“TÜRK” etnonimi və
törələri
Əvvəli
ötən saylarımızda
Türk
törəsi nədir?
Yuxarıda
qeyd etdiyimiz kimi törə anlamı səndən yuxarıda
duran, ocaq başında oturan, yazılmayan, yəni şifahi
olaraq ağızdan-ağıza keçən bəylikləri,
eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir
sözlə, müasir dildə desək, toplumda siyasi və
sosial həyatı müəyyənləşdirən, düzən
verən və yazılı olmayan hüquq qaydalarına törə deyilir.
Törə
bütün irqləri və dinləri özündə birləşdirən
azadlıq verən, sosial münasibətləri müəyyənləşdirən,
insanların nizamını avtoritetə bağlayan, milli
barış və bərabərliyi qoruyan mədəni bir
qurumdur.
Türk
törəsində hər kəsin toplum içindəki yeri,
sırası və vəzifələri bu qaydalarla müəyyənləşdirilirdi.
Törə
haqqında araşdırmaçı alimimiz Əkbər N.Nəcəf
özünün "Səlcuqlu dövlətləri və
Atabəyləri tarixi" kitabında yazır: "Ailədən
(ocaq) dövlətə (il/el) qədər adlarını
çəkdiyimiz türklərdəki bütün bu sosial-ictimai
cəmiyyət formasiyaları, təşkilat və
qurumları yazısız qanun hesab edilən "törə/türə"
ilə idarə edilirdilər. Qədim türk kitabələrində
"törü" şəkilində keçən bu
sözün mənası "qanun-qayda, nizam idi".
Ayrıca olaraq türk törəsi cəmiyyətin
mövcudluğu və nizamını qorumaq üçün
dilənçiliyi, əyyaşlığı, avara gəzməyi,
vəfasızlığı, cahilliyi, tənbəlliyi və cəmiyyət
üçün yad olan ünsürləri, onun nizamını pozacaq hər bir
nəsnəni yaxına buraxmır və özündən kənarlaşdırırdı.
Türk
törəsinin özəllikləri
Yazılı
deyil, şifahidir.
Dildən
dilə, qulaqdan qulağa, nəsildən nəsilə keçərdi.
3. Xaqan da
daxil olmaqla hər kəs əməl etməlidir. (Bu da onu
göstərir ki, hüququn üstünlüyü əsasdır).
4. Adət
və ənənələrin, milli əxlaqın
pozulmasının qarşısının alınması, dinin
qorunması və digər məsələlər qurultay və
xaqandan soruşulur. Bu da onu deməyə əsas verir ki,
Türk dövlətləri heç zaman teokratik olmayıblar.
5.
Dövrün şərtlərinə görə törənin
bəzi müddəaları qurultayda dəyişə bilər.
6. Törənin
aşağıdakı maddələri heç zaman dəyişə
bilməz.
- Ədalət
-
Yaxşılıq
-
Düzlük
-
İnsanlıq
7. Törə
hökmlərinə görə cəza dövlət tərəfindən
verilir. Heç kim heç kimə özü cəza verə
bilməz. Bu da toplumda qan davasını əngəlləyir,
barış və huzur üçün vəsilə olur.
8.
Türk törəsində uzun sürən həbs cəzası
yoxdur.
9.
Türk törəsində dövlətə qarşı
üsyan, əsgərlikdən qaçmaq, adam öldürmək,
oğurluq, təcavüz kimi gunahların cəzası edam idi.
10.
Törələri saya almayan adamları hakim müəyyənləşdirir
və xaqanın başçılıq etdiyi məhkəmədə
hökm verilir.
11.
Türk törəsi uygurlar tərəfindən yazılı
hala gətirilmişdir.
