“TÜRK” etnonimi və törələri
Əvvəli ötən saylarımızda
Göründüyü kimi Strabonun İberiyada yerləşdirdiyi Tarrakon şəhəri tar/tor/tur termini ilə sıx bağlıdır və
"tar"a yalnız
türk dili anlamı tərəfindən
yanaşıldıqda bu
sözün mənasını
başa düşmək
olar.
Daha sonra Strabon yazır:
"Tarrakondan yol İberdən keçərək
Saqunta və Setabeyə girir".
Saqunt şəhəri göründüyü
kimi, "saq" etnonimi ilə sıx bağlıdır.
Saqlar haqqında biz yuxarıda qismən bəhs etmişdik. M.Kaşğariyə görə
sak / saq işdə huşyar, ayıq, zirək olan adama deyilirdi.
Zirək adamlar eyni zamanda "sakər" adlanırdı,
gözətçinin ayıq
olması üçün
söylənən söz
sak-sak idi.
Maraqlıdır ki, istər Azərbaycan,
istər Orta Asiya, istər Qara dəniz ərazilərindən tapılmış
kurqan abidələrindəki
arxeoloji materiallar eynilik təşkil edir. Bu da əsas verir ki, "iskit, saq, türk tayfaları bir mədəniyyətə - türk
mədəniyyətinə malikdir"
fikrini söyləyək.
Firidun Ağası oğlu "Qədim türk eli - saqa-qəmər boyları" kitabında
yazır: "Başqa
türk xalqları ilə bərabər azər xalqının təşəkkül tapmasında
saqa boyları mühüm rol oynamışdır. Islamaqədərki
tarixi qaynaqlar min ildən artıq bir dövrü əhatə edən bəlgələrlə saqa
boylarının yayıldığı
bölgələr, qurduğu
dövlətlər, onların
köçü, etnoqrafiyası,
etnik gələnəkləri
və mifologiyası haqqında zəngin məlumat verir". Daha sonra F.Ağasıoğlu saqaların
ilk dəfə harada məskunlaşdığı haqqında
qədim qaynaqlara istinadən maraqlı mülahizələr irəli
sürür:
"Azər xalqının qədim adını bildirən azlar (az ərlər) kimi qızıl və saqar boyları
da Doğu ellərə
Azərbaycandan getmişlər.
Doğudakı qızıl
boylarının bassaqar
uruğu da "baş
saqar" etnonimi ilə tanınır. Saqar və soqat
boylarında fərq yalnız topluluq bildirən az/ıt şəkilçiləri
olduğundan "baş
saqalar" anlamını
gerçəkləşdirən baş saqar və massaget etnonimi sinonim adlardır. Saqaların quzey və doğu
ölkələrə Azərbaycan
üzərindən keçib
getməsini sübut edən faktlardan biri də Güney-Doğu
Anadoluda bir neçə saqa yaşayış məskəninin
Aşşur qaynaqlarında
qeyd olunmasıdır.
Belə ki, miladdan öncə XII əsrdə
Van gölündən güneydə
saqa adlı iki kənd və
miladdan öncə
VIII əsrdə Dəclənin
yuxarı axarından
Saka (Sakka) adlı yaşayış məskəni
Aşşur qaynaqlarında
yer almışdır.
N.V.Qriqoryev "Sakka" terminini iki "k" ilə "Skif xalqları saklar haqqında" adlı əsərində beş dəfə hallandırıb.
D.Aytmuratov isə özünün "Türk
etnonimləri" kitabında
qeyd edir ki, "sak" etnonimini yalnız türk materiallar əsasında izah etmək mümkündür.
O, "sak" sözünü
"hörmək" və
"toxunmaq" anlamı
kimi verir və bunu eyni
zamanda, sakların saçlarının hörülməsi,
yaxud saç forması ilə əlaqələndirir. Sakların
- massagetlər Azərbaycanda,
Araz çayının
ətrafında yaşamasını
Strabondan beş yüz il əvvəl yaşamış Herodot da
təsdiq edir. O yazır:
"Köçəri iskitlər
Asiyada yaşayırdı.
Massagetlərlə savaşda
məğlub olanda Araz çayını keçib kimmerlərin yanına köç etdilər (deyirlər iskitlərə məxsus olan ölkədə ta qədimdən kimmerlər
yaşayırdılar)".
