Onur Hətəmov-Xalxın uşağı

çalışqanlığın nümunəsi

 

Təhsil - cəmiyyətin inkişafının təməlidir. Amma bu təməl, sadəcə məktəbə getməklə möhkəmlənmir. Zəhmət, istək, hədəf düşüncə - bu dəyərlər olmadan biliklər ya əzbərə çevrilir, ya da zamanla unudulur. Hər dövrdə isə elə bir övlad, elə bir gənc tapılır ki, həmyaşıdlarından savadı, davranışı, düşüncəsi ilə seçilir. Onlar haqqında "xalxın uşağı" deyərlər.

Bu ifadə sadəcə məcazi mənada deyil, bir nümunənin, bir ideyanın daşıyıcısıdır. "Xalxın uşağı" - valideynlərin öyündüyü, müəllimlərin örnək göstərdiyi, şagirdlərin isə bəzən qibtə, bəzən heyranlıqla izlədiyi biridir.

Bir uşaq bütün bir sinfin, məktəbin, hətta cəmiyyətin ümidinə çevrilir. Onun davranışı, danışığı, zəhməti, savadı ilə gözə çarpması elə təbiidir ki, insanlar ona baxıb "xalxın uşağı" deyə sevgi ilə səslənir. Bu ifadə bizim dilimizdə sadəcə bir zarafat, ya da müqayisə deyil. Bu, bir etirafdır. O uşaqlar ki, ətrafdakılara örnək olur, ruh verir, həmyaşıdlarına ilham olur.

Bu gün sizə məhz belə bir gəncdən danışacağıq. Buraxılış imtahanında 300 bal toplayaraq bilik bacarığı ilə seçilən Onur Hətəmov.

Bu ilki buraxılış imtahanında 300 bal toplayaraq ən yüksək nəticəni göstərən Onur Hətəmov, sadəcə istedadı ilə deyil, həm çalışqanlığı ilə ətrafındakıların diqqətini cəlb edən bir gəncdir.  Onurların uğuru, onların təbii istedadlarının yanında göstərdikləri yorulmaz əməklə əlaqəlidir. Onur Hətəmov, bu amilləri birləşdirərək, böyük bir uğura imza atmış həm öz ailəsinə, həm cəmiyyətinə ilham vermişdir.

Onun müvəffəqiyyəti yalnız bal toplamaqla bitmir, bu, həm bir yol, bir həyat fəlsəfəsidir: heç bir çətinlikdən qorxmadan, məqsədə doğru irəliləmək, öz potensialını heç vaxt əldən verməmək hər zaman ən yaxşısını etməyə çalışmaq.

İndi isə gəlin, "xalxın uşağı" adını layiqincə daşıyan Onurun öz dilindən bu hekayəni eşidək...

-Salam, Onur! Öncə təbrik edirəm, 300 bal toplamaq böyük uğurdur! Həm çox zəhmət, həm böyük bir iradə tələb edir. Maraqlıdır, buraxılış imtahanından 300 bal toplamaq necə bir hiss idi? Bu uğur sənə nəyi ifadə edir?

-Saam, təşəkkür edirəm! Əslində, bu qədər uğuru gözləmirdim. Nəticəni gördükdə çox qəribə hisslər yaşadım. Həm sevindim, həm inana bilmədim. Bu mənim üçün bir növ sürpriz oldu. Amma sonra düşündüm ki, bu uğur, çox çalışmanın əzmlə mübarizə aparmağın nəticəsidir. Həm özüm, həm başqaları üçün göstərilən zəhmətin heç vaxt boşa getmədiyini bir daha anladım. Bu uğur, həyatın qədər çətin mübarizələrlə dolu olduğunu göstərir, amma sonunda zəhmət səy özünü mütləq göstərir.

-Sənin üçün bu qədər yüksək bal toplamaq deməkdir? Bu, yalnız şəxsi bir uğurdur? Yoxsa  ailənin ətrafındakıların səyləri varmı?

-Yox, bu uğur təkcə şəxsi deyil. Məncə, bir uğurun qazanılmasında əsas pay uşağın özünə aiddir - təxminən 50 faiz. Çünki uşaq çalışmasa, istəsə , heç alınmaz. Amma müəllimin rolu çox böyükdür, ən azı 40 faiz onun payıdır. Müəllim doğru istiqamət göstərməsə, düzgün yönləndirməsə, uşağın işi çətin olar. Valideynlərin dəstəyi vacibdir, amma bu dəstək daha çox motivasiya mənəvi dayaq şəklində olur. Məncə, valideynin bu yoldakı payı 10 faizdir. Yəni bu, bir komanda işidir, amma əsas yük yenə uşağın öz çiynindədir.

