Əyyub Türkayın yaradıcılığından nümunələr
Müasir uşaq ədəbiyyatının
istedadlı nümayəndələrindən
olan Əyyub Türkayın mütəmadi
olaraq balaca oxucuları üçün
qələmə aldığı
əsərləri ədəbi
qəzet və jurnallarda dərc olunur. Şairin "Balacaların şeir çələngi", "Sovqat"
və "Balaca qəhrəmanlarım" kitabları
uşaqların sevimli
kitabları sırasındadır.
Onun yaradıcılığında
uşaq şeirləri
ilə yanaşı nağıllar, hekayələr,
tapmacalar, təmsillər
də əsas yer tutur.
BALACA RƏSSAM
Türkay şəkillər
çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür,
İki yaşlı rəssamın.
Bir iş var ki, biləsiz,
Rəsmi
çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.
Atasıyla bağçaya
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə
Çəkdi asanca rəssam.
QORXAQ
BACIM
Evimizə həkim gəlib,
Mənim bacım
qızmalıdır.
Tez yoxlayıb
bildirdi ki,
Ona resept
yazmalıdır.
Həkimlərdən qorxan bacım
Heç bu
dəfə ağlamadı.
Səbəbini soruşanda
Güldü, sirrin saxlamadı.
Həkim
xala sağ olsun ki,
Heç
iynə vurmadı mənə.
Dedi: -gözəl, şirin balam,
Dərman verəcəyəm
sənə.
SAĞLAM QİDALANIRAM
Mən kənddə
yaşayıram,
Çoxlu heyvanımız
var.
Təsərrüfat genişdir,
Keçi, qoyun,
mal-davar.
Nənəm tezdən yandırır
Bərəkətli təndiri.
Səhərləri yeyirəm,
Təzə keçi
pendiri.
Kənddə həyat gözəldir,
Məhsullar saf,
təmizdir.
Sağlam qidalanıram,
Yeməklərim ləzizdir.
"AĞ QIZIL" USTASI
Fermer əmim tarlada
Pambıq
əkib-becərir.
Yerə
düşən hər
toxum
Öz vaxtında cücərir.
Pambıq
sahələrində
Hər
il məhsul bol olur.
"Ağ qızıl" anbarlara
Rahat, itkisiz dolur.
Əməksevər əmimin
Burda var
alın təri.
Zəhmətli halal işin
Yoxdur, tayı-bənzəri.
MƏN
DƏ LALƏYƏM
Söylədi
İncə qız.
Dodağı
Qönçə qız.
Laləsən,
Bilirəm.
Üzünə
Gülürəm.
Adımı
Almısan.
Dillərə
Salmısan.
Yalan yox
Sözümdə,
Laləyəm
Özüm də.
TƏNHA
AĞAC VƏ KÜLƏK
Bir Ağac çöldə
Yaşayırdı tək.
Onu narahat
Edirdi Külək.
Ağaca
dedi:
-Sən ki tənhasan.
Yıxmağım səni
Olacaq asan.
Ağac
söylədi,
-Təkəm, tənhayam.
Mən bu çöllərə
Tanrıdan payam.
Qıra
bilərsən
Budaqlarımı.
Yola bilərsən
Yarpaqlarımı.
Köküm daima
Yerdə
qalacaq.
Böyüyüb yenə
Ağac
olacaq.
Nə olsun, yoxdur
Arxa-dayağım.
Bil ki, bərkiyib
Yerə
ayağım.
GÜNAYIN
SƏHVİ
Bir payız səhərində
Günay
durdu yuxudan.
Şimşəyin bərk səsindən
Gözün qırpdı qorxudan.
Baxdı
pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi:-dərsə getməyə
Soyuq verərmi aman?
Anası
qulaq asıb
Bəhanəni anladı.
Qucaqlayıb qızını,
Bir balaca danladı.
Söylədi qızcığaza:
-Boran-çovğun olsa da,
Məktəbi heçə sayıb
Dərsi
verməzlər bada.
Günay
səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını götürüb
Yola düşdü məktəbə.
AĞILLI
DOVŞAN VƏ YALANÇI QOCA
(Nağıl)
Keçmiş zamanlarda meşə
ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı.