"Asiya" dedikdə bəzi alimlər belə hesab edirlər ki, bu yalnız Orta Asiya, yaxud Mərkəzi
Asiya ola bilər və Xəzərin qərb hissəsi isə Azovaqədərki böyük bir ərazi hesab edilə bilməz. Amma qədimdə möhtəşəm
kitablar yazan müəlliflər belə
hesab etmirdilər. Bu barədə strabon yazır:
"Tanaisdən (Rostov yaxınlığında
bu qədim şəhərin xarabalıqları
hələ də qalır, həm də Don çayının
əski adıdır
- Y.O.) və Meotiddən
(Azov dənizi - Y.O.) tavrın
o biri tərəfinə
Asiya vilayətləri
uzanır. Tavrın dağ silsiləsi Asiyanı iki yerə bölür... Yunanlar şimala doğru uzanan materikin bu hissəsini
"İş Tavr",
cənuba doğru uzanan hissəsini isə "Dış Tavr" adlandırırlar.
Tanais və Meotid ərazilərinə
düşən vilayətlər
Tavrın "iç"
ərazisinə aiddir.
Bu hissələrdən birincisi
Kaspi dənizi ilə Evksin Pont (Qara dəniz - Y.O.) arasında yerləşir.
Bu vilayətlər də
Hirkan dənizi (Xəzər dənizi -
Y.O.) Pont arasında Qafqaz
da daxil olmaqla Meotid savromatları və savromatlar, iberlər və albanlar, həmçinin skif, axey, ziq
və qenioxlar yaşayırlar; Hirkan dənizinin arxasında isə skif, girkan, parf, baktriy
və başqalarının
bir hissəsi yaşayır..."
Bu fikirləri Pompey Troq və Siciliyalı Diodor da təsdiq edir. Pompey troq yazır:
"I
kitab. (5) Tarixdə ilk dəfə
Aşşur çarı
Nin qonşu ölkələri
tutmağa başladı
(6). Doğrudur, daha qədim çağlarda Misir çarı Vezois və Saqat çarı Tunay da (bu hərəkətlərdə
bulunmuşlar); Bunlardan
birincisi Ponta, ikincisi isə Misirə qədər yürüş
etmişdi.
II kitab.
(3.1) Skitlər Asiya üzərində üç
dəfə hökmranlıq
etməyə nail olmuş,
özləri isə nə məğlub, nə də başqasının hakimiyyətinə
tabe olmuşlar, (2)
Pers çarı Dariusu
biabırçılıqla Skifiyadan qovmuş, (3) Kuruşu bütün qoşunu ilə birlikdə öldürmüş,
(4) eyni şəkildə
ordu başçısı
böyük Aleksandr Zorizionu
qoşunu ilə birgə darmadağın etmişdilər..., (6) qüdrətli
Parth və Baktriya dövlətlərini
qurdu, (7) Skit xalqı həm daxilən, həm savaşda zəhmli, bədəncə
fövqəladə möhkəmdir,
onlar itirmə duyğusu olan heç nə axtarmır, qalib gələndə isə şöhrətdən savayı
heç nə ummurlar.
XI kitab.
(1.1) Belə ki, bütün
dünyanı romalılarla
öz aralarında ikiyə bölmüş və indiki Doğu üzərində
hökmranlıq edən
parthlar skit qaçqınlarının
törəmələridir. (2) Bu onların adından da məlumdur, çünki
skit dilində "pardı"
sözü qaçanları
bildirir".
Siciliyalı Diodor isə yazır:
"İndi
də (hindlilərlə)
qonşu ölkədə
məskun olan skitlərə keçək.
Onlar əvvəllər
o qədə rdə böyük olmayan qəbilələr də yaşayırdılar, lakin
sonralar tədricən
özlərinin artan qoçaqlığı, hərbi
gücü ilə böyük ərazilər
zəbt edib öz boylarını böyük şöhrət
və iqtidar sahibi etdilər.
Əvvəllər onlar azsaylı olub Araz qırağında
yaşayırlar, şan-şöhrətsiz
olduqları üçün
onlara həqarətlə
baxılırdı; lakin
hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən savaşqan
başçılarının rəhbərliyi altında
Qafqaza qədər dağlarda, Meotiy gölün sahillərindəki
dülərdə və
tanais çayına qədərki sair bölgələrdə özlərinə
ölkə əldə
etdilər... (4) Xeyli vaxt keçəndən sonra Tanais çayından
o tərəfə Trakiyaya
qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa
istiqamətə yönəltdilər,
Misirin Nil çayına
qədər özlərinin
hökmranlığını yaydılar" [95. 31].
