Uyğur törəsi (33 buyruq)
“Türk” etnonimi
və törələri"
kitabından
Əvvəli ötən saylarımızda
Tanrı (Yaradan)
təkdir.
Hər kəs
Tanrıdan kut (can, yaxud xoşbəxtlik)
almaq istərsə başqasına yalvarmasın.
Bir El (dövlət), bir Xaqan, bir Tanrı.
Bir qına iki qılınc
girməz.
Bir xatun iki ər
ala bilməz və bir budunda (xalqda)
iki xalqan ola bilməz.
Törə təkdir
Törə qəti və kəskindir
Kim ki, törəyə uya (adət-ənənəyə əməl
edən) kutlanır
Kim ki, törəyə qıya (şöhrət tapır)
qatlanır
Kimsə
törədən üstün
deyildir. Dirilik və birlik üçün törə
budur.
Bir çoban sürüsünə,
bir kişi ailəsinə, bir Xaqan buduna (xalqına)
görə sorumludur.
Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.
Ana-ataya və babaya
təzim (sayğı)
göstəriləcək.
Hısmına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.
10.
Ər, kişi yalan söyləməyəcək.
11. Mal çalan (oğurlayan), mülk əvəzini mislilə ödəyəcək.
Hesabı ya malı, ya da canı ilə ödəyəcək.
12. Kimsə zorlamağa cəhd edərsə, canından (edam) olunacaq.
13. Hər kim olursa-olsun
haqsız, aldadıcı
(fırıldaq) iş
tutarsa, dərhal hesab istəniləcək.
14. Savaşdan kənar duran, ya da qaçan
cəhənnəmə (tamuya)
göndəriləcək.
15. Aman diləyənə qılınc
qaldırmayacaqsan, sənə
sığınana arxa
çevirməyəcəksən.
16. Baş qaldıranın başı kəsiləcək
(alınacaq), haqq istəyinin haqqı veriləcək.
17. Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək.
18. Kin və lovğalıqdan uzaq olacaqsan.
19. Məzluma mərhəmət,
zalıma əzab hiss etdirəcəksən.
20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.
21. Qızı istəyən,
xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.
22. Lazımsız yerə ağac kəsməyəcəksən,
suyu çirkləndirməyəcəksən.
23. Bilməyib yalandan bildim deməyəcəksən,
dərdini (müşgülü)
bilənə (anlayana)
danışacaqsan.
24. Bu günün işini sabaha buraxmayacaqsan.
25. Eyib (səhv) görməyəcək, eyib
(səhv) axtarmayacaqsan.
26. Güclü ikən əfv et, zəifkən səbr et.
27. Yazğına (qədərinə)
asi olma
28. Etdiyin yaxşılığı
unut, sənə edilən yaxşılığı
unutma.
29. Hər kəs ədalətlə iş görəcək.
30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını
heç zaman unutma.
31. Xalqına yad olma, ipəyin əlasına, sözün tərifinə
aldanma, onlarla süslənmə.
32. Xaqan odur ki, ədaləti üstün
tutsun, törəni yaratsın. Törə yox olarsa, El (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.
33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin! "Üstdə
mavi göy çökmədikcə, altda
yağız (sarı)
yer dəlinmədikcə
sənin Elini və törəni kim poza bilər?.."
Titrə
və kəndinə dön!
Dədə Qorqud buyruqları
Ey oğul!
- Biləsən ki, danışan,
düşünən, anan,
atan, həyat yoldaşın, dostun və sənin kimi şəkillənmiş
olan hər varlıq insandır.
Lakin adam deyildir, igid deyildir.
Ər (kişi) deyildir.
Adam olan, igid olan,
ər olan arxadan vurmaz, oğul!
Ha söz ilə, ha silah ilə... ha qəlbindən, ciyərindən,
ha diqqətsizliyinlə, amma
arxadan vuran ər olmaz, oğul!
-Sənin yanına yalanla gələni sən ilan say.
-Yalanı dost edəni, sən dost etmə...
