“TÜRK” etnonimi və
törələri
Əvvəli ötən saylarımızda
Avarların Qara dəniz sahillərinə gəlməsi
də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində
başda İstemi xan olmaqla göytürklər
Qərbə yürüş
edirlər. Göytürklərdən
qaçan avarların
vəziyyəti ilk baxışdan
çox pis görünür. Çünki
arxadan güclü bir ordu gəlirdi.
Odur ki, onların əsas məqsədi göytürklərdən daha
uzaq məsafədə
olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər
fəallaşmağa başladılar
və İstemi xanın fikrini avarlardan yayındırdılar.
Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa
başladılar. Onlar
alan başçısı
Sarosdan Bizansla dostluq əlaqələrinin
qurulmasını xahiş
etdilər. Alan başçısı
Saros avarların Bizansla
əlaqə qurmasına
kömək etdi və avar səfirini
Konstantinopola göndərdi.
Amma Bizans paytaxtında
Yustinianın avarlara münasibəti
birmənalı olmasa da və onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə
müxtəlif hədiyyələrlə
birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən
olan sasanilərin üzərinə hücum
etsinlər. İmperiyanın
düşmənləri üzərinə
yerimək əvəzinə
avarlar müttəfiqlərinin
üzərinə hücuma
keçirlər..
VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi
qəbul edərək
"var" adlandırırdılar. Bu anlaşılmazlıq avarların
tam qələbəsini təmin
etdi. Daha sonra avarlar Bizansın
müttəfiqlərini bir
bir sıradan çıxarmağa başladı.
Qafqazda əgər avarların müttəfiqləri
alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.
Sabirlər tərəfindən avarların
"var" adlandırılmasını L.N.Qumilyov "böyük olmayan linqvistik səhv" adlandırır. Lakin bu fikirlə razılaşmamaq
da olar. Belə ki, göytürklər də
avarları "varxunit"
adlandırır. Məsələn,
L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:
"Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: "Sizin şah zamanı ələndə cəzalanacaq
ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz
halda, qullarım olan varxuintlərlə... (avarları nəzərdə
tuturdu - L.N.Qumilyov)
müqavilə bağlayırsınız.
Amma varxunitlər (türküt
- LN.Qumilyov - göytürk - Y.O.) türkün
təbəəsi kimi,
mən istədiyim
zaman yanıma gələcəklər..."
Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans
imperiyasından və
Avropanın digər ölkələrindən bac alırdılar.
Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.
Biz bilərəkdən VI əsrdə
avarların fəaliyyəti
haqqında bir qədər geniş yazdıq, hərçənd
"var" və "varxunit"
etnosları, onların
müqayisəli analizi
ilə də kifayətlənə bilərdik.
Lakin bizi məsələnin
başqa tərəfi
daha çox maraqlandırır. Nəzərə
alaq ki, L.N.Qumilyovun
qeyd etdiyi "var/varxuintlər", yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər.
İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə
Qara dənizin şimal hissələrinə
və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.
Beləcə məntiqi bir sual meydana gəlir;
Strabonun Avropanın qərbində yerləşdirdiyi
var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada
var-avarlar nəinki yaşamış, hətta
Varon adlı şəhər də salıblarmış. VI əsrdə
göytürklərin əlindən
qurtulan, Şərqdən
Qərbə böyük
axın edən avarlar imperiya qurmamışdan 600 il öncə,
sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan
gəlibmiş bura
var-avarlar? Bəlkə
onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış
yolunu tapmaq çox çətindir.
Amma mümkündür. Türklərin
Şərqdən Qərbə
axınından öncə,
tarixin müəyyən
qırılmış anında
Qərbdən Şərqə
böyük türk axınları olmuşdur.
Eramızdan çox-çox əvvəllər
Avropada yaşamış
var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif
ola bilər; müharibə
və quraqlıq təbii fəlakət - sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi
nəticəsində məğlub
olaraq yenidən Qərbə köç edib, bu dəfə
böyük imperiya qura bilmişlər.
Bunun səbəbini L.N.Qumilyov
belə göstərir:
"Bizi etnosun tarixi,
etnogenezi - etnosların
yaranması və yox olması maraqlandırmalıdır. Belə
ki, birincisi bizə qədər etnosların yaranma
və yox olma prosesi açılmamışdır,
ikincisi isə bu prosesi açıb
göstərmək üçün
bizə o material lazımdır
ki, arxiv məlumatları
ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa
bilərik. Beləsi isə tarixi hadisələr, onların
əlaqələri və
ardıcıllığıdır" .
Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını
L.N.Qumilyov "Qədim türklər"
kitabında gözəl
verir,ancaq bir xətt üzrə - Şərqdən Qərbə
axın üzrə. Əks proses yoxdur. O yazır:
"...Beləliklə, türkütlər
(göytürklər-Y.O.) ilyarım
ərzində bütün
Mərkəzi Qazaxıstanı,
Yeddisuarasını və
Xarəzmi özlərinə
tabe etdilər. Sonra da
çox çətinliklər
başladı. Aral dənizinin
şimalında göytürklər,
xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız
558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər
- Y.O.) Volqaya çıxıb,
onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının
20 min adamı qalmışdır
ki, sonradan bu iki tayfa birləşərək
avar adını aldı". Göründüyü
kimi L.N.Qumilyov
tarixi prosesləri, etnosların yaranmasını
ardıcıllıqla versə
də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli
professor Q.Stratanovski tərəfindən 1964-cü ildə
tərcümə edilmiş
"Coğrafiya" kitabı
ilə tanış olmasın. Bu kitabda göstərilən türk
toponimləri, hidronimləri
və etnonimləri nəzərdən keçirilməsin.
Sual açıqdır.
Strabondan iqtibas çəkdiyimiz sətirdə
o "bermet"lərin də
adını çəkir.
M.Kaşğaridə "ber"dən
yaranmış sözlər
aşağıdakı mənaları
verir:
"Ber =
vermək, gəlmək
Beriqsə = vermək, istəmək
Beril = verilmək
Bergə
= qamçı, qırmanc
(bərkə)
Berklək = qorutdurmaq
Bert = ağanın kölədən
aldığı vergi.
"Qədim türk sözlüyü"ndə "ber" sözü demək olar ki, eyni mənaları verir.
Ber = vermək, təqdim etmək, bağışlamaq.
Ber = ərə vermək (qızımin qalinsiz bertdim - qızımı ərə verəndə qan bahasını almadım).
Ber = ödəmək
Beri = bura
Berkit = möhkəmləndirmək, tutmaq
Bert = ağanın kölədən
aldığı vergi
Bertü
= gödəkcə
Berü
= bura".
Eləcə də Strabonun qeyd etdiyi "bardul"lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, "bardul" sözünü
bar+dul, həm də bard+ul kimi oxumaq olar.
"Bard" sözündə "a"
hərfinin "o" hərfinə
fonetik dəyişməsi
nəticəsində "börd"
kimi də oxuna bilər.
Bəllidir ki, saitlər sistemində
tarixi dialektologiya baxımından gözə
çarpan xüsusiyyətlərdən
biri o - a səs uyğunluğu ilə bağlıdır. Müasir
türk dillərində
bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə
o - a formasında təsadüf
edilir. Məsələn,
"ov" sözü
"Dədə Qorqud"da
"av" kimi oxunur;
"av ovlayıb", "ava çıxdı", "qara
qavurma" (100) və
s. yaxud, "Gözü
can avutmağa xumar imiş" (Q.Burhanəddin),
"Avlıxda bu gün avlar ikən yarə yoluxdum" (Xətai),
"Əyninə geyib
qırmızı, yalav-yalav
yanır üzü"
(Qurbani), "Avçısı olmuşam sən tək maralın"
(101). Göründüyü kimi "a/o" səs əvəzləməsi nəticəsində
"bard" sözü "börd" kimi də oxuna bilər.
Bord/borü/buri isə
qədim türk dilində "qurd" mənasını verir. Əlavə edək ki, qurd totemi "Dədə Qorqud" eposunda önəmli yerlərdən birini tutur. Məsələn,
"qara başım qurban olsun qurdum
sana", "Azvay qurd əniyi erkəgində bir köküm var" və
s. buna bənzər ifadələr
əsatir vaxtlarda ulu babalarımızın qurdu
soykök-totem saymalarına
işarədir.
Daha sonra Strabon Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin
adını çəkir.
Məlumdur ki, müasir Azərbaycan
və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. "Qədim
türk sözlüyü"ndə
"bil" sözü
müxtəlif mənalar
verir:
"1. Bil = bilmək
2.bil = öyrənmək, dərk
etmək;
3. bil = məsuliyyət hiss etmək;
4.bil = bilmək, fikirləşmək;
5.bildür
= xəbər vermək;
Bilgə
= aqil, çox bilən;
Bilgə
bilig = ağıllı,
hər şeyi dərk edən" .
M.Kaşğaridə bu söz demək olar ki eyni mənanı
verir:
"Bil = bilmək;
Bildüz
= bildirmək, öyrətmək;
Bilməsin = bilirmiş kimi
görünmək;
Bilgə
= bilgə, ağıllı,
müdrik, alim, hakim;
Biligsə = ağıllı olmağı
istəmək".
