“TÜRK” etnonimi və törələri
Tarix üçün "etnonim"
anlayışının öyrənilməsinin
vacibliyini bu sahədə çalışan
çoxsaylı alimlər
həmişə qeyd etmişlər.
"Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa
keyfiyyətlərə keçməsi,
başqa sözlə,
etnonimin bütün tarixi bu və
ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə
endikdə etnonim və etnos anlayışları
daha dolğunlaşır"
və bunları tədqiq etmək daha da asanlaşır.
R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi
mürəkkəb və
çoxpilləli etnik
tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov "Eramızdan əvvəl
II-I minilliklərdə Qədim
Çin yazılı
abidələrində dünyanın
etnik xəritəsi"
adlı əsərində
yazır: "Etnonimin
nəzəri problemlərinin
tədqiqatı (ən
əsası onların
yaranması və funksiya daşıyıcıları)
etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb
xüsusiyyət yaratmaqla
bərabər, həm
də mürəkkəb
komplekslərin çözülməsinə
imkan verir".
Etnonimlərin həqiqi etimologiyasını
öyrənmədən və
bilmədən tarixçilər
ictimaiyyəti çaşdırıcı
yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski
xəbərdarlıq edir:
"Xalqların əsrlər
tarixində, daim adların dəyişməsini
görürük, bu da bizi mənbələrdən
uzaqlaşdırır və
rus, bulqar, xəzər xalqlarının
tarixinin öyrənilməsində
çox güclü təsirini göstərir;
ancaq tarixşünaslıq
elmi dediklərimdən
kənarda qalır və yeni xalqlarla
rastlaşdıqda, onları
yeni xalq kimi qeydə alır". D.E.Yeremeyev isə özünün
"Türk etnonimlərinin
semantikası" adlı
əsərində qeyd
edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir.
Çox zaman isə bu sosiumun
etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında
əlavə mənbə
rolunu oynayır.
Etnonimlərin etimologiyası türkşünaslıqda
ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı
davam etdirmək lazımdır.
Avropada eramızın
VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında
əfsanələr gəzəndə,
əvvəlcə "türk"
sözünə ciddi
diqqət yetirməyə
başladılar, çünki
Troya çarının
adı TORQURUS "türk"
etimologiyası ilə
çox uyğun gəlirdi.
Qeyd etmək
lazımdır ki,
"Avesta"nın qəhrəmanlarından
biri Tur olub.
Firdovsinin "Şahnamə" əsərində
də "Turan" sözünün "tur",
daha sonra isə "türk" termini ilə bağlılığı göz
qabağındadır.
"Divanü luğat -it-Türk" əsərində Mahmud Kaşğari "türk"
sözünü üç
mənada verib:
1. Türk kudaş edi - günəş göyün ortasında
2. Türk üzüm edi - üzümün dəymiş vaxtı
3. Türk yigit - ər türk, döyüşkən cavan
"Qədim türk sözlüyü"ndə
isə "türk"
termini aşağıdakı
mənaları verir:
1. Türk - güclü, qüdrətli
2. Türk - tayfalar ittifaqı
Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə
alimi Adilə Aydana istinadən qeyd edir ki,
ərəb əlifbası
ilə iki şəkildə yazılan
"türk" sözü
dörd cür oxuna bilər: "TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK". Daha sonra o yazır:
"Türk qrammatikası
formalaşma mərhələsində
ikən bir qisim türklər verimli - məhsuldar bir torpağa yerləşib köçərilikdən
əl çəkəndə,
bunlara başqa türklər - "TUR"lar,
"TURUK"lar, DURALLAR demişlər".
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz "türk" sözünün
dörd cür oxunuşuna təəssüflər
olsun ki, uzun illər diqqət yetirilməmiş,
eyni məna daşıyan bu sözlərə müxtəlif
interpretasiya verilmişdir.
Professor F.Ağasıoğlu
"Azər xalqı"
kitabında sözlərimizin
təsdiqi kimi yazır: "Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri
zamanında üzdə
olmasalar da, həmin dövlətlərin
qurulmasında digər
türk boyları ilə birgə iştirak etmişlər"
Assurları (aşşurlar- Y.O.) ən
çox narahat edən məlumat türk dəstələrinin
kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.
"Turuk düşmanı
çıxdı və
(...)yə getdi.
O, Kakkulatimi işğal
etdi...bu hücumdan bəzi tutukların sayı çox görünmür.
Ancaq arta
bilər. Onlar gəlməyə davam edəcək".