Göründüyü kimi, bütün qədim mənbələr saq / k-ların ilkin yurdları kimi Azərbaycan və Anadolunun olduğunu qeyd edir. Qiyasəddin
Qeybullayev "Qədim
türklər və Ermənistan" kitabında
qeyd edir ki, Albaniya torpaqlarında
"Alban" etnik adını
daşıyanlardan başqa,
e.ə. VIII yüzildən
etibarən türk kökənli kimmer, sak və quqarıarın
yaşamaları heç
şübhəsizdir. Miladdan
öncə burada türkdilli aran, qarqar, kəngər, tərtər, suvar, gul, peçeneq xalqlarının
yaşamaları bir faktdır.
Şumercə "şab" mövcud
olub, mənası
"orta" deməkdir.
Ümumtürkcədə "şab" termininin müxtəlif variantları
mövcuddur; şab/çap/şak/çak/sak-ın mənası "böl",
"doğra", "ortadan
çap", "bərabər
hissəyə böl"
anlamını verir. Çox güman ki, sak etnoniminin də mənasını döyüşkənlik, ərənlik,
çapmaq-doğramaq, qəhrəmanlıq
kimi anlamaq olar.
Beləliklə, saq(k)lar kimlərdir?
Doğrusu, XVII-XVIII əsrlərə qədər "saq
(k)"ların milli kimlik
problemi mövcud deyildi. Yunan mənbələrindən tutmuş
min il fasiləsiz tarix
yazan Bizans mənbələrinə qədər
saq, hun, iskitlər türk boyları kimi qələmə alnırdı.
Məsələn, Bizans
imperatoru I Aleksey Komininin
qızı Anna Kominina
dövrünün məşhur
tarixçisi və yazarı idi. Anna Kominina atasına həsr etdiyi "Aleksiada" əsərində
XI əsrin sonu, XII əsrin başlanğıcında
baş verən hadisələri qeyd edərkən daha çox türklərin fəaliyyətindən yazır
və onları tez-tez skif (iskit)
adlandırır. Məlumdur
ki, Bizans imperatorunun qoşununda məşhur türk sərkərdələri
olub. Anna Kominina onlardan ikisinin adını çəkir.
Biri uz/quz tayfasının adına uyğun olaraq Uz, digəri isə yenə də uz/quz
tayfasına aid olan Ərgir Qaraca adlanırdı. Əsas məsələ ondadır
ki, xanım yazar qeyd edir ki, onun
atası qıpçaqlardan
ibarət bir ordu yaratmışdır və sarayda uz/quzları, qıpçaqları və
digər türk tayfalarının hamısı
birlikdə skif (iskit) adlandırırdılar.
Qayıdaq Strabonun
"Coğrafiya" kitabına.
O yazır: "Keltiberlərdən
şimalda varonlar yaşayırlar... Onların
şəhəri Variy
- İberin keçidində
yerləşir... onların
vilayətləri barmetlərlə
birləşir, hansı
ki, müasirləri onları
bardullar adlandırırlar.
Qərbdə isə
Astur, Kallan, Vakkeylərin
bir hissəsi yerləşir... Saqobriq və Bilbilis şəhərləri keltiberlərə
məxsusdur..."
Göründüyü kimi, bu türk toponimləri
və etnonimləri haqqında eramızdan əvvəl Strabon yazır. Məsələn
o, varon etnonimi qeyd edir və
onların şəhərini
Variy adlandırır.
"Var" termini "mövcud" mənasını verir. Eyni zamanda L.N.Qumilyov da qeyd edir ki, avarları bəzən "var" da adlandırıblar.
Mahmud Kaşğaridə "var" sözü müxtəlif
mənalar verir:
"Bar =
var, mövcud
Barlıq
= varlı, zəngin
Bar = böyük
Bar = peyda olmaq, vermək
(ber)
Bar = varmaq, getmək
"Var/bar"
sözü "Qədim
türk sözlüyü"ndə
də demək olar ki, eyni anlamları
verir:
Bar = var
Bar = nəqd Bar = getmək,
yola çıxmaq Bar
= vurnuxmaq Bar = yoxa çıxmaq Bar = ölmək
(barur sen bu malin azunda
qalursən - öləcəksən,
var-dövlətinsə bu
dünyada qalacaq) Bariy = yürümək, göndərmək".
Əvvəlki fəsildə biz alanlar
haqqında yazmışdıq.
L.N.Qumilyov "Qədim türklər"
kitabında qeyd edir ki, Kubanın sahillərində Bizansın
müttəfiqi olan alanlar yunanlara yeni bir xalqın - avarların meydana gəlməsi məlumatını
verdi. Xatırladaq ki, bu hadisələr eramızın VI əsrində
baş verib və avar türkləri
ilk dəfə bu zaman
Bizans mənbələrində
göstərilib.
Ardı
var
YUNUS OĞUZ
Olaylar.-
2025.- 4-10 aprel, ¹11.- S.12.