edilməsi asan görünə bilər.
Amma eyni zamanda, həyat yerində durmur. Qarşımızda yeni vəzifələr dayanır.
Məsuliyyətə də,
çətinliklərə də hazıram. Belə bir əminlik
də ifadə edilmişdir ki, Azərbaycan xalqının
dəstəyi ilə qarşıda duran bütün vəzifələri
ləyaqətlə yerinə
yetirəcəyəm. Azərbaycan
xalqı görəcək
ki, Azərbaycan üçün, xalqımız
üçün yaxşı
Prezident olacağam. Cənab İlham Əliyev Azərbaycanın
davamlı inkişafı
üçün möhkəm
təməlin mövcudluğunu
xüsusi qeyd etmişdir. Təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı
bu gün Azərbaycan adlı dövlətin varlığından
danışmaq mümkün
deyildi. 1993-2003-cü illərdə
Azərbaycanın bu günü üçün
möhkəm təməl
formalaşdı. 2003-cü ildə Ümummilli Lider xalqa tarixi
müraciəti ilə
Azərbaycanın bugünkü
və gələcək
inkişafının əsasını
qoydu. Cənab İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçildikdən
sonra qarşıda dayanan vəzifələri
açıqlayaraq bu hədəfi də diqqətə çatdırdı
ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli
dövlətə çevirmək
üçün ən
başlıcası ölkədə
Heydər Əliyev siyasəti davam etdirilməlidir." "Olaylar"
xəbər verir ki, Bu fikirləri
Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili
qeyd edib ki, son 20 ilin
reallıqları Heydər
Əliyev siyasətinin
uğurlu davamının
təqdimatıdır: "Cənab İlham Əliyev Prezident seçildiyi gündən
xalqa bu vədi verdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız
dogma yurd-yuvalarına qayıdacaq. 20 illik Prezidentlik fəaliyyətinin
17 ili tarixi ədaləti və beynəlxalq hüququ özündə əks etdirən bu hədəfə nail olmaq üçün zəruri olan bütün işlərin
görülməsinə həsr
edildi. Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində
oldu. İqtisadiyyatın
düzgün təməl
üzərində qurulması
qarşıya çıxan
hər bir çətinliyin aradan qaldırılmasına stimul
oldu. İqtisadi tərəqqi və bunun əsasında geniş maliyyə imkanlarının mövcudluğu
hər bir sahədə davamlı addımların atılmasını
şərtləndirdi. Ordu
quruculuğu sahəsində
görülən işlər
Qələbəyə hazırlığı
təmin etdi. Tarixi Zəfərimizə qədər 2016-cı ilin
Aprel döyüşləri,
2018-ci ilin Günnüt
əməliyyatı və
sair kimi uğurlarımız Azərbaycan
Ordusunun üzərinə
düşən missiyanı
şərəflə yerinə
yetirməyə hazır
olduğunu təsdiqlədi."
Malik Həsənov
vurğulayıb ki, 20
ilin uğurlarının
ümumiləşdirilmiş ifadəsi ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır: "Üç
il bundan öncə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Ordumuz tarixi Zəfərə imza atdı. Cənab İlham Əliyev bu Zəfərin müəllifi olaraq adını tarixə qalib Lider kimi
qızıl hərflərlə
yazdırdı. 44 gündə
30 ilin işğalına
son qoymaq Azərbaycanın hansı
gücə malik olduğunu dünyaya nümayiş etdirdi.
2023-cü ilin 19 sentyabr
tarixində Silahlı
Qüvvələrimizin həyata
keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz
tam təmin olundu. Bu gün
qürurla Azərbaycan
Bayrağının Xankəndidə,
Xocalıda, Ağdərədə,
Xocavənddə dalğalanmasından
bəhs edirik. Bütün işğaldan
azad edilmiş ərazilərimiz dirçəlir,
soydaşlarımız mərhələli
şəkildə dogma
yurd-yuvalarına qayıdırlar.
Artıq beş yaşayış məntəqəsinə
keçmiş köçkünlər
qayıdıblar.
Laçın və
Füzuli şəhərləri,
Ağalı, Talış
və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış
məntəqələrinə, eyni zamanda, Şuşa,
Cəbrayıl, Kəlbəcər,
Xankəndi və Xocalı şəhərlərinə
keçmiş məcburi
köçkünlərin qayıdışı
nəzərdə tutulub.
Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə
isə qayıdış
2025-ci il üçün
planlaşdırılır."
Millət vəkili
bildirib ki, suverenliyimizin bərpasından
sonra ölkəmizin həyatında yeni dövr başlayıb:
"Hər dövrün
öz çağırışları
vardır. Cənab İlham Əliyevin Sərəncamı ilə
2024-cü il 7 fevral tarixində növbədənkənar
prezident seçkilərinin
keçirilməsi də
bu dövrün yeni hədəflərinin müəyyənləşdirilməsində və icrasında həlledici rola malikdir. Ölkənin ictimai-siyasi həyatında
aparıcı rola malik olan Yeni
Azərbaycan Partiyasının
Prezidentliyə namizədi
cənab İlham Əliyevdir. Seçkilərə
"Qalib xalqın qalib Lideri" devizi ilə qatılan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçkiqabağı
təşviqat kampaniyasını
uğurla davam etdirir. Qalib Liderimizə xalqımızın
sevgisi, inamı, etimadı böyükdür.
Xalqımıza qalibiyyət
sevincini yaşadan, torpaq həsrətinə son qoyan, milli
qürurumuzu, kimliyimizi
özümüzə qaytaran
qalib Prezidentimizlə gələcəyə birgə
addımlamaq üçün
hər birimiz 7 fevral tarixində seçki hüququmuzdan istifadə edərək seçki məntəqələrinə
gəlib səsvermə
prosesində fəal iştirak etməli, Yeni Azərbaycan Partiyasının namizədi
cənab İlham Əliyevə səs verməliyik. Qalib xalqın qalib Liderinin düşünülmüş
və gələcəyə
xidmət edən siyasəti bundan sonra da Azərbaycana
möhtəşəm uğurlar,
tarixi ədalətə
söykənən Zəfərlər
qazandıracaq."
Alim
Olaylar.-
2024.- 19-25 yanvar, ¹2.- S.4.