Onlar çox yaşlı olmalarına baxmayaraq, çətinliklə
də olsa gündəlik yeməklərini
təmin etmək üçün bağlarında
tərəvəz becərib
satırdılar. Qoca çox vaxt meşə ərazisində
quş ovlamaq üçün tələ
qurardı. Günlərdir
qurduğu tələni
yoxlamağa gedən qoca hər dəfə
evinə əliboş
qayıdardı. Qarı
da onun əliboş gəldiyini görəndə
deyinərdi. Çoxdandır
dilinə ət dəymədiyini,
tezliklə quş ətindən kabab yemək
istədiyini bildirərdi.
Bir gün qoca yenə meşədə qurduğu tələni yoxlamağa gedirdi. Birdən tülkünün
kök bir dovşanı qabağına
qatıb qovduğunu gördü. Həyəcandan
ora-bura hoppanıb qaçan dovşan quş tələsinə doğru gəlirdi. Qoca ağacların arasından boylanıb bu qovmacanın sonunun nə ilə bitəcəyini gözləyirdi. Çox çəkmədi ki, yolunu
itirən dovşan qocanın qurduğu quş tələsinə özünü çırpdı.
Tərpənmək istəyəndə
pəncələri və
ayaqları ilişib tələdə qaldı.
Qoca cəld önə çıxdı,
tülkünü qovub
uzaqlaşdırdı. Daha
sonra tələyə
düşmüş dovşanı
tutub sevinclə gülməyə başladı.
-Bu gün sən mənim ailəmin qismətinə düşən
paysan. Xanımım məni
çoxdandır dəng
edib, ürəyindən
kabab yemək keçir.
Səni özümlə
aparıb ətindən
dadlı kabab çəkəcəyəm.
Dovşan bunları eşidəndə qocaya yalvarmağa başladı:
-Mənim yuvam yerin altındadır. Orada yeni doğulmuş balalarım var. Məni yesəniz, onlar yerin altında aclıqdan öləcəklər.
Gəl sən məni yeməkdən əl çək. Əvəzində mən bostanda əkilən bütün tərəvəzləri
toplamaq üçün
sənə kömək
edəcəyəm. Beləcə
sənin də, xanımının da işləməkdən
canınız qurtarar.
Qoca məhsul toplanan vaxtı nə qədər əziyyət çəkdiklərini
yadına salıb dovşanın sözləri
ilə razılaşdı.
Dovşana qəti xəbərdarlıq edib dedi:
-Bax, dovşan, mən və xanımım çox qocalmışıq. Məhsul
toplamaq bizi lap əldən-ayaqdan salır.
Həyatını balalarına
bağışlayıb səni
azad edəcəyəm.
Amma sən də sözünü tutub bizim bostanın məhsulunu başdan-başa
toplayacaqsan. Dovşan razılıq edəndən
sonra qoca onu qucağından yerə qoydu. Dovşan sağollaşıb
torpaqda qazdığı
dəliyə girib balalarının yanına
getdi.
Qoca evə gələndə acgöz qarı qaşqabağını sallayıb
onu gözləyirdi. Qocanı görən kimi tez deyinməyə
başladı:
-Yenə əliboş gəlmisən? Sənə
demədim ki, ürəyim
dadlı kabab istəyir? Sən isə görünür heç bir işə yaramırsan. Qoca gülüb dedi:
-Ay xanım, əsəbiləşmə.
Mənim qurduğum tələyə quş düşməsə də,
əvəzində kök,
yağlı bir dovşan düşmüşdü.
Ağzı sulanan qarı daha da qəzəbləndi və
dedi:
-Bəs hanı o dovşan? Niyə gətirib ətindən
kabab çəkmirsən mənim
üçün? Qoca
Qarını sakitləşdirib
dedi:
-Ay xanım, mən nə etdiyimi yaxşı bilirəm. Dovşan bunun əvəzində bizim üçün bostanın
məhsullarını başdan-başa
toplayacaq. Daha biz iki beli bükülmüş
qoca bundan sonra əziyyət çəkməyəcəyik. Hələ iş bununla bitmir. Öyrəndim ki, dovşanın
yerin altında təzə doğulmuş
balaları var. Çox
keçməz ki, onlar
da böyüyər. Onda
həm ana dovşanı,
həm də balalarını tutub ətlərindən özümüz
üçün bir neçə cür dadlı yeməklər bişirərik. Acgöz qarı qocanın bu sözlərindən xoşhal oldu. Tək-tük dişləri
olan ağzını açıb xeyli güldükdən sonra dedi:
-Bəh-bəh, nə yaxşı, daha bundan sonra iş
görməyəcəyəm. Bir neçə aydan sonra da hər gün dovşan ətindən dadlı yeməklər yeyəcəyəm.