-Ailə mühiti valideynlərinin rolu haqqında deyə bilərsən? Onlar sənə necə dəstək olublar?

-Ailəmin dəstəyi mənim üçün hər zaman çox önəmli olub. Onlar yalnız yaxşı nəticə olanda yox, hər zaman yanımda oldular. Sınaq imtahanlarında bəzən zəif nəticə alırdım. Amma ailəm heç vaxt mənə bu nəticələrə görə təzyiq göstərməyib, məni danlamayıb. Əksinə, mənə güvəniblər, "narahat olma, növbəti dəfə daha yaxşı olacaq" deyiblər. Onların bu anlayışı dəstəyi məni ruhdan salmadı, əksinə, daha çox çalışmağa motivasiya verdi. Mənim üçün o dəstək baldan da, nəticədən daha qiymətli idi. Elə bu səbəbdən uğur qazananda, ilk növbədə onların sevincini görmək mənim üçün böyük xoşbəxtlik oldu.

-İmtahan dövründə motivasiyanı necə qorudun? Çətin anlarda hansı metodları tətbiq etdin?

-Valideynlərimin çəkdiyi əziyyət mənim üçün böyük bir motivasiya idi. Hər dəfə çətin bir an yaşayanda, yorulanda, özümə inamım az olanda onların necə çalışdığını, mənim üçün necə fədakarlıq etdiklərini xatırlayırdım. Bu məni toparlayırdı, gücləndirirdi. Düşünürdüm ki, mən oxumalıyam, çünki onlar mənim üçün bu qədər əziyyət çəkirlər. Ən çətin anlarda belə onların verdiyi mənəvi dəstək, bircə kəlmə "sən bacararsan" sözləri mənə çox böyük təsir edirdi. Onların varlığı, sevgisi dəstəyi olmasaydı, bəlkə bu qədər irəli gedə bilməzdim.

-Məktəb həyatı, xüsusilə dərs hazırlığı prosesində hansı metodları tətbiq edirsən?

-Düşünürəm ki, insan iki cür öyrənə bilər: ya oxuyaraq, ya da kiminsə danışdıqlarını dinləyərək. Mən hər iki üsulu yoxladım. Müəllimləri dinləmək, izahı eşitmək bəzən faydalı olurdu, amma mənim üçün ən təsirli yadda qalan üsul - oxuyub, özüm öyrənmək idi. Kitabı qarşıma qoyub diqqətlə oxuyanda həm mövzunu daha dərindən anlayırdım, həm öz sürətimdə irəliləyə bilirdim. Bəzən müəllimin dedikləri tez keçir, ya da hansısa detal unudulur. Amma özüm oxuyanda həmin hissələri dəqiq anlayırdım. Öz tempimlə oxumaq, qeydlər aparmaq, sonra təkrar etmək daha effektiv oldu. Məncə, hər kəs üçün ən uyğun üsul fərqlidir, amma mən öz yolumu tapdım o da məni uğura aparan əsas addımlardan biri oldu.

-"Xalxın uşağı" anlayışı yəqin ki, sənə tanışdır. Valideynlər çalışqanlığı, nəticələri ilə seçilən uşaqları hər zaman öz övladlarına nümunə çəkiblər. Sən artıq onlardan birisən. Bu sənə necə təsir edib? Bu ifadəni öz həyatında necə görürsən bu, sənə hansı məsuliyyətləri yükləyir?

-Daha da uğurlu olmağa məcbur edir. Artıq özümə qarşı məsuliyyətim artıb. Düşünürəm ki, bu, sadəcə bir başlanğıcdır indi daha yüksək hədəflərə çatmaq üçün daha çox çalışmalıyam. Mənə inanan insanlar var - ailəm, müəllimlərim, dostlarım. Onların gözündə etimadı doğrultmaq istəyirəm. Bu uğur mənim üçün son deyil, əksinə, daha böyük uğurların başlanğıcıdır. İndi daha yüksək zirvələrə çatmaq, özümü daha da inkişaf etdirmək üçün motivasiyam artıb.

-Sən həyatında hansı insanları rol model olaraq görürsən bu insanlar sənə hansı dərsləri verib?

-Valideynlərimdir.  Mənim həyatımda ən böyük dəstəkçilərimdir. Onlar hər zaman mənim yanımda olub, çətinliklərimi çəkiblər. Onların dəstəyi mənim üçün çox böyük əhəmiyyət kəsb edir, çünki onlar həmişə məni ruhlandırıb, hətta ən çətin anlarda belə yanımda olublar. Mənə həmişə məqsədlərimə çatmaq üçün daha çox səbr əzm göstərməyi öyrədiblər. Həmçinin, onlardan öyrəndiyim ən dəyərli dərslərdən biri sevdiyimiz şeylərdən əl keçmək idi. Həyatın məqsədlərinə çatmaq üçün bəzən kiçik fədakarlıqlar etməli oluruq. Valideynlərim mənə bu dərsi çox yaxşı izah ediblər. Sevdiyimiz şeylərdən bəzən imtina etmək, məqsədlərə doğru irəliləmək, uğur qazanmaq üçün çox vacibdir. Onlar mənə bu yolu göstəriblər mən bu prinsiplə həyatıma davam edirəm.

