Şuşada Şuşadan yazılan
roman - “Cığır”
Milli kimliyin dərk olunması XX əsrin sonlarında, xüsusilə
sovet imperiyasının
süqutundan sonra daha geniş vüsət almışdır.
Yazılan tarix kitabları, bədii əsərlər, xüsusən
də tarixi mövzulu əsərlər
bunu deməyə imkan verir. Yazılan
hər bir əsər tarixi özündə ehtiva edir, bir çox
mətləbləri qoruyur.
Bunun təzahürünü əsasən 90-cı illərdən
günümüzədək yazılan bədii mətnlərdə görürük.
Hadisələrə baxış
çox zaman hadisələrə
milli ruh rakursundan yanaşılır. Dövrün
xarakteristikasını vermək
üçün paralellər,
müqayisələr aparmaq
qaçınılmazdır.
Məsələn 90-cı illərdə İsi Məlikzadənin qələmə
aldığı "Qırmızı
şeytan" povestində
xalqı ayıq-sayıq
olmağa, milli mübarizədən
geri durmamağa səsləmək üçün
tarixi kontekstual analiz apararaq tarixən baş vermiş və indi də yaşanmaqda
olan hadisələri iki zaman kəsimində qarşılaşdırır. İki
tarixi mərhələni,
epoxanı bir-biri ilə əlaqələndirib
dövrlərarası bənzərliklər
ortaya çıxarır.
Yazıçı 1920-ci ildə
xalqın boğazından
yapışan "qırmızı
buynuzlu şeytanın"
70 ildən sonra,
1990-cı ildə yenidən
qayıtdığını göstərərək, xalqın
milli yaddaşını yenidən
bərpa etməyə
çalışması, itirilmiş
azadlığın yenidən
bərpası üçün
sələflər və
xələflər arasında
dövrü paralellərin
aparılması priyomu
uğurlu tapıntıdır.
Ümumiyyətlə, müstəqillikdən
sonra yaranan bir çox bədii nümunələrə
nəzər yetirəndə
90-cı illərdə ədəbiyyatın
əsas istiqaməti istiqlal, milli kimliyin dərki idisə, 2000-ci illərdə milli mövzular
kontekstində Qarabağ
müharibəsi mövzusu
və müharibənin
gətirdiyi bəlalar,
onun mənəvi, psixoloji fəsadlarının
təsvirindən ibarət
fraqmentlərin təqdimi
aktual idi. Aqil Abbasın "Dolu" romanı yazıldığı
dövrdə real həyatda
öz həllini tapmadığından siyasətdə
uduzulmuş müharibəni əks
etdirən maraqlı nəsr nümunəsidir.
Doğrudur, müharibə əslində
ideologiyaya deyil, milli zəminə söykənir.
Dövrün əksər
ədəbi nümunələrində
müharibənin, faciələrin
doğurduğu qəzəb,
kin, düşmənə nifrət
mərhəmət hissinə
qalib gələ bilmir. Lakin ildən-ilə,
əsərdən-əsərə məsələnin kökünə
varılmağa çalışılır.
Hətta xalqın ideallarını arzularını
əsərlərində reallaşdırmağa
nail olurdular. Məsələn,
Anarın "Ağ qoç, qara qoç" povestində əhvalatlar son dərəcə
kəskin münaqişələr
kontekstində aşkarlanır
və problemlər öz bədii həllini tapır. Burada da üç zaman kəsimi qarşılaşdırılıb,
müxtəlif metodlardan,
simvollardan istifadə edilərək problemin kökünə enilməyə
çalışılmışdır. Əsərin əsas leytmotivi, müstəqil, bütöv istiqlala yetmiş Azərbaycan ideologiyasıdır.
Mövzu
baxımından dövrün
ədəbi xronologiyası göstərir
ki, əsərdən əsərə
keçdikcə, milli istiqlal,
soykökə qayıdış,
müharibə mövzusu
daha çox tarixi əsərlərin tərkibində qərarlaşır.
Bu baxımdan Yunus Oğuzun yaradıcılığı
diqqəti cəlb edir. Onun bütün
tarixə davamlı şəkildə müraciət
etməsi, əsərlərinin
əsas mövzusunu tarixi hadisələr, dövrlər, böyük
tarixi şəxsiyyətlər
üzərində qurması
və bu sahədə möhkəm
mövqe və inadkarlıqla
yanaşması tarixi-estetik
konsepsiya formalaşdırır.
Başqa sözlə çağdaş dövrün
tarixi mövzuda ixtisaslaşmış müəllifidir.
Üzərində işlədiyi,
təqdim etdiyi əsərlər milli dövlətçilik,
milli kimlik, soykökə
qayıdış, tarixi
keçmişi sorğulaması,
ard-arda müraciəti
mövzunu gündəmdə
saxlayır. Bu yazıçının
dünyagörüşünün, estetik baxışının
və ideoloji mövqeyinin əksolunmasıdır.