Amma bizim əlimizdə
daha bir, Orxon-Yenisey abidələrində yazılmış,
bir-birindən çox da fərqlənməyən daha bir
törə var. Eyni zamanda, deyilənə görə, Oğuz
Xaqanın 33 maddəlik buyruğu da mövcuddur. Həmçinin
törəyə bənzər, lakin törə adlanmayan Dədə
Qorqudun da buyruqları var. Bunların hamısını
aşağıda sizin diqqətinizə
çatdıracağıq.
Törə
qaydaları
Qayda 1 - Təbiətsevərlik
Cəmiyyətdə
yaşayan qocalar və gənclər təbiətlə
bütünlük təşkil edirlər. Heç kim bitkilərə,
suya, havaya zərər verməməlidir. İqlimlərin dəyişməsinə
xüsusi önəm verilərdi. Sağlam baş sağlam bədəndə
olar, deyə faydalı və təbii yeməklərlə
qidalanar, bədən və hərbi təlimlərə önəm
verərdilər.
Qayda 2 -
Qadın haqları
Ailə içində
qadın və ər eyni hüquqlara sahibdirlər. Ər bir
qadınla evlənə bilərdi. Türk törəsində
mövsümə və hava durumuna, eyni zamanda köç edəndə,
səfərə çıxanda, yaş və toylara uyğun
olaraq qiyafət geyinərdilər.
Qayda 3
- Fəzilət (ərdəmlik)
Türklər
və Türk səlahiyyəti altında yaşayan hər kəs
güvənlidir. Hər kəs qorunur, eyni zamanda
çalışqan və usta olmalıdır. Türk törəsi
digər qəbilələrin və millətlərin üzərində
əxlaq dəyərlərilə ölçülür. Su
qaynaqları hamı üçün bərabərdir. Su
satılmaz. Kimisə sevmək adam öldürməkdən
ayıb deyil. Cinsi təcavüz əsla ola bilməz və bunu
heç kim cəsarət edib ağlından keçirə
bilməz, çünki bu, törəyə görə
ağır cəzalandırılır. Dövlətə zərər
vermək, ideallarına alçaltmaq, əxlaqi dəyərləri
gözdən və qiymətdən salmaq, sirr saxlamamaq da eyni
şəkildə cəzalandırılır.
Qayda 4 -
Ədalət
Türk
törəsində cəzalar çox qətidir. Bütün
toplum bunu bilir və əməl edir. Hər hansı boy, yaxud
tayfa bəyi qurultaylarda xandan və ya xaqandan hesab soruşa bilər.
Hər kəs (yönəltiçi və yönəldilən)
çiyin-çiyinə çalışır, bir-birlərinin
qarşısında cavabdehdirlər. Şərqə, günəşə
baxan evlərin qapısı kilidlənməzdi.
Çadırlarda isə iqlimə uyğun qapılar qoyulurdu.
Oğurluq yoxdur. Xaqan bəlli bir gündə evini əhaliyə
yağmalatdırırdı. Əski türklərdə
günah iki yerə bölünürdü.
"Şərəfli"
günah.
"Şərəfsiz"
günah.
Türk
törəsinə qarşı çıxan xanədan mənsublarına
ölüm cəzası verildikdə, onun yayının sicimilə
(kiriş) boğulurdu. Namussuzluğun, iffətsizliyin cəzası
ölüm idi.
Qayda 5 -
Ailə
Böyüklərə
hörmət, sayğı, kiçiklərə şəfqət
və sevgi mütləqdir. Bu toplumun inşa etdiyi təməl
nöqtəsidir. Bu pozularsa, törələr pozular, toplum
dağılardı. Ana və ata uşaqlara çox kiçik
yaşlarından başlayaraq törə qaydalarını və
qazanılan bilgiləri öyrədirdilər.
Qayda 6 -
Etika anlayışı
Toplumun
faydası üçün, əgər bu dürüst və
doğru fikirdisə, önü açılar, dəstək
verilər. Bu fikir yönətmən tərəfindən idarə
olunar. Törədən kənarda özündən razı
olan, xudpəsənd və kimsəni bəyənməyən
insan, yaşı nə qədər olursa olsun toplumdan kənarlaşdırılır.
