Azərbaycanda tolerantlıq və multikultural
dəyərlərinin qorunması təmin edilir
Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
Dünyada
mütərəqqi demokratik dəyərlərindən biri kimi
təbliğ edilən tolerantlıq xalqımızın əsrlər
boyu formalaşan və bir çoxları üçün
örnək olan xarakterik xüsusiyyətinə çevrilib.
Bu gün Azərbaycan dini müxtəliflik baxımından
çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif
dinlərin və dini-fəlsəfi cərəyanların
yayıldığı ölkəmizdə bütün tarixi
dövrlərdə etnik və dini icmalar arasında möhkəm
dözümlülük əlaqələri formalaşıb,
milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik
müşahidə olunmayıb.
Müxtəlif tarixi dövrlərdə
Azərbaycan ərazisində məskunlaşmış
dini-etnik qruplar yerli əhali ilə
qaynayıb-qarışıb, qohumluq əlaqələri quraraq
sözün əsl mənasında birgəyaşayışın
harmonik vəhdətini nümayiş etdiriblər. Xüsusi
vurğulamalıyıq ki, ölkəmizdə dövlət-din
münasibətlərinin tənzimlənməsi, dini sahədə
sabitliyə nail olunması, konfessiyalar arasında
dözümlülük mühitinin dövlət səviyyəsində
qorunub saxlanılması məhz Ulu Öndərimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə
hakimiyyətə qayıdışından sonra tolerantlıq
mühiti dövlət-din konsepsiyasına uyğun daha da
möhkəmlənmiş, bu sahə dövlət siyasətinin
prioritet istiqamətinə çevrilib. Ulu Öndər
xaqlımızın bu xarakterik keyfiyyətini çox gözəl
ifadə edib: "Hesab edirəm ki, Azərbaycan xalqı
özlüyündə, təbiətinə görə, öz
xarakterinə görə yüksək tolerantlıq hissinə
malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad
etdiyi müsəlman dinində, onun kökündə də
tolerantlıq var".
Hazırda
da Azərbaycanda digər sahələrdə olduğu kimi, dini
sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli
addımlar atılıb, böyük uğurlar əldə
edilib. Azərbaycanda dövlət-din münasibətləri
dünyaya nümunə ola biləcək bir həddə
çatıb. Prezident İlham Əliyev tolerantlıq ənənələrini
daha da inkişaf etdirərək dövlət siyasətinə
yüksəldib. Məhz bunun nəticəsidir ki,
ayrı-ayrı dini konfessiyalara münasibətdə heç
bir fərq qoyulmadan dini sahəyə daim diqqət və
qayğı göstərilir. Uğurlu siyasət nəticəsində
Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin
qorunması təmin edilir. Azərbaycanda dini konfessiyaların fəaliyyətinin
dəstəklənməsi onların dini etiqad
azadlığının təminatı kimi
çıxış edir. Azərbaycan dövləti tərəfindən
milli-mənəvi dəyərlərin qorunması, dini
icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində
mütəmadi tədbirlər həyata keçirilir. Ölkəmizdə
heç bir fərq qoyulmadan müxtəlif dini icmalara, onlara məxsus
ibadət yerlərinə diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən hər il dini qurumlara maliyyə
yardımı ayrılır. Elə bu səbəbdən də
ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələri
milli həmrəyliyin formalaşmasında mühüm rol
oynayır.
Azərbaycanda
dini etiqad azadlığının təmin olunması
üçün hər cür şərait yaradılıb, məscid, kilsə,
sinaqoq, ziyarətgahların təmiri və bərpası diqqətdə
saxlanılır. Dini dəyərlərin qorunması və
inkişafına xüsusi diqqət göstərilir. Azərbaycanda
istər müsəlman, istər qeyri-müsəlman olsun hər
kəsə öz inancından irəli gələn ayinlərin,
dini mərasimlərin azad keçirilməsi üçün
lazımi şərait yaradılıb. Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun təşəbbüsü ilə dini ibadət yerlərinin,
ziyarətgahların bərpası və qorunması istiqamətində
bir çox uğurlu layihələrin həyata keçirilib və
bu gün də davam etdirilir.
Ümummilli Liderimizin adını daşıyan Heydər
Əliyev Fondunun işğal dövründə məhv
edilmiş dini, tarixi abidələrimizin bərpası ilə
bağlı başladığı missiya milli-mənəvi dəyərlərimizə,
tarixi və mədəni irsimizə son dərəcə
möhkəm tellərlə bağlı unikal bir xalq
olduğumuzun göstəricisidir.
Tarixən
Azərbaycanda fərqli dini konfessiyaların nümayəndələri
hər zaman həmrəy olmuş, vahid Vətənimizin
azadlığı və firavanlığı uğrunda
çalışmışlar. Azərbaycanın azadlığı
və ərazi bütövlüyü uğrunda
vuruşmuş, bu yolda canından keçmiş müxtəlif
dini konfessiyalara mənsub vətəndaşlarımızın
da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə
and yerimiz deyil, həm də
qardaşlığımızın və vəhdətimizin rəmzidir.
