O, Səfəvi xanədanına niyə son qoymuşdu?

 

Hökmdar bədii-fəlsəfi niqabda

 

Kulis.az Yunus OğuzunNadir şahromanı haqqında filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə QaragözovanınHökmdar bədii-fəlsəfi niqabdaessesini təqdim edir.

Ədəbiyyatda tarixin təsviri nəinki tarixi kontekstin dərindən dərkini təmin edir, həm oxucuya tarixi hadisələrə baxışın unikal perspektivini təklif edir. İctimai şüura təsir etmək, tarixi yaddaşı formalaşdırmaq qabiliyyətinə malik olan tarixi romanlar həm məlum faktların yenidən analizini, tarixi şəxsiyyətlərə alternativ baxışı gündəmə gətirir, keçmişlə indiki zaman arasında bir körpüyə çevrilərək unikal mədəni dəyər yaradır.

Yunus OğuzNadir şahromanında Səfəvilərin hakimiyyətinin zəiflədiyi vətənimizin parçalanaraq məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda tarixi bir addım atıb özünü şah elan edərək Azərbaycanın paramparça olmaq prosesini bir qədər ləngitməyə nail olan Nadir xan Əfşar obrazının işığında Azərbaycan tarixinin təlatümlü həlledici bir dövrünü bədii mətndə yenidən canlandırır.

Tarixi romanlar müəllifi bu romanı ilə Azərbaycan ədəbiyyatında bir ilkə imza atır, tarixi bədii mətnlərdə təzadlı fikirlər münasibətlə xatırlanan Nadir şahın hekayətini tarixi mənbələrə əsaslanaraq yenidən yaradır. Uzun müddət bu böyük sərkərdə bizə qaniçən, qəddar, Səfəvi hakimiyyətini qəsb edən kimi təqdim olunmuşdur.

Yunus OğuzunNadir şahromanı tarixdə ikili münasibət bəslənən bu türk hökmdarın yolunu işıqlandırır, onun əsl tarixi obrazını oxucuya təqdim edir. Vaqif Yusifli yazır: “Yunus Oğuzun "Nadir şah" romanı böyük fateh haqqında bizim təkcə bildiklərimizi deyil, bilmədiklərimizi açıqlayır beləliklə, tamamlanmamış "Tarixi-Nadir" öz bədii-tarixi təcəssümünü bu romanda tapır.”

Sələflərindən fərqli olaraq Yunus Oğuz qələmə aldığı romanda Nadir şahı böyük strateq sərkərdə kimi təsvir edir, onun Səfəvi xanədanına son qoyaraq özünü şah elan etməsini, hakimiyyətə gəlməsini millətin vətənin birləşdirilməsi uğrunda atılmış önəmli tarixi addım kimi vurğulayır. Zəifləyərək öz missiyasını yerinə yetirə bilməyən Səfəvi dövlətinin yadlar əlində oyuncağa çevrilməsi qorxusunu anlayan Nadir şah bu hərəkəti ilə Azərbaycanın bütövlüyünü, milli varlığını da məhv olmaqdan qurtarmağa cəhd edir. Hafiz Mirzə Nadir şah romanının ideoloji önəmi barəsində yazır: “Əvvəlcə onu qeyd edim ki, məşhur bir sərkərdə olaraq Nadir Şah tariõdə haqqı daha çoõ tapdalanan şəõsiyyətlərdəndir...

Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti Yunus Oğuzun təqdim etdiyi "Nadir şah" romanına qədər bu böyük hökmdarın məhz misli görünməmiş qəddar bir şəõsiyyət olduğunu qəbul edir, bunu etiraf edən pyes məqalələr yazırdı.... Yunus Oğuz bu əsəri ilə həm õalqın öz övladlarına böyük rəğbət məhəbbət abidəsini ucaltdı.”

Ədəbiyyatda tarixi şəxsiyyətin təsviri interpretasiyaya əsaslansa da yazıçı ilk növbədə faktlara fokuslanmalı, kobud səhvlərə anaxronizmlərə yol verməmək üçün tarixi mənbələri diqqətlə öyrənməlidir.Tarixi şəxsiyyətin bədii obraz kimi uğuru isə daha çox yazıçının inandırıcı psixoloji portret yaratmaq istedadından asılıdır. Tarixi şəxsiyyət öz dövrünün xarakterik düşüncə mental dəyərlərinə malik olduğundan yazıçı tarixi konteksti düzgün canlandırmalı, qəhrəmanın şəxsiyyətinin formalaşmasına, tarixdəki roluna sosial, siyasi mədəni amillərin necə təsir etdiyini göstərməyi bacarmalıdır.

Yunus Oğuzun qələmə aldığı "Nadir şah" romanında bu böyük türk hökmdarının sərkərdəsinin parlaq obrazını yaratmağa nail olub. Romanın ən anlamlı simvolizmlə, müəllif mesajları ilə dolğun məqamlarından biri Əmir Teymurun məqbərəsinə Nadir şahın söylədiyi monoloqdur:

Əmir Teymurun qəbri önündə dayandım. Ona ehtiramla baş əyib, içimdə ucadan salam verdim:

- Salamlar olsun sənə, ey böyük cahangir!