Tarixi hadisələri
bədii süjetə çevirib
tarixi xronika kimi deyil, canlı
insan taleləri və yaratdığı konfliktlər vasitəsilə
təqdim edib, tarixi rekonstruksiya edir. Y. Oğuz əxlaqi, sosial-siyasi, ideoloji fikirlərini ifadə edə bilmək üçün
tarixi epoxaları seçərək, ədəbiyyata
gətirir. Nəticədə "Nadir şah", "Təhmasib
şah", "Əmir
Teymur", "Sultan Alp Arslan", "Səfəvi Şeyxi",
"Çingiz xan",
"Atabəy Eldəniz"
və sair kimi əsərlər ortaya qoymuşdur. Bu əsərlərin hər
biri təkcə tarixlə birbaşa əlaqəli deyil, eyni zamanda qəhrəmanlıq,
cəsarət, qan yaddaşının ötürdüyü
mesajlarla zəngindir. Bəzən tarixən baş verən hadisələrin yaratdığı
problemlər və onların məntiqi yekunsuzluğu yeni mövzulara rəvac vermişdir.
2020-ci ildəki ikinci Qarabağ
müharibəsinin zəfərlə
yekunu hər kəsdə olduğu kimi yazıçıda xüsusi ovqat yaratdı. Düşünürük
ki, bu hal onun yaradıcılığında
mənəvi rahatlama və yeni mərhələ
ilə müşahidə
olunur. Yazıçının
Şuşada Şuşadan
yazdığı əsər,
"Cığır" romanı
çağdaş Azərbaycan
ədəbiyyatında zəfəri
anladan, keçdiyi yolun xəritəsini
göstərən ilk romandır.
Romanın "Zəfər yolu"
deyil, ""Cığır
adlanması yazıçını
tarixi roman ustası kimi bu günü
keçmişlə əlaqələndirmək
üçün şərait
yaratmaq istəyindən
irəli gəlir. Əhəmiyyətli tarixi
fiqurlar dəyişdirilmədən
süjet təhrifləri
olsa da əsas gerçəklik bükülmür.
Çağdaş Azərbaycan
oxucusunun hadisələrin
şahidi kimi bir növ olayları
yaşamış olması
zamanlar arası keçiddə bir o qədər çətinliklə
üzləşmir, əksinə
onu maraqlandıran böyük yolun başlanğıcıdır - Cığırdır. Bəs,
Çığır necə
yola çevrildi? Yol o zaman gərəklidir
ki, gediş-gəlişi var və bu get-gəl çığır
yaradır. Salınan çığır isə
bir gün mütləq yola çevrilir. Yazıçı
da bu məziyyətləri
nəzərə alaraq
milli ruhun yüksəldiyi
Şuşa adlı mərtəbəni
qalxmaq üçün
tarixə səyahət
hazırlayır. Romanda
hadisələr eyni məkanda üç zaman
dilimində cərəyan
edir. Zaman fərqli olsa da məkan və söykənilən
ideya eynidir. Əsərin daxilində saxlanılan və ötürülən mesajlar
onun keyfiyyəti, yazıçının qaldırdığı
problemin bədii həllinə nail ola bilməsi
əsərin məziyyətlərindəndir.
Yazıçı ümumi yaradıcılığında
bədii detallardan, geniş təsvirlərdən
istifadə etməyi sevməsə də bu əsərdə geniş təsvir səhnələri əvəzinə
istifadə etdiyi xalq deyimləri, atalar sözləri və məsəlləri bu yükü öz çiyinlərində
gəzdirir. Belə
ki, bir eksperiment aparmaq üçün əsərlə tanış
olmayan birilərinə
romanda istifadə edilən bu hikmətli sözləri romandan çıxarıb
eyni ardıcıllıqla
təqdim etdik və nəticə maraqlı oldu. Eksperimentdə iştirak edən hər kəs təxminən romanın mövzusunun nədən ibarət olduğunu söylədi və əsərlə tanış imiş kimi ona yaxın
məzmununu danışdı.
Bu aforistik üslubun göstəricisi olmaqla yanaşı eyni zamanda intertekstuallıq prinsipini də qoruyur. Bu cür yanaşma oxucu təfəkkürünü fəallaşdırıb
mətnin bədii dəyərini, mənəvi
çəkisini artırmağa
xidmət edir. Vahid bədii nümunə kimi dialoq şəklində
təqdim etsək sentensiyalar oxucuya əsərin ümumi məzmunu ilə bağlı məlumat vermiş olur.
"Nəsrəddin- Yaxşı
ad dövlətdir. Yel əsəndə yellənər, yol görəndə yollanar.
Pənahəli Xan- Yazılmayan kitabı
vərəqləməzlər.
Nəsrəddin- Yola bələd olan
büdrəməz.
Pənahəli Xan- Yüyən yıxılmağına
baxmaz.