Heç kimsə onunla danışmaz, süfrəyə dəvət
edilməzdi. Obadan çıxarılması əsas şərtdir.
Qayda 7 -
Azadlıq, (özgürlük), müstəqillik Türk
ulusunun (xalqın) türkdən
başqa yiyəsi olmaz. Türk hürr yaşamağa öyrənib.
Qayda 8 -
İnanc
Türk
dövlətinin dini yoxdur. Törəyə görə
bütün dinləri qəbul edənlər bərabər və
xoşbəxt yaşamışlar. Türklər din
sümürgələrinə dayanan bütün
iqtidarların yıxıldığını
görmüşlər. Törə dinin sümürməsini
heç vaxt əfv etməz. Din sahibləri siyasətə
qarışmamalıdır. Qarışanda xalq dağılar,
dövlət çökər.
Qayda 9 -
İdarəetmə
O
zamanlarına görə türklərdə dövlətin
idarə olunması ən demokratikdir. Dövlətin idarə
olunmasında törə əsasdır. Dövlət
yurddaşlarının pulsuz əlaqələrini,
sağlamlığını, təhsilini və güvənliyini
qoruyur. Bu baxımdan İpək yolunda (Asiya və Avropada) minlərlə
xidmət karvansarayları ilə dolu olurdu.
Qayda 10 -
Mədəniyyət
Türklər
digər mədəniyyətləri yaxına buraxmaz, təqlid
etməz, onların paltarlarını geyinməz, adət və
ənənələrini sevməzdilər. Dəbdəbəyə
və özünü göstərməyə
(lovğalanmağa) önəm verməzdilər. Qənaətcil
olar, israfçılığa yol verməzdilər. Eyni
şeyləri geyinər, yeyər və içərdilər.
Fəlakət (qıtlıq, zəlzələ, sel,
daşqın və s.) olduğunda isə bütün
ağlı ilə birlik yarada və çətinliklərin
öhdəsindən tez bir zamanda gələrdilər.
Qayda 11 -
Təhsil
Uşaqlara çox kiçik yaşlarından
Türk törəsi öyrədilir. Savaşda və
barışda nə edəcəkləri haqqında bilgilər
verirlər. Xaqanların əmrlərini və hökmlərini
onlara bilim adamları çatdırırlar. Xalq və bəylər
cəsur, həm də hazırlıqlıdırlar. Əsas
olaraq onlara türkü sevməyi öyrədirlər.
Türk
törəsini kiçik yaşlarından başlayaraq sevməyin
duyğusunu öyrədirlər.
Dövlət
xidmətində, insanlara münasibətdə sayğı əsas
götürülür.
Əsasən,
ağır, ciddi, çox danışmayan, lazım gələndə
az və sərrast danışan, soyuqqanlı, qəfil əsəbləşməyən,
cəsur, əxlaqlı, əzmli, sözünə və vəzifəsinə
sadiq, intizamlı, yalan danışmayan insanlar yetişdirilirdi.
Ən önəmlisi isə topluma xəyanətin zərəri
və cəzası öyrədilirdi.
Qayda 12 -
Anlaşma və söz vermək
Türklər
5000 il öncə də dan yeri ağararkən, (qan
qırmızı, şərab kimi) qan qardaşı olub,
ömür boyu sözünün üstündə
duracağına və bir-birlərinə kömək edəcəklərinə
söz verərdilər.
Türklərdə
söz vermək üçün özlərinə məxsus
bir ritual keçirərdilər. Bunu şərab, yaxud
qımız içərək edərdilər. Onlarda
xüsusi bir söz demək yasaqdır. Söz vermək ən
uca qanundur.
Türklər
bütün dövlətlərini bu törə ilə
qurmuşlar, onu pozanda yıxılmışlar.
Haşiyə.