Umumiyyətlə, "türk" termininin mənasını dünya
alimləri müxtəlif
cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi "türk" sözünə
"yaradıcı", "insan", V.Tomson və Y.Nemət "güc", "qüvvət"
mənasının verilməsini
daha məqsədəuyğun
hesab edirlər.
Bununla yanaşı
"türk" termininə
yanaşmada iki nəzəriyyə mövcuddur.
Birinci nəzəriyyə
tərəfdarları hesab
edirlər ki, "türk" etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki,
bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin
tərəfdarıdır və
"türk" sözünü
etnoqrafik termin hesab etmir. O iddia edir ki,
"türk" sözü
"qanun", "adət"
deməkdir və
"türk" f"türü"g
xalqların qanun əsasında birləşməsi"
mənasını verir.
Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə
razılaşmır və
belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları
mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı
bu sahədə özünə yer tapa bilmədi.
Qeyd etməliyik
ki, A.N.Kononov N.Y.Marrın "türk"
sözünün "tar-xan"dan
yaranması fikri ilə razılaşır
və bu termin altında Tanrı tərəfindən
seçilmiş təbəqə
və tayfa birləşmələrinin eyni
kökdən olan ittifaqı kimi qəbul edir.
A.N.Kononov yazır:
"Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm.
Belə ki, "türk" termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır".
Qeyd etməliyik
ki, "tar" sözünün "türk"
termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən
təsdiq olunur. Məsələn, professor
F.Ağasıoğlu yazır:
"Proto-azərilərin (həmçinin
prototürklərin) mənşəyinə
işıq salan teonimlərdən biri də tar / tur
allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar
türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də
Tarı sözü
"Allah" anlamında
işlənir".
Sonralar
Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır.
Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir
ki, Troyadan İtaliyaya
məlum səbəbdən
köç etmiş etruskların ulu babasının
adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də "tarançı"
deyirlər. Tatar sözü
"tarlıq tatarları"
sözünə bərabərdir.
Qeyd etmək yerinə düşərdi ki, tarixin
atası Herodot iskitlərin (skiflərin)
soy-kökü haqqında
yazarkən aşağıdakı
önəmli sözləri
qeyd edir: "...Bir vaxtlar hələ məskunlaşmamış bu
ölkənin ilk sakini
TARQITAY (kursiv- Y.O.) adlı
bir adam olmuşdur. İskitlərin
(skiflərin) dediyinə
görə, Tarqıtayın
atası Zevsdir, anası isə Borisfen çayının
qızıdır (iskitlər
buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış".
Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı
türk olsa da, siyasi baxımdan bunu "el" adlandırırdılar. Maraqlıdır
ki, "el" sözü
həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə
tutulurdu.
"El"
termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla
("Oğuz elləri",
"Kafir elləri", "El-oba") yanaşı, siyasi səpkidə - dövlət mənasında
işlədilir. Bu sözə
"Kitabi - Dədə
Qorqud"da tez-tez rast gəlirik. Burada "el" sözü həm də siyasi məna daşıyır.
Məsələn, "Eldə
yağı yox ikən, sənin babanın üstünə
yağı gəldi"
cümləsində "el"
siyasi termin kimi verilmişdir.
Mahmud Kaşğarinin lüğətində
də "el"
termini öz mahiyyətini
itirmir:
El = el, vilayət
El = açıqlıq, boşluq
Elbaşı = atabaxan, mehtər,
vilayətin başçısı
El = iki bəy arasında
barışıq
Elboy = sülh, barışıq
etmək
L.N.Qumilyova görə isə qədim türklər böyük
bir ərazini "el" adlandırırlar.
F.Ağasıoğlu "el"
sözünə başqa
bir nöqteyi-nəzərdən
yanaşır. Biz onun
fikirlərinə diqqət
yetirməyə və
bölüşməyə borcluyuq. O yazır:
"Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm
də demokratiya tarixi kimi qiymətlidir,
çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar
institutu olan Quti eli hakimiyyətin
atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən
fərqlənirdi. Qədim
dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "el" sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır".
"Qədim türk sözlüyü"ndə də
"el" sözü
müxtəlif mənalarda
işlənir:
1. El - tayfa ittifaqı; (men elig etmiş men - mən tayfaların ittifaqını
yaratdım)
2. El - xalq
3. El - dövlət
4. El begi - vəzifədə olan
5. El kün - xalq
6. Elçi - səfir, qasid, elçi
A.N.Baskakov "türk"
termininin qohum tayfaların münasibətlərindən
və ittifaqından yaranan bir söz
olduğunu iddia edir.