-Dilini yalana alışdırma...
-Hədəfinə çatmaq
istəyirsənsə ox kimi
ol...
Amma yay olma, çünki yay nə qədər gərilirsə gərilsin,
sonunda yerində qalacaq. Oxsa hədəfə
çatır.
Yayı
gərən əl də sən ol...
Sən ol ki, hədəfi qaçırmayasan...
Elə oxlar var ki, hədəfindən
sapmış, özünü
vurmuşdur.
- Dünya dönər. Dünya döndükcə
hesab da dönər.
- Varlığınla öyünmə,
darlığına gücənmə...
- Dünya döndükcə
sən bilmədiyin olur, görmədiyini görürsən...
- Olduğundan sıyrıldıqda,
gördüyünü unudarsan...
- Böyük tufanlar xəfif əsməklə
başlar, xəfif əsməklə də bitər...
- Hər kəs görəcəyini görür
və sonra əslinə dönür...
-Xanla dünya tamam olsa idi,
bu gün sənə yer qalmazdı...
Bəy də bir, kəndli
də... Dünya dönür oğul, döndükcə önünə
ölüm gəlir...
-Hər şeyin döndüyü bu dünyada "mən dönmürəm" deyə
bilməzsən...
-Hər kəs dönür oğül, amma kimi bataqlığa,
kimi çır-çırpı
arasına... kimi dəryadan, kimi gül bağçasından
dönür...
Olacaqsansa
dəryadan dönən
köpük ol.
Dönəcəksənsə gül bağçasından dönən
qoxu ol...
-Toza, torpağa bürünmə, çamurda,
bataqlıqda sürünmə...
-Dilinə diqqət et, belinə diqqət et...
-Elinə diqqət et... qul haqqı ilə dönmə...
Yalanla, riya ilə, iftira ilə, qeybətlə dönmə...
-Zalımı sevmə, zalıma meydan vermə...
-Başqa bir işin yoxdursa, doğrusu var... Doğru ol.
-Əyil, amma sürünmə. Alçaq
könüllü ol, amma alçalma.
-Yer və göy...
Yerdəkilər və
göydəkilər.
Və
Uca Tanrı şahid olsun ki;
Sən ər olduqca, igid olduqca, adam
olduqca...
Və səndən olanlar, sənin yanındakılar
belə olduqca türk millətinin kürəyi yerə dəyməz!
Buyruqları müasir dövrdə,
yəni indi nəzərdən keçirəndə
adi və bəsit görünə bilər, lakin dövrünə görə
bu törələr mükəmməl olub, bütün toplumu idarə edə bilirdi. Törələrin
təsnifatına fikir
verdikdə, burada toplumu idarə etmək üçün bütün maddələr
movcuddur. Birinci iki buyruq (müasir
dildə desək, maddə inanca aiddir. Üçüncü buyruq
isə özündə
dövlət quruluşunu
ehtiva edir. 33 buyruqda bundan başqa hüquq, sosial, ekoloji, etik, mənəvi maddələr də var, bir sözlə dövrün şərtlərinə
görə toplumu idarə etmək üçün bütün
şərtlər var.
Burada, əsasən diqqəti türk qadınlarına yönəltmək istərdim,
yaxud sosial təbəqədə onların
tutduğu yeri də göstərmək lazımdır. O zamanlarda deyildiyi bir kəlməni
bir daha xatırlatmaq istərdim:
"Ər (kişi) ordu qurar, xatun
dövlət". Fikir
verdinizmi, qadının
yeri toplumda görün nə qədər yüksəkdədir
ki, hətta törəyə
salınır, buyruq ona sayğı göstəməsini tələb
edir. Bu, o zamanlarda idi ki, başqa xalqlarda qadının heç bir hüququ yox idi. Buna səbəb də vardı.
Türk
mifologiyasında qadın
yaradıcı hesab olunur.
Türk
toplumunda qadının
yeri
1. Türklərin ən əski dastanlarından biri olan "Yaradılış" dastanında
Yaradana ilham verən "Ağ
Ana" adlı qadındır.