Vaxt ötdü, vədə çatdı. Bostanda bol məhsul yetişdi. Dovşanın balaları da artıq böyümüşdülər. O, balalarını da götürüb
bostana gəldi. Əvvəlcə dovşanlar
torpağın altından
kartofları çıxarıb
səbətlərə yığdılar.
Sonra kələmləri bir
yerə topladılar. Ardınca yemiş, qarpız və balqabağı da dərdilər.
Bir neçə gündən
sonra dovşan və balaları bostandakı bütün məhsulları yığıb
qoca və qarısına təhvil verdilər. Daha sonra ana dovşan qoca və qarısına
səslənib dedi:
-Biz sözümüzü tutduq.
Bostanda olan bütün məhsulu topladıq sizin üçün. İndi isə
mən və balalarım gedirik. Növbəti məhsul vaxtı yenə sizə kömək etməyə gələcəyik.
Qoca dovşanların aradan çıxmaq istədiyini görüb tez həyətin qapısını bağladı.
Təəccüblə baxan
dovşanlara üzünü
tutub dedi:
-Mənim xanımım dovşan ətindən
kabab yeməyi çox
xoşlayır. Mən
də ona söz vermişəm ki, siz dovşanların ətindən ona dadlı yeməklər hazırlayacağam. Ana dovşan
qocanın verdiyi sözdən döndüyünü
görüb hiyləyə
əl atdı. Qocaya bir az
da yaxın gedib dedi:
-Mən və balalarım sizin bu istəyinizə etiraz etmirik, ancaq bizim ətimizi
gərək səhər
gün çıxmamış
yeyəsiniz. Gün çıxandan sonra ətimiz acı və dadsız olur. Ömründə heç vaxt dovşan əti yeməyən qoca dovşanın bu sözünə inanıb
dedi:
-Lap yaxşı, necə də olsa, həyətin
dörd bir yanı daş hasardır. Qapını
da yaxşıca bağlamışam.
Heç yana qaça bilməyəcəksiniz.
Səhər tezdən
gün çıxmamış
mən sizin ətinizdən özümə
və xanımıma dadlı yeməklər bişirəcəyəm. Bunu
deyəndən sonra qoca evə girdi.
Axşam oldu. Qoca və qarı
dovşan ətinin kababını xəyal edərək yuxuya getdilər. Dovşan və balaları isə gecəni yatmadılar. Hasarın altından çölə
dərin bir yol qazıb bağlı yerdən qurtuldular. Gedəndə özləri üçün
yeməyə qocanın
anbarından xeyli tərəvəz götürdülər.
Meşənin dərinliklərində
özlərinə yuva
qurmaq üçün
qaçaraq gözdən
itdilər.
Qoca və qarı sübh tezdən qalxıb dovşanları axtardılar. Həyətdə
heç bir dovşan gözlərinə
dəymədi. Qoca hasarın altında qazılan dəliyi görəndə işin nə yerdə olduğunu anladı. Dadlı dovşan ətindən kabab onlar üçün xəyal olaraq qaldı. Heç vaxt dovşan ətinin dadına baxa bilmədilər. Növbəti
məhsul vaxtı isə hər ikisi beli bükülmüş
halda, əvvəllər
olduğu kimi çətinliklə tərəvəzləri
özləri toplamağa
başladılar. Acgözlük
etdikləri üçün
elə hey özlərini
danlayırdılar. Çünki
onlar əllərinə
düşən şansı
yaxşı dəyərləndirə
bilməmişdilər.
Olaylar.-
2024.- 12-18 yanvar, ¹1.- S.23.