A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən "türk,
turuk, türkü, türküt" sözlərindən
ən düzgün olan variantı və düzgün oxunası "türk"
terminidir.
L.N.Qumilyov isə qeyd edir ki, istənilən
xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.
Qədim
türk lüğətində,
əgər semantika nöqteyi -nəzərdən
yanaşsaq "türk"
sözünü "tör"
ilə də başlatmaq olar. Bu zaman bunun mənası "layiqli yer" kimi də başa
düşülə bilər.
E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon
və başqa dillərdə "tör",
"tor" sözləri "yuxarı", "yüksək",
"zirvə". "dağ",
"qüllə", "bürc", "dağın
ən yüksək zirvəsi", "yüksək
dağlıq yer",
"layiqli yer" mənalarını verir.
Bu açmalar bir daha göstərir ki,
"tör", "tor" sözləri müxtəlif
mənalarda işlənsə
də, hamısı
"yuxarı", "yüksəklik"
anlamları ilə üst-üstə gəlir,
yəni bu sözlərdən yaranan
"türk" sözü
də yüksəkdə
duran bir xalq, yaxud tayfa
kimi nəzərdə
tutulur və bu yüksəklik "güc" və "qüvvə" olaraq cəmiyyətin iyerarxiyasına
tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində
iştirak edərkən
bu iyerarxiyanı belə təsvir edir: "Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası
digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası
şimala, üzü cənuba əyləşir.
Sol tərəfində böyük
və sevimli xatunu, bir az
aşağı masada
oğulları və yaxın qohum-əqrabası
otururlar. Özü də onlar masalarına
əyləşərkən başları xaqanın ayaqları bərabərliyində
olmalıdır. Bir az
aşağıda isə
adlı-sanlı əyanlar
və onların xanımları yerləşirlər...
Burada hər kəs öz yerini bilir və
hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir".
Göründüyü kimi "türk" sözünün
anlamına XIX - XX əsrlərdə
müxtəlif cür
yanaşsalar da, iqtibas
gətirdiyimiz alimlər,
yanaşmaları müxtəlif
olsa da, eyni fikirdə olurlar ki, bu söz "güc", "qüvvət"
mənasını verir.
Təbiidir ki, "güc",
"qüvvət" olan
bir yerdə millətin "layiqli",
"yüksək"də yer tutması heç kimi təəccübləndirməməlidir.
Biz də belə fikirləşirik ki, birinci
element "türk" termini
"TÜR" sözünün fonetik variantıdır. Bu
söz bizi qəbilələrin, tayfaların,
xalqların çox qədim vəziyyətinə
gətirib çıxarır.
TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır.
TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz
"məbəd yeri",
"seçilmiş yer",
"obada ən yaxşı yer", "ocaq başında ən başlıca yer" mənasında
"hakim", "ağa", "qanun", "adət"ə
qədər uzun bir yol keçsin.
Elə M.Kaşğaridə
də TÖR-TÖRƏ evin
yuxarı başı,
divanı, kürsüsü,
TÖRÜ sözü adət-ənənə
və törədilmək,
yaradılmaq kimi başa düşülür.
"El kalır, törü
kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz".
Törələr haqqında yazmamışdan
öncə bizi daha bir sual
maraqlandırır. "Türk"
hansı coğrafiyadan
yayılıb. Mərkəzi
Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin
adı "hun" etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı
Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar.
Əlahəzrət fakt
bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur
ki, qədim şumerlərdən
bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır.
F.Ağasıoğlu bu barədə yazır: "Bilqamıs adında "Bilikli" anlamı olduğu üçün şumerlər
də bu qəhrəmanı "hər
şeyi bilən" el (dövlət) başçısı kimi
öygüləmişlər. Akkadlarda bu dastanın
ilk misrasını "Dünyagörmüş
barədə" sözlərilə
vermişlər. Bilqamısın
adı türk dövlət başçılarına
verilən "Bilgə"
titulu ilə izah oluna bilər,
məsələn 581-ci ildə
göytürklərin batı
qolunda xaqan elan edilən Tardu Xaqan "Bilgə" titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.
İndi baxaq, aydınlaşdıraq,
görək ki, "bil"
sözü türklərdə
hansı anlamı verir.
ARDI VAR
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 21-27 fevral, №7.- S.12.