2. Oğuz xaqanın xoşbəxt həyat yoldaşlarından biri mavi işıqdan, digəri isə müqəddəs ağacdan
doğulmuş fövqəladə
qadınlardır.
3. Orxon-Yenisey kitabında Bilgə Xaqan "Sizlər, anam Xatun, nənələrim, xala və bibilərim,
qız şahzadələrim..."
sözləri ilə xitabına başlayır.
4. Əski türk inancına görə
"Xan və Xatun"
göy və yerin uşaqlarıdır.
Qadının yeri göyün yeddinci qatıdır.
5. Əski türk dastanlarında qadın ərinin (erkəyinin) həmişə yanındadır.
Qadın ərinin güc və ilham qaynağı hesab olunurdu.
6. Türk dastanlarının
qəhrəmanları yaxşı
at çapan, yaxşı
savaşan, ox atan, qılınc çalan qadınlarla evlənmək
istərdilər: "Dədə
Qorqud" dastanında
belə nümunələr
çoxdur.
7. Əski bir türk
sözü: "Birinci
zənginlik sağlıqdırsa,
ikinci zənginlik yaxşı bir qadındır".
8. Savaşda qadınların
düşmən əlinə
keçməsi böyük
utanc hesab olunurdu.
9. Oğuz Xaqan dastanında deyildiyi kimi (bu həm
də törədə
qeyd olunub) zorlamağa cəhdin cəzası edamdır.
Ərəb səyyahı Əhməd
ibn Faldan, türklərin
təcavüzdə günahlandırılan
bir nəfərin ayaqlarının çarpaz
bağlanması və
ipi kəsdikdə şaqqalandığı edamından
yazır.
10. Ərəb səyyabı
ibn Batuta yazır:
"Burada xəfif bir işin şahidi
oldum ki, o da türklərin
qadınlarına göstərdiyi
hörmətdir". Buradakı
qadınların hörməti,
izzəti və dərəcəsi kişilərdəkindən
daha üstündür.
11. Xaqanın buyruqları, yaxud hökmləri yalnız "Xaqan buyurur ki..." ifadəsi ilə başlardırsa keçərli qəbul edilməzdi.
12. Xarici dövlətlərin
qəbulunda xatun da xaqanla bərabər olurdu. Ziyafət və mərasimlərdə
qadın xaqanın solunda oturur, siyasi fikirlərini bildirirdi. Misal üçün, Hun imperatorluğun
adından Çin ilə barış anlaşmasını Mete xanın
xatunu imzalamışdı.
13. Əbdül Qazi Bahadır
xan "Şəcəreyi
Tərəkəmə"də Oğuz elində yeddi qızın uzun illər bəylik etməsindən yazır.
Bunu Qaraxanlı dövlətinin
Dehli sultanlığına
aid etmək olar.
14. Qadının ucalığını
simvolizə edən daha bir misal.
Altay dağlarının ən
yüksək zirvəsinə
"Qadınbaşı" adı verilmişdir.
15. Əski türklərdə
qadın miras haqqına sahibdir. Qadının özünə
məxsus mal-dövləti
olurdu və o, bunu istədiyi kimi idarə edər, yaxud dağıda bilərdi.
16. Əski türklərdə
kişi qadınını
boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi.
Digər
toplumlarda qadına münasibət
1. İngiltərədə XI əsrə
qədər kişilər
arvadlarını sata bilərdilər. Xristianlar
isə qadına şeytan gözü ilə baxmışdılar.
İngiltərədə qadın
murdar varlıq sayıldığı üçün
İncilə əl vura bilməzdi. Qadınlar İncili oxuma haqqına henri dövründə
(1509-1547) sahib olmuşlar.
2. İngilis yepiskopu Dour
1888-ci ildə Vestminstr
kilsəsində vaaz verərkən söyləmişdir:
"Bundan yüz il öncə qadının ərinin süfrəsinə
oturmaq haqqı olmadığı kimi, soruşmadan da sözə
başlaması qadağan
idi. Erkək usaqlar isə analarına xidmətçidən
artıq dəyər verməzdilər.
