Xocalının üçrəngli Azərbaycan bayrağı...

 

Bu dəhşətli soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar

 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə  Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verib.

Separatçı ermənilər havadarlarının köməyi dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə- yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir bununla fəxr etdiklərini bildirirlər.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları - Krua ıEveneman jurnalı(Paris), "Sandi Tayms" (London), "İzvestiya"(Moskva) digər xarici qəzet jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər: "Azərbaycan dövləti xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, "Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü müəllifliyi ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya həyata keçirilən digər tədbirlər nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir".

Millət vəkilinin sözlərinə görə, ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə 2023-cü ilin noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri yenidən qurulur artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır proses davam edir: "Çox obyektiv reallıqdır ki, Xocalı soyqırımının xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları rəhbərləri "yaddan çıxmamış", İlham Əliyev cənablarının apardığı çox uğurlu siyasət nəticəsində onlar həbs olunaraq Bakıya gətiriliblər. Hazırda bu insanlığa sığmayan vəhşilikləri törədənlərin məhkəməsi gedir ümid edirik ki, onlar özlərinin layiqli cəzalarını alacaqlar. Eyni zamanda inanırıq ki, xalqımız öz Ali Baş komandanı Prezidenti İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruğun həmişə yerində olduğunu daim nümayiş etdirəcək xoş gələcəyimizə doğru inamla irəliləyəcəkdir".

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, Erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror proseslərinin ən dəhşətli həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı oldu: "Tarixə nəzər saldıqda müxtəlif dövrlərdə ermənilərin Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq bu məkrli siyasət erməni xislətinin sağalmayan sindromudur. Bölgədə hər zaman təxribat terrora əl atan ermənilər 1988-ci ildən başlayaraq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı insanlığa qarşı cinayəti idi. Erməni şovinistləri ideoloqlarının əsas niyyəti Dağlıq Qarabağı digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı faciəsini törətməklə ermənilər tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər."

Onun sözlərinə görə, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur: "Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər anım tədbirləri düzənlənir. Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Xocalının qisasını artıqlaması ilə aldı, düşmənə illərlə unuda bilməyəcəyi sarsıdıcı zərbələr endirdi bu gün Xocalı şəhərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır".

 

Alim

 

Olaylar.- 2025.- 21-27 fevral, №7.- S.9.