Elə bil qeybdən səs gəldi bu səs yalnız mənim içimdə ifadə olundu:

- Sənə salamlar olsun, ey böyük cahangir!

- Sənin yanında mən böyük cahangir deyiləm.

- Cahangirsən! İndiyə qədər heç kəs sənin kimi elə ustalıqla Hindistanı tutmamışdı. Sən isə bunu etdin!

- Mənim ustadım sənsən, ey böyük sərkərdə!

- Ustad məsələsi çoõ qəliz şeydir. Mənim ruhum bəzən səndə ola bilər. Bunu da Allahdan başqa heç kim bilmir.

- Ustad, bu dünyada heyfsləndiyin bir döyüş varmı?

- Var. Sultan Bəyazidlə döyüşə görə heyfsilənirəm.

- Niyə, ustad?

- Ona görə ki, Sultanı Vyana qapılarından geri qaytardım. Halbuki Sultanın Avropanı almasına az qalmışdı. Həm Bəyazidlə çoõ amansız döyüşüm İstanbulun alınmasını əlli il ləngitdi. Baõ, buna heyfslənirəm. Bir təəssüf edirəm ki, Moskvaya girməyib yarı yoldan qayıtdım. O zaman Moskvanı almaqla bütün Rusiyanı müsəlman etmək olardı. Mən bunu etmədim.

- Niyə yarı yoldan qayıtdın, ustad?

- Səbəbləri çoõdur. Əsası türk dünyasında birliyin olmaması idi. Əgər sənin buna imkanın olarsa, yarı yoldan qayıtma.

- Ustad, indi Türküstanın çoõ hissəsi mənim hakimiyyətim altındadır.

- Hakimiyyət məsələsi nisbidir. Vaõtilə mən Türküstandan çıõıb Azərbaycanı, Anadolunun yarısını almışdım. İndi sən Azərbaycandan çıõıb eyni yerləri alırsan. Mən sənin kimi bütün İslamtürk dünyasını birləşdirmək istəyirdim. Amma buna nail ola bilmədim. Mən öləndən sonra oğlanlarım, nəvələrim bir-birləri ilə amansızcasına ölənə qədər vuruşdular. Deməli, birlik üçün qılınc əsas deyilmiş.

- Bəs əsas imiş, ustad?

- Elmdir, elm! Bu birlik üçün elm əsasdır. O zaman nahaq yerə qılıncıma arõalanıb, sufilərin elmini darmadağın etdim. Azərbaycanda, Naõçıvanda onların ustadı Fəzlullah Nəimini əbəs yerə şaqqalatdırdım. Onun məni o vaõt cahil adlandırması haqlı oldu. Bütün qələbələrin rəhni elmdir…”

Yunus Oğuzun bütün romanlarında etnoqrafik məqamlar öz əksini tapır, yazıçı türklüyü, milli ruhu bütün aspektləri ilə təqdim etməyə çalışır. Bu romanda da yazıçının daha sonralar qələmə alacağıƏmir Teymur-zirvəyə doğruromanında olduğu kimi qurd totemi ilə - türkçülüyün rəmzi ilə qarşılaşırıq. Gələcəyin şahı olan Nadiri uşaqlıqda canavarlardan qurd xilas edir.

Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhətitarixi həqiqətə sadiqlik bu romanda da özünü göstərir. Diplomat kimi öz fəhmi uzaqgörənliyi ilə seçilən Nadir şahın xarici elçilər nümayəndələrlə dialoqları onun obrazının ştrixlərini tamamlayır. Ziddiyyətli tarixi şəxsiyyət olan Nadir Şahin oğlu Rzaqulu õanla münasibətləri fonunda bir atanın bir hökmdarın faciəsinin böyüklüyünü göstərən Yunus Oğuz bu epizodla əsərin kulminasiya nöqtəsini tamamlayır.

Nadir şahın amalı böyükdür, o güclü sərkərdə starteqdir. Lakin siyasi arenada uğurla çıxış edə bilmir, daxili vəziyyəti düzgün qiymətləndirməyi bacarmır nəticədə hiyləgər saray mühiti, ixtilafları onun məhvinə səbəb olur.

Qeyd etməliyik ki, Yunus Oğuz Nadir şahın obrazını yaradarkən tarixi dövrün, mühitin icəliklərinə xüsusi diqqət yetirmiş, millietnoqrafik məqamlarla zəngin bir roman yaratmağa nail olmuşdur. Nadir şahın türk kökünü, onunseçilmişolmasını, böyük Turan ideyasını gerçəkləşdirmək üçün apardığı mübarizəni, daxilində yaşadığı ağrılarını böyük ustalıqla bədii mətnə çevirməyə nail olan yazıçı bu tarixi romanı ilə Nadir şaha əbədi abidə ucaltmışdır.

Nadir şahromanı, sadəcə, tarixi əsər deyil, bu həm insanın güc, şöhrət, əzəmət üçün ödədiyi bədəlin ağırlığı, həm zamanda silinməz iz qoyaraq ölümündən sonra belə düşmənlərinin qorxulu röyası olan bir sərkərdə haqqında hekayətdir.

 

Elnarə Qaragözova

 

Olaylar.- 2025.- 18-24 aprel, ¹13.- S.16.