Nəsrəddin- Köhnə yurdun
qədrini düşən
yurdda bilərlər.
Pənahəli Xan- Göz yumub
açınca fürsət
əldən gedər.
Nəsrəddin- Gün altında
yatmayan kölgənin
qədrini bilməz.
Pənahəli Xan- Yüz dəfə
ölç, bir dəfə biç.
Nəsrəddin- Dəmir nəmdən
insan qəmdən çürüyər.
Nəsrəddin- Hər dərdin
bir dərmanı var.
Pənahəli Xan- Aclıq qurdu
meşədən çıxarar,
Aclıq olarsa qorxaqlıq yayılar. Qazanda nə varsa yeyilər, sinədə nə varsa üstünə gələr.
Nəsrəddin- Məsləhətlə atılan daş uzaq gedər.
Pənahəli Xan- Mıx da əyiləndə
onu düzəldərlər.
Nəsrəddin- İnsan çiy
süd əmib. Sirri hamı biləcəksə bu daha sirr deyil.
Ağız torba deyil ki, büzəsən. Ayaq yeriməsə ləpir düşməz.
Mürad
- Söhbət yolu qısaldar.
Pənahəli Xan- Arif olan buluddan da nəm çəkər.
Murad- Böyük dağın dumanı da böyük olar. Dəyirmandan gələnin
əlinə baxarlar. Ağamız da sənsən,
təkkəmiz də sənsən.
Pənahəli Xan- Bəd at özünü
gözlər, yaxşı
at igidi.
Murad- Qab sirkəyə görə olmalıdır.
Pənahəli Xan- Yeyin at özünə
qamçı vurdurmaz.
Nəsrəddin- Yatan daşın
altından su keçməz. İtə
sahibinə görə
hörmət edərlər.
Pənahəli Xan- Ay həmişə bulud altında qalmaz.
Nəsrəddin- Allah istəyən danaya
qurd da dəyməz. Yaxşı at köhnə
çulun altında
da bilinər. Ağır
günün ağır
daşı olur. Almadığın heyvanın
noxtasından yapışma.
Pənahəli Xan- Köhnə un çuvalını
çırpdıqca toz
qopar.
Nəsrəddin- Ağıllı kamal
axtarar, cahil mal.
Pənahəli Xan- Örkən nə
qədər uzun olsa da gəlib doğanaqdan keçəcək
Nəsrəddin Murad- Yüz il daraq,
bir gün yaraq.
Erməni
qan görəndə qaçar.
Haqq gücdə deyil, güc haqdadır. "
Təkcə təqdim olunan bu hikmətli ifadələrdən ibarət
dialoqdan yola çıxaraq obrazların
xarakteristikasını vermək
mümkündür. Nəsrəddin
təcrübə sahibi
biridir, o həyatın
hər yönü ilə tanışdır,
yurda, kökə, dəyərlərə sadiqdir.
Pənahəli xan fürsəti dəyərləndirən,
planlarını ölçüb-bicən
və gələcəyin
strateji yol rəhbəridir. Murad isə
məsləhətlərə qulaq asıb, hadisələrə yön
verən güc qatan biri olaraq
təqdim edilir.
Əsərdənı çıxarılmış
ifadələrdən yola
çıxaraq obrazların
bədii təhlilini ümumilikdə romana da şamil etmək mümkündür. Romanın
empirik bönövrəyə
əsaslanaraq yazılması
oxucunun analizinə daha yaxından kömək etmiş olur. Bu da günün oxucusunun tələbinə
yaxındır. Artıq
oxucu uzun-uzadı təsvirləri deyil, daha çox bədiiliyi intellektual yükünün ağırlığında,
həcmi baxımından
yüngül narrativ axtarışındadır. Lakin bu istiqamət naqislikdən də xali deyil. Aforizmlərlə
əsərin dərinliyi
artırılarkən, bəzən
məzmun səthi görünür. Yunus Oğuz isə romanda bu balansı
qorumağa çalışmışdır.
Burada tarixi hadisələr fantaziya, folklor və spekulyativ elementlərlə
birləşir. Romanın
dilinin sadə, konkret olması, emosional ifadələrin minimuma endirilməsi, nağılvari, xoşbəxt
final, qarşılaşdırılan zamanların bir-birinə yaxın və ardıcıllığı hansının
real, hansının müəllif
təxəyyülünün məhsulu olması oxucunu düşünməyə
vadar edərək, ənənəvi
nağıl strukturunu
silkələyərək oxucu
ilə əlaqə qurur. Nağıllarda göydən düşən
almanın kimə çatacağı səbirsizliklə
gözlənilirdisə, böyük
zəfərin nağılında
gözlənilən sonluq
alma deyil,
"Əziz Şuşa , sən Azadsan!
Əziz
Şuşa, Biz qayıtmışıq!"
nidasıdır.
Vəfa Hüseynzadə
Olaylar.- 2025.- 22-28 avqust,
¹29.- S.13.