Vətənimizdə bu cür mükəmməl tolerantlıq
mühitinin yaranması dini dözümlülüyün Azərbaycan
xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi
sərvəti olmasına dəlalət edir. Dövlət
tolerantlıq mühitinin davam etdirilməsi məqsədilə
lazım olan bütün addımları atır. Belə ki, gənc
nəslin milli-mənəvi dəyərlərimizi
yaşatması, bu dəyərlərin gələcək nəslə
ötürülməsi məqsədilə savadlı
kadrların hazırlanması üçün dövlət tərəfindən
göstərilən qayğının bariz nümunələrindən
biri kimi Azərbaycan İlahiyyat İnstitutunun
yaradılmasını göstərmək olar. Hazırda respublikamızda Azərbaycan
İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi
(İslam kolleci) fəalliyyət göstərir. Bu təhsil müəssisələrinin
əsas məqsədi
məhz milli-mənəvi
dəyərlərə, dövlətçilik
ənənələrinə sadiq mütəxəssislərin
yetişdirilməsidir. Ölkəmizdə
dini təhsil milli dəyərlərimiz, eləcə
də ölkəmizdəki
çoxəsrlik multikulturalizm
və tolerantlıq ənənələri nəzərə
alınmaqla, bu sahədə beynəlxalq təcrübə öyrənilməklə
həyata keçirilir.
Nəzərə alaq
ki, bu, İslami dəyərlərin olduğu
kimi, sağlam mənbələr əsasında
yaşadılması mənəviyyatın
saflaşmasına, milli kimliyin
qorunmasına, vətənə-torpağa
bağlılığa, dini-mənəvi
dəyərlərimizin öyrənilməsinə
xidmət edir.
Yeri gəlmişkən xatırladaq
ki, ölkə ərazisində
2258 məscid mövcuddur.
Habelə, respublikada
16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə
ümumilikdə 748 pir
və ziyarətgah müəyyən edilib. Yeri gəlmişkən xatırladaq ki, işğaldan
azad olunmuş ərazilərimizdə indiyədək
təsbit olunan tarixi-dini abidələrdən
67-si məscid, 139-u məbəd,
192-si ziyarətgahdır. İşğaldan
azad olunmuş ərazilərimizdəki 67 məsciddən
(Şuşada 13, Ağdamda
5, Füzulidə 16, Zəngilanda
12, Cəbrayılda 5, Qubadlıda
8, Laçında 8) 65-i tamamilə,
2-i isə qismən dağıdılaraq yararsız
hala salınıb.
Buna baxmayaraq, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
dini abidələrin bərpası prosesi həyata keçirilir. Elə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və
birinci xanım Mehriban
Əliyevanın Şuşada
tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirakı
buna bariz nümunədir.
Dövlət başçısı
və birinci xanım Şuşaya səfəri zamanı Yeni
Şuşa məscidində
aparılan tikinti işləri ilə tanış olublar. Qeyd edək ki, məsciddə
bərpa işləri
Heydər Əliyev
Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi
ilə aparılıb.
Bərpa işlərinə
2023-cü ildən başlanılmışdı.
Ötən müddət
ərzində məscidin
həyətinin deformasiyaya
uğrayan əksər
döşəmə daşları
sökülərək möhkəmləndirilib
və fərş döşəmə bərpa
edilib. Dəmir giriş qapısı və hasar üzərindəki
məhəccərlər Qarabağ
memarlığına xas
bəzəklərlə hazırlanıb.Yerli daşdan
tikilmiş məscidin
fasadının dağılmış
hissələri tam bərpa
olunub, təhlükəli
vəziyyətə düşmüş
atma və guşə daşları çıxarılaraq yenidən
restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan
sonra yaranan eyvan şüşəbəndlə
tamamlanıb. Məscid
giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər
məscidlərindən fərqli
olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin
edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var. Məscidin inşasında
istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə "Qurani-Kərim"dən
ayələr və naxışlar işlənib.
Çöl Qala məscidinin yaxınlığında
yerləşən və
XIX əsrə aid olan
Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq
yaxınlıqdakı məscidlərin
üslubunda inşa edilib. Bərpa prosesində bulağın
orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib
və əvvəlki görünüşü özünə
qaytarılıb.
Çöl Qala
məscidi XIX əsrdə
Şuşa şəhərində
fəaliyyət göstərən
17 məsciddən biri
olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən
inşa edilib. Daha sonra Prezident
İlham Əliyev və
birinci xanım Mehriban
Əliyeva Yeni Şuşa
məscidində tikinti
işlərinin gedişi
ilə tanış olublar. Qeyd edək
ki, bu məscidin təməli 2021-ci ildə
dövlətimizin başçısı
tərəfindən qoyulub.
Məscid tarixi şəhərdə modern memarlıq
nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident
İlham Əliyevin tapşırığı
ilə məscidin forması 8 rəqəmini
əks etdirəcək
və bu, noyabrın 8-də Şuşanın
işğalçılardan azad olunmasını, Zəfər Gününü
simvolizə edəcək.
Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirəcək. Bu, Şuşanın
və Qarabağın
işğaldan on birinci
ayda azad edilməsinin rəmzidir. Minarələrin hündürlüyü
72 metr olacaq. Şuşanın yuxarı
hissəsində inşa
edilən məscid həm də şəhərin ən uca yerində olacaq.Məscidin layihələndirilməsini azərbaycanlı
və italiyalı memarlar birgə həyata keçiriblər.
Bu ibadət ocağının
xarici səthi Şuşanın qədim
məscidinin minarələrində
istifadə edilən həndəsi naxışlarla
bəzədiləcək. Sadalanan
faktlar deməyə əas verir ki, Azərbaycanda bütün
inanclı insanların,
o cümlədən, müsəlman
və qeyri-müsəlman
icmalarının dini mərasimlərini azad şəkildə icra etmələri üçün
lazımi şərait
yaradılıb.
Alim Hüseynli
Olaylar.- 2025.- 18-24 aprel,
¹13.- S.11.