-  Gələcəkdə məqsədlərin nədir bu uğurun sənə hansı imkanları açacağını düşünürsən?

-İT ixtisası üzrə xaricdə təhsil almaq mənim üçün böyük bir məqsəd arzudur. Bu sahədə təhsil almaq, özümü daha da inkişaf etdirmək beynəlxalq səviyyədə tanınan bir mütəxəssis olmaq istəyirəm. Texnologiya sürətlə inkişaf edən bir sahədir mənim bu sahədə daha yüksək yerlərə gəlməyim üçün xaricdə təhsil almaq çox vacibdir. Orada əldə edəcəyim təhsil təcrübə mənim gələcəyim üçün çox böyük əhəmiyyət kəsb edəcək. Həmçinin, xaricdə təhsil almaq mənə həm fərqli mədəniyyətlərdən insanlarla tanış olmaq, dünyagörüşümü genişləndirmək dünyasında daha böyük imkanlarla qarşılaşmaq şansı verəcək. Mənim əsas məqsədim, yalnız İT sahəsində müvəffəqiyyət əldə etmək deyil, həm bu sahədə tanınan bir mütəxəssis olmaqdır.

-Son olaraq sənin kimi uğurlu gənclər üçün hansı tövsiyələr verərdin?

-Bir arzunuz varsa, ona doğru inamla irəliləyin heç bir şeydən, heç kəsin fikrindən sizi saxlamağa imkan verməyin. Vaxt bəzən bizim ən qiymətli sərvətimizdir, amma əsas olan şey qədər qərarlı olduğumuzdur. Arzularınıza çatmaq üçün hər bir fürsəti dəyərləndirmək lazımdır. Bəzi insanlar sizin yolunuzda dayana bilərlər, amma unutmayın ki, yalnız siz öz həyatınızın qəhrəmanısınız. Bu yolda qarşınıza çıxan maneələr ya insanları aşmaq sizin iradənizə bağlıdır.

Bir , xüsusi olaraq 11-ci sinifdə münasibətlərin necə təsir etdiyinə dair bir şey demək istəyirəm. Məncə, bu dövr çox həssasdır təhsil həyatının ən vacib ilidir. Bu yaşda münasibətlər bəzən sizi motivasiya edə bilər, amma sizi dərsdən yayındıra bilər. Belə münasibətlər imtahan dövrünə yaxınlaşdıqca daha çox stress qarışıqlıq yaradır, çünki çox vaxt diqqətiniz bölünür məqsədinizdən uzaqlaşmağa başlayırsınız. İmtahanlar çox yaxın olacaq bəzən bunun zərərini çəkəcəyinizə şahid olacaqsınız. Odur ki, əgər 11-ci sinifdə təhsil alırsınızsa, ən vacib şey təhsilinizi ön planda tutmaqdır. Məqsədinizə çatdığınızda, o zaman bütün digər şeyləri daha düzgün qiymətləndirə bilərsiniz. Həyatınızda hər şeyin öz vaxtı var, amma təhsil heç bir zaman gözləməz."

Onur Hətəmovun həyatı bizə bir daha göstərir ki, əsl uğur yalnız yüksək bal toplamaqla ölçülmür. Uğur, davamlı çalışma, fədakarlıq qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək ilə qazanılır. Onur həm çalışqanlığı, həm iradəsi ilə başqalarına örnək olur.

Valideynlərinin, müəllimlərinin ən əsası, öz daxili motivasiyasının dəstəyi ilə Onur, qarşısına qoyduğu hədəfləri reallaşdırıb. Lakin, onun ən böyük uğuru sadəcə bu nəticələr deyil - o, həyatının hər mərhələsində "heç vaxt dayanmamaq" prinsipinə sadiq qalaraq irəliləyib. Uğur, yalnız sonunda əldə olunan nəticə deyil, bu yol boyunca göstərilən əzm səbrdir.

Onur Hətəmovun göstərdiyi iradə, səy məqsədinə bağlılıq yalnız öz uğurlarını deyil, həm gələcəkdə daha yüksək yerlərə çatmaq üçün bir təkan olacaq. Bu sadəcə bir başlanğıc, bu sadəcə bir addımdır.

 

Z.Mustafazadə

 

Olaylar.- 2025.- 18-24 aprel, ¹13.- S.21.