Dünyanın bir çox yerlərində fərdlər
qarışılıqlı münasibətlərdə
"Türk sözümü?" deyərlər, yəni
sözün həyata keçirilməsi hökməndir.
Bilge xaqan
törəsi (yasası)
Tanrı
(Yaradan) təkdir
Hər kəs
Tanrıdan qut (can, yaxud xoşbəxtlik) almaq istərsə,
başqasına yalvarmasın
Bir el
(dövlət), bir xaqan, bir
Tanrı
Bir
qına iki qılınc girməz. Bir xatun iki ər ala bilməz
və bir budunda (xalq) iki törə ola bilməz. Törə təkdir.
Törə qəti və kəskindir. Kim ki, törəyə
uya ( adət-ənənəyə əməl etsə) kutlanır, kim ki, törəyə
kıya ( adət-ənənəyə
əməl etsə şöhrət
qazanar)katlanır.
Kimsə
törədən üstün deyildir. Dirilik və birlik
üçün törə budur.
Bir
çoban sürüsünə, bir kişi ailəsinə,
bir xaqan xalqına görə sorumludur.
Hər
kişi (ər) qadınına, atına, silahına sahib
çıxacaq.
Ana-ataya və
babaya təzim (sayğı) göstəriləcək.
Hımsına
(hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa)
sarılacaq, qonşunu gözləyəcəksən.
Ər
kişi yalan söyləməyəcək.
Mal
çalan (oğurlayan), mülk əvəzinə mislilə
ödəyəcək. Hesabı ya malı, ya da canı ilə
ödəyəcək.
Kimsə
zorlamağa cəhd edərsə canından (edam) olacaq.
Hər
kim olursa olsun, haqsız, aldadıcı (fırıldaq) iş
tutarsa dərhal hesab istəniləcək.
Savaşdan
kənar duran, ya da qaçan cəhənnəmə (tamuya)
göndəriləcək.
Aman istəyənə
qılınc qaldırmayacaqsan, sənə sığınana
arxa çevirməyəcəksən.
Baş
qaldıranın başı kəsiləcək (alınacaq),
haqq istəyənin haqqı veriləcək.
Kimsə
kimsəyə üstünlüyünü göstərməyəcək.
Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə
qızılın sarıdan fərqi olmayacaq.
Kin və
lovğalığdan uzaq olacaqsan.
Məzluma
mərhəmət göstərəcək, zalıma əzab
hiss etdirəcəksən.
Zəifə,
yaralıya, uşağa və qadına əl
qaldırmayacaqsan.
Qızı
istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə
veriləcək.
Lazımsız
yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.
Bilməyib
yalandan bildim deməyəcəksən, dərdini (müşgülü)
bilənə danışacaqsan.
Bu
günün işini sabaha buraxmayacaqsan.
Eyib (səhv)
görməyəcək, eyib (səhv) axtarmayacaqsan.
26.
Güclükən əfv et, zəifkən səbr et.
27. Qədərinə
(yazgına) asi olma.
28. Etdiyin
yaxşılığı unut, sənə edilən
yaxşılığı unutma.
29. Hər
kəs ədalətlə iş görəcək.
30. Hər
nə edirsən et, ancaq mühakimə olunacağını
heç zaman unutma.
31.
Xalğına yad olma. İpəyin əlasına, sözün
tərifinə aldanma, onlarla süslənmə.
32. Xaqan
odur ki, ədaləti üstün tutsun, törəni
yaşatsın. Törə yox olarsa, el (dövlət) yox olar.
El (dövlət) olmazsa, budun (xalqın) qul olar.
33. Ey,
Türk Oğuz bəyləri, ey millətim, eşidin!
"Üstdə mavi göy çökmədikcə, altda
yağız (sarı) yer dəlinmədikcə, sənin Elini və
törəni kim poza bilər?".
Ardı
var
YUNUS OĞUZ
Olaylar.-
2025.- 18-24 aprel, ¹13.- S.12.