3. Çində boşanma haqqı yalnız kişiyə aid idi.
4. Buddizmin banisi Buda isə başlanğıcda
qadınları dininə
qəbul etməmişdi.
5. Roma hüququnda qadın şəxsi malına hökm verə, vəsiyyət edə bilməzdi. Roma hüququ qadını yetişmiş
saymırdı. Dul qadının ərə getməsi günah idi.
6. Cində yeni doğulan uşaq oğlan idisə, bahalı kumaşlara, qız idisə bez parçaya bükülürdü.
7. İranda qanlarını pozmamaq (dəyişdirməmək)
üçün yalnız
yaxın əqrabalarla
evlilik uyğun görülmüşdü.
8. Cəhaliyyət dövründə
qız uşaqlarını
diri-diri basdırmaq adət idi.
9. XX əsrin əvvəllərində
Avropada qadın seçki hüququndan məhrum idi. Bizdə isə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaranar-yaranmaz qadınlara seçmək və seçilmək hüququ verildi.
Türk
qadınları heç
zaman üzlərini gizlətmir
və islam qaydalarına uyğun hərəmxanada günlərini
keçirmirdilər.
Onlardan bir neçəsini yadımıza salaq.
1.Tomris xan.
Herodot
da özünün "Tarix"
kitabında sahədət
gətirir ki, e.ə.
VI əsrdə bu qadın sakiq (iskit, massaget)-in hökmdarı olmuş Əhəməni hökmdarı
Kirə qarşı vuruşmuş və üzərində parlaq qələbə qazanmışdır.
Herodot yazır ki, massagetlər Arazın o tayında yerləşirdilər və
tez-tez əhəmənilər
səltənətinə yürüşlər
və basqınlar edir, ölkəni yağmalayırdılar.
Kir bu yürüşlərə
son qoymaq və massagetlər ölkəsini
ələ keçirmək
üçün elçilərini
göndərib onunla evlənmək təklifini
bildirir. Lakin Tomris xan Kirin hiyləsini anlayır və təklifi rədd edir, çünki dövrün qaydalarına
görə Əhəməni
hökmdarı ilə
evləndiyi zaman tabeliyində
olan ölkələr
də Kirin əlinə
keçəcəkdi.
Bundan qəzəblənən Kir
Tomrisi döyüşə
çağırır.
Yeri gəlmişkən, Herodot
qeyd edir ki, İskit bayramı olan "Apatur"u yunanlardan ionlar keçirirdilər. Bu söz
"apa" və
"tur"dan ibarətdir.
İskitlərdə, o cümlədən
də massagetlərdə
geniş qeyd olunurdu. "Apatur"
"apa", "ana" sözündəndir.
İskitlərdə Babayın
(Zevsin) arvadı belə adlanır. Herodot onu Heya
ilə eyniləşdirir.
Bu bayrama görə Tomris Kirlə döyüşə oğlunu
göndərir. Lakin Kir
Tomrisin oğlu Sparqapisə hiylə işlədir. Onun qoşunları Arazı keçərək bir günlük məsafədə
ən zəif döyüşçülərini, ərzaq və çoxlu şərab tuluqlarını orada qoyub geri çəkilir. Massagetlər qələbə qazandıqdan
sonra düşmənin
qərargahında qalmış
yeməkləri görüb
kef etməyə başlayırlar.
Doyunca yeyib, çaxır içirlər,
sonra da yıxılıb
yatırlar. (Necə də "Dədə Qorqud"da Qazan xan oğlu ilə
içib dərin yuxuya getməsinə bənzəyir). Bu zaman əhəmənilər
gəlib düşmənin
böyük bir hissəsini qırır, Tomrisin oğlunu da əsir alırlar.
Ardı var
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 25 aprel-1 may, ¹14.- S.12.