Yaddan çıxarmayaq ki, qədim
şumerlərdən bizə
gəlib çatan dastanın baş qəhrəmanı da Bilqamısdır.
F.Ağasıoğlu "Azər oğlu" kitabında bu barədə yazır:
"Bilqamıs adında "Gilikli" anlamı olduğu üçün
şumerlər də bu qəhrəmanı
"hər şeyi bilən"el başçısı
kimi öygüləmişlər.
Akkadlar da bu dastanın ilk misrasını
"Dünyagörmüş barədə" sözləri
ilə vermişlər.
Bilqamısın adı
türk dövlət başçılarına verilən
"Bilgə" titulu
ilə də izah oluna bilər,
məsələn, 581-ci ildə
göytürklərin batı
qolunda xaqan elan edilən Tardu xaqan "Bilgə" titulu almışdı, məşhur Tonyukuk da bu titulu daşımışdır".
Göründüyü kimi, təkcə Strabonun "Coğrafiya" kitabında
nə qədər türkmənşəli hidronimlər,
toponimlər, etnonimlər
var. Onlardan bir neçəsini- Avropada göstərilən sözləri
sizə təqdim edirik:
Toponimlər Hidronimlər Etnonimlər Şəxs
adları
Abu Akuti
Akarnan Aqis
Albiy Albiy Aliy Alet
Albu Albula Aksibiy Arat
Alor Ana Albek Bark
Alp Araq
Aparn Qarpaq
Apatur Asay Artabr Palak
Arelat Atgis Arvak Tarkon
Asta Atak Arver Tarkvin
Burxani Bat Astur Temen
Elatey Batiy Atamon Timux
Et Duriy Azan Tusnel
Etay İlissu Balar Us
Evbey Kallant Bard Tumelik
Girin Qalat Bardul
Xalkis Sal Dondar
Kalpa Taq Etrusk
Kamarin Tavr Gel
Kamik Tirren Karpatan
Karsul Var Kuri
Kumar
Kimmer
Kor
Qaba
Kenay
Parat
Kenoba
Sabin
Menova
Sakvan
Olbiy
Salas
Onoba
Salar
Salas
Talar
Salqan Turdul
Tusk
Varaç
Biz hələ bu siyahını xeyli uzada bilərdik. Amma məqsəd bu deyil. Məqsəd odur ki, faktlar əsasında yazdığımız
nəzəriyyəni bir
daha sübut edək, yəni L.N.Qumilyovun "Şərqdən Qərbə
axın" nəzəriyyəsi
öz-özünə əhəmiyyətini
itirmiş olur. Bu yaxınlarda işıq üzü görmüş
"Şumer kilidi"
kitabının müəllifi
Rizvan Cəbiyev yazır:
"Türklərin Şumer əsilli olmasını əngəlləyən ən
başlıca maneə
- tarixdə ilkin geniş miqrasiyasının
Qərbdən Şərqə
deyil, Şərqdən
Qərbə, yəni Orta Asiyadan Avropaya
doğru olması barədə yanlış
ideyadır. Şübhə
etmirəm ki, bu ideyanı siyasətçilər
düşünmüş və
"elm dəllalları"nın əli ilə həyata keçirmişlər.
Məqsəd türkləri
öz köklərindən
qoparmaq və Orta Asiyanın qızmar günəşi
altında "susuzluqdan"
qurudub məhv etmək olmuşdur. Amma yüzlərlə,
minlərlə təkzibolunmaz
dəlil bunun əksini sübut edir: xalqların ilk "Böyük köçü"
batıdan doğuya doğru idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən
çoxpilləli zikkuratların
eynisini e.ə. I minillikdə Altun-Təpədə
tapılmasını başqa
nə ilə izah etmək olar?"
Türk
dövlətlərinin yaranmasına
gəldikdə isə
professor Fazil Qaraoğlunun
bu barədə maraqlı fikirlər vari: "İndiyə qədər aparılan tarixi araşdırmalar üzərində ən çox durulan və işlənən yerlər Ön Asiyadır... Tarixin qədim dövrlərində
qurulmuş bir
çox dövlətlər
və mədəniyyətlər
vardır...
Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixən qədim türk dövlətlərinin də
buralarda qurulmuş olması təbiidir. Fəqət, Orta Asiyada aparılan araşdırmalar hələ
o qədər də irəli getməyib. Çin və yunan mənbələrindən
əldə edilən məlumatlar da m.ö. I və II minillərdən
o yana aşa bilmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman ölçüsündəki
sırasını və
yerini hələlik Ön Asiyaya buraxmışdır. Bu etibarla
tarixdə qurulmuş türk dövlətlərini
sıralarkən isə
Ön Asiya məmləkətlərindən başladıq".
ARDI VAR
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 11-17 aprel, ¹12.- S.12.